Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1078/2026 10.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı Tağıyev İbrahim Rasim oğlunun nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə iştirakı ilə, İddiaçı Tağıyev İbrahim Rasim oğlunun cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı Tağıyev İbrahim Rasim oğlunun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tağıyev İbrahim Rasim oğlu cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 90000 (doxsan min) manat məbləğində borcun, vəkilə ödənilən 325 (üç yüz iyirmi beş) manat pulun və məhkəməyə ödənilmiş 365 (üç yüz altmış beş) manat dövlət rüsumu, ümumilikdə 90690 (doxsan min altı yüz doxsan) manat pulun alınaraq Tağıyev İbrahim Rasim oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 55000 (əlli beş min) manat məbləğində borc pul, vəkil haqqı olaraq ödənilən 325 (üç yüz iyirmi beş) manat və 255 (iki yüz əlli beş) manat dövlət rüsumu tutularaq iddiaçı Tağıyev İbrahim Rasim oğluna ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə daxil olmuşdur. Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Leyla Hüseynzadə) Göygöl rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə məhkəmə iclasında baxılması üçün təyin edilmiş və bu barədə iş üzrə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və bu səbəbdən də həmin qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətindədirlər. Bildirmək istəyir ki, apellyasiya şikayəti vermək müddəti onlardan asılı olmayan səbəblərdən buraxılmışdır. Belə ki, məhz qətnamənin alınmaması səbəbindən cavabdeh Göygöl Rayon Məhkəməsinə müraciət edərək ## ##### 2026-cı il tarixində qəbzə imza etməklə qətnaməni rəsmi qaydada almışdır. Bundan sonra tərəfindən ## ### 2026-cı il tarixində, yəni həmin müddətin sonuncu günü “Elektron Məhkəmə Sistemi”ndə yaradılmış şəxsi kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir. Lakin Göygöl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e- *(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Səbəb kimi isə sözügedən qətnamənin ## #### 2026-cı il tarixində cavabdeh Cavabdeh məxsus elektron kabinetə yerləşdiyi göstərilmişdir. Lakin bununla bağlı bildirmək istəyir ki, cavabdeh Cavabdeh “Elektron Məhkəmə Sistemi”ndə elektron kabinetinin olması barədə ümumiyyətlə hər hansı bir məlumatı olmamışdır. Əgər kabinetə nəzər yetirilərsə, buna asanlıqla əmin olmaq olar. Çünki, sonuncu dəfə həmin kabinetə nə vaxt daxil olunması sual altındadır. Eyni zamanda bildirmək istəyir ki, məlum olduğu kimi həmin vaxt “Elektron Məhkəmə Sistemi"ndə təkmilləşmə işləri aparıldığından cavabdehə qətnamənin kabinetə yerləşdirilməsi barədə bildiriş də gəlməmişdir. Lap əgər sistem normal işləsəydi belə ona SMS yenə də gəlməyəcəkdi. Çünki həmin ərəfədə Cavabdeh ölkə xaricində olduğuna görə onun mobil telefonu ümumiyyətlə işləməmişdir. Bundan başqa, əgər qətnamə elektron kabinetə yeriəşdirilibsə və bundan cavabdehin məlumatı vardısa, nəyə görə ## ##### 2026-cı il tarixində məhkəmənin inzibati binasında qətnamə ona qəbzə imza edilməklə verilmişdir. Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Leyla Hüseynzadə) ərizə təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Göygöl Rayon Məhkəməsinin sonuncu ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından narazı qalan iddiaçı Tağıyev İbrahim Rasim oğlunun nümayəndəsi (vəkili) Nümayəndə şikayət verərək, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qərardadından verilmiş bu xüsusi şikayətin icraata qəbul edilməsini, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsini, Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, qanunla nəzərdə tutulmuş prosessual nəticələrin tətbiq edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı qanunsuz və əsassızdır. Qərardad prosessual müddətlərin məcburiliyini, elektron məhkəmə icraatının hüquqi nəticələri, hüquqi müəyyənlik prinsipi, tərəflərin prosessual bərabərliyivə məhkəmə aktlarının sabitliyi prinsiplərinə zidd olaraq qəbul edilmişdir. Hazırkı işdə mübahisəsiz haldır ki, Göygöl Rayon Məhkəməsinin ## ###### 2026- cı il tarixli qətnaməsi ## #### 2026-cı il tarixdə cavabdeh Cavabdeh məxsus elektron kabinetə yerləşdirilmişdir. Bu fakt məhkəmənin öz qərardadında da açıq şəkildə təsbit olunmuşdur. Belə olan halda, qətnamənin ## #### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirilməsi həmin məhkəmə aktının cavabdehə rəsmi qaydada çatdırılması kimi qəbul edilməli idi. Apellyasiya şikayəti vermə müddəti də məhz həmin tarixdən hesablanmalı idi. Elektron kabinet vasitəsilə çatdırılmış məhkəmə aktının hüquqi nəticəsini aradan qaldırmaq üçün cavabdeh tərəf mötəbər sübutlar təqdim etməli idi. Lakin cavabdeh tərəf yalnız ümumi, subyektiv və sübutsuz izahatlarla kifayətlənmişdir. Xüsusilə qeyd edilməlidir ki, hazırkı iş üzrə qətnamənin ## #### 2026-cı il tarixdə cavabdeh Cavabdeh məxsus elektron kabinetə yerləşdirilməsi məhkəmənin özü tərəfindən də təsdiq edilmişdir. Belə olan halda, məhkəmə aktının elektron kabinet vasitəsilə rəsmi qaydada çatdırılması həyata keçirildiyi üçün həmin qətnamənin sonradan ## ##### 2026-cı il tarixdə kağız daşıyıcıda cavabdehə təkrar verilməsinə obyektiv və hüquqi zərurət olmamışdır. Məhkəmə elektron qaydada çatdırılmış qətnaməni sonradan kağız daşıyıcıda təkrar təqdim etməklə faktiki olaraq cavabdeh tərəfə apellyasiya şikayəti vermə müddətinin yenidən hesablanması üçün süni prosessual əsas yaratmışdır. Halbuki elektron qaydada çatdırılmış məhkəmə aktının kağız daşıyıcıda sonradan təkrar verilməsi prosessual müddətin yenidən başlanmasına səbəb ola bilməz. Əgər məhkəmə hesab edirdisə ki, ## #### 2026-cı il tarixdə qətnamənin elektron kabinetə yerləşdirilməsi cavabdehə rəsmi qaydada çatdırılma sayılmır, bu halda həmin məsələ hüquqi və texniki baxımdan ayrıca əsaslandırılmalı idi. Lakin məhkəmə bir tərəfdən qətnamənin ## #### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirildiyini qəbul etmiş, digər tərəfdən isə ## ##### 2026-cı il tarixdə qətnamənin kağız daşıyıcıda təkrar verilməsinə istinad etməklə müddətin bərpasına şərait yaratmışdır. Bu yanaşma açıq hüquqi ziddiyyət təşkil edir. Məhkəmənin bu prosessual davranışı obyektiv baxımdan qərəzlilik təəssüratı yaradır. Çünki məhkəmə tərəflərdən birinə prosessual üstünlük yaratmamalı, artıq elektron kabinet vasitəsilə çatdırılmış məhkəmə aktını sonradan kağız daşıyıcıda təkrar təqdim etməklə müddətin bərpası üçün süni əsas formalaşdırmamalıdır. Cavabdeh tərəf müddətin bərpası barədə ərizəsində “Elektron məhkəmə” informasiya sistemində təkmilləşdirmə işləri aparıldığını, bu səbəbdən bildiriş almadığını, elektron kabinetə daxil ola bilmədiyini və qətnamə barədə məlumatlı olmadığını iddia etmişdir. Lakin həmin dəlillər işin faktiki halları ilə ziddiyyət təşkil edir. Əgər cavabdeh tərəfin iddia etdiyi kimi, mart ayında elektron sistem işləməmişdirsə və ya cavabdeh elektron kabinetdən istifadə etmək imkanına malik olmamışdırsa, sonradan may ayında eyni elektron sistem vasitəsilə apellyasiya şikayətinin və müddətin bərpası barədə ərizənin təqdim edilməsi məhkəmə tərəfindən ciddi şəkildə araşdırılmalı idi. İş materiallarından görünür ki, cavabdeh tərəf ## ### 2026-cı il tarixdə apellyasiya şikayətini məhz “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etmişdir. Daha sonra ## ### 2026-cı il tarixdə müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti yenidən elektron qaydada təqdim edilmişdir. Bu hal cavabdeh tərəfin elektron sistemdən istifadə imkanının mövcud olduğunu açıq şəkildə göstərir. Belə olan halda, cavabdehin “elektron kabinetdən xəbərim olmayıb”, “SMS gəlməyib”, “telefon işləməyib”, “parol itirilib”, “sistem işləməyib” kimi dəlilləri inandırıcı və hüquqi baxımdan yetərli hesab edilə bilməz. Əgər cavabdeh tərəf may ayında elektron sistem vasitəsilə apellyasiya şikayəti verə bilmişdirsə, o zaman ## #### 2026-cı il tarixdən sonra da həmin sistem vasitəsilə məhkəmə aktı ilə tanış olmaq və qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanına malik olmuşdur. Məhkəmə bu açıq ziddiyyəti aradan qaldırmadan müddətin bərpası barədə qərardad qəbul etmişdir. Cavabdeh tərəf ərizəsində göstərmişdir ki, qətnaməni ## ##### 2026-cı il tarixdə məhkəmənin inzibati binasında qəbzə imza etməklə almışdır. Lakin bu hal qətnamənin ## #### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirilməsi faktını aradan qaldırmır. Məhkəmə aktı artıq qanunla nəzərdə tutulmuş qaydada elektron kabinet vasitəsilə proses iştirakçısına çatdırılmışdırsa, həmin aktın sonradan kağız formada təkrar verilməsi apellyasiya şikayəti vermə müddətini yenidən başlatmır. Əks yanaşma elektron məhkəmə sisteminin hüquqi mahiyyətini və prosessual müddətlərin məcburiliyini faktiki olaraq aradan qaldırar. Belə halda hər bir proses iştirakçısı artıq elektron qaydada çatdırılmış məhkəmə aktını sonradan kağız formada almaqla prosessual müddətlərin yenidən hesablanmasına nail ola bilər. Bu isə hüquqi müəyyənlik prinsipinə, məhkəmə aktlarının sabitliyinə və tərəflərin prosessual bərabərliyinə ziddir. Məhkəmə qətnaməni cavabdehə kağız daşıyıcıda yenidən təqdim etməməli idi. Ən azından, həmin təkrar təqdimetməyə müddətin yenidən başlanması və ya müddətin bərpası üçün əsas kimi hüquqi əhəmiyyət verməməli idi. Lakin məhkəmə bunu etmiş, nəticədə cavabdeh tərəfin buraxdığı prosessual müddətin sonradan bərpası üçün süni şərait yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə yalnız qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdikdə buraxılmış prosessual müddəti bərpa edə bilər. Bu norma o deməkdir ki, müddətin bərpası avtomatik qaydada həyata keçirilə bilməz. Məhkəmə hər bir halda müddətin buraxılmasının səbəbinin obyektiv, qarşısıalınmaz və şəxsin iradəsindən asılı olmayan hal olub-olmadığını müəyyən etməlidir. Cavabdeh tərəf isə müddətin buraxılmasını əsaslandırarkən elektron kabinetdən xəbərsiz olmasını, SMS gəlməməsini, ölkə xaricində olmasını, telefonunun işləməməsini, telefonunun əlindən alınmasını və parolunu itirməsini göstərmişdir. Bu hallar mötəbər sübutlarla təsdiq edilməmişdir. Cavabdehin ölkə xaricində olması barədə sərhədkeçmə məlumatları, elektron sistemdə texniki nasazlıq olması barədə rəsmi arayış, SMS bildirişinin göndərilməməsi barədə sistem məlumatı, telefonun əlindən alınması və ya işləməməsi barədə hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Parolun itirilməsi, telefonun işləməməsi, SMS-in gəlməməsi və ya elektron kabinetə daxil olunmaması şəxsin öz prosessual hüquqlarından lazımi diqqət və məsuliyyətlə istifadə etməməsinin nəticəsidir. Bu hallar prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Məhkəmə qərardadında cavabdehin elektron kabinetin işləməməsi və ölkədə olmaması səbəbindən qətnaməni əldə edə bilmədiyini göstərmişdir. Lakin bu qənaətin hansı mötəbər sübutlara əsaslandığı qərardadda göstərilməmişdir. Məhkəmə yalnız cavabdehin və onun nümayəndəsinin izahatlarına əsaslanmışdır. Halbuki prosessual müddətin bərpası barədə məsələdə sadəcə tərəfin izahatı kifayət edə bilməz. Müddətin buraxılması hüquqi nəticə doğurduğundan həmin hal konkret, obyektiv və yoxlanıla bilən sübutlarla təsdiq edilməlidir. Məhkəmə elektron kabinetin nə vaxt yaradıldığını, cavabdehin həmin kabinetə sonuncu dəfə nə vaxt daxil olduğunu, qətnamənin yerləşdirilməsi barədə sistem bildirişinin olub-olmadığını, mart ayında sistemdə texniki nasazlıq olub-olmadığını, cavabdehin həqiqətən ölkə xaricində olub-olmadığını və bu halın apellyasiya şikayəti verməyə obyektiv maneə yaradıb-yaratmadığını araşdırmamışdır. Bu hallar araşdırılmadan müddətin bərpası barədə qərardad qəbul edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Prosessual müddətlər məhkəmə prosesində sabitliyi, hüquqi müəyyənliyi və tərəflərin hüquqlarının balansını təmin etmək məqsədi daşıyır. Qanunla müəyyən edilmiş prosessual müddətlər tərəflər üçün məcburidir. Hazırkı işdə iddiaçı ## ###### 2026-cı il tarixli qətnamə əsasında müəyyən hüquqi gözləntiyə malik olmuşdur. Qətnamə ## #### 2026-cı il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh isə həmin tarixdən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Məhkəmə sübutsuz və subyektiv izahları əsas götürməklə müddəti bərpa etmiş, bununla da iddiaçının məhkəmə aktının sabitliyinə, qanuni qüvvəyə minməsinə və icrasına dair hüquqi gözləntisini pozmuşdur. Müddətin bərpası istisna xarakterli prosessual institutdur. Bu institut tərəfin öz səhlənkarlığı və diqqətsizliyi nəticəsində buraxdığı müddəti bərpa etmək üçün deyil, yalnız həqiqətən obyektiv və sübut edilmiş maneələr mövcud olduqda tətbiq edilməlidir. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadında məhkəmə əsasən cavabdehin izahatlarını sadalamış, lakin həmin izahatların niyə üzrlü səbəb kimi qəbul edildiyini hüquqi baxımdan əsaslandırmamışdır. Qərardadda elektron kabinetə yerləşdirmənin hüquqi nəticəsi izah edilməmiş, SMS bildirişinin gəlməməsinin prosessual çatdırmaya təsiri əsaslandırılmamış, ölkə xaricində olma halının sübut olunub-olunmadığı göstərilməmiş, parolun itirilməsinin nə üçün üzrlü səbəb sayıldığı izah edilməmiş, ## ##### 2026-cı il tarixdə kağız daşıyıcıda alınmanın ## #### 2026-cı il tarixli elektron çatdırmanı niyə aradan qaldırdığı göstərilməmişdir. Məhkəmə yalnız ümumi ifadələrlə müddətin bərpasını mümkün hesab etmişdir. Lakin müddətin bərpası barədə qərardad sadəcə nəticədən ibarət ola bilməz. Məhkəmə müddətin hansı səbəbdən buraxıldığını, həmin səbəbin hansı sübutlarla təsdiq olunduğunu və nəyə görə həmin səbəbin üzrlü hesab edildiyini konkret göstərməli idi. Bu tələblərə əməl edilməmişdir. Məhkəmə qətnamənin ## #### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirilməsi faktını düzgün hüquqi qiymətləndirməmiş, cavabdehin sübutsuz izahatlarını üzrlü səbəb kimi qəbul etmiş, elektron çatdırmanın hüquqi nəticəsini nəzərə almamış, qətnamənin kağız daşıyıcıda sonradan təkrar verilməsi ilə prosessual müddətin bərpası üçün süni əsas yaratmışdır. Elektron qaydada çatdırılmış məhkəmə aktının sonradan kağız formada təkrar verilməsi müddətin yenidən başlanması üçün hüquqi əsas yaratmır. Əks halda, elektron məhkəmə sistemi və prosessual müddətlərin məcburiliyi öz hüquqi əhəmiyyətini itirmiş olar. Bu səbəbdən Göygöl Rayon Məhkəməsinin ## #### 2026- cı il tarixli qərardadı ləğv edilməli, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə rədd edilməlidir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının ##.##.2026-cı il tarixli, e-*(*-*)- ****/**** saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və yazılı icraat qaydasında baxılması üçün təyin edilmiş, ##.##.2026-cı il tarixli, e-*(*-*)-****/**** saylı qərardad ilə işə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Tağıyev İbrahim Rasim oğlunun nümayəndəsi (vəkil) Nümayəndə şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 15 may tarixdə verilən apellyasiya şikayəti geri qaytarıldıqdan sonra 25 may tarixdə yenidən apellyasiya şikayəti vermişlər. Birinci instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, telefon əlindən alınmışdır və şifrəsini unutmuşdur. Bu üzrlü səbəb deyildir. Mart ayının 18-i rəsmi olaraq qətnaməni almışdır. Üzrlü səbəb üçün sübut təqdim edilməlidir. İşə baxan məhkəmə onların hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə qətnaməni yenidən təqdim etməməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə şikayətin dəlillərinə etiraz edərək, göstərmişdir ki, Məlahət xanım ölkədə olmamışdır. Türkiyə Respublikasında olmuşdur. Qətnamə 18 mart tarixində elektron kabinetə yerləşdirilmişdir. O, 15 aprel tarixdə məhkəməyə müraciət edərək, qətnaməni almışdır. “ABC Telekom” telefonunu bağlamışdır. Onun xəbəri olmamışdır. Elektron sistemdə problemlər olduğu üçün girmək olmurdu. Cavabdeh 15 aprel tarixdə qətnaməni almış, 14 may tarixdə də şikayət vermişdir. Əgər 15 aprel tarixdə qətnamə götürülən zaman bilsəydi ki, elektron kabinetə yerləşdirilmişdir qətnamə elə o, vaxt şikayət verə bilərdi. Müddəti həmin vaxt ötürməmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemində yeniləmələr olduğu üçün girmək olmurdu. Birinci dəfə müddətin bərpası barədə ərizə verməmişlər. İkinci dəfə müddətin bərpasını xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı tam ləğv edilməli və Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Göygöl rayon Məhkəməsinin 2(066)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi cavabdeh Cavabdeh məxsus elektron kabinetə ## #### 2026-cı il tarixdə yerləşdirilmişdir. Lakin, Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş 1 (bir) ay müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermək müddətini ötürməklə yəni, ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh Cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsində göstərmişdir ki, qətnamənin almaması səbəbindən Göygöl Rayon Məhkəməsinə müraciət edərək ## ##### 2026-cı il tarixində qəbzə imza etməklə qətnaməni rəsmi qaydada almışdır. “Elektron Məhkəmə Sistemi”ndə elektron kabinetinin olması barədə ümumiyyətlə hər hansı bir məlumatı olmamışdır. Qətnamə kabinetə yerləşdirilməsi barədə bildiriş gəlməmişdir. Lap əgər sistem normal işləsəydi belə ona SMS yenə də gəlməyəcəkdi. Çünki həmin ərəfədə cavabdeh ölkə xaricində olduğuna görə onun mobil telefonu ümumiyyətlə işləməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual hərəkətlər Məcəllə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Cavabdehin qanundan irəli gələn prosessual hərəkətləri düzgün yerinə yetirə bilməməsi buraxılmış müddətin üzürlü səbəb olmasını istisna edir. Müddətin bərpası yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hal mövcud olmamışdır. Prosessual müddətin ötürülməsi üzrlü hesab edilə bilməz və bu ötürülmə tam şəkildə cavabdehin öz üzərinə düşən prosessual vəzifələri vaxtında və lazımi qaydaya yerinə yetirməməsinin nəticəsidir. Cavabdeh hərəkətlərinə və hərəkətsizliyinə görə məsuliyyət daşıyır və bu məsuliyyət sonradan müddətin bərpası institutu vasitəsilə aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 233.1-ci maddəsinə görə məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Müddətlərin üzrlü səbəb olmadan bərpa edilməsi bu prinsiplərin mahiyyətinə zidd olmaqla yanaşı, qarşı tərəfin qanunla qorunan subyektiv hüquqlarına birbaşa müdaxilə edir. Hazırki iş üzrə müddətin ötürülməsi cavabdehin öz prosessual davranışından irəli gəldiyi halda, bu müddətin üzrlü hesab edilməsi və bərpa olunması digər tərəfin – məhkəmə qətnaməsi ilə hüququ bərpa edilmiş şəxsin hüquqi sabitlik və qərarın icra olunmasına olan legitim gözləntilərini pozur. Bundan əlavə, prosessual müddətin üzrlü hesab edilməsi tərəflər arasında prosessual bərabərlik prinsipini də pozur. Çünki bir tərəfin öz səhlənkarlığı nəticəsində yol verdiyi prosessual pozuntunun məhkəmə tərəfindən kompensasiya edilməsi, digər tərəfin qanuna uyğun, vicdanlı və vaxtında həyata keçirdiyi prosessual davranışın mənasız hala gətirilməsi ilə nəticələnir. Eyni zamanda müddətin əsassız şəkildə bərpası işin süni şəkildə uzadılmasına, məhkəmə qərarının icrasının gecikdirilməsinə və digər tərəfin əmək hüquqlarından faktiki istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur ki, bu yalnız prosessual deyil, həm də maddi hüquqların pozulması kimi qiymətləndiriləcəkdir. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli, S.Teymurovanın şikayəti üzrə qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsassız şəkildə yenidən baxılması və buraxılmış prosessual müddətin bərpası hüquqi sabitlik prinsipinə və Konstitusiyanın 60-cı maddəsinə ziddir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentlərinə müraciət etməyi də lazım bilir. Belə ki, Ponomaryov Ukraynaya qarşı 2008-ci il tarixli qərarında AİHM qeyd etmişdir ki, müddətlərin bərpası tərəflər arasında balansı pozmamalı və qarşı tərəfin artıq formalaşmış hüquqi gözləntilərinə xələl gətirməməlidir. Brumarescu Rumıniyaya qarşı 1999-cu il tarixli qərarında AİHM bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız müstəsna hallarda, ciddi və əsaslandırılmış səbəblər olduqda yenidən baxıla bilər. Sonuncu qərar məhkəmə qərarlarının sabitliyi (legal certainty) doktrinasının əsas presedentidir və AİHM bu qəbildən olan işlərdəki pozuntulara ədalətli məhkəmə araşdırmasının pozulması kimi 6-cı maddə konktekstindən yanaşır. Beləliklə, şikayətin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilməmişdir. Ona görə də, şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli və ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 10-1, 128, 130, 360, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı Tağıyev İbrahim Rasim oğlunun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı tam ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-1078/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1078/2026
10.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver