Məhkəmə qərarları › İş №e-2(3-7)-804/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-804/2026

10.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-804/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İmanov Həbil Ramiz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 35417 (otuz beş min dörd yüz on yeddi) manat, vəkilə xidmət haqqı kimi ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 203 (iki yüz üç) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İmanov Həbil Ramiz oğlunun cavabdeh1 qarşı tələbi təmin edilərək cavabdeh1 35417 (otuz beş min dörd yüz on yeddi) manat, vəkilə xidmət haqqı kimi ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 203 (iki yüz üç) manat alınaraq İmanov Həbil Ramiz oğluna verilməsi, İmanov Həbil Ramiz oğlunun cavabdeh2 qarşı 35417 (otuz beş min dörd yüz on yeddi) manat, vəkilə xidmət haqqı kimi ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 203 (iki yüz üç) manat alınaraq ona verilməsi tələbinin rədd olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə həmin məhkəmənin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 apelyasiya şikayəti onu vermək üçün qanunla müəyyən olunmuş dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmışdır. Bundan sonra cavabdeh1 ##.##.2026-cı ildə Ağdam Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli *(***)-****/**** saylı qərardadından şikayət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Ağdam Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən apellyasiya şikayətinin məzmunu və ona əlavə edilmiş sənədləri düzgün formada nəzərdən keçirməmiş, nəticədə isə tərəfindən verilmiş apellyasiya şikayətini əsassız geri qaytarmışdır. Belə ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə vəşüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. O, Ağdam rayonundan olan məcburi köçkündür. Buna görə də hazırkı iş üzrə dövlət rüsumu ödəməkdən azaddır. Məcburi köçkün vəsiqəsini apellyasiya şikayətinə qoşma sənədi kimi əlavə edərək məhkəməyə təqdim etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, şikayət təmin edilməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.20-ci maddəsinə görə məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olunurlar: məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. İş materiallarında olan AA seriyalı ****** nömrəli Məcburi Köçkün vəsiqəsinin surətindən görünür ki, cavabdeh1 məcburi köçkündür. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə onun məcburi köçkün olmasını təsdiq edən sənəd AA seriyalı ****** nömrəli Məcburi Köçkün vəsiqəsinin surəti əlavə edilmişdir. Lakin, birinci instansiya qeyd olunan halları araşdırmamış və apellyasiya şikayətini geri qaytarmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayəti vaxtında verildiyindən və apellyasiya şikayətinin tərtibatı zamanı Azərbaycan Respublikası MPM-nın 361-ci maddələrinin tələblərinə riayət edildiyindən Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ləğv edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ləğv edilsin. Cavabdeh cavabdeh1 tərəfindən Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar