Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3583/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh təqsiri nəticəsində vəfat etmiş mərhum həyat yoldaşı X7 ilə birgə nikahdan olan uşaqları ## ###### 2015-ci il təvəllüdlü X3 və ## #### 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün yaşayış minimumu olaraq hər biri üçün hər ay 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində dolanışıq xərcinin, dəfn xərcləri olaraq 8000 (səkkiz min) manat məbləğində pulun, vəkilə (nümayəndəyə) hüquqi yardıma görə ödənilən 400 (dörd yüz) manat xidmət haqqı xərcinin və ödənilmiş 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat, 200 (iki yüz) manat hüquqi xidmət xərci və dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir.
3. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
5. Iddiaçı həmin qərardaddan şikayət verərək, şikayətini belə əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixli qətnamə poçt vasitəsilə rəsmi qaydada aldıqdan sonra, o, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyinə görə, məcburən nümayəndəsi və vəkili Nümayəndə elektron kabineti vasitəsilə apellyasiya şikayəti verib. Həmçinin, nümayəndəsi və vəkili Nümayəndə “elektron kabinetində ##.##.2026-cı il tarixli qətnamə elan olunduğu tarix, yəni ##.##.2026-cı yerləşdirilsə də, qətnamə yazıldıqdan sonra elektron kabinetdə yerləşdirilməmişdir. Sübut kimi vəkilin elektron kabinetindən çap olunmuş işlərin elektron sistemə yerləşdirilməsi barədə siyahını əlavə etmişdir. Eyni zamanda onun poçt ünvanına göndərilən qətnaməyə əlavə olunmuş məktubda qətnamənin tarixi ## ### 2026-ci il kimi göstərilmişdir. Ona görə qətnamənin yazılma tarixinin “## ### 2026-cı il” olduğunu, məhkəmənin göndərdiyi məktubdakı tarix olduğunu bilib.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
8. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və qətnamədən iddiaçının apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir.
9. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ##.##.2026-cı il tarixində ərizə yükləyərək bildirmişdir ki, ##.##.2026-cı il tarixli qətnamənin elektron kabinetinə yerləşdirilməsi barədə bildiriş-sms-məlumat ona göndərilməmişdir. Vəkil ərizəyə elektron kabinetindən çıxarışlar da əlavə etmişdir. Həmin çıxarışlardan müəyyən olur ki, ##.##.2026-cı il tarixdə qətnamənin çıxarılması barədə elektron kabinetə bildiriş daxil olsa da, ##.##.2026-cı il tarixdə qətnamənin əsas sənədinin elektron kabinetdə yerləşdirilməsi barədə vəkilin elektron kabinetinə bildiriş – məlumat daxil olmamışdır.
10. Iddiaçının apellyasiya şikayətini müddətin ötürülməsi əsası ilə geri qaytaran rayon məhkəməsi qeyd etmişdir ki, qətnamə “AZEMIS” Elektron Məhkəmə Informasiya sistemində yaradılmış iddiaçıya məxsus şəxsi elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, lakin qətnamədən verilən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə elektron sistemə yüklənmişdir. Bununla da, iddiaçı qanunvericiliklə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində müəyyən edilmiş şikayət vermə müddətini ötürmüş, prosessual müddətin bərpası barədə vəsatət isə məhkəməyə təqdim etməmişdir.
11. Göründüyü kimi rayon məhkəməsi iddiaçının elektron kabinetinə qətnamənin ##.##.2026-cı il tarixdə yerləşməsinə əsaslanmaqla onun tərəfindən 1(bir) aylıq apellyasiya şikayəti vermə müddətinin ötürüldüyünü qeyd etmişdir.
12. Məhkəmə ilk növbədə qeyd edir ki, rayon məhkəməsi mübahisələndirilən qərardadda qətnamənin iddiaçının şəxsi elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdiyini qeyd etsə də, “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən göründüyü kimi iddiaçının elektron kabineti yoxdur. Qətnamə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, iddiaçının özünə poçt vasitəsilə göndərilmiş, poçt zərfi ##.##.2026-cı il tarixdə iddiaçıya çatmışdır.
13. MPM-in 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
14. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır.
15. Mülki prosessual qanunvericiliyin istinad olunan normasının görünən tələbinə əsasən, hazırkı işdə qətnamədən apellyasiya şikayəti vermək üçün müddətin axımı ##.##.2026-cı il tarixindən sonrakı gündən, yəni ##.##.2026-cı il tarixindən başladığından iddiaçı apellyasiya şikayətini vermək üçün son günü də növbəti ayın müvafiq günü hesab edilir.
16. MPM-in 129.1-ci maddəsinin “müvafiq” sözü işlədilmişdir. “Müvafiq” sözü ərəb mənşəli olub-uyğun, uyar, həmahəng, oxşar mənasında işlədilir. Məhz bu baxımdan yanaşıldıqda belə qənaət hasil olur ki, hazırkı işdə iddiaçının qətnamədən şikayət verilməsinin başlanğıc müddəti ##.##.2026-ci il tarixindən hesablandığından, qətnamədən şikayət verilməsi müddətləri isə aylarla hesablanan müddətlər olduğundan, onda istinad olunan normanın hərfi mənası baxımından şikayətin verilməsinin son müddəti növbəti ayın “müvafiq” (uyğun, həmahəng və oxşar) günü məhz ##.##.2026-ci il tarixi olmalıdır. Çünki növbəti ayın “müvafiq” günü yalnız ##.##.2026-ci il tarixi ola bilər. Amma normanın belə hərfi təfsiri düzgün hesab edilə bilməz, çünki bu zaman bir aylıq müddət bir aydan artıq olur. Belə hesablama həm də ona görə düzgün olmayacaq ki, bir ayın daxilində iki eyni - “ 19”-cu gün ola bilməz.
17. Şərh edilənlərdən də məlum olur ki, qətnamədən apellyasiya verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddətin başlanğıc və qurtarmq vaxtlarının müəyyən edilməsini müəyyən edən qanun normasının özü də qeyri-müəyyən və ziddiyyətlidir. Demək ki, prosessual qanunvericilikdəki mövcud bu qeyri-müəyyənlikdən yaranan çatışmazlıqların “yükünü” məhkəmə müdafiəsinə ehtiyacı olan şəxsin üzərinə “yükləmək” ədalət mühakiməsinin məhkəmə çatımlıq kimi fundamental hüququnun özünə xələl gətirə, eləcə də şəxsin həddən ziyadə “yük altında” qalmasına gətirib çıxara bilər.
18. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur.
19. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur.
20. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə:
21. işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.
23. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X8rşı işlər).
24. “X10rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”
25. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.
26. Avropa Məhkəməsi bir çox qərarlarında, o cümlədən də “Centro Europa 7 S.R.L. və X2rşı” 2012-ci il işində göstərmişdir ki, “... qanun həm də müəyyən keyfiyyət standartlarına cavab verməlidir”, “... norma vətəndaşlara öz davranışlarını tənzimləmək imkanı vermək üçün kifayət qədər dəqiqliklə ifadə olunmadığı halda qanun hesab edilə bilməz...”, “... müvafiq olaraq, bir çox qanun labüd olaraq, daha çox və ya az dərəcədə qeyri-müəyyən ifadələrlə formulə edilmişdir və onların təfsiri və tətbiqi təcrübənin işidir... ”.
27. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə olan hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (X9 San Marinoya qarşı iş).
28. Insan Hüquqları üzrə Avropa Məhkəməsi özünün presedent hüququnun inkişafı baxımından qərarlarında dəfələrlə göstərmişdir ki, durmadan inkişaf edən ictimai münasibətlər zəminində hüquq münasibətləri də inkişaf edir və dəyişir. Bu baxımdan da hüququn inkişafı və müvafiq olaraq əvvəlki mövqelərdən fərqli mövqelərin ortaya çıxması qaçılmazdır.
29. Bundan başqa, Ali Məhkəmənin apellyasiya şikayətlərinin qeyri-mümkünlüyü ilə bağlı qərardadlardan verilmiş şikayətlərə əsasən qəbul etdiyi qərarların təhlilindən də müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsi məhkəməyə çatım hüququnun “praktiki və effektiv” olması ilə bağlı Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə əsasən apellyasıya instansiyası məhkəmələrinin eyni - formal əsaslarla apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə dair qərardadlarını əsassız hesab edərək, onları ləğv etmişdir.
30. Beləliklə, müəyyən olunur ki, rayon məhkəməsinin iddiaçının apellyasiya şikayətini müddətin ötürülməsinə görə geri qaytarması əsaslı olmamışdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
32. Buna görə də Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti vaxtında, prosessual müddət ötürülmədən verildiyindən, prosessual müddətin bərpasına dair ərizə verilməsinə də lüzum olmamışdır.
33. Göstərilənlərə əsasən Məhkəmə hesab edir şikayət təmin edilməli, qərardad ləğv edilməli və qətnamədən iddiaçının apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməli, iddiaçının apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olduğundan, onun apellyasiya şikayəti mümkün hesab edilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1.məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
35. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
36. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olduğundan, onun apellyasiya şikayəti mümkün hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.