Məhkəmə qərarları › İş №e-2(3-6)-4330/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4330/2026

15.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4330/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “icraatın dayandırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin təyin etdiyi təkrar məhkəmə-avtotexniki ekspertizasının yekun rəyi çıxanadək təcili olaraq dayandırılması, icraatın dayandırılması barədə qərardadın bir surətinin tədbir görülməsi üçün dərhal Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “icraatın dayandırılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etməklə, iddia tələbinin əsasını icra mərhələsində qəbul edilmiş qərar üzrə başlanılmış icra hərəkətlərinin dayandırılması təşkil edir. İddiaçı hazırki tələblə bağlı iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, icra sənədi üzrə icraatın dayandırılması borclunun ərizəsinə əsasən deyil, MPM-nin 231.3-cü maddəsinin tələbinə müvafiq olaraq qanunda nəzərdə tutulmuş hallarda icra məmurunun təqdimatına əsasən icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən həll olunur. Həmçinin iddiaçıya izah edilmişdir ki, təxirəsalınmaz hallarda mülki hüquq münasibətlərinin subyektlərinin hüquqlarının və qanuni mənafelərinin qorunması müvəqqəti təminat tədbirinin mahiyyətini təşkil etdiyindən onun tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə (16 indeksi ilə) məhkəməyə müraciət edilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı şikayət verərək onun ləğv edilməsini, təkrar məhkəmə-avtotexniki ekspertizasının yekun rəyi alınanadək icra hərəkətlərinin davam etdirilməsi nəticəsində onun hüquq və qanuni mənafelərinə zərər vurulmasının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq müvəqqəti təminat tədbirinin tətbiq edilməsini, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işi üzrə icra hərəkətlərinin təkrar məhkəmə-avtotexniki ekspertizasının yekun rəyi alınanadək dayandırılması məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasının təmin edilməsini, təqdim etdiyi yeni sübutların iş materiallarına əlavə edilməsini və həmin sübutlara şikayətə baxılarkən hüquqi qiymət verilməsini, təkrar ekspertizanın nəticəsi alınmamış icra hərəkətlərinin davam etdirilməsinin onun hüquq və qanuni mənafelərinə vura biləcəyi zərər nəzərə alınaraq, şikayətə təxirəsalınmaz qaydada baxılmasının təmin edilməsini, hüquqlarının effektiv məhkəmə müdafiəsinin təmin edilməsi məqsədilə işin faktiki hallarına və təqdim edilmiş sübutlara uyğun qanuni və əsaslı qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı şikayət üzrə mübahisənin predmeti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının qanuniliyinin və əsaslılığının yoxlanılması, həmin qərardadla onun Cavabdeh ASC-yə qarşı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə məhkəmə icraatına qəbul edilməsindən imtinanın qanuni olub-olmamasının müəyyən edilməsidir. İlkin müraciətin faktiki mahiyyəti isə Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işi üzrə icra hərəkətlərinin, Yasamal Rayon Məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə-avtotexniki ekspertizasının yekun rəyi alınanadək davam etdirilməsinin qarşısının alınması və hüquq və qanuni mənafelərinin qorunmasının təmin edilməsindən ibarətdir. Hazırda təkrar məhkəmə-avtotexniki ekspertizasının yekun rəyi alınmamışdır. Ekspertizanın nəticəsi iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallara və müvafiq olaraq icra sənədinin əsasına təsir göstərə biləcək vəziyyətdə olduğu üçün ekspertizanın nəticəsi alınanadək icra hərəkətlərinin davam etdirilməsi hüquqları üçün real və əhəmiyyətli risk yaradır. Bu baxımdan mübahisənin faktiki predmeti yalnız formal olaraq “icraatın dayandırılması” ifadəsi ilə məhdudlaşmır. Əsas məsələ təkrar ekspertizanın nəticəsi əldə edilənədək mövcud vəziyyətin qorunması, icra hərəkətlərinin davam etdirilməsi nəticəsində hüquqlarının pozulmasının qarşısının alınması və effektiv məhkəmə müdafiəsinin təmin edilməsidir. Eyni zamanda nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi öz qərardadında icra sənədi üzrə icraatın dayandırılması məsələsinin MPM-in 231.3-cü maddəsi və “İcra haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş xüsusi prosessual qaydada həll edildiyini qeyd etmişdir. Bu səbəbdən hazırkı şikayətin predmeti həmin xüsusi icraat qaydasının mövcudluğunu mübahisələndirməkdən deyil, məhkəmənin ilkin müraciətin mahiyyətini və onun hüquqlarının müdafiəsinə yönəlmiş məqsədini düzgün qiymətləndiribqiymətləndirmədiyini müəyyən etməkdən ibarətdir. Beləliklə, hazırkı şikayət üzrə əsas məsələ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsinin və təkrar məhkəmə-avtotexniki ekspertizasının yekun rəyi alınanadək hüquq və qanuni mənafelərinin qorunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsinin mümkün və zəruri olubolmamasıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə məhkəmə hesab etmişdir ki, onun Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraatında saylı icra işinin, Yasamal Rayon Məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə-avtotexniki ekspertizasının yekun rəyi alınanadək dayandırılması barədə tələbinə iddia icraatı qaydasında baxıla bilməz. Məhkəmə qərardadında MPM-in 231.3-cü maddəsinə və “İcra haqqında” Qanunun 21-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, icra sənədi üzrə icraatın dayandırılması məsələsi icra məmurunun təqdimatı əsasında həll olunur. Qərardadın bu hissəsi ilə bağlı bunları bildirmişdir: onun müraciətinin əsasını təşkil edən hal ondan ibarətdir ki, icra işinin başlanmasına səbəb olmuş məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsində təkrar məhkəmə-avtotexniki ekspertizası təyin edilmişdir. Hazırda həmin ekspertizanın yekun rəyi alınmamışdır. Belə olan halda icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi nəticəsində onun hüquq və qanuni mənafelərinə real və ciddi zərər vurulması ehtimalı mövcuddur. Xüsusilə, ekspertizanın nəticəsi icra sənədinin əsasını təşkil edən hallara birbaşa təsir edə biləcəyi halda, ekspert rəyinin nəticəsi gözlənilmədən icra hərəkətlərinin davam etdirilməsi sonradan vəziyyətin əvvəlki vəziyyətə qaytarılmasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Məhkəmə özü qərardadında qeyd etmişdir ki, təxirəsalınmaz hallarda mülki hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni mənafelərinin qorunması məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək mümkündür. O da məhz icra hərəkətlərinin davam etdirilməsi nəticəsində hüquqlarının pozulmasının qarşısının alınmasını və ekspertizanın nəticəsi alınanadək mövcud vəziyyətin qorunmasını istəyir. Bu səbəbdən müraciətinin mahiyyəti yalnız formal olaraq “icraatın dayandırılması” tələbi kimi qiymətləndirilməməli, onun faktiki məqsədi – ekspertizanın yekun nəticəsi əldə edilənədək icra hərəkətlərinin həyata keçirilməsinin qarşısının alınması və onun hüquqlarının qorunması – nəzərə alınmalıdır. MPM-in 231.3cü maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda icra üzrə icraatın dayandırılması icra məmurunun təqdimatına əsasən həll edilir. “İcra haqqında” Qanunun 21.2 və 21.3-cü maddələrində də icraatın dayandırılması ilə bağlı icra məmurunun təqdimatının məhkəmə tərəfindən həll edilməsi nəzərdə tutulur. Onun müraciətinin qəbul edilməsindən imtina edilməsi nəticəsində isə icra işinin dayandırılması üçün nəzərdə tutulmuş hüquqi mexanizmdən faktiki istifadə etmək imkanı məhdudlaşır. Əgər məhkəmə hesab edirsə ki, icra işinin dayandırılması məsələsi bilavasitə onun iddiası əsasında deyil, icra məmurunun təqdimatı əsasında həll edilməlidir, onda müraciətin bu prosessual mexanizm nəzərə alınmaqla hüquqi qiymətləndirilməsi və hüquqlarının effektiv müdafiəsinin təmin edilməsi zəruridir. Hazırda təkrar məhkəmə-avtotexniki ekspertizasının yekun rəyi mövcud olmadığı halda icra hərəkətlərinin davam etdirilməsi onun üçün əhəmiyyətli və sonradan aradan qaldırılması çətin olan nəticələr yarada bilər. Bu səbəbdən ekspertizanın yekun rəyi alınanadək icra hərəkətlərinin dayandırılması və ya müvafiq müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə təxirəsalınmaz qaydada baxılması zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən, bu Qanunun 6.1.3–6.1.8-ci maddələrində göstərilən icra sənədlərinə və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra qeydinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bu Qanunun 19.1.3-cü maddəsinə əsasən, icraat icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “icra icraatının dayandırılması” tələbinə dair iddia ərizəsindən görünür ki, müraciət müvafiq icra sənədi üzrə aparılan icra hərəkətlərinin təkrar məhkəmə-avtotexniki ekspertizasının rəyi alınanadək dayandırılmasına yönəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə həmin tələbə ayrıca iddia icraatı qaydasında baxılmasının yolverilmzəliyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İcra haqqında” Qanun icra sənədi üzrə icraatın dayandırılmasının əsaslarını və bu məsələnin həlli qaydasını müəyyən edir. Həmin Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş məcburi dayandırılma hallarında məsələ 21.1-ci maddəyə əsasən icra məmuru tərəfindən həll olunur. Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş hallarda isə 21.2-ci maddəyə uyğun olaraq icra məmuru tərəfindən məhkəməyə müvafiq təqdimat verilir və dayandırılma məsələsinə məhkəmə tərəfindən baxılır. Beləliklə, icraatın dayandırılmasının hüquqi əsasından asılı olaraq, qanunvericilik bu məsələnin həlli üçün ayrıca prosessual qayda müəyyən etmişdir. Kollegiya qeyd edir ki, ərizənin hüquqi mahiyyəti onun başlığı ilə deyil, irəli sürülmüş tələbin məzmunu, faktiki əsasları və əldə edilməsi istənilən hüquqi nəticə ilə müəyyən olunur. Hazırkı müraciətdə isə icraatın dayandırılması ayrıca iddianın müstəqil predmeti kimi irəli sürülmüşdür. Tələb olunan nəticənin müəyyən müddətlə — ekspert rəyinin alınması ilə məhdudlaşdırılması və hüquqların qorunması məqsədi daşıması həmin prosessual tələbi özlüyündə ayrıca iddia icraatı qaydasında baxılmalı maddihüquqi tələbə çevirmir. Cavabdeh ASC-nin cavabdeh qismində göstərilməsi də bu nəticəni dəyişmir. Buna görə də hazırkı halda qiymətləndirilən məsələ ərizəçinin müvəqqəti müdafiəyə ehtiyacının olub-olmaması deyil, tələb olunan hüquqi nəticənin ayrıca iddia qaldırılması yolu ilə əldə edilməsinin prosessual baxımdan mümkünlüyüdür. İddia ərizəsinin icraata qəbulundan imtina edilməsi icraatın dayandırılması əsaslarının mahiyyəti üzrə rədd olunması demək deyil və ərizəçinin qanunla nəzərdə tutulmuş müvafiq prosedur çərçivəsində müdafiə olunmaq imkanını aradan qaldırmır. Belə ki, məhkəmə hazırkı məsələyə iddia icraatı qaydasında müdaxilə etmək səlahiyyətinə malik deyildir. İddiaçının seçdiyi prosessual vasitə isə mahiyyət etibarilə tələb olunan hüquqi nəticənin əldə edilməsinə yönəlmiş münasib prosessual institutun təyinatına və onun tətbiqi qaydasına uyğun gəlmir. Bu baxımdan, icra icraatının dayandırılması məsələsinin ayrıca iddia predmeti kimi irəli sürülməsi qanunvericilikdə həmin məsələ üçün nəzərdə tutulmuş xüsusi prosessual qaydanı aradan qaldırmır. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ## ###### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar