Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-861/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İsfəndiyar oğluna, cavabdeh3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh2 İsfəndiyar oğlunun və cavabdeh1 və onun yetkinlik yaşına çatmayan övladları X3 və X2 ona məxsus ünvan 1, mənzil 2-dən çıxarılması və mənzilin tamamilə boşaldılmaqla ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilərək, cavabdehlər cavabdeh3, cavabdeh2 İsfəndiyar oğlu, cavabdeh1 və onun yetkinlik yaşına çatmayan uşaqları X3 və X2 iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən * nömrəli mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən narazı qalan cavabdeh cavabdeh3 apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya şikayətindən görümür ki, cavabdeh cavabdeh3 Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinin tələbi pozmuş və apellyasiya şikayətində tələbini və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyini göstərməmiş, apellyatorun xahişinin nədən ibarət olması qeyd olunmamışdır. Bundan əlavə iş materiallarında Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin cavabdeh cavabdeh3 rəsmi təqdim edilməsi barədə sənəd mövcud deyildir. Bununla yanaşı cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ##.##.2026-cı il tarixdə almasını qeyd etmişdir. Lakin, cavabdeh cavabdeh3 isə apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirmişdir. Belə olan halda qətnamədən apellyasiya şikayəti vermə müddətinin sonu ## ### 2026-cı ildir. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyünü yoxıamadan, eləcədə də apellyasiya şikayətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilib-verilmədiyini araşdırmadan işi Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd olunananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-7)-861/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-861/2026
16.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver