Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3499/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “avadanlıqların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-2(001)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı tərəfindən cavabdehin idarəetməsində olan Bakı şəhəri, Binəqədi rayonu, əvvəlki 3068-ci binada (hazırda Əcəmi Naxçıvani 155, bina 1, blok 1., Əcəmi Naxçıvani 153, bina 1, blok 2., Əcəmi ünvan 1 1 ünvanında) quraşdırılmış və iddiaçının mülkiyyətində olan 2 ədəd çağırış bloku dəstinin və həmin dəstlərə aid maqnit kilitləri, çıxış düymələri və kontrollerlər, 6 ədəd dovodçik, 2 ədəd kommutator və onların tərkib elementi olan qida mənbələrinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 ## #### 2026-cı il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, iddiaçı İddiaçı MMC-nin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin mümkün hesab edilməsi və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisə predmeti olmaqla iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, əvvəlki 3068-ci binada, hazırda isə yeni ünvanla qeyd etdikdə Əcəmi ünvan 2 2, Əcəmi ünvan 1 1 ünvanında cəmi 4 blokda quraşdırılmış əsas qapı avadanlıqları və köməkçi qapı avadanlıqları olan çağırış bloku dəstinin, yəni 4 ədəd əsas qapıda yerləşən çağırış aparatı (CYFRAL markası üzrə), yəni əsas qapı avadanlığı, eləcə də 6 ədəd köməkçi qapıda olan avadanlıq (ştivitil), 6 ədəd çıxış düyməsi, 10 ədəd qapı tənzimləyici (davodçik), 10 ədəd maqnit qıfıl, eləcə də 4 blokda hərəsində bir şit qutusu içində kommutator və qida blokunun, yəni köməkçi qapı avadanlığının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(001)-2894/2025saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, guya mübahisələndirilən qətnamə adıçəkilən şəxslərin elektron kabinetlərinə ##.##.2026-cı il tarixdə yerləşdirilməklə rəsmi qaydada onlara verilmişdir. Halbuki, məhkəmənin *** nömrəli aktı bildirişlə birlikdə ## #### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmişdir. Bundan başqa elektron məhkəmə sistemindən götürülmüş bildirişdən də məlum olur ki, apellyasiya şikayəti elektron sistemə ## #### 2026- cı il tarixdə yerləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadl ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e- *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3- cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ##.##.2026-cı il tarixində elektron kabinetə yerləşdirilməklə iş üzrə tərəflərə, eləcə də iddiaçının nümayəndəsinə göndərilmişdir. Belə ki, Elektron Məhkəmə Informasiya Sistemində həm iddiaçının nümayəndəsi və vəkilinin, həm də cavabdehin elektron kabinetləri mövcuddur və iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilən qətnamə də həmin şəxslərin elektron kabinetlərinə ##.##.2026-cı il tarixində yerləşdirilməklə rəsmi qaydada onlara verilmişdir. Lakin, sözügedən qətnamədən iddiaçının nümayəndəsi tərəfindən ##.##.2026-cı il tarixində, yəni qətnamədən şikayət vermə müddəti bitdikdən 2 gün sonra apellyasiya şikayəti verilmişdir. Yəni vəkil tərəfindən verilmiş hazırki apellyasiya şikayəti qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət buraxılmaqla verilmiş və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3499/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3499/2026
17.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver