Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4602/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə qiymətləndirilməyən iddia ərizəsinin verilməsi əsası ilə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilməmiş, cəmi 50 manat məbləğində pul vəsaiti ödənilmişdir. Diqqətə çatdırılmalıdır ki, ilk iddia üzrə iddiaçı İddiaçı ilk iddia üzrə cavabdehlər cavabdeh4 və cavabdeh3 qarşı məhkəməyə müraciət edərək, 1. ##.##.2025-ci il tarixli icarə müqaviləsinin qüvvədə saxlanılması; 2. Cavabdehin iddiaçının icarəyə götürdüyü bağ evindən istifadəsinə yaratdığı maneələrin aradan qaldırılması; 3. Bağ evinin qapı kilidlərinin dəyişdirilməsinin və iddiaçının evə buraxılmamasının qanunsuz hesab edilməsi; 4. Məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsi, 3-cü döngə, giriş 6, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsi, 3-cü döngə, giriş 6A və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsi, 3-cü döngə, giriş *B nömrəli bağ evlərinə dair iddiaçı cavabdeh4 ilə cavabdeh İddiaçı arasında ##.##.2025-ci il tarixdə bağlanılmış və Bakı şəhəri * saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş icarə müqavilələrinin ləğv edilmiş hesab edilməsi, icarə haqqına görə ödənilməmiş cəmi 5900 manat, elektrik enerjisinə görə yaranmış 405 manatın, ümumilikdə 6305 manat məbləğində pul vəsaitinin və qarşılıqlı iddiaya görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddiaları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh4 İddiaçı icarə obyekti olan daşınmaz əmlaklardan istifadəsinə (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsi, 3cü döngə, giriş 6; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsi, 3-cü döngə, giriş 6A; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsi, 3-cü döngə, giriş *B nömrəli bağ evlərinin açarlarını verməyərək, evlərə giriş-çıxışa və evlərdən istifadəyə) yaratdığı maneənin aradan qaldırılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı bir aylıq icarə haqqı olan 2400 AZN və elektrik enerjisindən istifadəyə görə yaranmış 258.3 AZN olmaqla, ümumilikdə 2658.3 AZN məbləğində pul vəsaitinin tutularaq cavabdeh4 ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*- **)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın baxılmamış saxlanılması, qarşılıqlı iddianın təmin edilməyən hissəsində təmin edilməsi, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsi, 3-cü döngə, giriş 6, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsi, 3-cü döngə, giriş 6A və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsi, 3-cü döngə, giriş *B nömrəli bağ evlərinə dair iddiaçı cavabdeh4 ilə cavabdeh İddiaçı arasında ##.##.2025-ci il tarixdə bağlanılmış və Bakı şəhəri * saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş icarə müqavilələrinin ləğv edilmiş hesab edilməsi, icarəyə verilmiş bağ evlərində istifadə edilmiş lakin dəyəri ödənilməmiş təbii qaza görə cəmi 346,51 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı cavabdeh4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1-ci maddəsinə əsasən: iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir( 112.1.10.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7, 361.3-cü və “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddələrinə uyğun olaraq dövlət rüsumu ödənilməli, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Məcəllənin 363.1.2-ci maddəsinə əsasən: apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-8.1.6, 8.2-ci maddələrinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla), Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə, habelə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat; 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində müəyyən edilmiş, Qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360- 366, 402 və “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-4602/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4602/2026
25.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver