Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1073/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Abşeron rayon Icra və Probasiya Şöbəsinə qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Abşeron rayon Icra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı cavabdeh Abşeron Rayon Icra və Probasiya Şöbəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Icra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun ##.##.2024-cü il tarixli “Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi (borcun müqabilində) tələbkar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində tələbkar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi idarəsinə müraciət olunması barədə”qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Sabir Qəniyev) iddiaçı İddiaçı cavabdeh Abşeron Rayon Icra və Probasiya Şöbəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, ##.##.2026-cı il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən iddiaçı İddiaçı geri qaytarılması, dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrasının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 Idarəsinə həvalə edilməsi, İddiaçı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır.
3. Qərardaddan ərizəçinin nümayəndəsi (vəkili) Vəkil tərəfindən şikayət verilərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və iddia ərizənin icraata qəbul edilməsi xahiş edilmişdir.
4. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Sabir Qəniyev) Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Belə ki, Abşeron rayon Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul olunmuş əsassız və qanunsuz qərar əsasında onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də iddia ərizəsi cavabdeh orqan olan Abşeron rayon Icra və Probasiya Şöbəsinin rəsmi qeydə alındığı yerə görə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə verilmişdir. Ona görə hesab edir ki, məhkəmə bu xüsusatı nəzərə alaraq iddia ərizəsini icraata qəbul etməli və işə mahiyyəti üzrə baxmalıdır. Onun tələbi məhz yalnız qərarın ləğv edilməsindən ibarətdir, hər hansı mülkiyyət hüququnun həyata keçirilməsindən ibarət deyildir. Belə ki, o, hal-hazırda mülkiyyətindən yaşayıb istifadə edir. Bu günə hər hansı bir maneçilik yoxdur. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadının ləğv edilərək, iddiaçı İddiaçı cavabdeh Abşeron Rayon Icra və Probasiya Şöbəsinə qarşı “Abşeron rayon Icra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun ##.##.2024-cü il tarixli “Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi (borcun müqabilində) tələbkar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində tələbkar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi Idarəsinə müraciət olunması barədə” qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi xahiş olunur.
Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
8. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi formal olaraq icra məmurunun qərarının ləğv edilməsinə yönəlsə də, mübahisənin həqiqi predmeti Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun qanuniliyinin mübahisələndirilməsi və həmin daşınmaz əmlak barəsində qəbul edilmiş icra qərarının hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Belə ki, iddiaçı icra məmurunun ##.##.2024-cü il tarixli qərarının qanunsuz olduğunu əsas gətirməklə, həmin qərar əsasında mübahisəli daşınmaz əmlakın üçüncü şəxsin mülkiyyətinə verildiyini və bunun nəticəsində özünün mülkiyyət hüququnun pozulduğunu bildirir. Deməli, iddia tələbinin hüquqi mahiyyəti icra hərəkətlərinin prosessual qanuniliyinin yoxlanılmasından deyil, daşınmaz əmlak üzərində hüquqların müdafiəsindən irəli gəlir. Məhkəmə qeyd etmişdir ki, əgər iddia yalnız icra məmurunun prosessual hərəkətlərinin və ya qərarının qanuniliyinin yoxlanılmasına yönəlsə, həmin qərar hələ icra edilməmiş olsa və daşınmaz əmlak üzərində üçüncü şəxsin hüququnun yaranmasına səbəb olmasaydı, belə mübahisə icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən (qərarından) verilmiş şikayət kimi qiymətləndirilə və aidiyyət məsələsi icra orqanının yerləşdiyi yer nəzərə alınmaqla həll oluna bilərdi. Lakin hazırkı işdə mübahisələndirilən icra məmurunun qərarı artıq icra edilmiş, həmin qərarın icrası nəticəsində mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Buna görə də hazırkı mübahisə artıq təkcə icra hərəkətinin qanuniliyinə deyil, həmin icra nəticəsində daşınmaz əmlak üzərində yaranmış hüquqi vəziyyətə və mülkiyyət hüququna toxunduğundan, belə mübahisəyə daşınmaz əmlakla bağlı mübahisələr üzrə müəyyən edilmiş müstəsna ərazi aidiyyəti qaydaları tətbiq edilməlidir. Hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin Şamaxı rayonu, Nağaraxana kəndində yerləşdiyi müəyyən olunduğundan, işə baxılması Şamaxı Rayon Məhkəməsinin ərazi aidiyyətinə aiddir. Bu baxımdan, cavabdeh qismində Abşeron Rayon Icra və Probasiya Şöbəsinin göstərilməsi və mübahisələndirilən qərarın həmin orqanın icra məmuru tərəfindən qəbul edilməsi mübahisənin ərazi aidiyyətini dəyişmir. Çünki ərazi aidiyyəti iddia tələbinin formal ifadəsinə deyil, onun hüquqi mahiyyətinə əsasən müəyyən edilir. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq göstərmişdir ki, o, Abşeron rayon Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul olunmuş qərarın ləğv edilməsini xahiş edir. Bu səbəbdən də iddia ərizəsi cavabdeh orqan olan Abşeron rayon Icra və Probasiya Şöbəsinin rəsmi qeydə alındığı yerə görə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə verilmişdir. Onun tələbi məhz yalnız qərarın ləğv edilməsindən ibarətdir, hər hansı mülkiyyət hüququnun həyata keçirilməsindən ibarət deyildir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir. Icra haqqında Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Mübahisənin mahiyyətindən görünür ki, iddiaçı icra sənədi üzrə icra məmurunun hərəkətlərini mübahisələndirərək icra məmurunun qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Iddiaçı icra məmurunun qərarını mübahisələndirdiyi halda birinci instansiya məhkəməsi ərizənin mahiyyətindən kənara çıxaraq düzgün qiymətləndirmə aparmamış, prosessual hüquq normalarının təfsir və tətbiqində pozuntuya yol vermiş, əsaslı olmayan qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı. Ərizədə baxılması tələb olunan məsələnin mahiyyətinə, hansı icraat çərçivəsində baxılması ilə bağlı məsələlərə diqqət yetirilməklə, habelə Icra haqqından Qanunun tələbləri nəzərə alınaraq ərizənin mümkünlük məsələsinə qiymət verilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv olunsun. Iddiaçı İddiaçı cavabdeh Abşeron rayon Icra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.