Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3407/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh X1 qarşı “daşınmaz əmlakın boşaldılması, əmlakdan istifadə və sahiblik hüququnun həyata keçirilməsinə maneələrin yaradılmasının qadağan edilməsi və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları 1.Mübahisə dövlət reyestrində “Əmlak komleksi kimi müəssisə” adı ilə qeydə alınmış, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlıdır (bundan sonra – daşınmaz əmlak). Reyestr çıxarışına görə, daşınmaz əmlakın ümumi sahəsi 501,4 kv.m, yerləşdiyi torpaq sahəsinin ölçüçüsü 0,1819 kv.m təşkil edir, daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir, torpaq sahəsi isə dövlət mülkiyyətindədir, iddiaçı torpaq sahəsi üzərində icarə hüququna malikdir (iş v. 49). 2.Iddiaçı (alıcı) daşınmaz əmlakı alqı-satqı müqaviləsi əsasında cavabdeh1 (satıcıdan) alıb. Onların arasında notariat qaydasında iki alqı-satqı müqaviləsi bağlanıb. Birinci müqaviləyə, yəni ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə görə, satıcı ümumi sahəsi 492,4 kv.m olan “əmlak kompleksi kimi müəssisə”ni 830.000 manata alıcıya satıb, alıcı isə həmin qiymətə alıb (iş v. 54). Ikinci müqaviləyə, yəni ##.##.2026-cı il tarixli alqı-satqı müqaviləsinə görə, satıcı ümumi sahəsi 501,4 kv.m olan “əmlak kompleksi kimi müəssisə”nin 9 kv.m hissəsini 40.000 manata alıcıya satıb, alıcı isə həmin qiymətə alıb (iş v. 57). Iki müqavilənin predmeti olan əmlakın birlikdə sahəsi 501,4 kv.m (492,4 kv.m + 9 kv.m = 501,4 kv.m) təşkil edir. Məhkəmə icraatı 3.Iddia ərizəsində tələb olunub: 1) daşınmaz əmlakın texniki pasportunda “D” hərfi ilə işarələnmiş tikili tam şəkildə, “E” hərfi ilə işarələnmiş tikili isə qismən (zəbt edilmiş hissədə) cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin; 2) iddiaçının həmin daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarını həyata keçirilməsinə maneə yaradılması cavabdehə qadağan edilsin; 3) iddia verilən gündən daşınmaz əmlak boşaldılıb iddiaçıya faktiki təhvil verilən günədək hər tikiliyə görə aylıq 500 manat kirayə haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilsin. 4.Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, mülki iş üzrə icraat Bakı Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qəbil edilənədək dayandırılsın. 5.Şikayətdə qərardın ləğv tələb olunub. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Məhkəmənin mövqeyi 6.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsindən görünür ki, inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2004-cü il tarixli qərarında qeyd olunub ki, MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asıllığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Hazırkı mülki işlə inzibati məhkəmənin icraatında olan işin arasında belə asıllıq mövcud deyil. Məhkəmə mövqeyni aşağıda qeyd olunanlarla əsaslandırır. 7.Birinci, hazırkı mülki iş üzrə verilən iddia ərizəsi tikili üzərində mülkiyyət hüququna əsaslanır, inzibati məhkəməyə verilən iddia ərizəsində isə torpaq sahəsi üzərində icarə hüququnun yaranmasına əsas olan sənədlərin ləğvi tələb olunub. Belə ki, X1 tərəfindən inzibati məhkəməyə verilmiş iddia ərizəsində göstərilən sənədlərin ləğv edilməsi tələb olunub: 1) Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli sərəncam, həmin sərəncam əsasında Xidmət ilə cavabdeh1 arasında torpaq sahəsinə dair bağlanmış ##.##.2025-ci il tarixli ***** nömrəli icarə müqaviləsi və bu müqavilənin əsasında cavabdeh1 adına verilmiş reyestr çıxarışı; 2) Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli sərəncam, həmin sərəncamın əsasında Xidmət ilə İddiaçı arasında torpaq sahəsinə dair bağlanmış ##.##.2025-ci il tarixli ***** nömrəli icarə müqaviləsi və bu müqavilənin əsasında İddiaçı adına verilmiş reyestr çıxarışı (iş v. 140). Ləğvi tələb olunan icarə müqavilələri və reyestr çıxarışları iş materiallarına əlavə edilib, həmin sənədlərin məzmunundan görünür ki, onlar torpaq sahəsi üzərində icarə hüququna aiddir. 8.Ikinci, inzibati məhkəmənin icraatında olan iddia təmin ediləcəyi təqdirdə, bu hal hazırkı iş üzrə verilmiş iddianın rədd edilməsinə əsas olmayacaq. Belə ki, torpaq sahəsinə dair sənədlər ləğv edildikdə torpaq sahəsinə icarə hüququ ləğv edilmiş sayılacaq. Iddiaçı ümumi sahəsi 501,4 kv.m təşkil edən tikiliyə mülkiyyət hüququnu fiziki şəxs (satıcı) cavabdeh1 ilə bağladığı ##.##.2025 və ##.##.2026-cı il tarixli alqı-satqı müqavilələri əsasənda əldə edib. Həmin müqavilələr qüvvədədir. Iddiaçı hazırkı mülki iş üzrə verdiyi iddia ərizəsində bu müqavilələrə əsaslanaraq mülkiyyətində olan tikilinin boşaldılmasını tələb edir. 9.Beləliklə, iş üzrə icraatın dayandırılması qanunvericiliyin tələbinə uyğun olmadığından qərardad ləğv edilməli və iş həmin məhkəmə qaytarılmalıdır. 10.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3407/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3407/2026
07.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver