Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3529/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** saylı qərardadından iddiaçı “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı məlumatların əldə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadına əsasən iddiaçı X1 cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya tələbinə dair” mülki işin icraatına, həmin tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadın nəticə hissəsində “iddiaçı X1 cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı kompensasiya tələbinə dair” ifadəsinin yanlış sayılması və ““xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı məlumatların əldə edilməsi tələbinə dair” kimi hesab edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, şirkətləri ilə emitent Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında 5ci ildir ki, qiymətli kağızların verilməməsinə görə məhkəmə çəkişməsi davam etməkdədir. Belə hallara görə şirkət yükdaşıma fəaliyyətini həyata keçirə və mənfəət əldə edə bilmir. Şirkətin bütün hesablarına və əmlaklarına müxtəlif icra qurumları tərəfindən sərancamlar qoyulmuşdur ki, hazırda şirkətin maliyyə vəziyyəti mövcud deyil. Əmlaklar yararsız vəziyyətdədir. Əlavə olaraq əmlakların üzərində sərancam olması əlavə məhdudiyyətlər yaratmışdır. Hazırda şirkətin rəhbəri olaraq həbsdə olmağı belə halları dahada çətinləşdirmişdir. Çıxarılmış qərardaddan verilmiş şikayət düzgün tərtib olunmadığı üçün geri qaytarılmışdır. Belə hal isə vəkil ilə təmin olunmaqlarına zərurət yaratmışdır. Hal hazırda nə o, nə də şirkət iş fəaliyyətin həyata keçirə bilmir. Buna görə də birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə hüquqi yardım ehtiyacı zəruri etmişdir. Lakin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitləri mövcud deyil. Götərilənlərə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2026cı il tarixli *(*-***)-****/**** saylı qərardadından şikayət verilməsi üçün ona dövlət hesabına vəkillə təmin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan “xxxx” MMC tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsini və hüquqi yardımın dövlət büdcəsi hesabına həyata keçirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 67-1.2-ci maddəsinə əsasən birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 67-1.4.6-ci bəndinə əsasən maddi vəziyyəti və orta aylıq gəlirinin cari üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslərin də vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmə əsaslarından biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Hazırda ərizəçi ona dövlət büdcəsi vəsaiti hesabına vəkil təyin edilməsininin səbəbi kimi şirkət rəhbəri olaraq həbsdə olması, şirkətin hesablarına icra qurumu tərəfindən sərəncamlar qoyulmasını əsas gətirərək birinci və apellyasiya məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə ona hüquqi xidmət göstərilməsinə zərurət yarandığını göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsi məhkəmə tərəfindən həll edilərək müvafiq qərardad qəbul edilir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin oluna bilməsinin hüquqi əsaslardan biri kimi şəxsin maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması nəzərdə tutulmuşdur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin cəzaçəkmə müəssəsində olmasını, maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olmasını, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmamasını və başqa gəlirlərinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim edilməməsini (şirkətin əmlakına və hesabına inkasso qoyulması vəkilə çəkiləcək xərci qarşılamamaq anlamına gələ bilməz) nəzərə almaqla düzgün olaraq hesab etmişdir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 67-ci maddəsi və 423-cü maddəsinin “Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər” müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin müddəaları nəzərə alınmaqla, maddi vəsaitlərin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda məhkəmə onların vəkillə təmin olunması məsələsini müzakirə etməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin birinci hissəsinə əsasən məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sadalanan qanunvericilik normalarının müddəalarından göründüyü kimi proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün həmin şəxslər vəkilin xidmətlərini ödəməyə kifayət qədər vəsaitlərinin olmadığı barədə sübutlar təqdim etməlidirlər. Lakin iddiaçı tərəfindən istinad edilən hallar, vəkilin xidmətlərin istifadə edilməsi üçün müqavilə bağlaması ilə bağlı maddi imkanın olmaması anlamına gəlmir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, iş materialları ilə iddiaçının vəkilin xidmətlərini ödəməyə kifayət qədər vəsaitinin olmaması müəyyən edilməmişdir. Belə olan halda yalnız ərizədə qeyd olunduğuna görə iddiaçının vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmadığı barədə qənaətə gəlmək və ərizəni təmin etmək mümkün deyildir. Bundan başqa ərizəçi hazırki ərizəsində eləcə də şikayətində cəzaçəkmə müəssisəsində olması vurğulamaqla vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasını bildirsə də, özünün fiziki şəxs kimi başqa gəlirlərinin və ya əmlakının olmamasını təsdiq edən rəsmi sənədləri (məsələn: Dövlət Vergi Xidmətindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq arayışlar) təqdim etməmişdir. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 399 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3529/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3529/2026
17.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver