Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3607/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Hazırda iddiaçı İddiaçı qanunsuz azadlıqdan məhrum etmə nəticəsində ona maddi və mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı vurulmuş mənəvi zərərə görə 54.000 (əlli dörd min) manat məbləğində mənəvi zərərin və 18 ay müddətində məhrum olduğu aylıq qazancı olan 18.000 (on səkkiz min) manat, müdafiə xərclərinə görə ödənilmiş 600 (altı yüz) manat maddi ziyanın, məhkəməyə müraciət edilməsinə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilən İddiaçı barəsində həbsetmənin əvvəli ## ######## 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarından görünür ki, İddiaçı həbsdə saxlanılma müddəti 02 ay olmaqla, ## #### 2025-ci il tarixədək uzadılmışdır, həmin müddət ərzində cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən haqqında bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İbtidai istintaq orqanı tərəfindən İddiaçı verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallara əsasən İddiaçı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıması, yəni onun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması sübuta yetirilməmişdir. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının ## ####### 2024-cü il tarixli, **** saylı rəyindən görünür ki, İddiaçı bədənində aşkar edilmiş xəsarətlər-boyun nahiyyəsinin qançırları, döş qəfəsinin sol yan səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişlər. Həm ümumilikdə, həm də ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdırıla bilər. Dövlət orqanlarının etdiyi səhv nəticəsində iddiaçının narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıma, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olma kimi ağır cinayət ittihamına məruz qalaraq qanunsuz olaraq tutulması özünə və ailəsinə çox böyük maddi və mənəvi zərər vurmuşdur. İddiaçı təqsiri olmadan 17 ay 20 gün müddətində ailə üzvlərindən uzaq qalmaqla əsassız olaraq cəmiyyətdən tam təcrid olunmuş, həbsdə olarkən ailəsi maddi və mənəvi məhrumiyyətlərlə üzləşmişdir. Bütün bu alçaldıcı və təhqiredici hərəkətlər ona maddi və mənəvi sarsıntı və əzab vermişdir. Qanunsuz həbs iddiaçının şəxsiyyətinə və mənliyinə elə zərbə vurmuşdur ki, indiyə kimi dostları və qohumları ondan qaçmağa çalışır, həyatın hər sferasında bu damğanı hiss edir, rüsvayedici ittihama görə iddiaçı özünə layiqli iş tapa bilmir. Hələ də cəmiyyətdə özünü təqsirsiz biri kimi sübut etməyə çalışır. İddiaçı həbs edilənə kimi müxtəlif ünvanlara gedərək məişət cihazlarının (soyuducu, kondisioner və.s) təmiri ilə məşğul olmuşdur. Hər ay qazancı təxmini 1000-1500 manat olmuşdur. Həbsdə qanunsuz olaraq saxlanılmağı minimum 1.000 manat aylıq mənfəətdən qazancdan məhrum olmağına səbəb olmuşdur. İddiaçının həbs edilməsi işinin və müştəri bazasının itirilməsinə və çox böyük maddi və mənəvi zərər çəkməyinə gətirib çıxarmışdır. Ailənin yeganə gəlir gətirən şəxsi əsassız və qanunsuz olaraq 2 ilə yaxın həbsdə saxlanılmışdır. Baş vermiş bədbəxt hadisə ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Hökmdən də göründüyü kimi İddiaçı 17 ay 20 gün müddətdə qanunsuz olaraq həbsdə saxlanıldığı üçün ona hər ay 3.000 manatdan hesablanmaqla 54.000 (əlli dörd min) manat (18x3.000=54.000) mənəvi zərər dəymişdir. Bilindiyi kimi, Azərbaycan Respublikasında minimum əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir, İddiaçı isə fərdi qaydada işləyərək ayda minimum 1.000 manat qazanmışdır. Bu səbəbdən də hesab edirlər ki, İddiaçı 18 aya yaxın həbsdə olmaqla 18.000 (on səkkiz min) manat maddi ziyana uğramışdır. Belə ki, həbs olunmasaydı o, işləyə və minimum uyğun qazanc əldə etmək imkanına malik ola bilərdir. İddiaçı qazancı ilə bağlı sənədləri təqdim edə bilmirlər, bu səbəbdən də məhkəmə onun qazancına şübhəli yanaşsa, minimum əmək haqqı məbləğində iddianı təmin edə bilər. Qeyd edilənlərdən əlavə olaraq, İddiaçı ibtidai istintaq orqanında müdafiəsinin təşkili məqsədilə vəkil Vəkil ilə ##.##.2025-ci tarixli EM****VK-****/** saylı müqavilə əsasında 300 manat ödənilərək, ##.##.2025-ci il tarixli EO****VK-****/** saylı və ##.##.2025-ci il tarixli EM-****VK-*****/** saylı müqavilə əsasında 300 manat ödənilərək, ##.##.2025-ci il tarixli EO-****VK-*****/** saylı vəkil orderi əldə edilmişdir. Həmçinin hazırkı mülki iş üzrə ##.##.2026-cı il EM-****VK-*****/** saylı müqavilə əsasında ##.##.2026-cı il tarixli EO-****VK-*****/** saylı order əldə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 600 (altı yüz) manat, mənəvi təzminat olaraq 17.600 (on yeddi min altı yüz) manat məbləğində pulun iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş hüquqi yardım xərcinin 300 (üç yüz) manat hissəsinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçı İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı barəsində başlanmış cinayət işi üzrə qanuni qüvvəyə minmiş bəraət hökmü çıxarılmış və onun təqsirsizliyi təsdiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, tutulması, həbs edilməsi nəticəsində azadlıq hüququ kimi konstitusion hüququ pozulmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2024-ci il tarixindən ##.##.2026-cı il tarixinədək, yəni 17 ay 18 gün müddətində qanunsuz olaraq həbs edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd etmişdir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. Bu baxımdan, Azərbaycan Respublikası hüququ pozulmuş şəxsə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində vurulmuş ziyanı Mülki Məcəllənin 1101.1-ci maddəsinə uyğun olaraq, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. İddiaçı məişət cihazlarının təmiri ilə məşğul olaraq ayda minimum 1.000 manat qazanc əldə etdiyini, buna görə də həbsdə olduğu müddət ərzində 18.000 manat gəlirdən məhrum olduğunu bildirsə də, o, bu zərərin real olmasını sübuta yetirməmiş, bununla bağlı sənədləri təqdim edə bilmədiyini qeyd etmiş, zərərin minimum əmək haqqı məbləğində təmin edilməsinin də mümkün olduğunu bildirmişdir. Beləliklə, maddi zərərin bu hissədə yaranması, hesablanması və zərərin məhz delikt institutunun dispozitiv şərtləri əsas götürülməklə cinayət təqibi orqanları tərəfindən yetirilməsi müəyyən edilməmiş və bu barədə əsaslı sənəd, sübut və materiallar iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilməsi səbəbindən vəkil xidmətlərindən istifadə nəticəsində ona 600 manat maddi zərər dəyməsini təsdiq edən mötəbər sübutları (Nəsimi RPİ, Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqi yardım göstərilməsi haqqında müqavilələr, orderlər və qəbz) məhkəməyə təqdim etmişdir. Bu müqavilələr bilavasitə iddiaçının özü tərəfindən imzalanmasa da və ödəniş özü tərəfindən edilməsə də, hər bir halda onun mənafeyi üçün bağlanmışdır, ödənilmişdir və bu səbəblə məhkəmə hesab etmişdir ki, həmin məbləğlər iddiaçının xeyrinə tutulmalıdır. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi “maddi ziyanın ödənilməsi” hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 600 (altı yüz) manat məbləğində pul iddiaçı İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, hazırkı işdə iddiaçı İddiaçı azadlıq hüququnun qanunsuz olaraq pozulması ilə ona vurulmuş mənəvi zərər arasında zəruri əlaqə mövcuddur və iddiaçının mənəvi təzminat ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ vardır. Odur ki, iddiaçının 17 ay 18 gün müddətində həbsdə qalması qanunsuz olduğu üçün iddiaçının mənəvi təzminat almaq hüququ yaranmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X3rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Məhkəmə işin mübahisəsiz halı olaraq qeyd etmişdir ki, iddiaçının azadlıq hüququnun məhdudlaşdırılması iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İşin qeyd olunan faktiki halları nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin iddia tələbində olduğu kimi 54.000 (əlli dörd min) manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Məhkəmə iş üzrə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 17.600 (on yeddi min altı yüz) manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia bu hissədə də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 17.600 (on yeddi min altı yüz) manat məbləğində pul iddiaçı İddiaçı xeyrinə ödənilməlidir. İddiaçının hazırki iş üzrə hüquqi yardım göstərməsi üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulu tələb etməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin ödəniş cari iş üzrə məhkəmə xərci kimi qiymətləndirilməli və iddia qismən təmin olunduğundan pulun 300 (üç yüz) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçı İddiaçı xeyrinə ödənilməli, məhkəmə xərcinin qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 1101.1-ci maddəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmçinin, Mülki Məcələnin 21.1-21.2ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa mülki düşülür. Məcələnin 1101.1-ci maddəsindən də, göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş zərər tam hacmdə ödənilir. Lakin, məhkəmə qətnaməsi ilə cavabdehdən maddi zərərin əvəzi olaraq 600 (altı yüz) manat, mənəvi təzminat olaraq 17.600 (on yeddi min altı yüz) manat pulun və 300 manat vəkil xidmət haqqının tutularaq iddiaçı İddiaçı ödənilməsi qərara alınmış və iddia qismən təmin edilmişdir. Belə ki, məhkəmə “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin məzmununa, yəni “əgər Məhkəmə Konvensiya və onun Protokolarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir” müddəasına əsaslanmış, lakin qətnamədə isə tamamilə bu anlayışdan kənara çıxmışdır. Məhkəmə, iddiaçının faktiki vəziyyətini, ailədə yeganə gəlir gətirən şəxs olmasını, məşğul olduğu fəaliyyətin xüsusiyyətlərini nəzərə almayaraq, onun qanunsuz olaraq azadlıqdan məhrum edilməsi nəticəsində itirdiyi aylıq ən az 1.000 manat məbləğində pulu (ümumilikdə həbsdə olduğu dövr üçün 18.000 manat pulu) təmin etməmiş, mənəvi zərəri isə qismən təmin etmişdir. Hesab edir ki, məhkəmə iddiaçıya dəymiş mənəvi zərəri düzgün qiymətləndirməyərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə zərərçəkmiş şəxsə qarşı tətbiq edilmiş məhdudiyyətlərin xarakteri, müddətini, ittiham edilən əməlin ağırlığı, şəxsin barəsində tətbiq edilən qətimkan tədbirinin, inzibati tənbehin və cəzanın növü, azadlıqdan məhrum etmə cəzasını hansı tipli cəzaçəkmə müəssisəsində çəkməsi, işgəncə faktının mövcudluğu, cinayət təqibinin, həbsin və ya məhkumetmənin müddəti, iddiaçının qohumları və digər ailə üzvləri ilə yaxın ailə münasibətlərinin pozulması, onlara zəruri qayğı və köməklik göstərilməsindən məhrum olması və digər hallar mənəvi zərərin həcminin müəyyənləşdirilməsi baxımından fərqləndirilməli olduğu halda, bunlardan çəkinmiş, iddianı qismən təmin etmişdir. Halbuki, iddiaçı qanunsuz olaraq, 18 aya yaxın həbsdə olmuş, təqsiri olmadan, ailəsindən, cəmiyyətdən təcrid edilmişdir. Bunun dəyəri isə aylıq 1.000 manat ilə ölçülə bilməz. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə : 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Belə ki, iddiaçı həbs edilənə kimi müxtəlif ünvanlara gedərək məişət cihazlarının (soyuducu, kondisioner və.s) təmiri ilə məşğul olmuş, hər ay qazancı təxmini 1.000-1.500 manat olmuşdur. Həbsdə qanunsuz olaraq saxlanılması nəticəsində minimum 1.000 manat aylıq mənfəətdən qazancdan məhrum olmağına səbəb olmuşdur. Azərbaycan Respublikasında minimum əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir, İddiaçı isə fərdi qaydada işləyərək ayda minimum 1.000 manat qazanmışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçı 18 aya yaxın həbsdə olmaqla, 18.000 (on səkkiz min) manat maddi ziyana uğramışdır. Belə ki, həbs olunmasaydı o, işləyə və minimum uyğun qazanc əldə etmək imkanına malik ola bilərdir. Buna baxmayaraq, məhkəmə iddianın iddaçının 18 ay müddətində məhrum olduğu aylıq qazancı olan 18.000 (on səkkiz min) manat məbləğinin cavabdehdən tutulması hissəsində təmin etməmiş, bu halı maddi zərərin bu hissədə yaranması, hesablanması və zərərin məhz delikt institutunun dispozitiv şərtləri əsas götürülməklə cinayət təqibi orqanları tərəfindən yetirilməsi müəyyən edilməməsində və bu barədə əsaslı sənəd, sübut və materiallar iddiaçı tərəfindən təqdim edilməməsi ilə əlaqələndirmişdir. Halbuki, işin hallarından göründüyü kimi, ailənin yeganə gəlir gətirən şəxsi olan iddiaçının əldə edəcəyi gəliri itirməsinin başlıca səbəbi onun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, tutulması, həbs edilməsi nəticəsində azadlıq hüququ kimi konstitusion hüququ pozulması olmuşdur. Eyni zamanda, məhkəmə nəticəyə gələrkən, yalnız sənəd və ya sübutun təqdim edilməməsini qeyd etsə də, halbuki, nəzərə almamışdır ki, iddiaçının məşğul olduğu fəaliyyət sahəsi (fərdi qaydada məişət cihazlarının təmiri) öz xüsusiyyətinə görə tərəflər arasında yazılı müqavilələrin bağlanması və ya digər sənədlərin tərtibi edilməsini mövcud reallıqda ehtiva etmir. Şəxsin rəsmi əmək müqaviləsinin olmaması isə onun işsiz olması və ya gəlir əldə etməməsi kimi qiymətləndirilə bilməz. Faktiki olaraq, fərdi qaydada göstərilən xidmət daimi xarakter daşımaqla hər ay ən az 1.000 manat məbləğində iddiaçının gəlirini formalaşdırırdı. İddiaçı eyni zamanda məhkəməyə aylıq gəliri barəsində sənədləri təqdim edə bilmədiyini qeyd etmiş, bu səbəbdən də məhkəmə onun qazancına şübhəli yanaşsa, minimum əmək haqqı məbləğində iddianı təmin edə bilməsini də vurğulamışdır. Lakin, bu hal da məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının qanunsuz həbsi nəticəsində məhrum olduğu gəlirlərin mövcud olduğunu qiymətləndirərkən faktiki vəziyyəti qiymətləndirmədən birtərəfli yanaşma nümayiş etdirmiş, iddiaçının fərdi qaydada fəaliyyətinin xüsusiyyətlərini nəzərə almamış, eyni zamanda iddiaçının qazancına şübhə ilə yanaşıldığı halda belə, zərərin ən az qanunla müəyyən edilmiş minimum əmək haqqı həddində ödənilməsi barədə ağlabatan mülahizısini tamamilə əsassız olaraq diqqətdən kənar saxlamışdır “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli ## ###### 2025-ci il tarixli Qərarına əsasən: 4.58. Bu xüsusiyyətlərə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə zərərçəkmiş şəxsə qarşı tətbiq edilmiş məhdudiyyətlərin xarakteri, müddəti və digər əlamətləri aiddir. Belə ki, ittiham edilən əməlin ağırlığı, şəxsin barəsində tətbiq edilən qətimkan tədbirinin, inzibati tənbehin və cəzanın növü, azadlıqdan məhrum etmə cəzasını hansı tipli cəzaçəkmə müəssisəsində çəkməsi, işgəncə faktının mövcudluğu, cinayət təqibinin, həbsin və ya məhkumetmənin müddəti, iddiaçının qohumları və digər ailə üzvləri ilə yaxın ailə münasibətlərinin pozulması, onlara zəruri qayğı və köməklik göstərilməsindən məhrum olması və digər hallar mənəvi zərərin həcminin müəyyənləşdirilməsi baxımından fərqləndirilməlidir. Belə ki, iddiaçı təqsiri olmadan qanunsuz olaraq 17 ay 20 gün müddətində ailə üzvlərindən uzaq qalmaqla əsassız olaraq cəmiyyətdən tam təcrid olunmuş, iddiaçının yeganə gəlir əldə edən ailə üzvü olmasını nəzərə alaraq, həbsdə olarkən ailəsi maddi və mənəvi məhrumiyyətlərlə üzləşmişdir. Qanunsuz həbs iddiaçının şəxsiyyətinə və mənliyinə elə zərbə vurmuşdur ki, indiyə kimi dostları və qohumları ondan qaçmağa çalışır, həyatın hər sferasında bu damğanı hiss edir, rüsvayedici ittihama görə iddiaçı özünə layiqli iş tapa bilmir. Hələ də cəmiyyətdə özünü təqsirsiz biri kimi sübut etməyə çalışır. Qeyd edilən qərarın məzmunundan aydın olduğu kimi, mənəvi zərər iddiaçının çəkdiyi iztirabın dərəcəsindən, cavabdehin təqsirindən, iddiaçının əmlak vəziyyəti ilə birbaşa bağlıdır. Belə ki, artıq barəsində bəraət verilməsinə baxmayaraq, iddiaçı həm qanunsuz olaraq həbsdə olarkən, həm də faktiki vəziyyətdə dostlarının, qohumlarının qarşısında, eyni zamanda, ona vurulan damğa əsasında nüfuzuna zərbə vurulmasının nəticəsində işlə özünü təmin edə bilməməsində çəkdiyi iztirab davam edir. Baş vermiş bədbəxt hadisə ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Hökmdən də göründüyü kimi İddiaçı 17 ay 20 gün müddətdə qanunsuz olaraq həbsdə saxlanıldığı üçün ona hər ay 3.000 manatdan hesablanmaqla 54.000 (əli dörd min) manat (18x3.000=54.000) mənəvi zərər dəymişdir. Mənəvi zərərin həcminin müəyyənləşdirilməsinin əsaslarından biri kimi iddiaçının əmlak vəziyyəti təşkil etdiyini nəzərə alaraq, işin hallarından da göründüyü kimi, iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilməsindən əvvəl fərdi qaydada məişət cihazlarının təmiri ilə məşğul olmuş, lakin cəmiyyətdən tam şəkildə təcrid olunmasının nəticəsində aylıq ən az 1.000 manat məbləğində gəlirlərini itirmişdir, eyni zamanda iddiaçı ailənin yeganə gəlir əldə edən şəxs olması, onun əmlakına xeyli miqdarda ziyan vurulmasının birbaşa göstərgəsidir. Lakin, qeyd edilənlərə baxmayaraq, məhkəmə iddianı qismən təmin etmiş, mənəvi təzminat olaraq 17.600 (on yeddi min altı yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət edib. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Halbuki, məhkəmə qeyd etdiyi nüansların heç birinə mütənasib, işin hallarına uyğun olmayan və formal bir qətnamə qəbul etmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Qeyd edilənlər birbaşa göstərmişdir ki, iddiaçı 17 ay 20 gün qanunsuz olaraq həbsdə saxlanılmış, yəni hüquqazidd əməlin davam etmə müddəti kiyafət qədər uzun olmuşdur. Həmin hüquqazidd əməlin nəticəsi maddi, mənəvi zərərlə nəticələnmiş, iddiaçı cəmiyyətdən, ailəsindən təcrid olunmuşdur. Onun sosial-iqtisadi vəziyyəti bu tədricetmə nəticəsində sarsılmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, qətnamə dəyişdirilməli və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Qeyd olunmalıdır ki, məhkəmənin mənəvi ziyanı həbs qətimkan tədbirində saxlanmanın hər ayı üçün 1.000 manat dəyərində hesablanması düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Həmçinin, qeyd edirlər ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il ## #### tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməli olması vurğulanmış, ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilir ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Göstərilənləri nəzərə alaraq mülki prosessual qanunvericiliyə əsasən Nəsimi Rayon Məhkəməsinin 2026-cı il ## #### tarixli, e-*(*-**)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 68-ci maddəsinin II hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Cinayət Prosessual Məcəllə: 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. Bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.
63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” ## ###### 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.
Mülki Məcəllə:
21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 2.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarı.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Həmin qərardan görünür ki, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır. Hüquqazidd əməl nəticəsində sonradan yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququ istisna edilməsə də, mənəvi zərərə münasibətdə fərqli qayda tətbiq edilir. Belə ki, mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan, habelə proqnozlaşdırıla bilən bütün mümkün nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan şəxsin eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməsi yol verilməzdir.
Mülki Prosessual Məcəllə:
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyatorların apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, qanuni qüvvəyə minmiş bəraət hökmü ilə İddiaçı ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Belə olan halda iddiaçının qanunsuz həbsdə saxlanılması nəticəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 4-cü, Mülki Məcəllənin 1101.1-ci maddələrinə əsasən zərərin ödənilməsini tələb etmək hüququnun yaranması mübahisə doğurmur. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddiaçının qanunsuz həbsdə saxlanılması nəticəsində onun hüquqlarının pozulması və dövlətin bunun nəticəsində yaranmış zərərə görə məsuliyyət daşıması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində həbsdə saxlanıldığı müddət ərzində məişət cihazlarının təmirindən ayda minimum 1.000 manat gəlir əldə edə biləcəyini və buna görə 18.000 manat əldən çıxmış faydaya məruz qaldığını bildirir. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunsuz həbs nəticəsində şəxsin əmək haqqından və digər gəlirlərdən məhrum olması qanunvericiliklə kompensasiya edilməli zərər növlərinə daxildir. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” ## ###### 1998 ci il tarixli Azərbaycan Respublikası Qanununda məhrum olunmuş əmək haqqı, pensiya, müavinət və digər gəlirlərin, habelə hüquqi yardım üçün ödənilmiş məbləğlərin və fiziki və mənəvi ziyanın ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin ödənilməli gəlirin müəyyən edilərkən müvafiq dövrdə əldə edilməmiş gəlirin nəzərə alınması göstərilmişdir. Lakin bu norma şəxsin yalnız öz izahatına əsasən müəyyən etdiyi ehtimal olunan gəlirin zərər kimi tutulmasını nəzərdə tutmur. Əldən çıxmış faydanın kompensasiya edilməsi üçün, birincisi, hüquq pozuntusu baş verməsəydi gəlirin əldə ediləcəyinin real olması, ikincisi, gəlirin konkret məbləğinin müəyyən edilə bilməsi və üçüncüsü, həmin gəlirin məhz qanunsuz həbs nəticəsində əldə edilmədiyi sübuta yetirilməlidir. Hazırkı işdə isə iddiaçı məişət cihazlarının təmiri ilə fərdi qaydada məşğul olduğunu və aylıq gəlirinin 1.000-1.500 manat təşkil etdiyini bildirsə də, bu gəlirin məbləğini təsdiq edən müqavilələr, ödəniş sənədləri, bank hesablarından çıxarışlar, vergi uçotu və ya digər obyektiv sübutlar təqdim etməmişdir. İddiaçının özünün də iddia ərizəsində qazancı ilə bağlı sənədləri təqdim edə bilmədiyini etiraf etməsi nəzərə alınmalıdır. İddiaçı apellyasiya şikayətində həmin fəaliyyət sahəsinin yazılı müqavilələrin bağlanmasını və sənədləşməni ehtiva etmədiyini bildirir. Lakin xidmətlərin qeyri-rəsmi və ya fərdi qaydada göstərilməsi həmin fəaliyyət nəticəsində əldə edilən gəlirin mövcudluğunun ümumiyyətlə sübut edilə bilməməsi anlamına gəlmir. Əksinə, gəlirin məbləği digər sübut vasitələri ilə də təsdiq edilə bilərdi. İddiaçının minimum əmək haqqının 400 manat olması barədə arqumenti də 18.000 manatın tutulması üçün kifayət edən hüquqi əsas deyildir. Minimum əmək haqqının müəyyən edilməsi şəxsin faktiki olaraq həmin məbləğdə gəlir əldə etdiyini təsdiq edən sübut deyil. Eyni zamanda minimum əmək haqqı əldən çıxmış faydanın bütün hallarda hesablanmalı olan məbləğini müəyyən etmir. Bundan əlavə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” ## ###### 1998 ci il tarixli Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən vurulmuş zərərin məbləği məhkəmə tərəfindən müəyyən edilir və fiziki və mənəvi ziyan, qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda, məhkəmənin ədalətli hesab etdiyi məbləğdə ödənilir. Beləliklə, birinci instansiya məhkəməsinin 18.000 manat əldən çıxmış faydanın sübuta yetirilmədiyi qənaətinə gəlməsi iş materiallarına uyğundur və iddiaçının bu hissədə apellyasiya dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas yaratmır. Burada xüsusilə qeyd edilməlidir ki, məhkəmə iddiaçının qanunsuz həbs nəticəsində ümumiyyətlə maddi zərərə məruz qala bilməyəcəyini müəyyən etməmiş, konkret olaraq tələb olunan 18.000 manatın mötəbər və kifayətedici sübutlarla təsdiqlənmədiyi nəticəsinə gəlmişdir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı cinayət təqibi çərçivəsində hüquqi yardım almaq üçün ümumilikdə 600 manat ödəniş etmiş və bunu müvafiq müqavilələr və digər sənədlərlə təsdiq etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” ## ###### 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər də kompensasiya edilməli zərər növlərinə daxildir. Bu baxımdan birinci instansiya məhkəməsinin həmin 600 manat məbləğini maddi zərər kimi təmin etməsi əsaslıdır. İddiaçının hazırkı mülki iş üzrə vəkilə ödədiyi 320 manat isə cinayət təqibi nəticəsində vurulmuş zərər deyil, hazırkı mülki iş üzrə məhkəmə xərci xarakteri daşıyır. Buna görə də onun ayrıca prosessual qaydada bölüşdürülməsi düzgündür. Birinci instansiya məhkəməsinin iddianın təmin olunma nisbətini nəzərə alaraq 320 manat məhkəmə xərcinin 300 manat hissəsini iddiaçının xeyrinə tutması da əsaslıdır. Eyni zamanda iddiaçı mənəvi zərərin 54.000 manat deyil, 17.600 manat məbləğində müəyyən edilməsini mübahisələndirərək onun tam təmin olunmasını xahiş edir. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, mənəvi zərərin mövcudluğu hazırkı işdə əsaslı olaraq müəyyən edilmişdir. Şəxsin təqsiri sübuta yetirilmədiyi halda 17 aydan artıq müddətdə həbsdə saxlanılması, ailəsindən və sosial mühitindən uzaq qalması, ona ağır cinayət ittihamının irəli sürülməsi təbii olaraq onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb ola biləcək hallardır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” ## ###### 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən də şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə və digər mənəvi xarakterli mənfi nəticələrə səbəb olan halların mənəvi ziyan təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda fiziki və mənəvi ziyanın məbləği məhkəmə tərəfindən ədalətli hesab edilən məbləğdə müəyyən edilir. Bu baxımdan iddiaçının mənəvi zərərin “hər ay 3.000 manat” hesablanmaqla 54.000 manat təşkil etməsi barədə yanaşması qəbul edilə bilməz. Məhkəmə Kollegiyası qeyd edir ki, zərərin müddəti mühüm meyar olmaqla yanaşı, onun məbləği müəyyən edilərkən pozuntunun xarakteri, şəxsin hüquqlarına müdaxilənin ağırlığı, müddəti, nəticələri, şəxsin fərdi xüsusiyyətləri, ailə və sosial əlaqələrə təsiri və digər diqqətəlayiq hallar birlikdə qiymətləndirilməlidir. Bundan başqa zərərin qiymətləndirilməsində tətbiq edilmiş məhdudiyyətlərin xarakteri və müddəti, ittiham edilən əməlin ağırlığı, tətbiq edilmiş qətimkan tədbirinin növü, cinayət təqibinin və həbsin müddəti, ailə münasibətlərinə təsir və digər halların nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi də məhz bu meyarları nəzərə alaraq iddiaçıya 17 ay 18 gün müddətində tətbiq edilmiş həbs qətimkan tədbirinin müddətini, ittihamın xarakterini, azadlıq hüququnun məhdudlaşdırılmasını, bunun iddiaçının ailə və sosial həyatına təsirini və digər işin diqqətəlayiq hallarını qiymətləndirmiş və mənəvi zərərin 17.600 manat məbləğində kompensasiya edilməsini ədalətli hesab etmişdir. İddiaçının ailənin yeganə gəlir gətirən şəxsi olması, dost və qohumlarının ona münasibətinin dəyişməsi, həbsdən sonra iş tapmaqda çətinlik çəkməsi barədə bildirdiyi hallar mənəvi zərərin qiymətləndirilməsi zamanı nəzərə alına biləcək hallardır. Lakin həmin halların mövcudluğu iddiaçının tələb etdiyi 54.000 manat məbləğinin əsaslandırılması anlamına gəlmir. Beləliklə, birinci instansiya məhkəməsinin 54.000 manatlıq mənəvi zərər tələbini tam təmin etməyərək 17.600 manat kompensasiya müəyyən etməsi məhkəmənin diskresion səlahiyyətləri daxilində olmaqla, işin müəyyən edilmiş hallarına və ədalətlilik prinsipinə uyğundur. İddiaçının “məhkəmə mənəvi zərərin bütün meyarlarını formal şəkildə sadalamış, lakin tətbiq etməmişdir” dəlili ilə də razılaşmaq olmaz. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə məhz həbsin müddətini, hadisənin xarakterini, onun nəticələrini, iddiaçının sosial vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə almışdır. Bundan başqa cavabdeh mənəvi zərərin həbsdə saxlanılan hər ay üçün 1.000 manat hesablanmasını və ümumiyyətlə aylıq hesablamanın düzgün olmadığını bildirir. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması (həbsdə qalması, məhkəmə çəkişmələrinə cəlb edilməsi) faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə Kollegiyası hesab edir ki, iş materiallarına əsasən istintaq orqanının qanunsuz hərəkətləri ilə mənəvi ziyanın vurulması arasında səbəbli əlaqə mövcud olsa da, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan məhz 54.000 manat məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq azadlıqdan məhrum olunmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla həmin məbləğin əsassız yerə həbsdə saxlanıldığı üçün 17.600 manat məbləğində müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bu baxımdan, Məhkəmə Kollegiyası mənəvi zərərin həddi ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsini əsaslı, iddiaçının eləcə də cavabdehin bu hissədə apellyasiya şikayətlərinin dəlillərini isə əsassız sayır. Mənəvi zərərin 17.600 manat məbləğində müəyyən edilməsi isə işin konkret hallarının, xüsusilə qanunsuz həbsin müddətinin, ittihamın xarakterinin, azadlıq hüququnun uzun müddət məhdudlaşdırılmasının və bunun iddiaçının şəxsi və sosial həyatına təsirinin məcmu qiymətləndirilməsinə əsaslanır. Cavabdehin Maliyyə Nazirliyinin iddiaçıya münasibətdə heç bir hüquqazidd hərəkət etməməməsi, zərər vuran orqanın Maliyyə Nazirliyi deyil və buna görə də iddia həmin hüquqmühafizə orqanına qarşı yönəldilməli olmasına dair əsas dəlilli ilə Məhkəmə Kollegiyası razılaşmır. Belə ki, hazırkı mübahisənin predmeti Maliyyə Nazirliyinin iddiaçıya zərər vurub-vurmaması deyil, qanunsuz cinayət təqibi və həbs nəticəsində yaranmış zərərin dövlət tərəfindən hansı qaydada ödənilməsidir. Məhkəmə Kollegiyası qeyd edir ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi maliyyə, büdcə, audit, vergi, gömrük, dövlət rüsumu və digər büdcə daxilolmaları sahəsində dövlət siyasətini hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət siyasətinin və tənzimləməsinin, habelə dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərindən, dövlət zəmanəti ilə alınan və dövlət büdcəsinin vəsaiti hesabına verilən kreditlərdən, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən, həmçinin dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaitlərindən (bundan sonra – dövlət vəsaiti) istifadə və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin dividendləri sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə Kollegiyası hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Deməli, cavabdehin “Maliyyə Nazirliyi delikt törətmədiyindən cavabdeh ola bilməz” arqumenti dövlətin maddi-hüquqi məsuliyyəti ilə həmin məsuliyyət üzrə ödənişin təşkil edilməsini təmin edən orqanın prosessual statusunu bir-birindən fərqləndirməməyə əsaslanır. Hazırkı qətnamənin nəticə hissəsində də vəsaitin Maliyyə Nazirliyindən şəxsi vəsait kimi tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına, Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi müəyyən edilmişdir. Bu səbəbdən cavabdehin həmin dəlili əsassızdır. Eyni zamanda cavabdehin istinad etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ayrıayrı işlərində müəyyən edilmiş kompensasiya məbləğləri də hazırkı iş üzrə birbaşa tətbiq edilə bilməz. Avropa Məhkəməsinin konkret iş üzrə müəyyən etdiyi kompensasiya digər işlər üçün məcburi tarif yaratmır. Hər bir işdə pozuntunun xarakteri, müddəti, nəticələri və həmin işin digər fərdi halları ayrıca qiymətləndirilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları müəyyən etmiş, təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət vermiş və tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
QƏT ETDİ:
İddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.