Məhkəmə qərarları › İş №e-2(3-6)-3638/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3638/2026

06.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3638/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı cavabdeh6, cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh1 qarşı “yaşayış sahəsindən çıxarılma, əmlakın faktiki sahibliyinə verilməsi” tələbinə dair müki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı (iddiaçı) cavabdeh6 və cavabdeh7 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyətində olan ünvan 1 (Köhnə ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 68D) ünvanında yerləşən ümumi sahəsi 417,8 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0,031 ha torpaq sahəsinin boşaldılaraq onun faktiki sahibliyinə təhvil verilməsi, cavabdehlər cavabdeh6 ailə üzvləri ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evindən çıxarılması, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh6 ailə üzvləri cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh1 cavabdehlər qismində məhkəmə icraatına cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh6, cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh1 İddiaçı mülkiyyətində olan AZ 1040, ünvan 2 (Köhnə ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 68D) ünvanında yerləşən ümumi sahəsi 417,80 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,0310 ha torpaq sahəsindən çıxarılmaları və həmin əmlakın boşaldılaraq İddiaçı faktiki sahibliyinə təhvil verilməsi qərara alınmışdır. Qətnamədən cavabdeh6 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş məzmuna uyğun deyildir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü-361.1.7-ci maddələrinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; cavabdeh6 verdiyi şikayətdə isə həmin tələblərə riayət edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. cavabdeh6 apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusu kimi bəzi maddələr sadalansa da, onların qarşısında həmin maddələrin məzmunu qeyd olunaraq pozuntunun nədən ibarət olmasına, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hansı formada düzgün tətbiq olunmamasına dair aydın şəkildə ifadə edilən heç bir izah verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh6 şikayəti qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar