Məhkəmə qərarları › İş №e-2(3-6)-3571/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3571/2026

26.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3571/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu qəsəbəsi Məştağa qəsəbəsin 5-721 Yeni qaydalara AZ 1076, Bakı şəhəri Sabunçu rayonu Məştağa qəsəbəsi 165- ci Buzovna küçəsi giriş ** saylı ünvanında ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi və boşaldılması 100 manat dövlət rüsumunun və vəkilə çəkilmiş 320 manat, ümumilikdə 420 manat pul xərc cavabdeh Cavabdeh Bayram oğlundan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsi, sahə 5-721, Yeni qaydalarla: AZ 1076, ünvan 2 ünvanınında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin 130 kv.m hissəsində cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin- (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-**/****/**** nömrəli ekspert rəyinə əlavə edilmiş baş plana əsasən) iddiaçının qanuni istifadəsinə qaytarılması, 200 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, hüquqi yardım üçün ödənilmiş 320 manat pul və iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini, məhkəmə tərəfindən zəruri hesab edilərsə iş üzrə əlavə və ya təkrar məhkəmə torpaqşünaslıq və tikinti-texniki ekspertizasının təyin edilməsini, apellyasiya baxışı yekunlaşadanək birinci instansiya məhkəməsinin qətnaməsinin icrasının dayandırılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, apellyasiya Şikayəti ilə razı deyil. Hesab edir ki, apellyasiya şikayəti əsasızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli ********** nömrəli çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu qəsəbəsi Məştağa qəsəbəsin 5-721 Yeni qaydalara AZ 1076, ünvan 1 ünvanınında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Müəyyən edilmişdir ki, cavabdeh xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsində 130 kv.m. sahəni əhatə edən ev tikmiş, qalan torpaq sahəsini də zəbt edərək istifadə edir. Qeyd edilən mülki işə baxılarkən 2 dəfə ekspertiza keçirilmiş və həqiqətən də iddiaçının torpaq sahəsində 130 kv.m. sahənin əhatə edən tikinti işlərinin aparılması, evin tikilməsi tam təsdiq edilmişdir. Bununla da onun mülkiyyət hüququmun pozulması tam təsdiq edilir. Belə ki, torpaq sahəsini istifadə etməkdən məhrum edilmişdir. Cavabdeh iddiaçıya həm də maddi zərərdən başqa, mənəvi zərər də vurmuşdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırkı iş üzrə mülki Məcəllədə, Konstitusiyada təsbit edilmiş bu hüquqlardan məhrum edilmişəm. Onu da qeyd edir ki, məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq norması pozulmamışdır. Iş obyektiv araşdırılmış və qərar qəbul etmişdir. Iş üzrə 2 dəfə ekspertiza təyin edilmişdir. Daşınmaz Əmlakın DRX-nin nümayəndəsi, eyni zamanda ekspertin birgə iştirakı ilə, sənədlər müayinə edilməklə, xüsusi araşdırılmaqla rəy verilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri tam əsassız və qanunsuzdur. Ona görə də təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Sabunçu rayon Məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırda iddiaçı İddiaçı ilə razılığa gəldiyindən apellyasiya şikayətindən imtina edir və mülki iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə mülki iş üzrə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, ərizəni, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtinasına dair ərizəsi qəbul edilməli və mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin 1 və 2-ci bəndində əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtinaya dair ərizə qəbul edilməklə iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilsin və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar