Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3897/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, *(***)-***/**** saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli qərardaddan cavabdeh cavabdeh2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılov Nağı Yavər oğlunun cavabdehlər cavabdeh2 və İsmayılov Ramin Rasim oğluna qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət edilmişdir. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməsini, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin cavabdeh2 münasibətdə bərpa edilməsini və onun tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilərək, baxılması mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatı hazırkı mərhələdə qeyri-mümkündür və bu səbəbdən də və Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, iddiaçı Nağı İsmayılov tərəfindən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından şikayət verilmişdir. İş materiallarından isə görünür ki, Rayon Məhkəməsi həmin qərardaddan verilmiş şikayətə baxmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəyə əsasən isə əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.2.). Məhkəmə bildirir ki, iddiaçı Nağı İsmayılovun Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayətə baxılmadan və şikayətə hüquqi qiymət verilmədən cavabdeh cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətinə baxılması qeyri-mümkündür. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263-264, 364, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Hazırkı iş üzrə cavabdeh cavabdeh2 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilsin. Cavabdeh cavabdeh2 hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Digər proses iştirakçıları hazırkı qərardaddan kassasiya şikayəti verə bilməzlər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3897/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3897/2026
14.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver