Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-713/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Zeynalov İsax Allahverdi oğluna qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi ) Hakimlər X13 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Zeynalov İsax Allahverdi oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Zurnabad Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və Topalhəsənli Bələdiyyəsinin iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan Zurnabad kəndində müvəqqəti yaşayan vətəndaş İddiaçı təxminən 1 ha əkdiyi arpa sahəsinə baxış keçirilib və məlum olub ki, həmin arpa sahəsi kənd sakinlərinin iribuynuzlu mal-qarası tərəfindən otarılmışdır. Aktın doğruluğunu Zurnabad kənd nümayəndəsi X1, Topalhəsənli Bələdiyyəsinin sədri X3 və Zərərçəkən Kəlbəcər Rayon sakini İddiaçı imzaları ilə təsdiq etmişdirlər.
2. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Zurnabad Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Göygöl rayon İcra Hakimiyyəti başçısının Zurnabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi onların ## ###### 2025-ci il tarixli № ***** sayli sorğularına cavab olaraq bildirirlər ki, ##.##.2025-ci il tarixli təsərrüfat başına kitabına əsasən adları aşağıda göstərilən Gəncə kənd sakini təsərrüfatlarında iribuynuzlu mal-qara olması haqqında: 1.X2 - 6 İribuynuzlu inək 5 buzovu olub; 2.cavabdeh2- İribuynuzlu malı yoxdur; 3.Zeynalov İsax Allahverdı oğlunun təsərrərüfatı arvadı X7 İribuynuzlu malı yoxdur; 4. X4 təsərrüfatı arvadı X8 adınadır- 4 iribuynuzlu inək 2 buzovu var; 5.İsmayılov Vüqar İbrahim oğlu ərazidə qeydiyyatda deyil yaşayır- ##.##.2025-ci il təsərüfat başına kitabda yox ələvə qeyd edilən jurnalda təsərrüfatında 19 baş iribuynuzlu malı var, 46 baş xirdabuynuzlu heyvanı var.
3. Göygöl rayon Topalhəsənli Bələdiyyəsinin sədri tərəfindən verilmiş məktubda bildirilir ki, onların ##.##.2025-ci il tarixli ***** nömrəli məktublarına cavab olaraq bildirilir ki, Göygöl rayonu Zurnabad kəndi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün İddiaçı 0.1 ha müvəqqəti istifadəyə verilmiş torpaq sahəsi barədə Topalhəsənli bələdiyyəsinə birləşmiş keçmiş Zurnabad bələdiyyəsinin arxivində heç bir rəsmi sənəd yoxdur. Əlavə olaraq bildirir ki, həmin dövrdə Zurnabad kəndində məskunlaşmış məcburi köçkünlərə qeyri-standart şəkildə torpaq sahələri müvəqqəti xarakter daşıması onların istifadəsinə təhkim edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Zeynalov İsax Allahverdi oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və Zeynalov İsax Allahverdi oğlundan ona vurulmuş maddi ziyan 150 manat pulun müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə həmkəndlidirlər. Göygöl rayonun Zurnabad kəndində onun istifadəsində bir hektar torpaq sahəsi vardır. Bu barədə torpağın müvəqqəti istifadəsinə dair sənədi vardır. O, kənddə yaşadığından kənd təssərüfatı məhsulları əkib becərməklə məşğul olmuşdur. O, həmin bir hektar torpaq sahəsində hər il olduğu kimi, bu il də, yəni 2025-cı ildə taxıl, arpa əkmiş və cavabdehlər qəsdən özlərinə məxsus heyvanlarla ona məxsus əkin sahəsində olan arpa məhsulunu otarırmış və nəticədə ona 150 (yüz əlli) manat ziyan vurmuşlar. Belə ki, cavabdehlər Zeynalov İsax və cavabdeh2 qardaşları 6 baş iribuynuzlu malları onun əkin sahəsinə yiyəsiz buraxdıraraq otartdırıb məhv etmişdir.
6. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim L.V.Hüseynzadə) iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Göygöl rayonu Zurnabad kəndi ərazisində müvəqqəti istifadəsində olduğu torpaq sahəsinə cavabdeh2, İsax Zeynalov və digər kənd sakinlərinə məxsus mal-qaranın girərək əkin sahəsini məhv etdiyini idda etmiş, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh idda tələbini qəbul etməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əkib-becərdiyi Göygöl rayonu Zurnabad kəndi ərazisində torpaq sahəsinin olması, həmin sahəyə iddiaçı tərəfindən əkilməsi, həmin sahənin mal-qara daxil olması nəticəsində zərər dəyməsi işin halları və təqdim edilən sübutlarla öz təsdiqini tapmışdır. Lakin tətbiq olunan qanun normasının tələbindən irəli gələrək zərərin məhz cavabdeh tərəfin təqsiri-hazırki halda ona məxsus mal qara tərəfindən vurulması, cavabdehlərin hərəkəti ilə dəyən zərərin hansı hissəsi arasında səbəbli əlaqə və bundan sonra zərərin dəyəri iddiaçı tərəfindən sübut edilməmişdir.Həmçinin, iddiaçı dəymiş zərər məbləğini təqribi hesabladığını bildirmişdir.
9. Habelə, məhkəmə qeyd etmişdir ki, təqdim edilən sübutlardan cavabdehlər Elnur və İsax Zeynalovun sahibliyində iri və ya xırda buynuzlu heyvanların olmadığı müəyyən edilir.
10. Məhkəmə müəyyən etmişdir ki, hazırkı halda dəymiş zərərin məhz cavabdehin təqsiri səbəbindən baş verməsi və bu hərəkətlə zərər arasında səbəbli əlaqənin sübutuna dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1, 1110-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Zeynalov İsax və cavabdeh2 qardaşları özlərinə məxsus altı baş iri buynuzlu malları istifadəsində olan əkin sahəsinə sahibsiz buraxaraq məhsulu otardıb məhv etmişlər. Nəticədə maddi ziyana düşmüşdür. Məhkəməyə Göygöl rayonu Topalhəsənli Bələdiyyəsinin sədri və Göygöl rayonu Zurnabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə ##.##.2025-ci il tarixli akt tərtib edib məhkəməyə təqdim etmiş və həmin aktdan da görünür ki, onların iştirakı ilə əraziyə baxış keçirərkən həqiqətən müəyyən olunmuşdur ki, ona məxsus təxminən 1 (bir) ha torpaq sahəsində əkdiyi arpa sahəsi kənd sakinlərinin iri buynuzlu mal-qarası tərəfindən otarılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi.
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 115.0.6. İşə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
4. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
6. İşdən görünən odur ki, iddiaçı cavabdehlərdən 150 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edərək bildirmişdir ki, cavabdehlərin heyvanları ona məxsus əkinə ziyan vurmuşdur.
7. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və sübutları Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun qiymətləndirmişdir.
8. Belə ki, MPM-in sübutetmə yükünü müəyyən edən normalarına əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də cavabdehlərin heyvanlarının iddiaçıya ziyan vurması faktını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
9. İddiaçı bu istiqamətdə tələbini əsaslı hesab edə biləcək hər hansı dəlil təqdim etməmişdir.
10. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki halları və prosessual qanunvericiliyin tələbləri ilə uzlaşır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmadığından şikayət təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
11. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
12. Həmçinin qeyd edilməlidir ki, mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olmasına görə qətnamədən kassasiya şikayəti verilə bilməz.
13. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.