Məhkəmə qərarları › İş №e-2(3-8)-437/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-437/2026

11.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-437/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” Bank Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsəhmdar Cəmiyyətini cəlb etməklə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X12 və X13 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Bank Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsəhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmlak tələbi"nə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” Bank Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsəhmdar Cəmiyyətini cəlb etməklə cavabdeh İddiaçı qarşı "əmlak tələbi"nə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmlak tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1988-ci il tarixində anadan olmuşdur. Valideynləri -X4, doğum tarixi- ##.##.1961-ci il, anası X3, doğum tarixi ##.##.1967-ci ildir. X4 vəfat etdiyi ##.##.2024-cü il tarixinə qədər iddiaçı ilə yaşayıb. Doğma anası X3 vəfat etdikdən sonra X4 Cavabdeh ilə ##.##.2016-cı il tarixində ailə həyatı qurmuşdur. Iddiaçı və atası işləyirdilər. Atası AR DNŞ-tinə Neftqaztikinti Trestində Ixtisaslaşdırılmış Təmir- Tikinti bölümündə “Qumpüskürdücü” vəzifəsində işləmişdir. Cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Atası vəfat etdikdən sonra evlərində bəzi əşyaların oğurlanmasına və atasının cənazəsi torpağa dəfn edilməmiş baş vermiş bəzi qərəzliliyə qədər cavabdehlə münasibətləri yaxşı olmuşdur. Bu hallara görə hətta Sabunçu rayonu 12-ci polis bölməsinə belə müraciət etməli olmuş və çağırılıb izahatları alınmış, araşdırıldı və müəyyən sənədləşmələr oldu. Belə ki, iddiaçının atası dünyasını dəyişən zaman dəfn olunmamış bəzi əşyalar oğurlandı. Dəfn xərci və iş yerindən verilən ödənişlər, Azərbaycan Beynalxxxx Bankından verilən pensiya kartında olan 1149 manat qalıq vəsaiti, əmək haqqı kartındakı vəsaiti cavabdeh tərəfindən iddiaçıya bildirilmədən alınıb, yas mərasimlərinə belə xərclənmədi. Hələ də atasının dəfni və digər atasına aid xərclərin kreditlərini/borclarını ödəyir. Dəfn xərci, dəfn mərasimləri və məzar daşları daxil 15000 manatdan çox xərc çəkmişdir. Atası tərəfindən verilmiş etibarnamə ləğv edilməsin deyə atasının şəxsiyyət vəsiqəsini belə atası dünyasını dəyişməmişdən 10 gün qabaq özü ilə apardığı bəlli oldu. Belə ki, atası dünyasını dəyişən zaman X1 gəldikdə atasının şəxsiyyət vəsiqəsini tapa bilmədilər. Vəsiqə olmasa atasının dünyasını dəyişməsini həkim sənədləşdirə bilməyəcəkdi. Atasının bacısı cavabdehə zəng edib yalvar yaxarmaqla, xahişlə atasının şəxsiyyət vəsiqəsini zorla almışdır ki, cənazə ortada qalmasın. Cavabdeh evdən 10 gün qabaq çıxdığını guya qovulduğunu polisdə ifadəsində də bildirmişdi. Atası ölməmişdən günlərlə yataq rejimində oldu. O günlərdə belə cavabdeh atasının yanında olmadı, polisə izahatında da bunu qeyd edib və iddiaçıya atasının yanına gəlib gedənlər, atasına heç bir köməkliyi olmadı. Sanki bu günləri gözləyirmiş kimi davrandı. Bütün xərcləri iddiaçı tək başına çəkməli olmuşdur. Cavabdeh ata evini belə dərhal mülkiyyətinə keçirmək üçün iddiaçıdan xəbərsiz Notariusa müraciət etdiyi üzə çıxdı. Cavabdehə ailəsini, övladlarını inanıb əmanət etmişdir. Hətta onun yaxın qohumlar olan bacıları və s. ilə də doğmalıq göstərmişdir. Atasının vəfatından sonra cavabdehin əməllərini günlərlə analiz etdikdə tam məlum olur ki, bu müvəqqəti davranış sərgiləmiş və planlı hərəkət etmişdir. Atasının dünyasını dəyişməsi isə planının həyata keçirilməsinə başlanğıc olmuşdur. ARDNŞ-tindən atasının vəfatı ilə bağlı 6900 manat pul vəsaiti verilmiş və iddiaçıdan xəbərsiz o vəsaiti də ələ keçirmişdir. Bu vəsaiti ##.##.2024-cü ildə mənimsəmişdir. Cavabdeh atasının dünyasını dəyişməmişdən qabaq əmlaklarını aparmış və hansı ki, ailə quranda 1 əmlak belə gətirməmişdir. Hətta dünyasını dəyişən anasına aid, individual, dəyəri əvəzsiz olan əşyalarını icazəsiz aparmışdır. Cavabdeh atası ilə ailə qurarkən bir əmlak nə alınıb, nə də özü cehiz kimi gətirilmişdir. Bu əşyaların alınmasını atası ilə iddiaçı birgə zəhmətlə almışlar. Atasının səhhətindəki kritik vəziyyətdən və baş qarışıqlığından, atasının dünyasını dəyişməsindən istifadə edib maşın tutaraq evi təmiz boşaltmışdır: yorğan, döşək və prostinalar- 466 manat, atasına məxsus bir qızıl üzük, anasına məxsus 1 qızıl üzükqiymətləri 1000 manat, şkafda olan - 1000 manat pul vəsaiti, yataq dəsti, 8 ədəd stolstulqiyməti 1000 manat, dünyasını dəyişmiş anasına məxsus qədimi tikiş maşını (ona da nənəsindən qalıb) -qədimi olduğu üçün qiymətini dəqiq deyil, qab-qacağ, bıçaq, çəngəl, qaşıq dəsti, sok çəkən, ətçəkən, tozsoran qiyməti-800 manat, bişiricisoba- 200 manat, sac (əllə düzəldilmə)-100 manat, kabab manqalı (əllə düzəldilmə)-200 manat, usta alətləri, çəkic, drel- 200 manat, tefal qazanlar, qablar -200 manat, mənzilin prədələri-300 manat, xrustal qablar-500 manat, çay qaynatma somavari-100 manat, atasına aid bank kartları - içində cəmi 3000 manat qədər vəsait, cəmi 9066 manat. Göstərilənlərə əsasən cavabdeh Cavabdeh aşağıda qeyd edilən əşyalar, yorğan, döşək və prostinalar- 466 manat, atasına məxsus bir qızıl üzük, anasına məxsus 1 qızıl üzük- qiymətləri 1000 manat, şkafda olan - 1000 manat pul vəsaiti, yataq dəsti, 8 ədəd stol-stul- qiyməti 1000 manat, anasına məxsus qədimi tikiş maşını (qədimi olduğu üçün qiyməti dəqiq deyil), qab-qacaq, bıçaq, çəngəl, qaşıq dəsti, şirəçəkən, ətçəkən, tozsoran qiyməti-800 manat, bişirici soba- 200 manat, sac (əllə düzəldilmə)-100 manat, kabab manqalı (əllə düzəldilmə)-200 manat, usta alətləri, çəkic, drel- 200 manat, tefal qazanlar, qablar -200 manat, mənzilin pərdələri-300 manat, xrustal qablar-500 manat, atasına aid bank kartları içində 3000 manat, samavar-100 manat əmlakların yararlı vəziyyətdə qaytarılması, qaytarılmadığı təqdirdə əmlakların dəyəri olan 9066 manat vəsaitin və ARDNŞ-tindən atasının vəfatı ilə bağlı dəfn xərci olaraq ödənilmiş 5934 manat olmaqla, cəmi 15000 manat və ödənilmiş dövlət rüsumu olan 135 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Ilk iddia üzrə cavabdeh Cavabdeh İddiaçı qarşı "əmlak tələbi"nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh həyat yoldaşının hüzn mərasimlərində 6400 manat vəsait toplamış, 840 manat dəfn xərci almış, 500 manat Cavabdeh tərəfindən dəfn günü ona vermiş, 3000 manat da əvvəlcədən ona vəsait vermiş, lakin cavabdeh həmin mərasimdən 6400 manat pul toplasa da, Cavabdeh aldığı 3500 manat pulu qaytarmadı və üstəlik 800 manat, dəfn pulunu da onunla bölmədi, nəticədə 3900 manat Cavabdeh çatası pulunu ona ödəmədi. Bundan başqa İddiaçı Cavabdeh 3/8 pay vərəsə hüququ tanınan evə görə ödədiyi vəsaitin onun payına düşən hissəsi 2025- ci ilin avqust ayına kimi 1038 manat təşkil etmişdir ki, həmin pulu da ondan tələb edir, bundan başqa mənzilə görə 120 ay ərzində, yəni 2033-cü ilə kimi ödənilməli olan aylıq 230 manat pulun 3/8 hissəsi, yəni 96,25 manat vəsait 2033-cü ilin may ayına kimi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, həmin evdə qalan dəyəri 1400 manat olan soyuducu, dəyəri 100 manat olan 1 ədəd CVS markalı televizor da Cavabdeh qaytarılmalıdır. Göstərilənlərə əsasən cavabdeh İddiaçı 3900 manat pulun, 2024-cü ilin avqust ayından 2025-ci ilin avqust ayına qədər mərhum həyat yoldaşından miras qalan Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı küçəsində yerləşən giriş 406, m15, otaq 135-dən cavabdehə düşən 3/8 paya görə tərəfindən ödənilmiş 1038 manat pulun, dəyəri 1400 manat olan soyuducunun dəyəri 100 manat olan televizorun və 2033-cü ilin may ayına kimi cavabdeh tərəfindən həmin evə görə aylıq 86,25 manat pulun kredit müqaviləsi müddəti bitənə qədər cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehdən 3900 manat pulun, 2024-cü ilin avqust ayından 2025-ci ilin dekabr ayına kimi iddiaçı Cavabdeh mərhum həyat yoldaşından miras qalan Bakı şəhəri, Səbail rayonu Dənizkənarı küçəsində yerləşən giriş 406, m.15, otaq 135-dən cavabdehə düşən 3/8 paya görə onun tərəfindən «xxxx»Bank ASC-yə ödənilmiş 1557 manat məbləğində pulun alınaraq ona qaytarılması, bu mənzilin ipoteka yüklülüyü ilə bağlı banka olan borun 2033-cü ilin may ayına kimi cavabdehin payına düşən 3/8 payına uyğun aylıq 86,25 manat ödənişin «xxxx»Bank ASCyə ödənilməsinin cavabdehin üzərinə qoyulması, dəyəri 1400 manat olan soyuducunun, dəyəri 100 manat olan televizorun ondan alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehdən 3500 manat pulun, 2024-cü ilin avqust ayından 2025-ci ilin dekabr ayına kimi iddiaçı Cavabdeh mərhum həyat yoldaşından miras qalan Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı küçəsində yerləşən giriş 406, m.15, otaq 135-dən cavabdehə düşən 3/8 paya görə onun tərəfindən «xxxx»Bank ASC-yə ödənilmiş 1466,25 manat məbləğində pulun alınaraq qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qaytarılması, bu mənzilin ipoteka yüklülüyü ilə bağlı miras qoyanın 2033-cü ilin may ayına kimi kredit təşkilatına olan borcunun miras əmlakdan cavabdehə düşən 3/8 paya uygun bölünərək aylıq 86,25 manat ödənişin «xxxx»Bank ASC-yə ödənilməsinin cavabdehin üzərinə qoyulması, dəyəri 1200 manat olan soyuducunun, dəyəri 100 manat olan televizorun və ödənilmiş dövlət rüsumunun ondan alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

7. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, cavabdehdən 3500 manat pulun, dəyəri 1200 manat olan soyuducunun, dəyəri 100 manat olan televizorun və tərəflərindən ödənilmiş ödənilmiş 95 manat dövlət rüsumunun ondan alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

8. Şahid qismində dindirilmiş X14 öz ifadəsində göstərmişdir ki, Təranə onun bacısıdır. Onun həyat yoldaşı Feyzulla vəfat etmişdir. Təranənin özünəməxsus cehiz əşyaları olmuşdur ki, həmin əşyaları da evi tərk edərkən öz ilə aparmışdır. Rəşidəyə və ya onun anasına məxsus əşyalar Təranə tərəfindən götürülməmişdir.

9. * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, AZ-II № ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ##.##.2024-cü il tarixində ürəyin xronik işemik xəstəliyinin digər formaları xəstəliyindən vəfat etmişdir.

10. * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-**/**/** saylı arayışın surətindən görünür ki, X9 ilə Allahyarova Təranə Hacıbaba qızı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ##.##.2016-cı il tarixdə 3719 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əzimova soyadı verilmişdir.

11. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ***************** saylı doğum akt qeydinin surətindən görünür ki, X8 ##.##.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5, anası isə X6r.

12. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş ## ### 2025-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən «Mülkiyyət hüququ haqqında şəhadətnamə»dən görünür ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş- X9 qalmış əri(arvadı) Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixdə X10 verilmiş 004011003353-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonuy, Dənizkənarı küçəsi, ev 404, 406, 408, mənzil 135, Yeni qaydalarla: AZ1023, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,2 kv/m olan mənzildən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı küçəsi, ev 404, 406, 408, mənzil 135, yeni qaydalarla: AZ1023, ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsindən ibarətdir.

13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı küçəsi, ev 404, 406, 408, *** saylı mənzil Yeni qaydalarla: AZ1023, Bakı şəhəri, Səbail rayonu, Dənizkınarı küçəsi, giriş 406, M15, * saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına 5/8 hissəsi ##.##.2025-ci il tarixdə ********** saylı nömrə ilə, İddiaçı adına 3/8 hissədə qeydiyyata alınmışdır.

14. İddiaçı tərəfindən Sabunçu RPI-nin 12-ci PŞ-nin rəisi cənab Yunis Ələsgərova ünvanlanan ##.##.2024-cü il tarixli ərizənin surətindən görünür ki, ##.##.2024-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ata evindən ögey anası Cavabdeh tərəfindən evin içərisində olan əşyaların bir qisminin onun razılığı olmadan aparılmış olduğu aşkar edilmişdir.

15. Bakı şəhəri Sabunçu rayon Polis Idarəsi 12-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanan ##.##.2024-cü il tarixli məktubun surətindən görünür ki, ##.##.2024-cü il tarixdə Sabunçu RPI-nin 12-ci PŞ-nin rəhbərliyinə ünvanlanan müraciətdə ##.##.2024-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ata evindən ögey ana Cavabdeh tərəfindən evin içərisində olan əşyaların bir qisminin razılığınız olmadan aparılmış olduğunu aşkar etməyiniz qeyd edilmişdir. Aparılan araşdırılma zamanı müraciətdə göstərilən xüsusatlar mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur.

16. Dövlət Neft Şirkətinin (SOCAR) ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, F.S.Əzimov Trestdə işləmiş, vəfat etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Trestin ##.##.2024-cü il tarixli əmri ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən işçinin vəfatı ilə əlaqədar hesablanmış 2522,65 manat müavinət, əlavə olaraq 2023-cü il üzrə performansın qiymətləndirilməsinin nəticəsinə görə isə hesablanmış 507,90 manat bonus vərəsəlik hüququ haqqında şəhadətnamə Trestə təqdim edilmədiyi üçün tərəflərindən ödənilməmişdir. SOCARın işçilərinə maddi yardım verilməsini vahid qayda və şərtlərinin müəyyən edilməsi, işçilərin maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X7 Həmkarlar Ittifaqı Respublika Komitəsinin ##.##.2010-cu il tarixli birgə əmr-qərarı ilə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnamənin 4.1-ci bəndində işçilərə və onların ailə üzvlərinə maddi yardımın verilməsi halları və həcmləri müəyyən edilmişdir. Həmin əsasnamənin 4.1.1-ci yarımbəndinə əsasən işçi vəfat etdikdə işçinin ailə üzvlərindən birinə minimum əmək haqqının 20 misli həcmində maddi yardım ödənilir. F.S.Əzimovun arvadı Cavabdeh nikah haqqında şəhadətnamənin surətini və ölüm haqqında şəhadətnaməni əlavə etməklə maddi yardımın verilməsinə dair ərizə ilə Trestə müraciət etmişdir. Cavabdeh ərizəsinə Trestin maddi yardımları təyin edən komissiyasının ##.##.2024- cü il tarixində keçirilən iclasında baxılmış və ona 6900 manat maddi yardımın verilməsi haqqında qərar qəbul edilmişdir. Bu məbləğdən vergi tutulduqdan sonra 5934 manat maddi yardım ##.##.2024-cü il tarixli ödəniş tapşırığı üzrə Cavabdeh ödənilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

17. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) ilkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh qarşı "əmlak tələbi"nə dair ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” Bank Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsəhmdar Cəmiyyətini cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "əmlak tələbi"nə dair qarşılıqlı iddiasının rədd edilməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 89.3, 76.1, 76.2, 14.2, 217.3, 217.4, 119.1, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apellyasiya şikayəti və onun dəlilləri

19. Ilk iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Bəzi daşınar əşyalar ona məxus olsa da, aparılmışdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə prosesində cavabdeh əmlakları apardığını aşkar formada qeyd etmişdir və məhkəmə çəkilişlərində qeyd edilib. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. X4 vəfat etdiyi ##.##.2024-cü il tarixinə qədər onlarla yaşayıb. Doğma anası X3 vəfat etdikdən sonra X4 Cavabdeh ilə ##.##.2016-cı il tarixində ailə qurmuşdur. O və atası işləyirdi. Atası AR DNŞ-tinə Neftqaztikinti Trestində Ixtisaslaşdırılmış Təmir-Tikinti bölümündə “Qumpüskürdücü” vəzifəsində işləmişdir. Cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Atası vəfat etdikdən sonra evdə bəzi əşyaların oğurlanmasına və atasının cənazəsi torpağa dəfn edilməmiş baş vermiş bəzi qərəzliliyə qədər cavabdehlə münasibətləri yaxşı olmuşdur. Bu hallara görə hətta Sabunçu rayonu 12-ci polis bölməsinə belə müraciət etməli olmuş və çağırılıb izahatları alınmış, araşdırılmış və müəyyən sənədləşmələr olmuşdur. Belə ki, atası dünyasını dəyişən zaman dəfn olunmamış bəzi əşyalar öğurlanmışdır. Dəfn xərci və iş yerindən verilən ödənişlər, Azərbaycan Beynalxxxx Bankından verilən pensiya kartında olan 1149 manat qalıq vəsaiti (kart hesabına aid Kardeks işə əlavə edilir), əmək haqqı kartındakı vəsaiti cavabdeh tərəfindən onlara bildirilmədən alınıb, yas mərasimlərinə belə xərclənməmişdir. Hələ də atasının dəfni və digər atasına aid xərclərin kreditlərini, borclarını ödəyir. Dəfn xərci, dəfn mərasimləri və məzar daşları daxil 15000 manatdan çox xərc cəkmişdir. Atası tərəfindən verilmiş etibarnamə ləğv edilməsin deyə atasının şəxsiyyət vəsiqəsini belə atası dünyasını dəyişməmişdən 10 gün qabağ özü ilə apardığı bəlli oldu. Belə ki, atası dunyasını dəyişən zaman X1 gəldikdə atasının şəxsiyyət vəsiqəsini tapa bilməmişdir. Vəsiqə olmasa atasının dünyasını dəyişməsini həkim sənədləşdirə bilməyəcəkdi. Atasının bacısı cavabdehə zəng edib yalvarmaqla, xahişlə atasının şəxsiyyət vəsiqəsini zorla almışdır ki, cənazə ortada qalmasın. Cavabdeh evdən 10 gün qabaq çıxdığını, guya qovulduğunu polisdə ifadəsində də bildirmişdir. Polisin “səni şiddətlə qovmuşdularsa, döymüşdülərsə, niyə polisə və ya həkimə demədiz” sualı və “atasının niyə vəsiqəsini aparmışdın, kartları niyə sahibinin yanında qoymadın, nəyinizə lazım idi” sualları belə cavabsız qaldı. Xüsusən qeyd etmək istəyir ki, atası ölməmişdən günlərlə yataq rejimində olmuşdur. O günlərdə belə cavabdeh atasının yanında olmamışdır, polisə izahatında da bunu qeyd edib və onlara, atasının yanına gəlib gedənlər, atasına heç bir koməkliyi olmamış, sanki bu günləri gözləyirmiş kimi davranmışdır. Bütün xərcləri o, tək başına çəkməli olmamışdır. Cavabdeh ata evini belə dərhal mülkiyyətinə keçirmək üçün ondan xəbərsiz Notariusa müraciət etdiyi üzə çıxmışdır. Hələ də, cavabdehin əməlləri onu təəccübləndirməkdə davam edir. Cavabdehə ailəsini, övladlarını inanıb əmanət etmişdir. Hətta onun yaxın qohumlar olan bacıları və s. ilə də doğmalıq göstərmişdir. Cavabdeh onun və ailəsinin ona münasibətinə və döğma münasibətinə yaxşı bəllidir. Onu doğma anası qədər isti münasibət bəsləyib övladlarını ona əmanət etmişdir. Atasının vəfatından sonra cavabdehin əməllərini günlərlə analiz etdikdə tam məlum olmuşdur ki, bu müvəqqəti davranış sərgiləmiş və planlı hərəkət etmişdir. Atasının dünyasını dəyişməsi isə planının həyata keçirilməsinə başlanğıc olmuşdur. AR DNŞ-tindən atasının vəfatı ilə bağlı 6900 manat pul vəsaiti verilmiş (vergilər çıxıldıqdan socar 5934 manat olub, sorğuya əsasən) və ondan xəbərsiz o vəsaiti də ələ keçirmişdir. Bu vəsaiti ##.##.2024cü ildə mənimsəmişdir. Cavabdeh atasının dünyasını dəyişməmişdən qabaq əmlakını aparmış və hansı ki, ailə quranda 1 əmlak belə gətirməmişdir. Hətta dünyasını dəyişən anasına aid, individual, dəyəri əvəzsiz olan əşyaları icazəsiz aparmışdır. Xüsusən qeyd etmək istəyir ki, cavabdeh atasi ilə ailə qurarkən bir əmlak nə alınıb, nə də özü cehiz kimi gətirilmişdir. Bu əşyaların alınmasını atası ilə o, birgə zəhməti ilə almışlar. Atasının hər şey ürəyincə olsun, atası narahat olmasın deyə bütün əşya və elektronikaları almışdır. Cavabdeh özü də yaxşı bilir ki, bu əşyaları halal zəhməti ilə əldə eləmişdir. Atası, anası və o, illərini həsr edib almışlar. Cavabdeh yaxşı bilir ki, bu əşyalar ola-ola o atasına yoldaş olaraq evlərinə gəlib. Atasının səhhətindəki kritik vəziyyətdən və hamının başının qarışıqlığından, atasının dünyasını dəyişməsindən istifadə edib maşın tutaraq evi təmiz boşaltmışdır. Sumqayıt Şəhər Məhkəməsi qətnamə qəbul edərkən hüququn tətbiq edilməsində səhv buraxmış, işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları nəzərə almamışdır, aydınlaşdırılmış hallara isə düzgün qiymət verilməmiş və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Həmçinin göründüyü kimi məhkəmə heç bir əsaslı araşdırma aparmadan, iddaçının və cavabdehin verdiyi izahatları, verdiyi cavabları, təqdim etdiyi sənədləri nəzərə almadan əsassız Məhkəmə aktı qəbul etmişdir. Belə ki, dəfn xərclərinin çəkilməsini (hüzr xərclərini) belə nəzərə alınmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. Ilk iddia üzrə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Bank Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsəhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

24. Iş üzrə ilk iddia üzrə iddiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi ilk iddia üzrə iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər;

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia qismən təmin edilməlidir.

29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh hər biri ayrı-ayrılıqda "əmlak tələbi"nə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər.

30. Birinci instansiya məhkəməsi tərəfindən ilk və qarşılıqlı iddialar təmin edilməmişdir /bax bənd 17/.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı (ilkin iddia üzrə) İddiaçı tələbində qeyd etdiyi - əşyalar, yorğan, döşək və çarpayı örtükləri, atasına məxsus bir qızıl üzük, anasına məxsus 1 qızıl üzük- qiymətləri, şkafda olan 1000 manat pul vəsaiti, yataq dəsti, 8 ədəd stol-stul, anasına məxsus qədimi tikiş maşını, qab-qacaq, bıçaq, çəngəl, qaşıq dəsti, şirəçəkən, ətçəkən, tozsoran qiyməti, bişirici soba, sac (əllə düzəldilmə), kabab manqalı (əllə düzəldilmə), usta alətləri, çəkic, drel, tefal qazanlar, qablar, mənzilin pərdələri, xrustal qablar, atasına aid bank kartları - içində 3000 manat və samovarın cavabdeh Cavabdeh tərəfindən aparıldığını bildirməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları (sözügedən əşyaların atasına məxsus ünvanda mövcudluğunu, cavabdehdə olmasını) sübuta yetirə bilməmişdir.

32. Bundan əlavə, iddiaçı (ilkin iddia üzrə) İddiaçı ARDNŞ tərəfindən atasının vəfatı ilə bağlı dəfn xərci olaraq ödənilmiş 5934 manat pulun qaytarılmasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən məbləğ Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən mərhum F.S.Əzimovun arvadı Cavabdeh maddi yardım məqsədi ilə ödənilmişdir.

33. Həmçinin, məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı tərəfindən 3500 manat pulun, dəyəri 1200 manat olan soyuducunun, dəyəri 100 manat olan televizorun ona qaytarılmalı olmasını bildirməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları (sözügedən əşyaların mövcudluğunu və cavabdehdə olmasını) sübuta yetirə bilməmişdir.

34. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, irəli sürülmüş iddia tələbləri (ilkin və qarşılıqlı) yalnız tərəflərin formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizələrindən ibarət olduğundan həm ilkin, həm qarşılıqlı iddia tələbləri qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

35. Ilk iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq qismən əsaslı hesab edir.

37. Belə ki, məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin ilk iddia üzrə məişət və qızıl-zinət əşyaları tələbi hissədə təmin edilməməsinə dair gəldiyi nəticə və əsaslandırma ilə razılaşsa da 5934 manat pul tələbi hissədə iddianın təmin edilməməsinə dair mövqeyini əsaslı və qanuni hesab etmir.

38. Məhkəmə kollegiyası hesab edir ki, birindi instansiya məhkəməsi qeyd olunan hissədə (5934 manat pul tələbi) iddianı təmin etməyə dair apardığı qiymətləndirmədə maddi və prosessual hüquq normalarının tətbiq və təfsirində pozuntuya yol vermişdir.

39. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Dövlət Neft Şirkətinin (SOCAR) tərəfindən F.S.Əzimovun arvadı Cavabdeh F.S.Əzimovun vəfat etməsi ilə bağlı 5934 manat maddi yardım ödənilmişdir.

40. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”-nin 4-cü bəndinə əsasən işçilərə və onların ailə üzvlərinə maddi yardımın verilməsi halları və həcmləri müəyyən edilmişdir. Həmin Əsasnamənin 4.1.1ci yarımbəndinin tələbinə görə işçi vəfat etdikdə işçinin ailə üzvlərindən birinə minimum əmək haqqının 20 misli həcmində maddi yardım ödənilir.

41. Ailə Qanunvericiliyinə əsasən ailə üzvləri dedikdə -ər-arvad, valideynlər və uşaqlar nəzərdə tutulur.

42. Araşdırılan mübahisədən görünür ki, mərhum Feyzulla Əzimovun ailə üzvləri – arvadı -Cavabdeh və iki övladı - İddiaçı və Rəşid Əzimzadədən ibarət olmuşdur.

43. Məhkəmə kollegiyası qanunvericiliyin göstərişindən çıxış edərək hesab edir ki, qeyd olunan maddi yardımın ailə üzvlərinə verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan bütün ailə üzvləri həmin maddi yardımı almaqda bərabər hüquqludurlar. Həmin məbləğin ailə üzvləri arasında bərabər bölünməsi qanuni və əsaslıdır.

44. Odur ki, Cavabdeh ödənilmiş 5934 manat maddi yardım ailə üzvlərinin say tərkibinə əsasən üç hissəyə bölünməli və 1978 manat Cavabdeh tutularaq araşdırılan iddia üzrə iddiaçı İddiaçı ödənilməlidir.

45. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qismən ləğv edilməli və iddia qismən təmin olunmalıdır.

46. MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş cəmi 202,50 manat dövlət rüsumunun 176 manatı iddiaçıya aid edilməli, 26,50 manat cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Ilk iddia qismən təmin edilsin. Ilk iddia üzrə cavabdeh Cavabdeh 1978 (bir min doqquz yüz yetmiş səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,50 manat tutularaq ilk iddia üzrə iddiaçı İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində (ilk iddia üzrə iddiaçı tərəfindən) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar