Məhkəmə qərarları › İş №e-2(3-6)-3859/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3859/2026

27.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3859/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən **-**-** saylı mənzildə (yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 57, M2, mənzil 6) cavabdeh Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası xxxx tərəfindən keçirilmiş ##.##.2025-ci il tarixli, ****************** saylı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə iş üzrə Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 elektron kabinet vasitəsilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti elektron kabinet vasitəsilə yüklənmişdir. Ona görə 3 gün prosessual müddət üzürlü səbəbdən buraxılmışdır. Belə ki, iddiaçı tərəfin kompüterində baş vermiş texniki nasazlıq ucbatından apellyasiya şikayəti elektron kabinetə gec yerləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 ərizəsinin rədd edilməsi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi hakimin elektron imzası ilə təsdiq edilməklə ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Belə olduğu təqdirdə, iddiaçı tərəfin qətnaməni rəsmi qaydada alması vaxtı mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, qətnamənin iddiaçının nümayəndəsi və vəkilinin Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirildiyi vaxt, yəni ##.##.2026-cı il tarixi hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmış və iddiaçı qətnaməni rəsmi qaydada aldığı ## #### 2026-cı il tarixdən 1 ay müddətində apellyasiya şikayəti verməmişdir. Yəni, iddiaçı ## #### 2026-cı il tarixdə məhkəmə qətnaməsini rəsmi qaydada aldığına görə, o, ən geci ## #### 2026-cı il tarixdə (saat iyirmi dördə qədər) apellyasiya şikayətini elektron qaydada göndərməli idi. Lakin, yuxarıda qeyd edildiyi kimi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini ## #### 2026-cı il tarixdə məhkəməyə təqdim etmişdir ki, bununla da o, qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti 2 günə yaxın müddətə ötürmüşdür. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin qətnaməni rəsmi qaydada aldığı vaxtdan 1 ay müddətində apellyasiya şikayəti vermək imkanı olmasına baxmayaraq, o, şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür. Buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Ərizəçi müddətin buraxılmasının üzürlü səbəbi kimi ərizəsində kompüterində texniki nasazlıq olmasını qeyd etsə də, bu hal buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilə bilməz. Belə ki, iddiaçının nümayəndəsi və vəkili qətnamədən apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş 1 aylıq prosessual müddət ərzində digər elektron vasitələrdən istifadə etməklə vermək imkanına malik olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbləri üzrlü hesab edilə və buraxılmış müddət bərpa edilə bilməz. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadının tam ləğv olunmasını və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı tərəfindən cavabdehlər Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası xxxx və Səbail rayon İcra şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi də ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnamə ilə iddianı rədd etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və kompüterdə baş vermiş texniki qüsur üzündən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət 3 gün üzürlü səbəbdən ötürülmüşdür. Bununla əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş və buraxılmış prosessual müddətin üzürlü sayılaraq bərpa edilməsi xahiş edilmişdir. Lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2026-ci il tarixli, e-*(*-***)-***/**** saylı qərardadla buraxılmış prosessual müddəti bərpa etməmişdir. Hesab edir ki, buraxılmış prosessual müddət bərpa olunmalıdır. Çünki, apellyasiya şikayətini elektron kabinet vasitəsilə Elektron Məhkəmə informasiya sisteminə göndərərkən texniki nasazlıq ucbatından apellyasiya şikayətinin verilmə müddəti 3 gün müddətinə gecikdirilmişdir. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadının tam ləğv olunmasını və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunan prosessual müddəti ötürməsi işin mübahisə edilməyən halıdır. Belə ki, iddiaçı özünə məxsus kompüterdə baş vermiş texniki nasazlıq üzündən apellyasiya şikayətinin verilmə müddətini ötürülməsini etiraf edir. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron qaydada təqdim etmə məhkəmə sənədlərinin eləcə də, məhkəmə aktlarının rəsmi qaydada təqdim edilməsidir. Göründüyü kimi iddiaçıya məxsus kompüterdə həqiqətən texniki nasazlıq baş verdiyi halda belə bu hal qanunla müəyyən olunan prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb olaraq qiymətləndirilə bilməz. Belə ki, iddiaçı bir aylıq prosessual müddət ərzində digər elektron vasitələrdən istifadə etməklə apellyasiya şikayətini məhkəməyə təqdim etmək, yəni öz hüquqlarından vaxtında istifadə etmək imkanına malik olmuşdur. İstinad olunanlara əsasən kollegiya iddiaçının vəsatət və şikayətində qeyd etdiyi halları buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar