Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-970/2026 08.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyət hüququ; mülkiyyətə müdaxilə Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı evə köçürülmə və manelərin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ######## 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
2. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Gəncə şəhəri, Təbri küçəsində yerləşən *** nömrəli fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri publik hüquqi şəxsini mütəxəsisləri tərəfindən ölçülməsinə maneələrin yaradılması cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 qadağan olunması qət edilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2014-cü il tarixdə X3 ilə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan sonra ərinin yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi,ev 220 ünvanına gəlin köçmüş və orada daimi yaşamışdır. Sözügedən mülk ##.##.1995-ci ildə vəfat etmiş mərhum X2 tərəfindən ##.##.1993-cü il tarixli vəsiyyətnamə ilə əri X3 vəsiyyət edilmişdir. X1 ##.##.2022-ci il tarixdə vəfat etdikdən sonra qanun üzrə vərəsə kimi miras payını qəbul etmişdir. Hazırda ünvan 3 (köhnə ünvan: Təbriz küçəsi, ev 220) ünvanında yerləşən daşınmaz əmlak üzərində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən 1/3 paya mülkiyyət hüququ qeydiyyata alınmışdır. Ərinin vəfatının ildönümünədək qeyd olunan evdə mübahisəsiz yaşamışdır. Lakin sonradan cavabdehlər mərhumun anası cavabdeh2, oğlu cavabdeh3, eləcə də qanun üzrə həmin evdə mülkiyyət payı olmayan qardaşı cavabdeh4 və bacısı cavabdeh1 ona qarşı aqressiv münasibət göstərməyə başlamışlar. Onlar birgə hərəkət edərək qanuni mülkiyyətçisi olduğu evə daxil olmağına imkan vermir, qapını açmır və mülkiyyət hüququndan istifadə etməyinə süni maneələr yaradırlar. Buna görə də, iddiaçı İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
5. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Maya Məmmədova) İddiaçı iddiasının təmin edilməsi; İddiaçı ünvan 2 (köhnə ünvan: ünvan 1) ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 tərəfindən maneələr yaradılmasının qadağan edilməsi; Məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 43-cü maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5 və 215.4-cü maddələrinə, Mənzil Məcəlləsinin 29-cu maddəsinə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamə ilə tanış olarkən ona məlum olmuşdur ki, iddiaçının ünvan 2 (köhnə ünvan: ünvan 1) ünvanında yerləşən fərdi yaşayış evinə 1/3 hissədə mülkiyyət hüququ vardır. Iddiaçı elə bir çıxarışın olmasını heç vaxt onlara deməmişdir. Həmin çıxarışın mövcud olmasını biləndən sonra onu mübahisələndirəcəklər. Digər tərərfdən iddiaçı iddia etdiyi kimi əmlak paylı mülkiyyətdə olsa belə iddiaçı Mülki Məcəllənin paylı mülkiyyət ilə bağlı normalarını pozmuşdur. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl onlarla görüşməmiş, hər-hansı bir razılaşma əldə etməyə çalışmamışdır. Məhkəmə işə baxarkən çəkişmə prinsipini pozmuşdur. Belə ki, məhkəmə işin nə vaxtı nə də ki, yeri barədə onlara məlumat verməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh cavabdeh4 məhkəməyə teleqran ünvanlayaraq, vəkili məzuniyyətdə olduğundan işə baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin müraciətinə vəkil orderini əlavə etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
17. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
27. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
28. Apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia təmin edilmiş və cavabdehlərdən yalnız cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Ona görə də, apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız apellyatora münasibətdə yoxlanılmalıdır.
29. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
30. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 2 (köhnə ünvan: ünvan 1) ünvanında yerləşən fərdi yaşayış evinə 2/3 hissədə X2 və 1/3 hissədə İddiaçı paylı mülkiyyətindədir. Paylı mülkiyyətçi İddiaçı əmlaka sahiblik və istifadəsinə yaradılan manenin qadağan edilməsi və evə köçürülmə barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın.
35. Baxılan işdə isə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmaqla, onun həmin əmlaka qanunla müəyyən edilmiş və dövət tərəfindən qorunan sahiblik, istifadə və sərəcnam hüquqları vardır. O isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb etməkdə haqlıdır. Bir sözlə, cavabdehlər hər hansı qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan evə sahiblik və istifadə hüquqları həyata keçirtməsinə mane olurlar ki, bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır.
36. Işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması barədə apellyatorun arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır; ona görə ki, cavabdeh cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə MPM-nin 11-ci fəslində müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş, nə də ki, iddiaya dair hər hansı vəsatət və ya etiraz dəlilləri irəli sürməmişdir.
38. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.