Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3422/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Mübahisə cavabdehlər cavabdeh2 ilə cavabdeh1 arasında sadə yazılı formada bağlanmış ##.##.2016-cı il tarixli müqavilə ilə bağlıdır (bundan sonra – müqavilə). 2.Müqaviləyə görə, cavabdeh1 “AAAF park” yaşayış kompeksində aldığı özünə məxsus 72 mənzili (sahəsi 5.213,2 kv.m) “AAAF park” yaşayış kompeksinin rəhbəri olan cavabdeh2 1 kv.m 500 ABŞ dollarına satır, cavabdeh2 isə 2.606.600 ABŞ dolları məbləğində pulu 2016-cı ilin iyul ayından başlayaraq 36 ay ərzində hər ay 72.406 ABŞ dolları olmaqla ayın 27-30-da cavabdeh1 ödəməyi öhdəsinə götürür. Ödəniş cavabdeh1 tam ödənildikdən sonra cavabdeh1 mənzillərin müqavilələrini Tofqi Heydərova təhvil verməyi öhdəsinə götürür. 3.Iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 ər-arvaddır. Onlar ##.##.1996-cı il tarixdə nikah bağlayıblar. Məhkəmə icraatı 4.Iddia ərizəsində tələb olunub ki, müqavilə etibarsız hesab olunsun. 5.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. 7.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər cavabdeh cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin mövqeyi 8.Iddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh cavabdeh1 (ər) müqaviləni iddiaçı İddiaçı (arvadın) razılığı olmadan bağlayıb. Tələb aşağıda göstərilən üç səbəbdən təmin oluna bilməz. 9.Birinci, tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6cı maddəsinin göstərişinə istinad olunub. Həmin maddənin birinci cümləsində qeyd olunub: “Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir”. Bu maddədə “daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə” ifadəsindən istifadə olunub. Lakin müqavilənin bağlandığı zaman (##.##.2016-cı ildə) müqavilənin predmeti kimi göstərilən “72 mənzil” üzərində cavabdeh1 hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə sübut məhkəməyə təqdim edilməyib. Ona görə 225.6-cı maddədəki norma hazırkı işdə tətbiq oluna bilməz. 10.Ikinci, şərti olaraq hesab olunsa ki, 225.6-cı maddədəki norma hazırkı işdə tətbiq oluna bilər, bu halda da iddia təmin oluna bilməz. Belə ki, müqavilənin bağlanmasından 10 il vaxt keçib. Məhkəmə təcrübəsindən bəllidir ki, müqavilə bağlamış bəzi şəxslər sonradan müxtəlif məqsədlərlə (müqavilə öhdəliyinin icrasından yanınmaq üçün, əks tərəfə təsir göstərməklə onun qarşısında üstünlük qazanmaq üçün və s.) nikahda olduğu şəxsin adından müqavilənin etibarsızlığı barədə iddialar qaldırılmasını təşkil edirlər. Həmin iddialar onunla əsaslandırılır ki, müqavilə bağlanarkən müqavilə tərəfinin nikahda olduğu şəxsin buna razılığı olmayıb. Odur ki, müqavilənin əks tərəfinin sui-istifadələrdən qorunması zəruri olduqda 225.6cı maddədəki “razılığı olmadan” ifadəsi “iradəsinə zidd” mənasında qiymətləndirilə bilər. Yəni ər-arvaddan biri digərinin bağladığı müqaviləni uzun müddət keçdikdən sonra mübahisələndirərsə, o, müqavilənin özünün həqiqi iradəsinə zidd bağlandığını təsdiq edən mötəbər sübutlar (məs., müqavilənin bağlandığı zaman ər-arvad münsibətlərinin faktiki olaraq pozulmasını təsdiq edən sübut, ər-arvad arasında ixtilafın olmasını təsdiq edən sübut və s.) təqdim etməlidir. Əgər belə sübutlar yoxdursa, hesab olunur ki, müqavilənin bağlanması onun iradəsinə zidd olmayıb və 225.6-cı maddə ilə qorunmalı olan mənafe mövcud deyil. Hazırkı işdə belə sübutlar təqdim edilməyib. 11.Üçüncü, hazırkı işdə Mülki Məcəllənin 222.3-cü maddəsindəki norma tətbiq oluna bilər. Həmin norma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqa aidiyyəti olmayan münasibəti tənzimləyir. Maddənin ikinci cümləsində qeyd olunub: “Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin”. Cavabdeh cavabdeh2 digər cavabdeh cavabdeh1 müqavilə bağlamaq üçün lazımi səlahiyyətlərinin olmadığını bildiyi və bilməli olduğu sübuta yetirilməyib. 12.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3422/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3422/2026
18.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver