Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-737/2026 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X2 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Işin halları
1. Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində ## #### 2015-ci il tarixdə, 4Ə-494 nömrə ilə qeydə alınmış, alğı-satqı müqaviləsindən görünür ki, cavabdeh1, X1, X4, X3 ümumi birgə mülkiyyətdə olan Bərdə rayonu Hacallı kəndində yerləşən 1,155 ha torpaq sahəsini Maraqlı şəxs 1000 manata satmılar.
2. Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisində ## ###### 2025-ci ildə, 4Ə-327 nömrə ilə qeydə alınmış tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, Maraqlı şəxs özünə məxsus Bərdə rayonu Hacallı kəndində yerləşən 1,155 ha torpaq sahəsini İddiaçı satmışdır.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2025-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Hacallı kəndində yerləşən 1,155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 4 Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlər cavabdehlərin ona məxsus Bərdə rayonu, Hacallı kəndində yerləşən 1.155 ha torpaq sahəsindən çıxarılmaları, tоrpаq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, eləcədə cavabdehlərdən 5158 manat zərərin əvəzinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs 1.155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almış və buna dair Maraqlı şəxs ona mülki etibarnamə vermişdir. Sonuncu ilə uzun illərdir bir birlərini tanıdıqlarından alğı-satqı müqaviləsi bağlanmamışdır. 2024-cü ilin sonlarında arpa əkmək üçün torpağa şumlatmış, mala işləri gördürmüş, eləcədə torpağa kübrə vermişdir. 2025-ci il fevral ayının 26-da isə aralarında alğı-satqı müqaviləsi bağlanmış və torpaq üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin * saylı Ərazi Idarəsində qeydə alınaraq bu barədə ona ## #### 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Arpa səpdirən zaman ona məlum olmuşdur ki, onunla, eləcədə torpağın birinci sahibi Maraqlı şəxsla heç bir əlaqəsi olmayan cavabdeh1 və onun həyat yoldaşı cavabdeh2 icazə olmadan arpa səpdirib. Torpağı 10 ilə yaxın müddətdir almasını desədə, cavabdeh2 onu söyüb təhqir etmiş, əgər ayağın bu torpağa basarsansa benzin töküb özünü yandırar demişdir. Cavabdehlərdən torpaqdan çıxmalarını tələb etsədə, lakin sonuncular buna məhəl qoymamışlar. Hətda onun barəsində Bərdə rayon Polis Şöbəsinə şikayət etmiş, daha sonra isə məhkəmə qərarı ilə 10 gün inzibatı qaydada həbs olunmuşdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Belə ki, “xxxx” MMC nin təqdim etdiyi mütəxəssis rəyində cavabdehlər tərəfindən 1 sezonda ona 5158 manat ziyan vurmaları qeyd olunmuşdur.
6. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli (hakim B.Məhərrəmov) qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və iş üzrə ödənilmiş 71,58 manat dövlət rüsumu iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21ci maddəsi, habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalrının tələblərinin pozulması ilə çıxarılmışdır. Iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Halbu ki, cavabdehlərin uzun müddət torpağından istifadə etmələri nəticəsində hüququ pozulmuş və gəlirdən məhrum olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 1.155 ha torpaq sahəsi 2025-ci ilin mart ayından mülkiyyətindədir. Cavabdehlər 2024-cü ilin dekabr ayında həmin yerə arpa əkmişlər. Torpaq 2025-ci ilin mart ayında onun mülkiyyətinə keçdikdən sonra isə cavabdehlər həmin torpaqda əkin işi aparmayıb. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatında göstərmişdir ki, 2024-cü ilin dekabr ayında Baratın razılığı əsasında onun mülkiyyətində olan 1,155 ha. torpaq sahəsinə arpa əkmişlər. Torpaq isə 2025-ci ilin mart ayında iddiaçının mülkiyyətinə keçmişdir. 2025-ci ilin iyun ayında arpa biçildikdən sonra isə torpaqdan çıxmışlar. Cavabdeh cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1da digər cavabdehlə eyni məzmunlu izahat vermişdir.
14. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər cavabdeh2 və cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməməslərinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
25. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, ümumi birgə mülkiyyətdə olan Bərdə rayonu Hacallı kəndində yerləşən 1,155 ha torpaq sahəsi ## #### 2015-ci il tarixdə cavabdeh1, X1, X4, X3 tərəfindən Maraqlı şəxs 1000 manata satılmış, Maraqlı şəxs isə sözügedən torpaq sahəsini Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat ofisində ## ###### 2025-ci il tarixdə İddiaçı satmışdır. İddiaçı bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2025-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. İddiaçı sahibliyində və istifadəsində olan torpaq sahəsinin cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən zəbt edilərək arpa əkildiyini və nəticədə ona 5158 manat ziyan dəyməsini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
33. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
34. Tərəflər arasında yaranmış hüquq münasibətləri torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi ilə bağlı yaranan mübahisədir.
35. Yuxarıda da qeyd olunduğu kimi mübahisə predmeti olan Bərdə rayonu Hacallı kəndində yerləşən 1,155 ha torpaq sahəsi əvvəllər hazırkı iş üzrə cavabdehlər və onların ailə üzvlərinin mülkiyyətində olmuş və sonuncular ## #### 2015-ci il tarixdə Maraqlı şəxs 1000 manata satmışlar, Maraqlı şəxs da öz növbəsində həmin torpağı ## ###### 2025-ci il tarixdə İddiaçı satmış, ## #### 2025-ci ildə isə həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmış və bu barədə ona ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər isə 2024-cü ilin dekabr ayında, yəni 1.155 ha torpaq sahəsi hələ iddiaçının mülkiyyətinə keçməmişdən həmin ərazidə arpa əkmişlər. 2025-ci ilin iyun ayında arpa biçildikdən sonra isə torpaqdan çıxmışlar. Işin qeyd olunan bu halı cavabdehlərin deməsindən əlavə iddiaçının özünün izahatı ilədə təsdiq olunur.
36. Göründüyü kimi, Bərdə rayonu Hacallı kəndində yerləşən 1,155 ha torpaq sahəsi ## ###### 2025-ci il tarixədək Maraqlı şəxs mülkiyyətində olmuşdur. Ona görə də kollegiya hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
37. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.