Məhkəmə qərarları › İş №e-2(3-8)-465/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-465/2026

29.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № e-2(3-8)-465/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki Kollegiyasının hakimlәri X1 (mәruzәçi hakim), Mahmudov Ayaz Akif oğlu vә Hüseynzadә Afiq Hüseyn oğlundan ibarәt tәrkibdә, İddiaçı İddiaçı İlyas oğlunun cavabdeh Cavabdeh qarşı uşağın qәyyumunun himayәsinә verilmәsi tәlәbinә dair mülki iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadından iddiaçı İddiaçı İlyas oğlu tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İlyas oğlu iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, ##.##.2018-ci il tәvәllüdülü X4 cavabdehdәn alınaraq iddiaçı-qәyyumu İddiaçı İlyas oğluna verilmәsi barәdә qәtnamә qәt edilmәsini xahiş etmişdir. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, valideyn himayәsindәn mәhrum olan ##.##.2018-ci il tәvәllüdlü X4 iddiaçının qardaşı Allahverdiyev Niyaz İlyas oğlu ilә X5 rәsmi nikah münasibәtlәrindәn doğulmuşdur. ##.##.2018-ci il tәvәllüdlü X4 anası X5 ##.##.2020-ci il tarixdә COVİD-19 diaqnozu ilә vәfat etmişdir. İddiaçının qardaşının sәhhәtindә problemlәr yaranan zaman böyük qardaşı Allahverdiyev Vaqif 9 ay hәmin mәnzildә yaşayaraq hәm Tamerlana, hәm dә Niyaza qulluq etmişdir. 2022-ci il tarixdә iddiaçının maddi vә mәnәvi dәstәyi ilә bacısı Hüseynova Arzu Sumqayıta köçәrәk qardaşı vә onun övladı ilә birgә yaşamış, uşağa baxmış vә onu “Modern Kids” uşaq baxçasına yerlәşdirmişdir. 2023-cü ildә Allahverdiyev Niyaz vәfat etdikdәn sonra Tamerlan psixoloji sarsıntı keçirmişdir. 2025-ci ilin fevral ayında cavabdeh Turanә Kazımova ailә qalmaqalı ilә iki övladı ilә birlikdә mәnzildә yaşamaq adı altında gәlmiş, lakin iddiaçının bacısı Hüseynova Arzunu hәmin mәnzildә qeydiyyatda olmasına baxmayaraq 10 aprel tarixindә evdәn zorla çıxarmış, Tamerlanı da onun әlindәn alaraq mәnzildә saxlamış vә uşağa fiziki, psixoloji tәzyiqlәr göstәrmişdir. Elәcә dә bu günә qәdәr uşağı tәhsildәn yayındırmış vә uşaqla görüşә icazә vermәmişdir. Bütün bu halları nәzәrә alaraq iddiaçı İddiaçı İlyas oğlu Sumqayıt Şәhәr İcra Hakimiyyәtinin Qәyyumluq vә Himayәçilik komissiyasına müraciәt etmişdir. İddiaçının müraciәti әsasında Qәyyumluq vә Himayәçilik komissiyası, ##.##.2018-ci il tәvәllüdlü X4 әmisi ##.##.1959-cu il tәvәllüdlü İddiaçı qәyyumluğuna (himayәçiliyinә) verilmәsini onun qanuni maraq vә mәnafelәrinә uyğun olması barәdә rәy vermişdir. Sumqayıt Şәhәr İcra Hakimiyyәti Başçısının ## #### 2025-ci il tarixli, 555№-li sәrәncamı ilә aşağıdakılar qәrara alınmışdır: 1. ##.##.1959-cu il tәvәllüdlü İddiaçı valideyn himayәsindәn mәhrum olan mәrhum qardaşının övladı ##.##.2018-ci il tәvәllüdlü X4 üzәrindә qәyyum (himayәçi) tәyin edilsin. 2. Qәyyumluq vә Himayәçilik Komissiyası qanunvericilikdәn vә bu sәrәncamdan irәli gәlәn digәr tәdbirlәrin yerinә yetirilmәsini tәmin etsin. İddiaçının polisә müraciәti әsasında Azәrbaycan Respublikasının Daxili İşlәr Nazirliyi Sumqayıt Şәhәr Polis İdarәsi 3-cü Polis Bölmәsinin ##.##.2025-ci il tarixli sәnәdi ilә müraciәtdә qeyd edilmiş xüsusatların hәlli Azәrbaycan Respublikası Mülki vә Mülki Prosessual Mәcәllәlәrinin tәlәblәrinә әsasәn mәhkәmәlәrin sәlahiyyәtindә olduğundan Azәrbaycan Respublikası Mülki vә Mülki- Prosessual Mәcәllәlәrinin 149, 150-ci maddәlәri ilә müәyyәn edilmiş qaydada iddia әrizәsi ilә mәhkәmә orqanına müraciәt edilmәsi mәqsәdә müvafiq hesab edilmişdir. Cavabdehin nümayәndәsi vә vәkili Nümayәndә Firdovsi qızı әrizә ilә mәhkәmәyә müraciәt edәrәk sәhhәti vә işlәrin çoxluğu ilә әlaqәdar mәhkәmә iclasında iştirak edә bilmәdiyini, Tәcili yardımda müayinә olunmağı ilә vә klinikada әmәliyyat keçirmәsi ilә әlaqәdar tibbi sәnәdlәri növbәti tarixә tәyin edilmiş mәhkәmә hazırlıq iclasında tәqdim edәcәyini bildirmişdir. İddiaçının nümayәndәsi vә vәkili Vәkil әrizә ilә mәhkәmәyә müraciәt edәrәk 25 fevral tarixinә tәyin edilmiş mәhkәmә iclasının tәxirә salınmasına etiraz etmәdiyini bildirmişdir. Hazırki iş üzrә iddiaçı İddiaçı İlyas oğlu cavabdehlәr Cavabdeh vә Sumqayıt Şәhәr İcra Hakimiyyәtinә qarşı sәrәncamın lәğv edilmәsi vә qәyyumun tәyin edilmәsi tәlәbi ilә bağlı iddia әrizәsi ilә Sumqayıt Şәhәr Mәhkәmәsinә müraciәt etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qәrardadı ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin icraatında olan *(*-***)-***/**** saylı mülki iş üzrә yekun mәhkәmә aktı qәbul edilib qanuni qüvvәsini alanadәk hazırki iş üzrә icraat dayandırılmışdır. Hәmin qәrardaddan narazı qalan iddiaçı İddiaçı İlyas oğlunun nümayәndәsi vә vәkili Vәkil ##.##.2026-cı il tarixli şikayәtlә mәhkәmәyә müraciәt edәrәk Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qәrardadının lәğv edilmәsini vә e-2(060)-7518/2025 mülki işin Sumqayıt Şәhәr Mәhkәmәsinin icraatında olan *(*-***)-***/**** saylı mülki işә birlәşdirilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadla Sumqayıt Şәhәr Mәhkәmәsinin e*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәradadının lәğv olunmasına әsas verәn hәr hansı bir hal müәyyәn edilmәdiyindәn, Sumqayıt Şәhәr Mәhkәmәsinin e-*(***)****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmalı vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәnin 269-cu maddәsinә әsasәn şikayәt mülki işlә birlikdә baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası MPM-nin 397.2-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrәli qәrardadı lәğv edilmәli, yuxarıda qeyd olunan *(***)-****/**** nömrәli vә (*- ***)-***/**** nömrәli işlәrin birlәşdirilmә mәsәlәsinә baxılıb hәll edilmәsi üçün mülki iş hәmin mәhkәmәyә qaytarılmalıdır. Mәhkәmә kollegiyası hәmçinin aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Kollegiya ilk olaraq qeyd edir ki, Mülki Prosessual Mәcәllәnin normaları mülki mәhkәmә icraatının gedişini, hәmçinin mülki prosessual münasibәtlәrin hәr bir iştirakçısı tәrәfindәn müvafiq hәrәkәtlәrin aparılması vә onların mümkünlüyünü müәyyәn edir. Mәcәllәdә fiziki vә hüquqi şәxslәrin hәr cür mәnafe vә maraqlarının müdafiәsindәn deyil, qanunlardan vә digәr normativ hüquqi aktlardan irәli gәlәn, başqa sözlә, qanunla qorunan mәnafe vә maraqlardan bәhs olunur. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 4.1-ci maddәsinә görә bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, qeyd olunan mülki işlәr arasında sәbәbli әlaqә vardır, habelә bu tәlәblәrә birlikdә baxılması prosessual qәnaәt prinsipi baxımından mübahisәlәrә daha tez vә düzgün baxılmaqla nәticәlәnәr. Belә ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 43.2-ci maddәsinә әsasәn bir-biri ilә әlaqәli olan işlәrin bir icraatda birlәşdirilmәsi hәm işdә iştirak edәn şәxslәrin vәsatәti, hәm dә mәhkәmәnin öz tәşәbbüsü ilә hәyata keçirilә bilәr. Hәmin Mәcәllәnin 169.3-cü maddәsinә әsasәn, hakim hәmin mәhkәmәnin icraatında eyni tәrәflәrin iştirak etdiyi eyni növlü bir neçә işin, yaxud bir iddiaçının müxtәlif cavabdehlәrә, yaxud müxtәlif iddiaçıların eyni cavabdehә iddiaları üzrә bir neçә işin olduğunu müәyyәn etdikdә, bu işlәrin birlәşdirilmәsini mәqsәdә müvafiq hesab edәrsә, onları birlikdә baxılmaq üçün bir icraatda birlәşdirmәyә haqlıdır. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 398.0.2-ci mаddәsinә görә, аpellyаsiyа instаnsiyаsı mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vаrdır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda göstәrilәnlәrә әsasәn mәhkәmә kоllegiyаsı bu qәnaәtә gәlir ki, şikayәt qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli, iş üzrә birlәşdirmә mәsәlәsinә yenidәn baxılıb birlәşdirilmәsi mәsәlәsinin hәll edilmәsi üçün mülki iş hәmin mәhkәmәyә qaytarılmalıdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 263- 264,395-396, 398, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA ALDI : Şikayәt qismәn tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı lәğv edilsin. İddiaçı İddiaçı İlyas oğlunun cavabdeh Cavabdeh qarşı uşağın qәyyumunun himayәsinә verilmәsinә dair mülki iş üzrә birlәşdirilmә mәsәlәsinә yenidәn baxılıb hәll edilmәsi mәsәlәsinә qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar