Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-800/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, R X1 ##.##.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı arasında olan pul mübahisəsi mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34000 manat əsas borcun, 3000 manat əldən çıxmış faydanın, 2500 manat hüquqi yardım xərclərinin və 200 manat dövlət rüsumu olmaqla, cəmi 39750 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İş üzrə iddiaçı İddiaçı və onun nümayənədəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdeh Cavabdeh əsas borc üzrə 31000 manat, əldən çıxmış fayda olaraq 3000 manat, ümumilikdə 34000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, iddiaçı İddiaçı qardaşıdır. Bacısı müxtəlif vaxtlarda Cavabdeh xeyli məbləğdə pul verib və verdiyi pulları geri ala bilməyib.
5. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim R.R.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 17600 (on yeddi min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu pul vəsaiti iddiaçı İddiaçı özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı izahatında və iddia ərizəsində 31000 manat pulun cavabdehə borc verdiyini göstərsə də, lakin cavabdeh izahatında iddiaçıdan ümumilikdə 20500 manat pul aldığını göstərmiş, iddiaçı isə qalan məbləği əsaslandıra bilməmiş və bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir.
7. Cavabdeh iddiaçıdan aldığı 20500 manat pulun iddiaçıya qaytardığını göstərsə də, lakin həmin halı əsaslandıra bilməmiş və bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. İddiaçı isə cavabdehin həmin məbləğdən yalnız 2900 manat hissəsini ona qaytardığını göstərmişdir.
8. Məhkəmə hesab etmişdir ki, şahid qismində dindirilmiş X2 izahatında göstərilənlər iddianın tam həcmdə təmin edilməsinə əsas vermir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 739.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ## #### 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı ## #### 2008ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə heç bir araşdırma aparmadan, təqdim etdiyi sübutları nəzərə almadan, qətnamə qəbul etmişdir. Həmin qətnamə əsasında maddi cəhətdən ağır vəziyyətə düşərək 17600 manat məbləğində mülkiyyətindən məhrum olmağına səbəb olur. İddiaçıya heç bir borcunun olmaması barədə səs yazılarını təqdim etsə də, məhkəmə onları sübut kimi qəbul etməmişdir. Səs yazıları ilə tam sübut olunur ki, cavabdehə heç bir borcu yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh 20500 manat borc aldığını etiraf etmiş, ancaq həmin borcu qaytarmasını sübuta yetirə bilməmişdir. Tərəflər uzun müddət ailəvi dost münasibətində olmuşdurlar. Həmçinin cavabdehin digər şəxslərə də borcu vardır. Hazırda iddiaçının qarşı tərəflə münasibəti işgüzar xarakterli deyil, borc münasibətidir.
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
16. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarı. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə qismən təmin olunan iddia cavabdeh tərəfindən təmin edilən hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin hallarının tədqiqindən müəyyən edilir ki, hazırkı iddia tələbi pul məbləğinin geri qaytarılması tələbidir. İddiaçı bildirir ki, o, müxtəlif vaxtlarda müəyyən məbləğlərlə cəmi 31000 manat məbləğində cavabdeh tərəfə borc vermiş, cavabdeh isə pulun sadəcə 2900 manat qismini qaytarmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh həmin pul münasibətinin mövcudluğunu ümumilikdə inkar etməmiş, müəyyən vaxtlarda yalnız 20500 manat faizə borc aldığını və sonradan borcunu ödədiyini bildirmişdir. Eyni zamanda, tərfələr araında olan sms danışıqlarının məzmunundan da onların arasında pulun alınıb-verilməsi ilə bağlı müzakirə və mübahisələrin olduğu aydın olur. Həmin sms yazışmalarda konkret məbləğlər qeyd edilməmişdir. Beləliklə, işin halları ilə tərəflər arasında borc münasibətinin mövcudluğu təsdiq olunur. Cavabdehin öz izahatı ilə isə onun iddiaçıdan 20500 manat aldığı aydın olur.
23. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
24. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (740.2).
25. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə isə fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
26. İşin hallarından görünür ki, cavabdeh Cavabdeh birinci instansiya məhkəməsində izahat verərək, iddiaçıdan 20500 manat borc aldığını etiraf etmiş, lakin həmin borcu qaytardığından iddianın rədd edilməsini xahiş etmişdir. Deməli, hazırkı iş üzrə sübut edilməli fakt borcun mövcudluğu deyil, onun icra olunmasıdır. Göründüyü kimi, pul vəsaiti hüquqi əsas olmadan deyil, tərəflər arasında yaranmış borc müqaviləsi çərçivəsində verilmişdir.
27. MPM-in 77-ci maddəsinə əsasən hər bir şəxs istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə İddiaçı pul verməsini, pulun məbləğini (iddiaçı 31000 qeyd etsə də 20500 manat hissə cavabdehin etirafı ilə sübut edilmiş, 2500 manatın qaytarılmasını isə iddiaçı özü bildirmişdir) və pulun Cavabdeh tərəfindən alınmasını sübut etmişdir. Bu faktlar cavabdehin öz etirafı ilə təsdiq olunmuşdur. Belə olduqda, borcun qaytarıldığını iddia edən tərəf bunu sübut etməlidir.
28. Hazırkı iş üzrə cavabdeh Cavabdeh məhkəmədə iddiaçıdan 20500 manat pulu aldığını etiraf etsə də, həmin məbləği sonradan qaytardığını bildirmişdir. Lakin qaytarılan borcdan yalnız 2500 manat nəzərə alınmışdır, belə ki, həmin məbləğin qaytarılmasını iddiaçı özü bildirmişdir.
29. Həmçinin cavabdeh apellyasiya şikayətində əlində olan səs yazıları ilə iddiaçıya borcunun olmadığının sübut olunduğunu vurğulasa da, kollegiyanın iclasında iştirak etməmiş, eyni zamanda şikayətini əsaslı hesab edə biləcək sübutu da məhkəməyə təqdim etməmişdir. Beləliklə, apellyasiya şikayətində qeyd edilən hal öz təsdiqini tapmamışdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.