Məhkəmə qərarları › İş №e-2(3-6)-3603/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3603/2026

07.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3603/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsi vəsaiti hesabına iddiaçının xeyrinə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrlə bağlı mənəvi zərərin əvəzi olmaqla 50.000 manat, maddi ziyana görə 17.240 məbləğində pul vəsaitinin ödənilməsi və 325 manat hüquqi yardım üçün vəkilə ödənilən məbləğin, cəmi 67.565 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı İddiaçı vurulmuş mənəvi zərərə görə 9.000 (doqquz min) manat pul vəsaiti və hüquqi yardım üçün vəkilə ödənilən 100 (yüz) manat cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab olunmalıdır. Belə ki, şikayət mülki iş materialları ilə birlikdə nəzərdən keçirilərkən məlum olmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdehdən əlavə iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmişdir. Iddiaçı tərəfindən ##.##.2026-cı il tarixində verilmiş apellyasiya şikayəti “AZEMIS” elektron məhkəmə informasiya sistemində yerləşdirilməsinə baxmayaraq, apellyasiya şikayəti mülki iş materiallarına əlavə edilməmişdir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubunda baxılması üçün yalnız cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin göndərildiyi qeyd edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı hər hansı məlumat öz əksini tapmamışdır. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məcəllənin 366.1-ci maddəsinə əsasən isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə hesab edir ki, belə bir vəziyyətdə cavabdeh tərəfindən verilmiş şikayətə baxılması mümkün olmur, bu səbəbdən də şikayət qeyri-mümkün hesab edilməli və qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün mülki iş materialları rayon məhkəməsinə qaytarılmalıdır. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra mülki iş şikayətə baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirilməsi (mülki prosessual qanunvericiliyin tələblərinin yoxlanılması) üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar