Məhkəmə qərarları › İş №e-2(3-7)-699/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-699/2026

10.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-699/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı İsrafil qızı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı İsrafil qızı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı İsrafil qızı cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən 200011006954-05301-****** reyestr nömrəli çıxarışa əsasən İddiaçı İsrafil qızının və Cavabdeh ümumi birgə mülkiyyətində olan Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi, 6-cı dalan, ev 13, ** saylı (yeni qaydalara görə Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi, giriş 248, mərtəbəlik növü mansard, M7, M1) fərdi yaşayış evindən paylarının müəyyən edilməsi, naturada bölünməsi və bu barədə müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadına əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı İddiaçı İsrafil qızı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını, əks halda şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərardadına əsasən işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İsrafil qızı və onun nümayəndəsi (vəkili) Vəkil şikayətdə göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh şikayətə etirazının olmadığını və təmin edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytardığı nəticə ilə bağlı öz qərarında göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi mənzillər ayrı-ayrı mənzil olmaqla hər biri alqı-satqı yolu ilə ayrı-ayrı şəxslərə satılmışdır. Həmin mənzillər rəsmi reyestrdə qeydiyata alınarkən paylı mülkiyyət kimi qeydiyyat aparılmışdır. Ona görə də hazırki mübahisə Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı mübahisə olduğundan inzibati orqanın hərəkətlərindən inzibati icraat qaydasında məhkəməyə müraciət edilməlidir. Kollegiya məhkəmənin baxılan iş üzrə gəldiyi nəticə ilə razılaşmır və aşağıda göstərilənləri qeyd edir. Belə ki, məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 4.2-ci maddəsinə əsasən Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Avropa Məhkəməsi «X2rşı» ## ###### 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Baxılan işdə birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi mənzillərin ayrıayrı mənzil olmaqla hər biri alqı-satqı yolu ilə ayrı-ayrı şəxslərə satıldığını, həmin mənzillərin paylı mülkiyyət kimi qeydiyyata alındığını, bu mübahisənin Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı olduğunu qeyd etməklə inzibati orqanın hərəkətlərindən inzibati icraat qaydasında məhkəməyə müraciət edilməsi əsası ilə iş üzrə icraata xitam vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yalnış nəticəyə gəlmişdir. Hazirki tələbə məhkəmədə mülki iddia qaydasında baxılması üçün hər hansı məhdudiyyətin olması müəyyən edilmir. Çünki, iddia tələbi evin naturada bölünməsi olmaqla inzibati mübahisə deyil, mülki hüquq münasibətlərindən əmələ gələn iddiadır. Ona görə də, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar