Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-716/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), X6 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Zurnabad Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və Topalhəsənli Bələdiyyəsinin iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan Zurnabad kəndində müvəqqəti yaşayan vətəndaş İddiaçı təxminən 1 ha əkdiyi arpa sahəsinə baxış keçirilib və məlum olub ki, həmin arpa sahəsi kənd sakinlərinin iribuynuzlu mal-qarası tərəfindən otarılmışdır. Aktın doğruluğunu Zurnabad kənd nümayəndəsi X1, Topalhəsənli Bələdiyyəsinin sədri X4 və Zərərçəkən Kəlbəcər Rayon sakini İddiaçı imzaları ilə təsdiq etmişdirlər.
2. Göygöl rayon Topalhəsənli Bələdiyyəsinin sədri tərəfindən verilmiş məktubda bildirilir ki, onların ##.##.2025-ci il tarixli ***** nömrəli məktublarına cavab olaraq bildirilir ki, Göygöl rayonu Zumabad kəndi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün İddiaçı 0.1 ha müvəqqəti istifadəyə verilmiş torpaq sahəsi barədə Topalhəsənli bələdiyyəsinə birləşmiş keçmiş Zurnabad bələdiyyəsinin arxivində heç bir rəsmi sənəd yoxdur. Əlavə olaraq bildirir ki, həmin dövrdə Zurnabad kəndində məskunlaşmış məcburi köçkünlərə qeyri-standart şəkildə torpaq sahələri müvəqqəti xarakter daşıması onların istifadəsinə təhkim edilmişdir. # ######## 2025-ci il tarixdə Ucar rayon, Lək kənd bələdiyyə sədri Cavad Süleymanov, İH nümayəndəsinin müavini Teymur Kərimov, Lək kənd sakinləri şikayətçi Nurlan Əsgərov, şahid Zahid Qasımov, şahid Ceyhun Kərimov tərəfindən tərtib edilmiş Akt-dan görünür ki, onlar, Əsgərov Nurlanın 4 ha çöl pay torpaq (keçmiş camış ferması deyilən ərazidə) sahəsinə baxış keçirilən zaman, yoncanın qoyun sürüsü, mal-qara və atlar tərəfindən otarılaraq məhv edildiyi, bunun ferma ərazisində yaşayan Ağdam rayon, Mərzili kənd sakini, X2 etdiyi bildirilərək, aktın doğruluğunu imzaları və möhürlə təsdiq etmişlər.
3. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Zurnabad Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Göygöl rayon İcra Hakimiyyəti başçısının Zurnabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi onların ## ###### 2025ci il tarixli № ***** sayli sorğularına cavab olaraq bildirirlər ki, ##.##.2025-ci il tarixli təsərrüfat başına kitabına əsasən adları aşağıda göstərilən Gəncə kənd sakini təsərrüfatlarında iribuynuzlu mal-qara olması haqqında: 1.X3-6 iribuynuzlu inək 5 buzovu olub; 2.X14- İribuynuzlu malı yoxdur; 3.Zeynalov İsax Allahverdı oğlunun təsərrərüfatı arvadı X8 İribuynuzlu malı yoxdur; 4. Cavabdeh təsərrüfatı arvadı X9 adınadır- 4 iribuynuzlu inək 2 buzovu var; 5.İsmayılov Vüqar İbrahim oğlu ərazidə qeydiyyatda deyil yaşayır- ##.##.2025-ci il təsərüfat başına kitabda yox ələvə qeyd edilən jurnalda təsərrüfatında 19 baş iribuynuzlu malı var, 46 baş xirdabuynuzlu heyvanı var.
4. Apellyasiya icraatı zamanı diskə baxış keçirilmiş və diskdə bir dəstə iribuynu malın yol ilə hərəkət etdiyi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona vurulmuş maddi ziyan 150 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə həmkəndlidirlər. Göygöl rayonun Zurnabad kəndində onun istifadəsində bir hektar torpaq sahəsi vardır. Bu barədə torpağın müvəqqəti istifadəsinə dair sənədi vardır. O, kənddə yaşadığından kənd təssərüfatı məhsulları əkib becərməklə məşğul olmuşdur. O, həmin bir hektar torpaq sahəsində hər il olduğu kimi, bu il də, yəni 2025-cı ildə taxıl, arpa əkmiş və cavabdeh Cavabdeh məxsus 6 baş iribuynuzlu heyvanları ilə ona məxsus bir hektar əkin sahəsində olan arpa məhsulunu otartdırıb və nəticədə ona 150 manat maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh Cavabdeh məxsus 6 baş iribuynuzlu malı onun əkin sahəsinə yiyəsiz buraxdırılaraq otartdırıb məhv etmişdir.
7. Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia təmin edilməmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Hazırki halda dəymiş zərərin məhz cavabdehin təqsiri səbəbindən baş verməsi və bu hərəkətlə zərər arasında səbəbli əlaqənin sübutuna dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir..
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 1096.1, 1096.2, 1097.1, 1110-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən narazı qalan iddiaçı İddiaçı oğlu apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə görüntülü diskə baxış keçirilərkən, həqiqətən də cavabdehin iri buynuzlu heyvanlarının ona zərər verilməsini etiraf etsə də, məhkəmədə bildirmişlər ki, iddianı qəbul etmirlər. Məhkəmə isə yalnız cavabdehin dediklərinə əsaslanaraq qətnamə qəbul etmişdir. Diski sonra özünə qaytarıb vermişdir. Göygöl rayonun Zurnabad kəndində istifadəsində bir hektar torpaq sahəsinin hər il olduğu kimi, bu 2025-cı ildə taxıl, arpa əkmiş və cavabdehlər qəsdən özlərinə məxsus iri buynuzlu heyvanlarla ona məxsus əkin sahəsində olan arpa məhsulumu otartmış və nəticədə ona 150 (yüz əlli) manat ziyan vurmuşdur. Belə ki, cavabdeh Cavabdeh 6 baş iribuynuzlu malları onun əkin sahəsinə yiyəsiz buraxdıraraq otartdırıb məhv etmişdir.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. İşin faktiki halları kimi müəyyən edilmişdir ki, Göygöl rayonun Zurnabad kəndində iddiaçının istifadəsində bir hektar torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsində arpa əkmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən otarılaraq ziyan vurulduğunu iddia etmişdir.
33. Məhkəmə kolllegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd qeyd edir ki, iddiaçı cavabdehin ona məxsus torpaq sahəsində heyvanlarını otarmaqla ona ziyan vurduğuqların qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişlər. Belə ki, Göygöl rayon İcra Hakimiyyəti Başçısının Zurnabad Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və Topalhəsənli Bələdiyyəsinin iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan Zurnabad kəndində müvəqqəti yaşayan vətəndaş İddiaçı təxminən 1 ha əkdiyi arpa sahəsinə baxış keçirilib və məlum olub ki, həmin arpa sahəsi kənd sakinlərinin iribuynuzlu mal-qarası tərəfindən otarılmışdır. Aktın doğruluğunu Zurnabad kənd nümayəndəsi X1, Topalhəsənli Bələdiyyəsinin sədri X4 və Zərərçəkən Kəlbəcər Rayon sakini İddiaçı imzaları ilə təsdiq etmişdirlər. Göründüyü kimi akt ərazinin otarılmasından sonra tərtib edilmiş, aktda həmin torpaq sahəsinin cavabdehə məxsus heyvanlar tərəfindən otarılması nəticəsinə gəlinməsini təsdiqləyəcək sübutlar əks olunmamışdır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin təqdim etdiyi diskə qiymət verməməsi dəililinə münasibətdə qeyd edir ki, apellyasiya icraatı zamanı diskə baxış keçirilmiş və diskdə bir dəstə iribuynu malın yol ilə hərəkət etdiyi müəyyən edilmişdir. Təqdim edilmiş diskdən həmin malların hər hansı arpa sahəsində otlaması və həmin malların kimə məxsus olması müəyyən olunmur.
35. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
36. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
37. Göründüyü kimi, iddiaçı onun istifadəsində olan torpaq sahəsini cavabdehə məxsus iribuynuzlu mallar tərəfindən ziyan vurulmasını təsdiqləyəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçılara məxsus torpaq sahəsində əkilmiş yonca bitkisini özünə məxsus heyvanlarla otarmaqla onlara maddi ziyan vurması iş materialları ilə təsdiqini tapmır və birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
39. Belə ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
40. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
41. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.