Məhkəmə qərarları › İş №e-2(3-6)-3290/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3290/2026

03.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3290/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ayrı-ayrılıqda verdiyi şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı cavabdeh X7 qarşı əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi, eləcə də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək göstərilən bütün əmlaklarda X13 bütöv mülkiyyət hüququnun tanınması, ##.##.2018ci il tarixli cavabdeh3 ilə X7 arasında bağışlama müqaviləsi, eləcə də ##.##.2018-ci il tarixli cavabdeh2 Qinyaz qızı ilə X7 arasında bağışlama müqaviləsi etibarsız hesab edilməsi, bundan əlavə, ## #### 2022-ci il tarixli cavabdeh3 ilə X7 arasında müqavilənin ləğvi barədə bağlanmış müqavilənin də etibarsız hesab edilməsi, göstərilən bağışlama müqavilələrinin digər tərəfləri olan cavabdeh3 və cavabdeh2 Qinyaz qızı da işə cavabdeh qismində cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh X7 (X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 adına rəsmiləşdirilmiş aşağıdakı əmlakların: BMW M6 markalı, 90 MY-900 dövlət qeydiyyat nişanlı minik avtomobilin; Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən əmlak kompleksinin; Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, * saylı binada yerləşən 35, 36 və ** nömrəli mənzillərin; Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39A ünvanında yerləşən daşınmaz əmlakın 1/2 hissəsində X13 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilərək, BMW M6 markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə, Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən, ümumi sahəsi 3583,8 kv.m, torpaq sahəsi 3,87 ha olan əmlak kompleksinin cavabdeh X7 paylı mülkiyyətində olan hissəsinə münasibətdə və Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, * saylı binada yerləşən ** nömrəli mənzilin 1/2 hissəsinə X13, 1/2 hissəsinə cavabdeh X7 payı müəyyən edilmiş, hər iki iddia üzrə ödənilmiş cəmi 200 (iki yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdeh X7 tutularaq iddiaçı İddiaçı, 50 (əlli) manat hissəsi X7 tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ödənilməsi, iddialar qalan hissələrdə təmin edilməmişdir. Bundan sonra, Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs2, maraqlı şəxs3 və maraqlı şəxs1 Layiq oğlu ərizə ilə məhkəməyə müraciət edərək qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunduğundan maraqlı şəxs kimi işə cəlb edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs2, maraqlı şəxs3 və maraqlı şəxs1 Layiq oğlunun mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmaları qərara alınmışdır. Qərardaddan iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ayrı-ayrılıqda şikayət vermişlər. İddiaçı İddiaçı şikayətində qərardadın Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs3, maraqlı şəxs2 və maraqlı şəxs1 Layiq oğluna aid hissələrdə ləğv edilməsi və qanunvericiliyin tələblərinə uyğun müvafiq qərar qəbul edilməsini xahiş edib şikayətində göstərib ki, Bakı Hərbi Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-*/**** saylı hökmü ilə X13 və onun yaxınlarına məxsus çoxsaylı əmlakların dövlət nəfinə müsadirə olunması müəyyən edilmiş və həmin əmlakların satışından əldə edilən vəsait hesabına ilk növbədə cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi qərara alınmışdır. Həmin hökm üzrə o da zərərçəkmiş şəxs olaraq 2.000.000 ABŞ dolları məbləğində tələblə tanınıb. Buna baxmayaraq, Nərimanov Rayon İcra Şöbəsinin keçmiş icra məmuru tərəfindən ##.##.2024cü il tarixdə qəbul edilmiş qanunsuz qərar əsasında hökm üzrə mülki iddiaçı olmayan şəxslərə də müsadirə olunmuş əmlakların satışından əldə olunan vəsaitlərdən ödənişlər həyata keçirilmişdir. Həmin şəxslər sırasında Zeynalov İlqar İbrahim oğlunun hüquqi sələfi və maraqlı şəxs3 da olmuşdur. Halbuki, onlar cinayət işi çərçivəsində mülki iddia verməmiş, sonradan ayrıca mülki qaydada iddia qaldırmış şəxslər olmuşlar. Bu qanunsuz qərar sonradan məhkəmə qaydasında mübahisələndirilmiş və həm Azərbaycan Respublikası Ali Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin qərarlarında açıq şəkildə göstərilmişdir ki, müsadirə olunmuş əmlakların satışından əldə olunan vəsait ilk növbədə hökm üzrə tanınmış zərərçəkmiş şəxslərə ödənilməlidir və digər şəxslərin həmin vəsaitlərə iddia etməsi qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci iltarixli, *(***)-**/**** saylı qərarında açıq şəkildə qeyd olunmuşdur ki, cinayət işi üzrə mülki iddia verməmiş şəxslərə həmin vəsaitlərin ödənilməsi qanunvericiliyə ziddir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə də icra məmurunun qərarı tam ləğv edilmişdir. Belə olan halda, Zeynalov İlqar İbrahim oğlu və maraqlı şəxs3 hazırkı mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınması üçün hüquqi əsas mövcud deyildir. Onların hüquqları bu iş üzrə birbaşa predmet təşkil etmir və onların işə cəlb olunması yalnız prosesin əsassız uzadılmasına xidmət edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs isə şikayətində qərardadın Zeynalov İlqar İbrahim oğlu və maraqlı şəxs3 aid hissələrdə ləğv edilməsi və digər hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş edib şikayətində göstərib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-**/**** saylı qərarı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-*/**** nömrəli qərarı ləğv edilmiş və material yeni apellyasiya baxışına təyin edilmişdir. Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərarında (Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 nın ləğvi ilə bağlı) göstərilmişdir ki: Cinayət işi üzrə mülki iddialar verməyən zərərçəkmiş şəxslər X5, X8, Zeynalov İbrahim Məhəmməd oğlunun, X3, maraqlı şəxs3və Mədətov Elşən İsmayıl oğlunun mülki iddialarının mülki mühakimə icraat qaydasında təmin edilməsi barədə Səbail Rayon Məhkəməsinin qətnamələrində və həmin məhkəmə aktları üzrə verilmiş icra sənədlərində mülki iddialar üzrə ödənişlərin məhkum Mövlam Şıxəliyevə və onun yaxın qohumlarına məxsus və hökmlə dövlət nəfinə müsadirə edilmiş əmlakın satışından əldə edilmiş vəsaitlərin hesabına ödənilməsi barədə qeyd edilməmişdir. Göründüyü kimi, icra sənədini vermiş və icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəmənin qanuni qüvvəyə minmiş qərarında mövqeyi mülki iddia verməyən zərərçəkmiş şəxslərə dəymiş ziyanın həmin hökmün icrası qaydasında ödənilməsi tələbinin əsassız olmasından, dəymiş ziyanın ödənilməsi ilə bağlı icra sənədinin fərqli qaydada, yəni başqa tələbkara da ödənilməsi tələbinin yolverilməzliyindən ibarət olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs vəkili vəkil4 tərəfindən verilmiş apellyasiya şikayəti və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024cü il tarixli qərarının ləğv edilməsi barədə verilmiş ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli qərarı və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi haqqında” ## ######## 2024-cü il tarixli qərarı ləğv edilmişdir. Qeyd olunan yuxarı instansiya məhkəmələrinin formalaşdırdığı mövqe ondan ibarət olmuşdur ki, iş üzrə təqsirləndirilən şəxslərin hökmü üzrə zərərçəkmiş mülki iddiaçılara vurduğu zərərin ilk növbədə ödənilməlidir. Məhz bu baxımdan Səbail Rayon Məhkəməsinin e-2(009)-2015/2025 ##.##.2026-cı il tarixli qərardadı Zeynalov İlqar İbrahim oğlu və maraqlı şəxs3 aid hissələrdə əsassız olduğuna görə ləğv edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətini belə əsaslandırıbr ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı əsaslı şəkildə qəbul edilmiş və şikayətdə göstərilən dəlillər onun ləğvi üçün əsas ola bilməz. Şikayətin dəlillərinə münasibətdə məhkəmə vurğulayıb ki, hazırki qətnamə ilə payların müəyyən edildiyi əmlaklar hökmlə müsadirə edilmiş əmlaklar sırasına daxil edilməmişdir. Məhz qətnamədə istinad edilən qanuni əsasa görə iddiaya hüquqi qiymət verilmişdir. Şikayətlərdə göstərilən xüsusatlara isə işə mahiyyəti üzrə baxılan zaman qiymət verilə bilər. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 363.1.1 və 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşin mübahisəsiz halıdır ki, Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs2, maraqlı şəxs3 və maraqlı şəxs1 Layiq oğlu barədə qətnamə ilə hər hansı bir qərar qəbul edilməyib. Başqa sözlə, mübahisələndirilən qətnamənin Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs2, maraqlı şəxs3 və maraqlı şəxs1 Layiq oğlu üçün heç bir məcburi qüvvəsi ola bilməz. Ancaq Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs2, maraqlı şəxs3 və maraqlı şəxs1 Layiq oğlu hesab edib ki, həmin qətnamə onların hüquq və vəzifələrinə toxunduğu üçün ondan apellyasiya şikayəti vermək üçün subyektiv hüququ yaranmışdır. Qətnamənin onların hüquq və vəzifələrinə hansı hissədə toxunduğunu apellyasiya şikayətlərində də göstərməyiblər, şikayətlərin məzmununda yalnız iddianın tam təmin olunması tələb edilib. Hər bir halda iddianın tam təmin olunmasını iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs, onsuz da apellyasiya şikayətlərində xahiş ediblər. Birinci instansiya məhkəməsi qətnamənin onların hüquq və vəzifələrinə toxunubtoxunmamasını yoxlamadan, eləcə də hansı hissələrdə toxunmasını göstərmədən apellyasiya şikayətləri razılaşıb göstərib ki, hazırki qətnamə ilə payların müəyyən edildiyi əmlaklar hökmlə müsadirə edilmiş əmlaklar sırasına daxil edilməyib, məhz qətnamədə istinad edilən qanuni əsasa görə iddiaya hüquqi qiymət verilib, şikayətlərdə göstərilən xüsusatlara isə işə mahiyyəti üzrə baxılan zaman qiymət verilə bilər. Ancaq hazırki qətnamə ilə payların müəyyən edildiyi əmlakların hökmlə müsadirə edilmiş əmlaklar sırasına daxil edilməməsi o demək deyil ki, qeyd olunan cinayət işində zərəçəkmiş şəxs kimi tanınan yaxud tanınmayan istənilən şəxs bu iş üzrə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanına bilər yaxud tanınmalıdır. Başqa sözlə, qətnamə ilə payların müəyyən edildiyi yaxud edilmədiyi hansısa əmlakın hökmlə müsadirə edilmiş əmlaklar sırasına daxil edilməməsi bu cür qətnamənin cinayət işində zərərçəkmiş şəxs kimi tanınan şəxslərin hüquq və vəzifələrinə toxunduğu anlamına gəlmir və gəlməməlidir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi hazırkı iddianın qanuni əsası kimi Ailə Məcəlləsinin 36.1-ci və Mülki Məcəllənin 224-cü maddəsinin dispozisiya şərtləri nəzərdə tutulduğundan iddiaya da həmin kontekstdə hüquqi qiymət verilərək qismən təmin olunub. Ona görə də şikayətdə göstərilən xüsusatlara işə mahiyyəti üzrə baxılan zaman hüquqi qiymət verilə bilməz. Çünki şikayətin dəlilləri iddianın mahiyyəti ilə bağlı deyil, əksinə qətnamənin Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs2, maraqlı şəxs3 və maraqlı şəxs1 Layiq oğlunun hüquq və vəzifələrinə toxunub-toxunmaması ilə bağlıdır ki, məhkəmə də mülki qanunvericiliyin tələbinə əsasən ilk növbədə buna hüquqi qiymət verməli idi. Məhkəmə tərkibi qeyd edir ki, şikayətdə göstərilənlər əsassız görünməyə bilər. Ancaq hazırkı vəziyyətdə mübahisələndirdiyi qətnamənin Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs2, maraqlı şəxs3 və maraqlı şəxs1 Layiq oğlunun hüquq və vəzifələrinə bilavasitə toxunduğu məyyən edilmir yaxud təsdiq olunmur. Demək ki, birinci instansiya məhkəməsi MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyi üçün ərizələri təmin etməkdə və apellyasiya şikayətlərini geri qaytarmamaqda haqlı olmayıb. Əks halda belə vəziyyət yarana bilər ki, cavabdehə qarşı gələcəkdə də təmin edilən yaxud tam təmin olunmayan iddiası olacaq istənilən şəxs eyni əsaslarla məhz qeyd olunan qətnaməni mübahisələndirə bilər. Bu cür vəziyyət isə “qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslərin” dairəsinin süni surətdə artırılmasına səbəb ola bilər. Bir də ki, mübahisələndirilən qətnamə üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən yekun olaraq konkret cavabdeh şəxs(lər)ə qarşı iddia qaldırılıb və onlara münasibətdə iddia təmin edilib. Bu halın özü də qətnamənin Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs2, maraqlı şəxs3 və maraqlı şəxs1 Layiq oğlun hüquq və vəzifələrinə toxunmadığına dəlalət edir. Göstərilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının, müstəqil tələb irəli sürən üçüncü şəxsin, eləcə də cavabdehin apellyasiya şikayətinə baxılarkən tam və hərtərəfli hüquqi dəyərləndirmə aparılması üçün geniş hüquqi mexanizm mövcud olacaq. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026cı il tarixli qərardadı ləğv edilməli; Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs2, maraqlı şəxs3 və maraqlı şəxs1 Layiq oğlunun hazırkı mülki iş üzrə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına dair vəsatətləri təmin edilməməli və apellyasiya şikayətləri geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a ra a l d ı: Şikayətlər təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Zeynalov İlqar İbrahim oğlu, maraqlı şəxs2, maraqlı şəxs3 və maraqlı şəxs1 Layiq oğlunun mülki iş üzrə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına dair vəsatətləri təmin edilməsin və apellyasiya şikayətləri geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar