Məhkəmə qərarları › İş №e-2(3-7)-715/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-715/2026

19.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-715/2026 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X5 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Iş materiallarında olan Göygöl rayon Icra Hakimiyyəti Başçısının X6 Ərazi Dairəsi üzrə nümayəndəsi və Topalhəsənli Bələdiyyəsinin iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan Zurnabad kəndində müvəqqəti yaşayan vətəndaş İddiaçı təxminən 1 ha əkdiyi arpa sahəsinə baxış keçirilib və məlum olub ki, həmin arpa sahəsi kənd sakinlərinin iribuynuzlu mal-qarası tərəfindən otarılmışdır. Aktın doğruluğunu Zurnabad kənd nümayəndəsi X1, Topalhəsənli Bələdiyyəsinin sədri X3 və Zərərçəkən Kəlbəcər Rayon sakini İddiaçı imzaları ilə təsdiq etmişlər.

2. Iş materiallarında olan Göygöl rayon Icra Hakimiyyəti Başçısının X6 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli arayışda göstərilmişdir ki, Göygöl rayon Icra Hakimiyyəti başçısının X6 ərazi dairəsi üzrə nümayəndəliyi onların ## ###### 2025-ci il tarixli № ***** sayli sorğularına cavab olaraq bildirirlər ki, ##.##.2025-ci il tarixli təsərrüfat başına kitabına əsasən adları aşağıda göstərilən Gəncə kənd sakini təsərrüfatlarında iribuynuzlu mal-qara olması haqqında: 1.X2-6 iribuynuzlu inək 5 buzovu olub; 2.X12-Iribuynuzlu malı yoxdur; 3.X9 təsərrərüfatı arvadı X7 malı yoxdur; 4. X4 təsərrüfatı arvadı X8 adınadır- 4 iribuynuzlu inək 2 buzovu var; 5.Cavabdeh ərazidə qeydiyyatda deyil yaşayır- ##.##.2025-ci il təsərüfat başına kitabda yox əlavə qeyd edilən jurnalda təsərrüfatında 19 baş iribuynuzlu malı var, 46 baş xirdabuynuzlu heyvanı var.

3. Iş materiallarında olan Göygöl rayon Topalhəsənli Bələdiyyəsinin sədri tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli məktubda bildirilir ki, onların ##.##.2025-ci il tarixli ***** nömrəli məktublarına cavab olaraq bildirilir ki, Göygöl rayonu Zurnabad kəndi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün İddiaçı 0.1 ha müvəqqəti istifadəyə verilmiş torpaq sahəsi barədə Topalhəsənli bələdiyyəsinə birləşmiş keçmiş Zurnabad bələdiyyəsinin arxivində heç bir rəsmi sənəd yoxdur. Əlavə olaraq bildirir ki, həmin dövrdə Zurnabad kəndində məskunlaşmış məcburi köçkünlərə qeyri-standart şəkildə torpaq sahələri müvəqqəti xarakter daşıması onların istifadəsinə təhkim edilmişdir.

4. Iş materiallarında olan Göygöl rayon Topalhəsənli Bələdiyyəsinin sədri tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubda bildirilir ki, Göygöl rayonu Zumrnabad kəndində məskunlaşmış məcburi köçkün İddiaçı Zurnabad kəndi ərazisində məcburi köçkünlərə kənd təsərrüfatı məhsullarının istehsalı üçün onlara təhkim olunmuş torpaq sahəsi barədə keçmiş Zurnabad bələdiyyəsinin arxivində heç bir təhkim aktı yoxdur.

5. Iş materiallarında olan Cavabdeh tərəfindən Göygöl rayon Polis şöbəsinə verilən izahatda bildirilmişdir ki, həmkəndlisi İddiaçı ona məxsus mal-qaranın İddiaçı taxıl sahəsinə girərək maddi ziyan vurduğunu iddia edir. Lakin ona məxsus mal-qara həmin şəxsin taxıl sahəsinə girməmişdir. Onun haqqında deyilənlər şər böhtandır. Hal-hazırda bu işlə bağlı məhkəmədə araşdırma aparılır. Həmin şəxs proses getdiyi vaxtdan onu şərləyəcəyini kənd camaatının yanında deyib.

6. Iş materiallarında olan birinci instansiya məhkəmə iclasında tədqiq edilən 3 ədəd CD diskdə olan video yazı tərəflərin iştirakı ilə tədqiq edilmiş, görüntülərdə əkin sahəsi olan torpaq sahəsi və həmin sahənin tapdalanması halları əks olunmuş, görüntüdə torpaq sahəsinin kim tərəfindən əkilməsi, həmin sahəyə zərərin dəymə anı, bunu sübut edəcək vizual hal, həmin torpaq sahəsində cavabdehə məxsus mal-qaranın olması müəyyən edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona vurulmuş maddi ziyan 800 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qonşudurlar. Göygöl rayonun Zurnabad kəndində onun istifadəsində bir hektar torpaq sahəsi vardır. Bu barədə torpağın müvəqqəti istifadəsinə dair sənədi vardır. O, kənddə yaşadığından kənd təssərüfatı məhsulları əkib becərməklə məşğul olmuşdur. O, həmin bir hektar torpaq sahəsində hər il olduğu kimi, bu il də, yəni 2025-cı ildə taxıl, arpa əkmiş və cavabdeh qəsdən özünə məxsus 19 baş iri buynuzlu mal və 46 baş kiçik buynuzlu heyvanlarla ona məxsus əkin sahəsində olan arpa məhsulunu otartdırıb və nəticədə ona 800 manat ziyan vurmuşdur. Belə ki, cavabdeh Cavabdeh məxsus 19 baş iribuynuzlu mal və 46 baş kiçik buynuzlu heyvanlar onun əkin sahəsinə yiyəsiz buraxdırılaraq otartdırıb məhv etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim Leyla Hüseynzadə) ilə iddia təmin edilməmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385, 386, 1096.1, 1096.2, 1097.1, 1110-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.3, 217.4, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, apellyаsiyа şikаyətinin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul olunması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Belə ki, o, məhkəməyə Göygöl rayonu Topalhəsənli Bələdiyyəsinin sədri və Göygöl rayonu X6 ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə ##.##.2025-ci il tarixli aktları məhkəməyə təqdim etmiş və həmin aktdan da görünür ki, onların iştirakı ilə əraziyə baxış keçirərkən həqiqətən müəyyən olunmuşdur ki, ona məxsus təxminən 1 (bir) ha torpaq sahəsində əkdiyi arpa sahəsi kənd sakinlərinin iri buynuzlu mal-qarası tərəfindən otarılmışdır. Bildirir ki, tərəfindən müəyyən edilmişdir ki, ona məxsus arpa sahəsi cavabdeh Cavabdeh məxsus on doqquz baş iribuynuzlu və qırx altı baş kiçik buynuzlu malları əkin sahəsinə yiyəsiz buraxılaraq otarılmışdır. Məhkəmə isə bunları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, o, cavabdehlə qonşudur. Göygöl rayonun Zurnabad kəndində onun istifadəsində bir hektar torpaq sahəsi vardır. Bu barədə sənədi vardır. O, kənddə yaşadığından kənd təssərüfatı məhsulları əkib becərməklə məşğul olmuşdur. O, həmin torpaq sahəsində hər il olduğu kimi, bu il də, yəni 2025-cı ildə taxıl, arpa əkmiş və cavabdeh qəsdən özünə məxsus 19 baş iri buynuzlu mal və 46 baş kiçik buynuzlu heyvanlarla ona məxsus əkin sahəsində olan arpa məhsulunu otartdırıb və nəticədə ona 800 manat ziyan vurmuşdur. Belə ki, cavabdeh Cavabdeh məxsus heyvanlar onun əkin sahəsinə yiyəsiz buraxdırılaraq otartdırıb məhv etmişdir. Ona görə də, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçı İddiaçı ona böhtan atır. O, iddianı qəbul etmir. Həmin vaxt onun heyvanları orada olmayıb. Iddiaçı onu Polisə də vermiş və araşdırma aparılmışdır. Ümumilikdə iddiaçının orada torpaq sahəsi yoxdur. Iddiaçının subutu yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2 . Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

23. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

24. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər

35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarı

36. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

37. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

38. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

42. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Iddiaçı İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində göstərmişdir ki, o, cavabdehlə qonşudu. Göygöl rayonun Zurnabad kəndində onun istifadəsində bir hektar torpaq sahəsi vardır. O, kənddə yaşadığından kənd təssərüfatı məhsulları əkib becərməklə məşğul olmuşdur. O, həmin torpaq sahəsində 2025-cı ildə taxıl, arpa əkmişdir. Cavabdehə məxsus 19 baş iri buynuzlu mal və 46 baş kiçik buynuzlu heyvanlar ona məxsus əkin sahəsində olan arpa məhsuluna 800 manat ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir.

47. Iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə məxsus iri və kiçikbuynuzlu heyvanların onun əkin sahəsinə girərək ona 800 manat ziyan vurmasını bildirmişdir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

49. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

50. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

51. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları nə birinci instansiya məhkəməsinə nədəki məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

52. Işə məhkəmə kollegiyasında baxılarkən iddiaçı iddia ərizəsində yazdıqlarını təkrar bildirsədə cavabdeh tərəfindən israrla həmin tələb qəbul edilməmişdir.

53. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Iş materiallarında olan məhkəmə iclasında tədqiq edilən 3 ədəd CD diskdə olan video yazı tərəflərin iştirakı ilə tədqiq edilmiş, görüntülərdə əkin sahəsi olan torpaq sahəsi və həmin sahənin tapdalanması halları əks olunmuş, görüntüdə torpaq sahəsinin kim tərəfindən əkilməsi, həmin sahəyə zərərin dəymə anı, bunu sübut edəcək vizual hal, həmin torpaq sahəsində cavabdehə məxsus mal-qaranın olması halı müəyyən edilməmişdir. Göründüyü kimi, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

55. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslığını müəyyən edəcək hər hansı sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir.

56. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).

57. Azərbaycan Respublikasının MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Göründüyü kimi, iddianın təmin olunması üçün iddiaçı tərəfindən məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir.

61. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxartdığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

62. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

65. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

66. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, cavabdehlə qonşudur. Göygöl rayonun Zurnabad kəndində onun istifadəsində bir hektar torpaq sahəsi vardır. O, kənddə yaşadığından kənd təssərüfatı məhsulları əkib becərməklə məşğul olmuşdur. O, həmin torpaq sahəsində 2025ci ildə taxıl, arpa əkmiş və cavabdeh özünə məxsus 19 baş iri buynuzlu mal və 46 baş kiçik buynuzlu heyvanları ona məxsus əkin sahəsinə buraxmış və təqribən ona 800 manat ziyan vurmuşdur. Iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, Göygöl rayonu Topalhəsənli Bələdiyyəsinin sədri və Göygöl rayonu X6 ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə ##.##.2025-ci il tarixli aktları məhkəməyə təqdim etmiş və həmin aktdan da görünür ki, onların iştirakı ilə əraziyə baxış keçirərkən həqiqətən müəyyən olunmuşdur ki, ona məxsus təxminən 1 (bir) ha torpaq sahəsində əkdiyi arpa sahəsi kənd sakinlərinin iri buynuzlu mal-qarası tərəfindən otarılmışdır. Məhkəmə isə bunları nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti əsasında araşdırma aparmaqla müəyyən etmişdir ki, cavabdeh Cavabdeh tərəfindən Göygöl rayon Polis şöbəsinə verilən izahatdan görünür ki, həmkəndlisi İddiaçı ona məxsus mal-qaranın İddiaçı taxıl sahəsinə girərək maddi ziyan vurduğunu iddia edir. Lakin ona məxsus mal-qara həmin şəxsin taxıl sahəsinə girməmişdir. Onun haqqında deyilənlər şər böhtandır. Göründüyü kimi, apellyasiya şikayəti formaldır və həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası bu istiqamətdə araşdırma aparmasına zərurət görmür. Beləliklə, yuxarıda qeyd olunduğu kimi, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göründüyü kimi, baxılan işdə iddiaçı tərəf qeyd edilən xüsusatları təsdiq edə biləcək hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Həmçinin, Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə zəruri amillərin mövcudluğu labüddür: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;- əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;- törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddiaçının torpaq sahəsinə cavabdehə məxsus mal-qaranın daxil olması nəticəsində zərər dəyməsi işin halları və təqdim edilən sübutlarla öz təsdiqini tapmamışdır.

67. Beləliklə baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər formal xarakter daşıyır, hazırkı işin hallarına münasibətdə əsassızdır və təmin olunmamalıdır.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Eyni zamanda məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın mübahisələndirilən hissəsinin qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPMin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Göygöl Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar