Məhkəmə qərarları › İş №e-2(3-7)-674/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-674/2026

15.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-674/2026 15.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə qarşı inzibati xəta haqqında qərarların ləğv edilməsi, inzibati orqanın hərəkətsizliyinin qanunsuz sayılması və yol hərəkətinin düzgün təşkil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ## ###### 2025-ci il tarixli, EQ******** nömrəli və ## ###### 2025-ci il tarixli, EQ******** nömrəli inzibati xəta haqqında protokolları, eləcədə həmin protokollar əsasında qəbul edilmiş qərarların ləğv edilməsi, hər iki inzibati akt üzrə tətbiq edilmiş cərimələrin etibarsız sayılması, Gəncə şəhər Yol Polisi Idarəsinin hər iki şikayət üzrə cavab verməməsi hərəkətsizlik kimi qanunsuz hesab edilməsi, cavabdeh inzibati orqanın yol hərəkətinin düzgün təşkil edilməsi öhdəliyini icra etmədiyinin tanınması və həmin inzibati orqanın üzərinə mübahisəli ərazidə yol hərəkətinin düzgün təşkil edilməsi öhdəliyinin qoyulması, eləcədə iş üzrə məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Ə.Məmmədov) iddiaçı İddiaçı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə qarşı “inzibati xəta haqqında qərarların ləğv edilməsi, inzibati orqanın hərəkətsizliyinin qanunsuz sayılması və yol hərəkətinin düzgün təşkil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı qərardaddan şikayət verərək ləğv edilməsini və işin icraata götürülərək baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qərardadda iddianın mülki məhkəmə icraatına aid olmadığı qeyd edilsə də, onun konkret hansı məhkəməyə və ya orqana müraciət etməli olduğu göstərilməmiş, həmçinin qərarın hüquqi və faktiki əsasları açıqlanmamışdır. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır; Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, iddiaçı İddiaçı Cavabdeh inzibati xəta barədə protokolundan və inzibati tənbeh vermə barədə qərarından narazıdır və hesab edir ki, cavabdeh tərəfindən onun inzibati qaydada cərimələnməsi əsassız olmuşdur. Yəni nəticə etibarı ilə iddiaçı inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin hüquqi nəticəsini arzulayır. Halbuki, Inzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məsələyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərək, ərizəni geri qaytarmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzədə tutulmamışdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və MPM-nin 152, 263, 264, 372, 398.0.1, və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar