Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-770/2026 11.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı və nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə iştirakı ilə, Işin halları
1. Foto şəkillərdən görünür ki, həmin evlə bağlı tikinti işləri görülmüşdür.
2. Fləş karta yazılan danışıqlarından görünür ki, cavabdeh cavabdeh1 ona məxsus olan qızılları geri qaytararsa 4000 manat ödəyəcəyini bildirmişdir.
3. Türkiyə Respublikasının ##.##.2023-cü il tarixli **** saylı Qanuna görə qoruma qərarından görünür ki, şiddətin qarşısını almaq məqsədilə X4 Mahmudovdan qorunması barədə qərar qəbul edilmişdir.
4. Hesabdan çıxarışdan görünür ki, cavabdeh cavabdeh1 ##.##.2022-ci il tarixində Azərbaycan Beynəlxalq Bankı tərəfindən 8000 manat məbləğində kredit verilmişdir.
5. Pasportdan görünür ki, cavabdeh1 Tanrıverdi qızı ##.##.2022-ci il tarixdə ölkə sərhədini keçərək, Türkiyə Respublikasına daxil olmuşdur.
6. SMS danışıqlarından görünür ki, İddiaçı ilə cavabdeh2 arasında qızıl mübahisələri olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 8000 (səkkiz min) manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlanılmış ## ###### 2021-ci il tarixli BPM************ nömrəli tam kart çərçivə kredit müqaviləsinə əsasən ona tam kartın qüvvədə olduğu müddət ərzində illik 24 faizədək ödəmək şərti ilə 30.000 (otuz min) manat məbləğində kreditdən istifadəyə görə limit ayrılmış və kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli verilmişdir. Həmin tam kart çərçivə kredit müqaviləsi cavabdeh-arvadı cavabdeh2 anası, digər cavabdeh-qaynanası X7 məxsus Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən yaşayış evinin təmirinə vəsait lazım olduğu üçün bağlanılmışdır. Tam kart çərçivə kredit müqaviləsi əsasında tərəfindən 8000 (səkkiz min) manat vəsait cavabdeh-arvadı cavabdeh2 vasitəsilə cavabdeh qaynanası X7 verilmiş və sonuncular aldıqları pulu ödəyəcəklərini vəd etsələr də vəsait xərclənəndən sonra cavabdeh2 uşaqları evdə qoyaraq, evdəkilərin yatdığından istifadə edərək metroda tanış olduğu bir kişiyə qaçmışdır və pulun ondan alınması və geri qaytarılmaması cavabdehlər arasında əvvəlcədən planlaşdırılmışdır. Keçən müddət ərzində cavabdehlər tərəfindən cəmi 170 (bir yüz yetmiş) manat pul ödənilmiş, qalan hissə ödənilməmişdir. Keçən müddət ərzində onunla cavabdeh-arvadı cavabdeh2 ilə münasibətlər tam pozulduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)***/**** saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Dəfələrlə cavabdehlərə müraciət edərək pulun qaytarılması tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınırlar.
9. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında cavabdehlər Mahmudova (Hacıyeva) Sənubər Nazim qızının və cavabdeh1 Tanrıverdi qızının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəni təqdim edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Iddia tələbini tamamilə əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən cavabdehlərə heç bir məbləğdə borc verilməmişdir. Iddiaçı 2021-ci ilin noyabr ayında cavabdeh cavabdeh2 ilə rəsmi nikahda olmaqla evli olmuşlar. Həmin vaxt cavabdeh cavabdeh2 Türkiyə Respublikasında olmuşdur. Iddiaçı özü də, məhkəmə hazırlıq iclasında cavabdeh cavabdeh2 borc pul vermədiyini, cavabdeh1 təklikdə ev təmiri üçün borc pul verdiyini qeyd etmişdir. Lakin, belə bir hal olmamışdır. Cavabdeh cavabdeh1 öz evinin təmiri üçün 2022-ci ilin fevral ayında kreditlə 8000 manat pul götürmüş və evini təmir etdirmişdir. Evinin təmiri üçün cavabdeh cavabdeh1 heç vaxt iddiaçıdan borc pul almamışdır. Tərəflər arasında münasibətlər 2022-ci ilin iyul ayından pozulmuşdur. Iddiaçı cavabdehlərə pul borc vermiş olsaydı bu qədər müddətdə məhkəmədə onlara qarşı iddia qaldırmış olardı. Iddiaçı 2022-ci ilin fevral ayında cavabdehlərə ev təmiri üçün borc pul verdiyini, həmin puldan cavabdeh cavabdeh1 tərəfindən 170 manat pulun ona qaytarıldığını bildirmiş olsa da, iddiaçı tərəfindən cavabdehlərə heç bir məbləğdə borc pul verilməmişdir. Hətta, cavabdehlərə 2022-ci ilin fevral ayında borc pul verilmiş olsa da, iddiaçı ## ####### 2025-ci ildə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, iddia müddətini ötürmüşdür. Odur ki məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Seymur Yusifli) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiacı İddiaçı tərəfindən cavabdeh cavabdeh2lə aralarında baş vermiş vatsap yazışmaları məhkəmədə tədqiq edilərkən müəyyən edilmişdir ki,yazışmalarda 8.000 manatın İddiaçı alınması, həmin məbləğin cavabdeh1 verilməsi barədə konkret və birmənalı etiraf mövcud deyildir beləliklə, yazışmalar pulun verilməsi faktını təsdiq etmir eyni zamanda məhkəmə iclası zamanı iddiaçı İddiaçı tərəfindən təqdim edilmiş video görüntü tədqiq edilərkən cavabdeh cavabdeh1 iş üzrə tərəf olmayan başqa şəxslə danışdığı və hazırki mübahisələndirilən məbləğ olan 8.000 manat deyil, 4.000 manat məbləğindən bəhs edildiyi müəyyən edilir, eyni zamanda həmin görüntüdə cavabdeh1 “qızıllarımı versin, mən ona dörd mini qaytarım” ifadəsi işlədilir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ilə hər hansı qızıl mübahisəsinin olmadığını özü təsdiq etmişdir və bu hallar göstərir ki həmin danışıq başqa hüquqi münasibətə aiddir mübahisə predmeti ilə birbaşa əlaqə mövcud deyl. Cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş Azərbaycan Beynəlxalq Bank ASC nin bank hesabından çıxarışından görünür ki, cavabdeh cavabdeh1 ## ###### 2022-ci il tarixdə bankdan 8.000 manat kredit götürmüşdür bu hal onun eyni dövrdə əlavə 8.000 manat borc alma ehtiyacının inandırıcılığını azaldır belə ki, cavabdeh cavabdeh1 həmin tarixdə artıq özünün ehtiyacı olan 8.000 manat pul vəsaitini bankdan kredit almaqla təmin etmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, sübutların kifayətliliyi və sübutetmə standartı ilə bağlı Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, mülki işlərdə sübutetmə “ağlabatan ehtimal dərəcəsi” (balance of probabilities) əsasında qiymətləndirilir. Avropa Insan Hüquqları Məhkəməsi Anheuser-Busch Inc. Portuqaliyaya qarşı işində məhkəmə vurğulamışdır ki, məhkəmə qərarı sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsinə əsaslanmalıdır. Bochan Ukrainaya qarşı iş üzrə qərarında isə qeyd edilmişdir ki, milli məhkəmələr təqdim olunan sübutlara əsaslandırılmış hüquqi qiymət verməlidirlər. Hazırkı işdə təqdim olunan sübutlar birbaşa mübahisə edilən 8.000 manatın verilməsini təsdiqləmir, dolayı və qeyri-müəyyəndir, alternativ izahı istisna etmir.
14. Bu səbəbdən məhkəmə iddiaçının sübutetmə yükünü yerinə yetirmədiyi qənaətinə gələrək hesab etmişdir ki, iddiacı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 ilə aralarında şifahi və ya yazılı borc müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı sübut təqdim etməmiş, eyni zamanda məhkəmə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddiasını təsdiq edən birbaşa və mötəbər sübut təqdim etmədiyi üçün iddia müddətinin tətbiqini zəruri hesab etmir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 739.1, 740.1 və 740.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 216-220 və 357- 361-ci maddələrinə istinad etmişdir.
16. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə təqdim olunan sübutları nəzərə almamış və sübutlara düzgün qiymət verməmişdir. Məhkəməyə təqdim etdiyi və iş materiallarında olan şəkillərdən də göründüyü kimi cavabdeh1 2022-ci ilin birinci yarım illiyində aparılan tikinti zamanı Şəmkir rayon Dəllər qəsəbəsində olmuş və ustaların işinə şəxsən nəzarət etmişdir. Lakin, məhkəmə bu faktı nəzərə almamış və hüquqi qiymət verməmiş, qətnamədə isə, həmin tarixdə cavabdeh1 Türkiyədə olduğunu qeyd etmişdir. Bununla yanaşı, qeyd etmək istəyir ki, iş materiallarına əlavə edilmiş yazışmalardan da göründüyü kimi, onun cavabdehlərə 8000 manat pul vəsaiti verdiyi həmin yazışmalarla sübut edildiyi halda, məhkəmə həmin yazışmalara düzgün hüquqi qiymət verməmiş və 8000 manat pulun cavabdehlərə verilmədiyini hesab etmişdir. Halbuki, yazışmalarda cavabdeh cavabdeh1 oğlu Ənvər Hacıyev bu faktı etiraf etmişdir. Belə ki, sözügedən mesajlarda Ənvər aylıq 500 manat ödəməklə onun borcunu qaytaracağını yazmışdır. Lakin, məhkəmə bu sübuta düzgün qiymət verməmişdir. Bunu da qeyd edir ki, Ənvər onun borcunu hər ay 500 manat ödəməklə qaytaracağını bildirsə də, heç bir ödəniş edilməmişdir. Qeyd edir ki, iş materiallarında olan digər sübutlardan da onun cavabdehlərə 8000 manat pul verməyi faktı təsdiq olunur. Lakin, məhkəmə işə obyektiv yanaşmamış, iş materaiallarını düzgün araşdırmamış və sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə, o cavabdehlərə 8000 manat verməyinə və onlar tərəfindən həmin pul məbləği qaytarılmamasına baxmayaraq, məhkəmə bu fakta zidd olan, qanunsuz və əsassız qətnamə qəbul etmiş və beləliklə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən, Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Məhkəmə pul tələbin rədd edilməsinə dair qətnamə qəbul etmiş, tələbində göstərilən 8000 manat pul məbləğinin onun tərəfindən cavabdehlərə verilmədiyi qənaətinə gəlmişdir. Lakin, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, 8000 manat vəsait tərəfimdən cavabdehlərə verilmiş və cavabdehlər həmin vəsaitlə Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən evi təmir etdirmiş, lakin sonra onun pulunu geri qaytarmamışlar. Iş materiallarında olan yazışmalarda da, bu fakt cavabdeh2 və Ənvər Hacıyev tərəfindən etiraf edilmişdir. Buna baxmayaraq, məhkəmə sübutlara düzgün qiymət verməmiş, 8000 manat pul məbləğinin onun tərəfindən cavabdehlərə verilmədiyi qənaətinə gələrək, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh1 X1 qəsəbəsində yerləşən evində təmir işlərinin aparılmasını ondan xahiş etmiş, nə qədər vəsait sərf olunarsa həmin məbləği ona ödəyəcəyini demişdir. O, isə 8000 manatı cavabdeh1 vermiş, sonra təmir üçün pul lazım olduqca ondan alıb xərcləmişdir. Digər cavabdeh cavabdeh2 ona görə məhkəməyə vermişdir ki, cavabdeh2 ona anasına pulu verməsini, qaytarmasa onun qaytaracağını demişdir. Məhkəməyə təqdim etdiyi səs yazıları onun telefonuna göndərilən yazılardır, o həmin yazıları cavabdehin “Gmail”indən çıxarmışdır. cavabdeh2 ər-arvad münasibətləri ilk dəfə 2022-ci ilin iyul ayında pozulmuşdur. Sonradan barışmışlar və yenidən birlikdə yaşamışlar.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. Iş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Bundan sonra cavabdeh cavabdeh1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar Bakı şəhərində müalicə aldığına görə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
22. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
41. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayisə ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
44. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Işin faktiki halları kimi müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh2 ##.##.2017-ci ilı tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar və onların birgə nikahlarında ##.##.2018-ci il tarixdə Ömər, ##.##.2020-ci il tarixdə Ömür adlı övladları olmuşdur. Tərəflər arasında bağlanılmış nikah Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Iddiaçı nikahda olduqları dövrdə ## ###### 2021-ci il tarixli BPM************ nömrəli tam kart çərçivə kredit müqaviləsinə əsasən illik 24 faizədək ödəmək şərti ilə 8000 (səkkiz min) manat pul götürərək Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən yaşayış evinin təmiri üçün digər cavabdeh, qaynanası X7 verdiyini bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
49. Cavabdehlər isə iddiaya etiraz etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, iş materiallarında olan şəkillərdən də, göründüyü kimi cavabdeh1 2022-ci ilin birinci yarım illiyində aparılan tikinti zamanı X1 qəsəbəsində olmuş və ustaların işinə şəxsən nəzarət etmişdir. Lakin məhkəmə bu faktı nəzərə almamış və hüquqi qiymət verməmiş, qətnamədə isə, həmin tarixdə cavabdeh1 Türkiyədə olduğunu qeyd etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş şəkillərdə iddiaçının orada olması görünmür. Həmçinin, iddiaçı izahatında göstərmişdir ki, cavabdeh1 X1 qəsəbəsində yerləşən evində təmir işlərinin aparılmasını ondan xahiş etmiş, nə qədər vəsait sərf olunarsa həmin məbləği ona ödəyəcəyini demişdir. O, isə 8000 manatı cavabdeh1 vermiş, sonra təmir üçün pul lazım olduqca ondan alıb xərcləmişdir. Tərəflərin təmir işlərinin iddiaçı tərəfindən aparılması barədə razılığa gəldikləri və çəkilmiş xərlərin sonradan cavabdeh cavabdeh1 tərəfindən iddiaçıya ödənilməsi barədə razılığa gəlindiyi halda, iddiaçının 8000 manat təmir xərcinin cavabdeh1 verərək sonradan alıb təmir işlərinə xərcləməsi, iddiaçının iddia ərizəsində göstərdikləri, o cümlədən, 8000 manat pulu arvadı Sənubər vasitəsilə Rayaya verməsinə dair qeyd etdikləri ilə ziddiyyət təşkil etməklə inandırıcı deyildir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş materiallarına əlavə edilmiş yazışmalarda iddiaçının cavabdehlərə 8000 manat pul vəsaiti verdiyinin sübut edildiyi halda, məhkəmənin həmin yazışmalara düzgün hüquqi qiymət verməməsi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı İddiaçı tərəfindən təqdim edilmiş video görüntü və səs yazıları tədqiq edilərkən cavabdeh cavabdeh1 iş üzrə tərəf olmayan başqa şəxslə danışdığı və hazırki mübahisələndirilən məbləğ olan 8.000 manat deyil, 4.000 manat məbləğindən bəhs edildiyi müəyyən edilir, eyni zamanda həmin görüntüdə cavabdeh1 “qızıllarımı versin, mən ona dörd mini qaytarım” ifadəsi işlədilir. Həmçinin iddiaçı izahatında məhkəməyə təqdim etdiyi səs yazılarının onun telefonuna göndərilən yazılar olmamasını, onun həmin yazıları cavabdehin “Gmail”indən çıxarmasını bildirmişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi üçün sübutların yetərli olması ilə bağlı gəldiyi nəticə işin halların uyğun olmuşdur.
53. Belə ki, iş materialları ilə, cümlədən iddiaçının izahatı ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh2 nikah münasibətlərinə 2022-ci ilin iyul ayında xitam verilmişdir. Iddiaçı sonradan onların yenidən ailə kimi birləşib bir yerdə yaşamalarını qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə tərəflər arasında bağlanılmış nikah pozulmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı həmin işə baxılarkən verdiyi izahatında göstərmişdir ki, həmin vaxt cavabdeh2 yanında olan Ömür adlı uşağı ilə 3 ildir ki, görüşmür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 iddiaçı ilə 2022-ci ilin ayından ayrı yaşamaları barədə bildirdikləri işin hallarına daha uyğundur. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində iddiaçının cavabdeh cavabdeh2lə 2022-ci ildə ayrıldığı və cavabdehin iddiaçıya borcunun olduğu halda nəyə görə 8000 manat pul tələbi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməsi ilə bağlı etirazının dəlillərini də, əsaslı hesab edir. Belə ki, iddiaçı ilə cavabdeh 2022-ci ilin iyul ayında iddiaçının deməsinə görə cavabdeh cavabdeh2 onu aldatması səbəbindən ayrıldığı halda, 2025-ci ilin oktyabr ayında iddia ərizəsi ilə məhkəmə müraciət etməsi anlaşılan deyildir.
54. Beləliklə, məhkəmə kollegiyası təqdim edilmiş sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 ilə aralarında şifahi və ya yazılı borc müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı sübut təqdim etməməsi və bununla iddiaçının sübutetmə yükünü yerinə yetirmədiyi qənaətinə gəlməklə, eyni zamanda iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddiasını təsdiq edən birbaşa və mötəbər sübut təqdim etmədiyi üçün iddia müddətinin tətbiqini zəruri hesab etməməklə düzgün nəticəyə gəlmişdir.
55. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
56. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirmiş və mübahisəyə tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsas yaratmır.
58. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.