Məhkəmə qərarları › İş №e-2(3-6)-4287/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4287/2026

15.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4287/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Ərizəçi İddiaçı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Bakı "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, II-ЖГ ****** saylı ölüm haqqında şəhadətnamənin “vətəndaş” qrafasında qeyd olunan “X4” ilə X1 AЗ ****** saylı doğum haqqında şəhadətnaməsinin “ata” qrafasında adı qeyd olunan “X2” eyni şəxs olmalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Samirə Eyvazova) mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin tələbi MPM-in 307.2.5-ci maddəsi ilə tənzimələnən məsələlər dairəsinə aiddir və həmin maddənin mətnində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli, *** saylı Fərmanına (§3) göndərmə edilmiş, normanın mətnində qeyd edilən “müvafiq icra hakimiyyəti orqanları”nın dairəsi müəyyənləşdirilmişdir. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2019 tarixli Qərarının 6.1-ci maddəsində qeyd edilir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, X25nda yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X25nın dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Ərizəçi qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə hazırki ərizəyə baxmaqda səlahiyyətli olmadığından və ərizəçinin tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı olmayıb, qeydiyyat orqanının hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar yaranmış mübahisədən irəli gəlir. Belə mübahisələr isə inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir. Bu səbəbdən, hazırkı mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, ərizəçi birinci növbədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, ölüm haqqında şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasından imtina edildiyi təqdirdə ümumi məhkəməyə deyil müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Ərizəçi həmin qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ##.##.2026-cı il tarixli qərardadla məhkəmə icraatını mümkün hesab edərək, hazırkı ərizəyə baxmaqda səlahiyyətli olmasını və ərizənin həllinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmiş, hətta iş üzrə araşdırma apararaq müvafiq orqanlara sorğular vermişdir. Lakin sonradan (ərizəni icraata qəbul etdikdən 4 ay sonra) belə ərizələrin həllinin inzibati məhkəmə icraatı qaydasında həll edilməsi qənaətinə gəlmişdir. Belə olan halda (məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı təqdirdə) icraata məhkəmə baxışına hazırlanması zamanı xitam verilir və iş üzrə araşdırma davam edilmir. Məhkəmə icraatın hazırlıq mərhələsini baxışa təyin etmiş və mülki iş üzrə araşdırmanı məhkəmə baxış iclaslarında davam etdirmişdir. Hüquqi qüvvəyə minmiş ##.##.2026-cı il tarixli qərardad olduğu halda məhkəmə işə baxmalı və iş üzrə yekun qərar çıxarmalı idi. Göstərilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən bu ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Əgər X25nın qeydində düzəlişin və ya dəyişikliyin aparılması üçün kifayət qədər əsas yoxdursa, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi həmin hərəkətləri etməkdən imtina edə bilər. Bu halda X25nın qeydiyyatının düzgün olmaması haqqında ərizəyə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa yolla əldə edə bilməsin, yaxud itirilmiş sənədlərin bərpası başqa yolla mümkün olmasın. Ancaq məhkəmə bu hallara düzgün qiymət vermədən iş üzrə icraata xitam vermişdir. Qeyd etdiklərinə əsasən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, həmçinin tərəflərin etiraz və işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan AZ-II №****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2025-ci il tarixdə sol mədəcik çatışmazlığı səbəbindən vəfat etmişdir. Işdə olan III-ЖГ****** saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X7 arasında Qutqaşen rayonu, Bılıx kəndində ##.##.1985-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ##.##.1985-ci il tarixdə №** ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada isə Səfərova soyadı verilmişdir. Işdə olan A3№****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.1963-cü il tarixdə Bılıx kəndində anadan olmuş, atası X2r. Lakin ata adı qarafasında “Lətif” sözünün üstündən xətt çəkilmiş, yerinə “Teymur” adı yazılmışdır. Işdə olan II-ЖГ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 60 yaşında ##.##.1995-ci il tarixdə vəfat etmişdir. Həmin sənədin yuxarı hissəsində əl yazısı ilə “doğum tarixi 1935” yazısı qeyd olunmuşdur. Işdə olan AR ƏN-in Bakı şəhəri ** saylı Notariat Ofisinin ərizəçinin müraciətinə cavab məktubundan görünür ki, ##.##.2025-ci il tarixdə, reyestrdə 8i-5384 nömrə ilə qeyd edilmiş ərizə əsasında 04. 06.2025-ci il tarixdə vəfat etmiş miras qoyan X1 adına V-***/**** saylı vərəsəlik işi açılmışdır. Izah olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159cu maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Təqdim edilən və aşkar edilən sənədlərdə aşağıdakı uyğunsuzluqlar aşkar edilmişdir: Təqdim edilən AZ 588227 seriya nömrəli, ##.##.1963-cü il tarixdə verilmiş X1 məxsus doğum haqqında şəhadətnamədə “ata” qrafasanda “X2”-nun "X4” kimi düzəliş olunması, lakin düzəliş möhürünün vurulmaması, "Elektron notariat” X29 vasitəsilə “X25” AQIS-dən Çıxarışlarda X1 məxsus doğum haqqında şəhadətnamədə “ata” qrafasanda “X2” kimi qeyd olunması. Yuxarıda qeyd edilənlərə əsasən təqdim edilən və aşkar edilən sənədlərdə qeyd olunan “Lətif” adı və “Teymur” adının eyni şəxsə məxsus olması ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunur. Işdə olan AR X9 Araz Şaiq oğlunun müraciətinə cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və X25 idarəsi” arxiv fondunda mühafizə edilən 1935-ci ilə dair Qəbələ (Qutqaşen) rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (Qəbələ (Qutqaşen) rayonu Bum, Quşlar icra nümayəndəliyi) X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Işdə olan AR Milli Arxiv Idarəsi Qəbələ Rayon Icra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin * saylı Bakı “Asan Xidmət” Mərkəzinin müraciətinə cavab məktubundan görünür ki, Qəbələ rayon Dövlət Arxivi məlum edir ki, Qəbələ rayon Dövlət Arxivində saxlanılan Qəbələ rayon Zalam kəndinin 1935-ci ilə aid doğum haqqında akt qeydlərinə baxış keçirilərkən X4 doğum haqqında akt qeydi aşkarlanmamışdır. Məhkəmə tərəfindən AR Daxili Işlər Nazirliyinə, AR Ədliyyə Nazirliyinə və AR ƏN-in Notariat, Qeydiyyat və Reyestr Baş Idarəsinə müvafiq sorğular ünvanlanmışdır. Işdə olan AR ƏN-in Notariat, Qeydiyyat və Reyestr Baş Idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, sorğu kağız daşıyıcıda daxil olduğu və alt sistem vasitəsilə göndərilmədiyi üçün qurumun rəsmi qeydiyyatına qəbul edilməmişdir. Işdə olan AR Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsi tərəfindən verilmiş *-**-**/*-***** nömrəli, ##.##.2026-cı il tarixli məktubdan görünür ki, X5 barəsində heç bir məlumat aşkar olunmamışdır. Işdə olan AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X19 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, X4 təvəllüdü qeyd edilmədiyindən onun haqqında “X25” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılması mümkün olmamışdır. Ərizəçi hazırkı iş üzrə tələbində II- ЖГ ****** saylı ölüm haqqında şəhadətnaməsinin vətəndaş qrafasında qeyd olunan "X4” ilə X1 məxsus AЗ ****** saylı doğum haqqında şəhadətnamədə "ata" qrafasında adı qeyd olunan "X2” ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə icraata xitam verərkən, MPM-nin 261.0.1-ci maddəsinə istinad etmiş, hazırki tələb üzrə də ilk növbədə belə mübahisələrin inzibati məhkəmə icraatı qaydasında həll edilməli olduğunu, ərizəçinin birinci növbədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, ölüm haqqında şəhadətnaməsindəki yanlışlığın aradan qaldırılmasından imtina edildiyi təqdirdə ümumi məhkəməyə deyil müvafiq inzibati məhkəməyə müraciət etməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə işin faktiki halları və tətbiq edilməli prosessual hüquq normaları baxımından əsaslı hesab edilə bilməz. Belə ki, MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, birinci instansiya rayon (şəhər) məhkəmələri xüsusi icraat qaydasında fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının yaranmasının, dəyişməsinin və xitamının asılı olduğu hüquqi əhəmiyyət kəsb edən faktları, habelə qanunla hüquqi əhəmiyyət daşıyan konkret hərəkətləri və hadisələri təsdiq etmək səlahiyyətinə malik olan orqanların hərəkətinin hüquqauyğun olub-olmamasını müəyyən edirlər. Işdən görünür ki, ərizəçinin əri X1 ##.##.2025-ci il tarixdə vəfat etmiş, sonuncunun doğum haqqında şəhadətnaməsində atası kimi X2 qeyd edilmiş, lakin ata adı qarafasında “Lətif” sözünün üstündən xətt çəkilmiş, yerinə “Teymur” adı yazılmış, sonuncunun ölüm haqqında şəhadətnaməsində isə adı X4 qeyd edilmişdir. Bu hal ərizəçinin vərəsəlik hüquqlarının həyata keçirilməsinə maneə yaratmış, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən ərizəçiyə ## ###### 2026-cı il tarixli imtina verilmişdir. Bu səbəbdən də ərizəçi xüsusi icraat qaydasında hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi hazırlıq mərhələsində X4 ilə bağlı məlumatların təqdim olunması üçün müvafiq dövlət orqanlarına (Ədliyyə Nazirliyi, Daxili Işlər Nazirliyi və s. ) sorğular göndərmiş, lakin hər hansı məlumatların mövcudluğu müəyyən olunmamışdır. Lakin, Şaban Səfərovun ilkin doğum akt qeydində ata adının necə qeyd olunması barədə məlumatlar əldə olunmamışdır. Aydın deyildir ki, doğum akt qeydinda Şaban Səfərovun ata adı Lətif, yoxsa Teymur qeyd edilmişdir. Düzəliş edilən sənəd isə Şaban Səfərovun deyil, onun oğlu (ərizəçinin əri) Şaiq Səfərova aid doğum haqqında şəhadətnamədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin tələbinin hüquqi mahiyyətini və işin faktiki hallarını tam araşdırmadan, mübahisənin yalnız X25nda yol verilmiş səhvin aradan qaldırılması ilə bağlı olması qənaətinə gəlmiş və bu səbəbdən iş üzrə icraata xitam verməklə düzgün olmayan prosessual nəticəyə gəlmişdir. Halbuki hazırkı işdə müəyyən edilməli olan əsas məsələ ölüm haqqında şəhadətnamədə X4 göstərilmiş şəxslə X1 doğum haqqında şəhadətnaməsində atası kimi qeyd edilmiş X2 eyni şəxs olub-olmamasıdır. Bu faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə birbaşa əlaqədardır. Buna görə də məhkəmə ərizənin zahiri ifadəsi ilə kifayətlənməməli (ərizəçinin əsl məqsədinə uyğun müvafiq hüquqi əhəmiyyəti olan faktı müəyyən etməli), tələb edilən faktın hüquqi əhəmiyyətini, onun başqa qaydada təsdiq edilməsinin mümkünlüyünü və mübahisənin həlli üçün zəruri olan sənədlərin əldə edilib-edilmədiyini araşdırmalı idi. Iş materiallarından görünür ki, uyğunsuzluq Səfərov Şabanın özünə məxsus doğum haqqında şəhadətnamədə deyil, onun oğlu Səfərov Şaiqin doğum haqqında şəhadətnaməsində mövcuddur. Həmin sənəddə ata adı kimi göstərilmiş «Lətif» sözünün üzərindən xətt çəkilərək «Teymur» yazılmış, lakin düzəliş müvafiq qaydada təsdiqlənməmişdir. Bununla yanaşı, Şaban Səfərovun ölüm haqqında şəhadətnaməsində onun ata adı «Teymur» kimi qeyd edilmişdir. Belə vəziyyətdə mövcud sənədlər arasındakı uyğunsuzluğun hansı səbəbdən yarandığını müəyyən etmək üçün, ilk növbədə, Şaban Səfərovun özünün ilkin doğum akt qeydinin və digər şəxsiyyəti müəyyənləşdirən sənədlərinin araşdırılması zəruridir. Əgər həmin sənədlərdə onun ata adı «Teymur» kimi göstərilmişdirsə, bu, Şaiq Səfərovun doğum haqqında akt qeydində səhvə yol verilməsi ehtimalını gücləndirəcəkdir. Əksinə, ilkin sənədlərdə «Lətif» yazılmışdırsa, sonrakı sənədlərdə ata adının dəyişməsinin hüquqi və faktiki əsasları araşdırılmalıdır. Birinci instansiya məhkəməsi Şaban Teymur oğluna dair müvafiq dövlət orqanlarına sorğular göndərsə də, Şaban Lətif oğluna aid məlumatların əldə olunması istiqamətində zəruri araşdırma aparmamışdır. Halbuki məhz bu məlumatların müqayisəli şəkildə tədqiqi mübahisənin hüquqi xarakterinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Şaban Teymur oğlunun doğum akt qeydinin arxivlərdə aşkar edilməməsi həmin şəxsin doğumunun ümumiyyətlə qeydə alınmadığını, yaxud onun başqa ata adı ilə qeydiyyata alındığını istisna etmir. Buna görə də yalnız «Teymur» ata adı üzrə aparılmış axtarışın nəticəsiz qalması bütün mümkün sənədləşmə imkanlarının tükənməsi kimi qiymətləndirilə bilməz. Kollegiya razılaşır ki, X25ndakı hər bir səhv xüsusi icraat qaydasında aradan qaldırıla bilməz, bununla belə, hazırkı işdə uyğunsuzluğun sadəcə qeydiyyat səhvindən irəli gəldiyi, yaxud müxtəlif sənədlərdə göstərilən şəxslərin eyniliyinin ayrıca sübut edilməsinə ehtiyac olduğu hələ müəyyənləşdirilməmişdir. Rayon məhkəməsi bu fərqi araşdırmadan ərizəçinin tələbini qeydiyyat orqanının hərəkətindən və ya hərəkətsizliyindən yaranmış inzibati mübahisə kimi qiymətləndirmişdir. Bu baxımdan məhkəmə qeydiyyat orqanında düzəliş aparılması imkanlarını, ilkin akt qeydlərinin mövcudluğunu və ərizəçinin tələb etdiyi faktın ayrıca məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac olub-olmadığını hərtərəfli araşdırmalı idi. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan faktiki halları tam müəyyən etmədən, araşdırılmamış məsələlərə dair qəti hüquqi nəticə çıxarmışdır. Hazırkı mərhələdə işin mütləq xüsusi icraata, yaxud inzibati məhkəmə icraatına aid olması barədə yekun nəticəyə gəlmək üçün kifayət qədər faktiki əsas mövcud deyildir. Bu səbəbdən iş üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi vaxtından əvvəl olmuşdur. Qeyd edilənlər rayon məhkəməsinin qərardadının ləğv edilməsini və mülki işin müəyyən edilmiş nöqsanların aradan qaldırılması, zəruri sübutların əldə olunması və tələbin hüquqi xarakterinə yenidən qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasını əsaslandırır. Eyni zamanda iddiaçı şikayətin dəlillərində də göstərməsinə baxmayaraq, birinci instansiya məhkəməsi şikayətin həmin dəlilinə hüquqi qiymət verməmiş, əvvəlki qərardadını qüvvədə saxlamaqla kifayətlənmişdir. Halbuki, MPM-nin 269.2-ci maddəsinin tələbinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Insan Hüquqları Məhkəməsi «X12rşı» (## ###### 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar”. “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə ## ##### 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət təmin olunsun. Iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar