Məhkəmə qərarları › İş №e-2(3-7)-1273/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1273/2026

09.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1273/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarş iş üzrə QƏRARDADİ Açar sözlər: aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən e t d i: Iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair cavabdehlərin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-yə məxsus Tovuz şəhəri, Sabir küçəsi 43 ünvanında yerləşən qeyri qeyri-yaşayış sahəsindən əşyalarıyla birgə çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bərbərxana binası) iddiaçı “xxxx” ASCnin mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi cavabdeh1 və cavabdeh2 tərəfindən qeyri-qanuni zəbt edilmişdir. Cavabdehlər həmin ünvanda ASC-yə məxsus qəzalı binada, təhlükəli şəraitdə işləyirlər və çıxmaqdan imtina edirlər. Həmin qeyri-yaşayış sahəsində təmir-bərpa işləri aparmalıdırlar, lakin cavabdehlər müxtəlif maneələr törədir, ASC-yə məxsus qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına qəsdən imkan vermirlər. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Elməddin Aydəmirov) iddiaçı “xxxx” Açıq tipli Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Iddiaçı “xxxx” Açıq tipli Səhmdar Cəmiyyəti ## ###### 2026-cı il tarixdə məhkəməyə şikayət verərək, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli qərardadının ləğv edilməsini, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Iddiaçı “xxxx” Açıq tipli Səhmdar Cəmiyyəti ## ###### 2026-cı il tarixdə elektron məhkəmə sistemi vasitəsilə şikayət verərək, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-2(5- 163)-2126/2026 nəmrəli qərardadının ləğv edilməsinə, mülki işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının MPM-in 36.9-cu maddəsinin tələbləri pozulmuş, prosessual hüquq normaları düzgün tətbiq edilməyərək iddia ərizəsi əsassız olaraq geri qaytarılmışdır. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iddiaçı “xxxx” Açıq tipli Səhmdar Cəmiyyətinin Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından verdiyi şikayətin mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, iddia ərizəsində iddiaçı “xxxx” ASC hüquqi şəxsdir. müvafiq vergi orqanında uçota alınmış fərdi sahibkardır. Cavabdehlər cavabdeh2 (VÖEN **********) və cavabdeh1 (VÖEN **********) isə müvafiq vergi orqanında uçota alınmış fərdi sahibkarlardır. Buradan açıq şəkildə aşkar olunur ki, hazırkı mübahisənin subyektiv tərkibi olan iddiaçı da, cavabdehlər də sahibkarlıq fəaliyyəti subyektləridir. Odur ki, hazırkı mübahisə sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətlərindən irəli gələn kommersiya mübahisəsi olduğundan iddia ərizənin geri qaytarılması qərarına gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konustitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razlığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə görə, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-in 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikasının MPM-in 37-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası MPM-in 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının ## #### 1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizəyə Tovuz Rayon Məhkəməsində deyil, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin xarakterinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, hazırkı iddia tələbinə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət edilmiş və hazırkı mübahisə üzrə kommersiya aidiyyəti düzgün müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formaldır, heç bir mötəbər sübuta söykənmir və birinci instansiya məhkəməsi mübahisəni yuxarıda qeyd olunan qanunun tələbləri çərçivəsində düzgün həll etmişdir. Ona görə də, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, Apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 396, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qərar a aldi: Şikayət təmin edilməsin. Iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar