Məhkəmə qərarları › İş №e-2(3-6)-3390/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3390/2026

06.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3390/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı2 və iddiaçı1 Cavabdeh qarşı, iddiaçı1 Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: icraata xitam, publik hüquq, mübahisənin inzibati məhkəməyə aidiyyati) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə iddiaçı2 və iddiaçı1 Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi”, iddiaçı1 Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələblərinə dair bir icraatda birləşdirilmiş iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından iddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. ünvan 3 ünvanında yerləşən mənzil ##.##.2013-cü il tarixli bağışlama müqaviləsi əsasında X1 mülkiyyətinə keçmiş, bununla bağlı ona ##.##.2013-cü il tarixli, 007011003627- 05301-****** reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

2. ünvan 3 ünvanında yerləşən mənzil * saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ##.##.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. iddiaçı2 və iddiaçı1 (iddiaçılar) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 3 ünvanında yerləşən mənzilə dair bağışlama müqaviləsi əsasında X1 verilmiş 007011003627-05301-****** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı1 Cavabdeh anasının qohumu, iddiaçı2 isə iddiaçı1 Vladimr oğlunun arvadıdır. İddiaçılar cavabdehin anasının razılığı ilə hələ cavabdehin anasının sağlığında, yəni 2000-ci ilin əvvəllərində cavabdehin anasının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzil 44-ə köçmüş, sonradan həmin mənzilin sökülməsi ilə bağlı yeni mənzil verildiyindən ünvan 2 ünvanında yerləşən mənzilə köçmüşlər və hal-hazırda da orada yaşayırlar. Belə ki, Bakı şəhəri, X5 küçəsi ev 102, mənzil 44 ünvanında yerləşən mənzil iddiaçı1oviçin anasının vəsaiti hesabına alınmışdır. Atası və anasının münasibəti pis olduğundan anası öz adına ev almaq istəməmiş, bunun səbəbi gələcəkdə birgə nikah dövründə alınmış əmlakın bölgüsünün qarşısını almaq olmuşdur. Bütün qohumlar bilir ki, evi onun anası alıb. Evdə pasport qeydiyyatları yoxdur. Sonradan anası mənzili öz adına keçirmək istəsə də, buna iddiaçının anası razı olmamışdır. Hazırda da həmin evdə yaşamağa davam edirlər. Hesab edirlər ki, mübahisəli mənzil Mehmanın anası tərəfindən alındığından həmin mənzildə yaşamaq hüquqları vardır. Qeyd olunan bu xüsusatlar, həmçinin iddiaçıların mübahisəli mənzilə istifadə hüquqlarının olması cavabdehin iddiaçılara qarşı mənzildən çıxarılma tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023cü il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 89A, mənzil 4 Cavabdeh anasının mülkiyyətində olmuş, ##.##.2020-ci il tarixdə anası öldükdən sonra vərəsəlik qaydasında mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır. Həmçinin mübahisəli mənzil hələ vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçməzdən əvvəl, cavabdehin anasının adına keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Vəkil sorğusuna cavabdeh olaraq Daşınmaz Əmlakn Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli maktubuna əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi (Həsən Əliyev), ev 102, mənzil 44 ünvanı X3 (cavabdehin mərhum anası) adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Sözügedən əmlakın qeydiyyatının ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Daha bir vəkil sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, ünvan 3 ünvanı * saylı "Bakı Asan” Xidmət Mərkəzində notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 40-**** reyestr nömrəli ##.##.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. * saylı "Bakı Asan” Xidmət Mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 2V-*** reyestr nömrəli ##.##.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Vəkil sorğusuna cavab olaraq * saylı Bakı "Asan Xidmət” Mərkəzində Notariat Ofisinin **** saylı, ## ###### 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş notariat işinin təsdiq edilmiş surətindən görünür ki, bağışlama müqaviləsi ## ####### 2013-cü il tarixdə bağlanmış, reyestrdə 4Ə-**** nömrəsi ilə qeydə alınmışdır. Belə ki, "xxxx” MMC qeydiyyat nömrəsi 1113100626 olan, qeydiyyat tarixi ##.##.2013-cü il olan çıxarışa və ##.##.2013-cü il tarixli, **/***** saylı arayışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 89A ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 37.8 kv.m. olan 1(bir) yaşayış otağından ibarət olan * saylı mənzili X1 bağışladı. Notariat işinə əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti başçısının aparatının *** nömrəli, ##.##.2013-cü il tarixli * saylı Bakı "Asan Xİdmət” Mərkəzindəki notariat ofisinə ünvanladığı məktubdan görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə əsasən dövlət vəsaiti hesabına podratçı təşkilat “xxxxA” MMC tərəfindən F.X.Xoyski prospekti 89A ünvanında yaşayış binalarının tikilərək, sökülmüş binalarda yaşayan sakinlərin əvvəlki mənzillərinin müqabilində verilmişdir. F.X.Xoyski prospekti 89A ünvanında olan binaların hüquqi sahibi olan “xxxxA” MMC tərəfindən bölgü üzrə sakinlərə bağışlanmış mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün müvafiq bağışlama müqavilələrinin notarial qaydada təsdiq edilərək rəsmiləşdirilməsi xahiş olunmuşdur. Vəkil sorğusuna cavab olaraq əldə edilmiş, notariat işi materiallarından görünür ki, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanı və eyni zamanda da iddiaçıların həmin mənzilə dair istifadə hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tanınan mənzil həmin binanı inşa edən və hüquqi şəxs olan “xxxxA” MMC tərəfindən cavabdehin mərhum anasına bağışlanmışdır. Bağışlama müqaviləsini “xxxxA” MMC-nin təsisçisi X7 adından Məmmədova Şəfiqə İsrafilovna imzalamışdır. Notariat işi materiallarında X7 fiziki şəxs kimi Naxçıvan MR Sədərək rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş Məmmədova Şəfiqə İsrafilovnaya verilmiş etibarnaməsi, eyni zamanda üzərində “xxxxA” MMC və VÖEN: ********** qeyd olunmuş, xüsusi bir etibarnamə forması olan rəhbər və baş mühasibin imzası olan etibarnamə mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin bağışlama müqaviləsi fəslində hüquqi şəxsin bağışlama müqaviləsinin bağışlayan tərəf olması, hüquqi şəxsin mülkiyyətində olan əmlakın bağışlamaq hüququnun olması barədə normalar öz əksini tapmamışdır. Həmçinin notariat işi materiallarının içərisində olan etibarnamə fiziki şəxsin adından verilmiş, hüquqi şəxsin qanuni təmsilçisi barədə məlumat öz əksini tapmamışdır. Onların istifadə hüquqlarını məhdudlaşdırmaq məqsədilə cavabdeh tərəfindən iddiaçılara qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Notariat işi materiallarında olan Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin * saylı Bakı “Asan Xidmət” Mərkəzində olan Notariat Ofisinə ünvanladığı məktubda olan Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı qeyd olunsa da, hansı tarixli və nömrəli sərəncam olması qeyd olunmamışdır. Həmin sərəncam mövcud olub-olmaması barədə Dövlət Arxivinə də müvafiq sorğu verilmişdir. Cavabdehin üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş mənzil, hələ iddiaçının mərhum anasının mülkiyyətinə verilən zaman, qanunvericiliyin tələbləri pozulduğundan, 25 ildən artıqdır həmin mənzillərdə yaşayan, istifadə hüququna məxsus olan iddiaçıların hüququnu pozur.

5. iddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanına dair ##.##.2021-ci il tarixli * saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Həmin iddia tələbi iddiaçıların iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır.

7. Birinci instaniya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardad ilə iddia tələblərinin bir icraatda birləşdirilməsi qərara alınmış, ##.##.2026-cı il tarixli qərardadla isə işin icraatına xitam verilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ##.##.2015-ci il tarixli Qərarının 2 və 4-cü bəndlərində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

Həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

Hazırki iş materiallarından göründüyü kimi, mübahisəli ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka dair həm birinci iş üzrə X1 adına verilmiş reyestr çıxarışının, həm də birləşdirilmiş iş üzrə vərəsəlik qaydasında Cavabdeh adına rəsmiləşdirilmiş dövlət reyestrindən çıxarışın verilməsinə səbəb olan sənədlər mülki-hüquqi əqdlər (müvafiq olaraq ##.##.2013-cü il tarixli bağışlama müqaviləsi və ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) olmuşdur.

Göründüyü kimi, iddiaçılar dövlət reyestrindən çıxarışların verilməsinə əsas olmuş mülki-hüquqi əqdlərin mübahisələndirilməsini və ya etibarsız hesab edilməsini tələb etmir, bilavasitə müstəqil şəkildə çıxarışların ləğvini istəyirlər. Lakin qanunvericiliyin tələbinə görə hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda, onun törəməsi olan qeydiyyat sənədinin ayrılıqda mübahisələndirilməsi mülki məhkəmə icraatı qaydasında müstəqil mübahisə predmeti ola bilməz.

Bundan başqa, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsinin məhkəmə aidiyyəti müəyyən edilərkən o da nəzərə alınmalıdır ki, qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı tərəf həmin hüquq müəyyənedici sənədlərin (əqdlərin) özünü deyil, məhz həmin sənədlərdən irəli gələn qeydiyyatın özünün inzibati orqan (qeydiyyat idarəsi) tərəfindən düzgün aparılmadığını, qeydiyyat prosedurlarının pozulduğunu və ya orqanın qanunsuz hərəkətini/hərəkətsizliyini mübahisələndirirsə, bu halda iddia bilavasitə idarəetmə fəaliyyətindən irəli gəldiyi üçün belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin hazırki işdə, iddiaçılar qeydiyyatı aparan inzibati orqanın (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin) hansısa prosedur qaydasını pozduğunu irəli sürmürlər. Əksinə, iddiaçıların arqumentləri bilavasitə çıxarışa əsas olmuş mülki hüquqi sənədlərin bağışlama müqaviləsinin və vərəsəlik şəhadətnaməsinin maddi-hüquqi cəhətdən qüsurlu olması iddialarına söykənir (əqdin imzalanma səlahiyyəti, etibarnamənin forması və s.).

Məhkəmə icraatı gedişatında iddiaçı tərəfə və onun nümayəndəsinə çıxarışın verilməsinə əsas olmuş sənədlərin mübahisələndirilməsi, iddia tələbinin əqdlərin etibarsızlığı hissəsində dəqiqləşdirilməsi bir neçə dəfə təklif olunsa da, iddiaçı tərəfindən bu istiqamətdə heç bir addım atılmamış və iddia tələbi dəqiqləşdirilməmişdir.

9. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinad etmişdir.

10. Həmin qərardaddan iddiaçı1 şikayət verərək, onun ləğv olunmasını və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə onun ##.##.2026-cı il tarixli ərizəsinə əsasən məhkəmə iclasını təxirə salmaq əvəzinə, qanunsuz olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə öz qərardadında yenidən çıxarışın verilməsinə əsas olmuş sənədlərin mülki məhkəmə icraatı qaydasında mübahisələndirməsi hüququnu izah etsə də, hazırki işin icraatda olmaması, hazırki işə bağlı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında tərəflər olan *(*-*)-****/**** saylı mülki iş üzrə mənzilə köçürülmə tələbi üzrə qanuni qərarın qəbul edilməsinə şərait yaratmayacaqdır. Belə ki, həmin işdə kassasiya şikayətinin əsası hazırki mülki iş icraatda olduğundan, mənzilə köçürülmə tələbinə dair mülki işin icraatının dayandırılmasıdır. Belə olduğu halda, iddiaçıların hüquqi müdafiə vasitələrinin tükəndiyi sonuncu instansiya olduğunu nəzərə alaraq, hazırki iş üzrə qəbul edilmiş icraata xitam barədə qərardadın ləğv edilməsi zəruridir. Belə ki, hazırki mülki iş üzrə məhkəmənin hazırlıq iclası olduğundan, iddiaçıların Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddialarının dəyişdirilməsi hüquqları vardır.

11. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

12. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

14. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

“İnzibati icraat haqqında” Qanun

15. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

16. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

İnzibati Prosessual Məcəllə

17. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

18. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

19. Maddə 2.2.2. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il Qərarı

20. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər).

Apellyasiya baxışının həddi

21. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

22. Mülki Prosessual Məcəllə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür.

23. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. İnzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır.

24. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

25. Kollegiyanın qənaətinə görə, inzibati orqan tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması tələbi publik hüquq sahəsinə aid olmaqla mülki xarakterli deyildir və buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq işə mülki icraat qaydasında baxılmamalı olduğu nəticəsinə gəlmişdir.

26. Bununla yanaşı kollegiya iddiaçılara izah edir ki, onlar əldə etmək istədikləri hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq orqana müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onları qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilərlər.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Səadət Səlimova

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar