Məhkəmə qərarları › İş №e-2(3-7)-1180/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1180/2026

24.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1180/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: icraatın dayandırılması) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satışdan əldə olunan 131000 manat pulun və ödənilmiş 421 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh Cavabdeh elektron qaydada məhkəməyə ərizə göndərək, Gəncə Şəhər Məhkəməsində Bağdagül Əliyevanın iddia tələbi mümkün hesab edilərək icraata qəbul edilmişdir. Odur ki, hazırki tələb üzrə, mülki işin icraatının Bağdagül Əliyevanın iddia tələbi üzrə yekun məhkəmə qərarı çıxarılanadək dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Əliyeva Bağdagül İkram qızının cavabdehlər Cavabdeh, İddiaçı və İmanov Nəsib Hüseynqulu oğluna qarşı “borc” tələbinə dair mülki işə baxılıb yekun qərar qanuni qüvvəyə minənədək mülki iş üzrə icraat dayandırılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. Qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir

5. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdı. O, cavabdeh Cavabdeh ev alverçisi-makler kimi tanımış, 2023-cü ilin may ayında ona 2 ədəd etibarnamə vermişdir. Etibarnamələrdən biri onun adına ev almaq üçün, digəri isə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədləşdirmə işlərinin aparılması, əgər lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. üçün verilmişdi. Lakin etibarnamələri verdikdən bir müddət sonra ondan şübhələndiyi üçün etibarnamələri ləğv elətdirmək qərarına gəlmişdir. Bunun üçün Gəncə şəhəri * saylı notariat ofisinə yaxınlaşaraq Cavabdeh verdiyi etibarnamələri ləğv elətdirmək istədiyini bildirmişdir. Daha sonra ondan ərizə alaraq etibarnamələrin ləğv olunduğunu bildirmişdirlər. O da arxayın çıxıb evinə getmiş, lakin üstündən bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan ev cavabdeh Cavabdeh öz adına keçmişdir. Gəncə şəhəri * saylı notariat ofisində Cavabdeh verdiyi etibarnamələri ləğv elətdirən zaman həmin etibarnamələrdən yalnız biri, ləğv edilmiş, digər etibarnamə isə qüvvədə saxlanılmışdır. Yəni etibarnamənin ləğv edilməsi üçün notariat ofisinə müraciət etməyimdə məqsəd əsasən ikinci etibarnamənin ləğv elətdirmək olsa da, Gəncə şəhəri * saylı notariat ofisinin işçilərinin səhlənkarlığı ucbatından həmin etibarnamə ləğv olunmamış və nəticədə məhz həmin etibarnamə ilə mülkiyyətindən məhrum olmuşdur. Belə ki, cavabdeh Cavabdeh tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən süi-istifadə edərək evi öz adına keçirməsinə nail olmuşdir. Cavabdeh Cavabdeh bu etibarnamə əsasında dostu və şəriki, iş üzrə digər cavabdeh X3 Gəncə şəhəri * saylı notariat ofisində təsdiq olunmuş ## #### 2023-cü il tarixli (etibarnaməni ləğv elətdirmək üçün notariat ofisinə müraciət etdikdən 3 gün sonra) 7E- 14165 reyestr № li etibarnamə vermiş, o isə bunun əsasında ona məxsus evi elə həmin gün, yenə də Gəncə şəhəri * saylı notariat ofisində təsdiq olunmuş 4Ə-614 reyestr № li daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh özünə satmışdır. Yəni, Cavabdeh tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən onun iradəsinə zidd olaraq öz mənafeyi üçün istifadə etmişdir. Daha sonra isə cavabdeh Cavabdeh Gəncə * saylı notariat ofisində təsdiq olunmuş ## ####### 2023 -cü il tarixli 4Ə-517 reyestr № li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən evi 131000 (yüz otuz bir min) manata X5. Evin satışından əldə olunan puldan isə ona bir manat da çatmamışdır. Ona görə də həmin vaxt bu barədə məlumat alan kimi qeyd edilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Gəncə şəhəri * saylı notariat ofisi tərəfindən ## #### 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Gəncə Şəhər Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin iddianın qismən təmin edilərək Gəncə şəhəri * saylı notariat ofisi tərəfindən ## #### 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh və X3 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin Gəncə şəhəri * saylı notariat ofisi tərəfindən ## #### 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin ## ### 2024-cü il tarixli 2(125)- ****/**** nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Gəncə şəhəri * saylı notariat ofisi tərəfindən ## #### 2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdeh Cavabdeh qanunsuz hərəkətləri nəticəsində o, öz mülkiyyətindən məhrum olmuşdur. Belə ki, qeyd etdiyim kimi cavabdeh Cavabdeh evi öz adına keçirməyə nail olduqdan sonra Gəncə * saylı notariat ofisində təsdiq olunmuş ## ####### 2023-cü il tarixli 4Ə-517 reyestr № li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən evi 131000 (yüz otuz bir min) manata X5. Evin satışından əldə olunan puldan isə ona bir manat da çatmamışdır. Lakin işə baxan məhkəmələr X5 vicdanlı alıcı olması qənaətinə gələrək iddianı bu alqı-satqı müqaviləsinə münasibətdə təmin etməmiş, alqı-satqı müqaviləsinin etibarsızlığından dolayı əmlakın dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də hazırda bu hüququndan istifadə edərək evin satışından əldə edilmiş 131 000 (yüz otuz bir min) manat pulun cavabdeh Cavabdeh alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmişdi. Lakin məhz iddianı qaldırdıqdan sonra cavabdeh Cavabdeh evin ona qədər olan sahibi Əliyeva Bağdagül İkram qızını öyrədərək onunla arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia qaldırmışdır. Aydındır ki, bütün bunlar yalnız və yalnız onun iddia ərizəsinin yubadılması məqsədini daşıyır. Çünki, Əliyeva Bağdagül İkram qızı həmin iş üzrə məhkəmədə ifadə verən zaman artıq 2022-ci ildə onun məhkəmə yolu ilə əvvəlcə qeydiyyatdan, daha sonra isə evdən çıxarıldığını bildirmişdir. Məliumdur ki, əqdlərin etibarsızılığı ilə bağlı kəsici müddətlər müəyyən edilmişdir və həmin müddət artıq çoxdan keçmişdir. Bundan başqa, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən artıq həmin evə dair aparılmış sonuncu alqı-satqı müqaviləsinin vicdanlı alıcı olmasına görə etibarlılığı təsdiq edilmişdir və bu hal artıq müzakirə mövzüsu ola bilməz. Göründüyü kimi, hazırki qərardad yalnız prosesin əsassız olaraq yubadılmasına yönəlmiş bir addımdır. Buna görə də Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2(5- ***)-***/**** saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2004-cü il tarixli Qərarı: Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olan *(*-***)-****/**** saylı iş üzrə məhkəmə qərarı ilə müəyyən ediləcək hallar hər iki məhkəmənin icraatında olan işlər bir-biri ilə əlaqəli olduğundan, qeyd olunan iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmalıdır.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

14. Kollegiya qeyd edir ki, hər iki məhkəmənin icraatında olan işlər bir-biri ilə əlaqəsi mövcud deyildir, hər iki işdə Cavabdeh qarşı hazırkı işdə olduğu kimi cavabdeh qismində pul tələbi irəli sürülmüşdür. Gəncə Şəhər Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə qərarı hazırkı işin baxılmasına heç bir hüquqi təsiri olmayacaq.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

Şikayət təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar