Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3945/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101)- ****/**** nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN–610A KOD ******** saylı “xxxx”nin ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ## ######## 1959–cu il tarixdə Krasnosel rayonunda anadan olmuşdur. Onun bu günədək bütün hüquqmüəyyənedici sənədlərində soyadı, adı və atasının adı “İddiaçı” kimi qeyd edilmişdir. Ona Şəmkir rayonunun Dəllər qəsəbəsində XDS İK–nin ## ###### 1989–cu il tarixli * nömrəli iclas protokolu ilə 0.06 ha həyətyani torpaq sahəsi verilmişdir. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının ## #### 1998–ci il tarixli ** saylı qərarı ilə həmin torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bununla bağlı JN–610A KOD ******** saylı Torpağın Mülkiyyətə verilməsinə dair şədahətnamə də tərtib edilmişdir. Lakin həmin şəhadətnamədə adı “İddiaçı” əvəzinə “X3” kimi qeyd edilmişdir. O, həmin səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMD Xidməti DƏD Kadastrı və Reyestri publik hüquqi şəxsi Şəmkir Ərazi İdarəsinə müraciət etsə də həmin idarədən müsbət cavab əldə edə bilməmişdir. Araşdırmalara davam edərkən Azərbaycan Respublikası Dövlət X6 tərəfindən təqdim edilmiş müvafiq sənədlərlə məlum olmuşdur ki, Şəmkir rayonunun Dəllər qəsəbəsində XDS İK–nin ## ###### 1989–cu il tarixli * nömrəli iclas protokolu ilə 0.06 ha həyətyani torpaq sahəsi verilmişdir. Lakin Şəmkir rayonu, Dəllər qəsəbəsi üzrə vətəndaşların adlı siyahısında “X3” adlı şəxsin adına iki dəfə, yəni Şəmkir Rayon Aqrar İslahat Komissiyasının ## #### 1998–ci il tarixli ** saylı qərarı ilə JN–610A KOD ******** saylı Torpağın Mülkiyyətə verilməsinə dair şədahətnamə əsasında və Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun tarixli 1998–ci il tarixli ** saylı qərarı ilə JN–451F KOD ******** saylı Torpağın Mülkiyyətə verilməsinə dair şədahətnamə əsasında iki dəfə torpaq sahəsi ayrıldığı müəyyən edilmişdir. Hətta qanunvericiliyin tələblərinə əsasən Aqrar İslahat Komissiyası tərəfindən bir şəxsin adına bir dəfə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Belə olan halda eyni şəxsə iki ayrı ərazidə eyni qərarla ayrı–ayrı torpaq sahəsinin verilməsi ağlabatan deyil. Şəhadətnamədə qeyd edilən “X3” adlı şəxsin kim olması barədə maraqlanarkən həmin şəxsin ümumiyyətlə Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Bu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2023–cü il tarixli 18/2–*****/** saylı məktubu ilə öz təsdiqini tapmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101) ****/**** nömrəli qərardadı ilə, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməməsi və ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ərizəçi İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını, əks halda qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi üzrə vətəndaşların adlı siyahısında “X3” adlı şəxsin adına iki dəfə, yəni Şəmkir Rayon Aqrar İslahat Komissiyasının ## #### 1998–ci il tarixli ** saylı qərarı ilə JN–610A KOD ******** saylı Torpağın Mülkiyyətə verilməsinə dair şədahətnamə əsasında və Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun tarixli 1998-ci il tarixli ** saylı qərarı ilə JN–451F KOD ******** saylı Torpağın Mülkiyyətə verilməsinə dair şədahətnamə əsasında iki dəfə torpaq sahəsi ayrıldığı müəyyən edilmişdir. Hətta qanunvericiliyin tələblərinə əsasən Aqrar İslahat Komissiyası tərəfindən bir şəxsin adına bir dəfə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Belə olan halda eyni şəxsə iki ayrı ərazidə eyni qərarla ayrı–ayrı torpaq sahəsinin verilməsi ağlabatan deyil. Şəhadətnamədə qeyd edilən “X3” adlı şəxsin kim olması barədə maraqlanarkən həmin şəxsin ümumiyyətlə Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Bu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2023–cü il tarixli 18/2–*****/** saylı məktubu ilə öz təsdiqini tapmışdır. Həmin səhvin düzəldilməsi üçün Şəmkir Rayon Məhkəməsinə müraciət edilsə də, həmin məhkəmənin e-*(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Həmin qərardaddan vermiş olduqları şikayət Gəncə Apellyasiya Məhkəməsinin 2(104)–***/**** saylı ##.##.2024–cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin ## ###### 2024–cü il tarixli, 2(076)–****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026–cı il tarixli e–2(5-101)–****/**** saylı qərardadı ilə iddia qanunsuz və əsassız olaraq geri qaytarılmışdır. Şəxsə məxsus olması faktının müəyyən edilməsi tələb olunan JN–610A KOD ******** saylı Torpağın Mülkiyyətə verilməsinə dair şədahətnamə isə hazırkı iş üzrə daşınmaz əmlak olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəddir və həmin sənəd əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsi mümkündür. Göründüyü kimi birinci instansiya məhkəməsi əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il qərarının 6.3-cü bəndinin tələbinə görə, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnamələrin sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi üçün əsas deyildir bu hal qanunla müəyyən olunmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddənin tələbinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101)- ****/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## #### 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş arxiv arayışından görünür ki, Dəllər qəsəbəsi XDS İK-nın ##.##.1989-cu il tarixli 09-li iclas protokolu ilə İddiaçı 0.06 ha həyətyani torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN–***A nömrəli “xxxx”-nin surətindən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarına əsasən X1 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN–***F nömrəli “xxxx”-nin surətindən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarına əsasən X1 və onun 8 nəfərdən ibarət ailə üzvlərinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində X3 verilmiş JN-451F və JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ayrı-ayrı koordinatlardı. Şəmkir rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli qərarı ilə X3 iki ayrı-ayrı torpaq sahələrinə JN-451F (ailə üzvləri ilə birlikdə) və JN-610A (tək özü) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinin ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, İddiaçı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəinə dair verilmiş JN- 610A, kod-******** nömrəli “Şəhadətnamə”də mülkiyyətçinin ata adı və soyadına düzəliş edilərək hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət etmiş və müraciətə cavab olaraq bildirilmişdir ki, “ərizənizdə qeyd edilən Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsinə dair verilmiş JN-850A, kod-******** nömrəli şəhadətnamədə mülkiyyətçinin ata adı və soyadı ilə “Şəxsiyyət vəsiqəsi”ndə olan ata adı və soyadı arasında səhvlik mövcuddur. Ad və soyadlarda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi ** saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də, yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etdiyiniz müraciətin icrası mümkün olmamışdır”. Hazırda ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN–610A KOD ******** saylı “xxxx”nin ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki işin hallarından müəyyən edilir ki, ərizəçi ərizəsində həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etsə də, ərizənin məzmunundan tam aydın olur ki, ərizəsi faktiki olaraq Şəmkir Rayon, Dəllər qəsəbəsi XDS İK-nın ##.##.1989-cu il tarixli 09-li iclas protokolu ilə ona verilmiş 0.06 ha həyətyani torpaq sahəsinin başqa subyektin, yəni X3 verilməsini mübahisələndirir və xahişini onunla əsaslandırır ki, JN–610A KOD ******** saylı “xxxx”dən başqa, ikinci dəfə Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun tarixli 1998-ci il tarixli ** saylı qərarı ilə JN–451F KOD ******** saylı “Torpağın Mülkiyyətə verilməsinə dair şədahətnamə X1 və onun 8 nəfərdən ibarət ailə üzvlərinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir ki, bir subyektə ikinci dəfə torpaq sahəsi verilə bilməzdi. Göründüyü kimi, hazırkı mübahisə hər hansı texniki səhvin düzəlişi deyil, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarına əsasən 0.07 ha həyətyanı torpaq sahəsinin X1 verilməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, ilkin hüquqi akt, yəni həmin torpaq sahəsinin X1 adına müvafiq JN–610A KOD ******** saylı “xxxx” məhz Şəmkir rayonu, Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarına əsasən tərtib edilmişdir. Göründüyü kimi, ərizəçinin ona məxsus olmasını xahiş etdiyi JN–610A KOD ******** saylı “xxxx” Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun tarixli 1998-ci il tarixli ** saylı qərarı ilə başqa subyektin adına tərtib edilmiş və ərizənin faktiki əsasını bu aktın qanunsuzluğu təşkil edir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** saylı Qərarının 31.1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi) inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 17-ci bəndinə əsasən, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İnzibati Prosessual Məcəlləsinin: 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Mülki Prosessual Məcəlləsinin: 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmalıdır. Odur ki, ərizənin icraata qəbulundan imtina edilməli, ərizəçiyə aidiyyatı üzrə inzibati məhkəmədə qaldırılması hüququ izah olunmalıdır. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1 və 308-ci maddələrinin mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalı və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hazırki mübahisə isə hər hansı texniki səhvin düzəlişi deyil. Belə ki, ilkin hüquqi akt, yəni həmin torpaq sahəsinin X1 adına müvafiq JN–610A KOD ******** saylı “xxxx” məhz Şəmkir rayonu Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarına əsasən tərtib edilmişdir. Göründüyü kimi, ərizəçi tərəfindən faktiki olaraq Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli ** saylı qərarı və bu qərar əsasında verilmiş şəhadətnamə mübahisələndirilmişdir, inzibati mübahisənin xüsusiyyətinə görə yaranan tələblərə isə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxıla bilər. Beləliklə, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyası hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5- 101)- ****/**** nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 399 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3945/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3945/2026
31.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver