Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-554/2026 31.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarş mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçının nümayəndəsi vəkil2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh Cavabdeh 27039 manat vəsaitin, ödənilmiş 172 manat dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Cavabdeh ilə birlikdə işləmiş və iş yoldaşları olmuşlar. Cavabdeh Sumqayıt şəhərində faizə pul verən, yəni səlimçi kimi tanınan şəxsdir. Iddiaçının 2020-ci ildə maddi olaraq pula ehtiyacı yarandığından Cavabdeh faizə pul istəmiş cavabdeh də ona yalnız faizə pul verə biləcəyini söyləmişdir. Ilkin olaraq cavabdeh şəxs iddiaçıya 9000 manat pulun aylıq 7 %-i vermişdir. Iddiaçı ## ###### 2022-ci ildə xxxxnın Sumqayıt filialına yaxınlaşaraq 7700 manat kredit götürmüşdür. Iddiaçı elə həmin gündə cavabdeh Cavabdeh 5000 manat pul qaytarmışdır. Iddiaçının Cavabdeh 4000 manat borcu qalmışdır. Daha sonra iddiaçı cavabdehdən əlavə olaraq da 800 manat pul götürmüşdür. Ümumilikdə 4800 manat Cavabdeh borcu olmuşdur. Iddiaçı borcunu qaytara bilmədiyindən cavabdeh Cavabdeh iddiaçıdan ona aid olan əmək haqqı kartının ona verilməsini və o da aylıq məbləği faiz ilə birlikdə onun kartından çıxaracağını bildirdi. 2022- ci ilin fevral ayından etibarən iddiaçı kartını cavabdehə vermiş və cavabdeh iddiaçının kartına gələn əmək haqqı və digər ödənişləri çıxartmağa başlamışdır. Beləliklə, 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayına kimi Cavabdeh iddiaçıya məxsus olan ****-****-****-**** nömrəli kartdan ümumilikdə 27039 manat vəsaiti nağd qaydada çıxarmış və istifadə etmişdir. Beləliklə, cavabdeh Cavabdeh iddiaçıdan 9800 manat pulun əvəzinə 32039 manat vəsait almışdır. Iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı qarşı “borc pul tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh iddia ərizəsində cavabdeh İddiaçı ## ###### 2024-cü ildə yazılı qəbzə əsasən verilmiş 5800 manat borcun və ödənilmiş 78 manat dövlət rüsumunun cəmi 5878 manatın tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia tələbi üzrə hazırlıq iclası təyin olunmuşdur. Həmin iş *(***)-****/**** saylı iş hakim Şəbnəm Həxiyevanın icraatındadır. Həmin məhkəmənin hazırlıq iclasında da cavabdeh Cavabdeh iddiaçının kartının onda olduğunu və həmin kartdan vəsaitlərin nağd qaydada bank terminallarından nağdlaşdırdığını etiraf etmişdir.
3. Cavabdeh Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia qaldıraraq, cavabdehdən 27039 manat vəsaitin, ödənilmiş 172 manat dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənmiş 320 manat vəsaitin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsində yazılanların heç biri həqiqətə uyğun deyildir və aşağıdakı qaydada həmin iddiaya etiraz edir. Əvvəla iddiaçı hüquqlarını müdafiə etdiyi Cavabdeh götürdüyü pulun tarixini belə dəqiq xatırlamayaraq əsassız bir iddia qaldırmışdır. Belə ki, etiraza əlavə etdikləri qəbzlərdən də göründüyü kimi iddiaçı ilk dəfə cavabdehdən ##.##.2021-ci il tarixində öz imzası ilə qəbzə imza ataraq 1 ay müddətinə qaytarmaq adı ilə 2000 manat, daha sonra isə ##.##.2021-ci il tarixində isə yenə də qəbzə imza etməklə 1 ay müddətinə qaytarmaq şərti ilə 7800 manat borca pul almışdır. (Qəbzlər etiraza əlavə olunur). Iddiaçı 1 ay müddətində borcu qaytaracağına dair öhdəlik götürsə də, öhdəliklərinə vaxtlı-vaxtında əməl etməmiş, söz verdiyi müddətə borcu tam qaytara bilməmişdir. Yalnız və yalnız 2022-ci ilin fevral ayında iddiaçı öz təşəbbüsü ilə adına olan əmək haqqı kartını cavabdehə vermiş və hər ay hissə-hissə də olsa 300-400 manat olmaqla pulu çıxarmağını bildirmişdir. Beləliklə də, 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayına kimi qeyd olunan müddətdə kart həqiqətən də cavabdehdə olmuş və hər dəfə karta pul yükləndikcə cavabdeh iddiaçının razılığı ilə gedib pul çıxarmışdır. Beləliklə də iddiaçının cavabdehə olan borcu tam olaraq bağlanılmış və aralarında hər hansı pul söhbəti olmamışdır. Qeyd olunan ərəfədə kart fiziki olaraq cavabdehdə olsa da, kart məlumatları (applicationu və proqam məlumatları) iddiaçının telefonunda olmuş, iddiaçı oradan istənilən vaxt rahatlıqla pul köçürmələri və s. əməliyyatlar edə bilmişdir. Yekunda iddiaçı cavabdehə olan 9000 manat borcu bağlandığına görə və aralarında hər hansı narazıçılıq olmadığına görə də iddiaçı ##.##.2024-cü il tarixində yenidən cavabdehə müraciət edərək 5800 manat borca pul istəmişdir. Cavabdeh də həmin tarixdə sonuncuya qəbzə imza etdirməklə həmin məbləği sonuncuya vermişdir. (Qəbz etiraza əlavə olunur). Iddiaçı həmin məbləği də qaytarmadığı üçün cavabdeh hazırda iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin ərizə hakim Ş.Həxiyevanın icraatındadır. Görünən odur ki, iddiaçı hüquqlarını müdafiə etdiyi şəxsə olan borclarını ödəməkdən yaxa qurtarmaq üçün saxta və yalan hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Iddiaçının iddia ərizəsində göstərdiyi guya ## ###### 2022-ci ildə xxxxnın Sumqayıt filialınnda 7700 manat kredit götürməsi, elə həmin gündə cavabdehə 5000 manat pul qaytarması da həqiqətə uyğun olmayan iftiradır. Iddiaçı həmin məbləği bankdan götürsə də, özünün digər borclarına sərf etmiş, cavabdehə həmin məbləğdən pul qaytarmamışdır. Əgər həmin pul qaytarılıbsa bununla bağlı bir dənə sübut məhkəməyə təqdim etmiş olsun.
4. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, «xxxx» ASC ilə İddiaçı sonuncuya şəxsi istehlak məqsədilə 36 ay müddətinədək illik 20 faiz ödəmək şərtilə 7700 manat məbləğində kredit verilməsi ilə bağlı razılaşmışlar.
5. ##.##.2021-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı iş yoldaşı Cavabdeh Mehdi qızından 2000 manat borca pul almışdır.
6. ##.##.2021-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı iş yoldaşı Cavabdeh Mehdi qızından 7800 manat borc pul almışdır.
7. ##.##.2024-cü il tarixli əlyazmadan görünür ki, İddiaçı iş yoldaşı Cavabdeh Mehdi qızından 5800 manat borc pul almış, bir aya qaytaracağına söz vermişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh 27039 manat vəsaitin, ödənilmiş 172 manat dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 739.2, 337.1, 337.2, 337.3, 337.5, 357, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüququn tələblərinə zidd olmaqla, işdə mövcud bir sıra mühüm sübutlara münasibət bildirilməməsi, qanunun yanlış tətbiqi və Ali Məhkəmə Plenumunun hüquqi mövqelərinin nəzərə alınmaması nəticəsində çıxarılmışdır. Birinci instansiya məhkəməsi qətnamənin 25-ci bəndində bank çıxarışı sənədinə istinad edərək aşağıdakı müəyyənləşdirmələri etmişdir: — Iddiaçının vəkili: iddiaçıya məxsus əmək haqqı kartından cavabdeh tərəfindən ümumilikdə 12.367 manat məbləğində pul çıxarılmışdır. Bu məbləğdən 4800 manat əsas borc kimi çıxıldıqda, 7567 manat artıq ödənişin olduğu müəyyən olunur. — Cavabdeh: öz tərəfindən kartdan 1.457 manat artıq pul çıxarıldığını etiraf etmişdir. Lakin cavabdeh həmin 1.457 manatdan yuxarı olan hissənin — yəni 2.567 – 1.457 = 1.110 manatın — mobil tətbiq vasitəsilə iddiaçının özü tərəfindən istifadə olunduğunu iddia etmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi bu ziddiyyətli iddiaları — 12.367 manat versus 1.457 manat artıq etiraf — qiymətləndirməmiş, bank çıxarışı sənədini müstəqil şəkildə araşdırmamış, nə cavabdehin etirafı, nə də iddiaçı vəkilinin hesablaması əsasında hər hansı nəticəyə gəlməmişdir. Məhkəmə iddiadan tamamilə imtina etmiş, lakin 12.367 manat mübahisəsinin necə həll olunacağını göstərməmişdir. Apellyasiya instansiyasının araşdırmalı olduğu ilk məsələ məhz budur: bank çıxarışı üzrə kartdan faktiki olaraq 12.367 manat çıxarılıbsa, bu məbləğdən 4800 manat əsas borc kimi çıxılır, 7567 manat isə artıq ödənişdir. Cavabdeh özü ən azı 1.457 manat artıq çıxarıldığını etiraf etmişdir. Bu etiraf hətta cavabdehin öz versiyasına görə belə məhkəmənin ən azı 1.457 manatın iddiaçıya qaytarılmasına qət etməsini tələb edirdi. Lakin məhkəmə bunu da etməmişdir. Məhkəmə qətnamənin tədqiq olunan sübutlar başlığında yalnız bu 4 sübutu tətqiq etmişdir. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, «xxxx» ASC ilə İddiaçı sonuncuya şəxsi istehlak məqsədilə 36 ay müddətinədək illik 20 faiz ödəmək şərtilə 7700 manat məbləğində kredit verilməsi ilə bağlı razılaşmışlar. ##.##.2021-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı iş yoldaşı Cavabdeh Mehdi qızından 2000 manat borca pul almışdır. ##.##.2021-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı iş yoldaşı Cavabdeh Mehdi qızından 7800 manat borc pul almışdır. ##.##.2024-cü il tarixli əlyazmadan görünür ki, İddiaçı iş yoldaşı Cavabdeh Mehdi qızından 5800 manat borc pul almış, bir aya qaytaracağına söz vermişdir. Lakin məhkəmə iş materiallarında olan və iş üçün vacib əhəmiyyət kəsb edən aşağıdakı sübutları tədqiq etməmişdir. a) Cavabdehin öz əl yazısı ilə tutduğu faiz hesablamaları (qəbzlər). Iş materiallarına əlavə edilmiş əl yazılarında cavabdeh Şahnaz adlı iddiaçı üçün ayrıca faiz cədvəlləri aparmışdır. Həmin qəbzlərdə 25%, 237%, 276%, 304% kimi faiz nisbətləri əks olunmuşdur. «744m (maaş) – 304% = 440» qeydi ilə iddiaçının maaşının faizlə necə bölüşdürüldüyü birbaşa sənədləşdirilmişdir. Bu qəbzlərdə cavabdeh öz xətti ilə 4800 manat borcun qaldığını bildirmişdir. Məhkəmə bu sənədə heç bir münasibət bildirməmişdir. b) Sumqayıt Şəhər Polis Idarəsinin ##.##.2025-ci il tarixli qərarı (№ *-13-58/2-39143).Dövlət orqanı olan Sumqayıt ŞPI-nin Təhqiqat Şöbəsi rəsmi qərarda müəyyən etmişdir ki, cavabdeh iddiaçının kartından pullar çıxartmışdır. Bu rəsmi dövlət qərarı hazırki mülki iddia üçün son dərəcə mühüm sübut olsa da, birinci instansiya məhkəməsi onu nə qəbul etmiş, nə də rədd etmişdir — sadəcə münasibət bildirməmişdir. c) Iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş səs yazısı. Cavabdeh tərəfindən təqdim edilmiş səs yazısında cavabdeh Cavabdeh açıq şəkildə etiraf etmişdir ki, iddiaçının 4.800 manat borcu qalmışdır. Bu etiraf cavabdehin məhkəmədə irəli sürdüyü — 9800 manat borcun qalması ilə bağlı mövqeyini birbaşa inkar edir. Lakin məhkəmə bu etirafı işin heç bir yerində qiymətləndirməmişdir. Bu, MPM-in 216-cı maddəsinin kobud pozuntusudur. Məhkəmə ##.##.2021-ci il tarixli 7.800 manat borc münasibətini Mülki Məcəllənin 739.2-ci maddəsinə görə etibarsız saymışdır. Lakin Mülki Məcəllənin 337.5-ci maddəsi əmr edir: «əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır.» Bu restitusiya prinsipidir. Cavabdeh 11257 manat aldığını etiraf etmişdir. Əqd etibarsız sayılsın ya sayılmasın, bu məbləğ geri qaytarılmalıdır. Məhkəmə etibarsızlıq müəyyən etmiş, lakin restitusiya nəticəsini tətbiq etməmişdir. Bu, 337.5-ci maddənin açıq pozuntusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ibrahimovun şikayəti üzrə ##.##.2004cü il tarixli Qərarında müəyyən edilmişdir: «əqdin etibarsız sayılması onun icrasından doğan iqtisadi nəticələri ləğv etmir; tərəflər bir-birindən aldıqları vəsaiti geri qaytarmalıdırlar». Məhkəmə bu hüquqi mövqeyi tamamilə nəzərə almamışdır. Kartdan 12.367 manat çıxarılmış (bank çıxarışı), 4800 manat əsas borc ödənilmişdir. Fərq — ən azı 12.367 manat — hüquqi əsassız əldə edilmişdir. Cavabdeh özü ən azı 1.457 manata görə cavabdeh olduğunu etiraf edir. Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə görə əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə qaytarmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Əsassız varlanma öhdəliklərinin tətbiqi haqqında» qərarında «əsassız varlanma tələbi müqavilənin etibarsız sayıldığı hallarda da müstəqil şəkildə tətbiq edilə bilər» mövqeyi möhkəmləndirilmişdir. Birinci instansiya məhkəməsi bu müstəqil hüquqi aləti tətbiq etməmişdir. Cavabdehin öz əl yazısı ilə hazırladığı qəbzlər 25%, 237%, 276%, 304% kimi faiz nisbətlərini aydın göstərir. MM-in 739.2-ci maddəsinə görə faiz ancaq yazılı müqavilədə nəzərdə tutulduqda tətbiq oluna bilər. Heç bir yazılı müqavilə olmadan, kor-təbii şəkildə tətbiq edilmiş faizlər tamamilə qanunsuz olub, MM-in 443-cü maddəsinə görə etibarsız sayılır. Bu qanunsuz faizlər yalnız əsassız varlanma çərçivəsində iddiaçıya qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qətnamənin 31-ci bəndində iddiaçının cavabdehin qanunsuz sələmçilik fəaliyyəti barədə prokurorluğa müraciət etdiyini qeyd etmiş, lakin MPM-in 265.4-cü maddəsinin tələbinə uyğun olaraq prokurora xüsusi qərardad çıxarmamışdır. Daha önəmlisi, məhkəmə cavabdehin sələmçilik fəaliyyəti ilə məşğul olmasını faktiki olaraq qəbul etdiyi halda, bu fəaliyyətin mülki hüquqi nəticələrini — qanunsuz yolla alınmış faiz məbləğlərinin iddiaçıya qaytarılmasını — araşdırmaqdan imtina etmişdir. Məhkəmə qətnamənin 27 və 28-ci bəndlərində iddiaçının tutulmalara müddət ərzində etiraz etməməsini razılıq kimi qiymətləndirmişdir. Lakin bu mövqe hüquqi baxımdan yanlışdır: Birincisi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Müqavilə azadlığı və tərəflərin iradə ifadəsi haqqında» qərarında «hüquqi nəticə yaratmaq üçün iradə ifadəsi birmənalı, açıq və ya konkret davranışla ifadə olunmalıdır; passiv qalma iradə ifadəsi sayılmır» mövqeyi sabitdir. Kart fiziki olaraq cavabdehdə olduğundan iddiaçı nəzarəti itirmişdir. Ikincisi, Mülki Məcəllənin 357-ci maddəsindəki bəyənmə institutu yalnız tərəfin tam məlumatlı olduğu hallara tətbiq edilir. Iddiaçının konkret tutulma məbləğlərini bildiyi sübuta yetirilməmişdir. Üçüncüsü, iddiaçı cavabdehin müddəti bitmiş kartı qaytarmamasından sonra — yəni kartın əlindən çıxdığı andan — hərəkətə keçmişdir. Bu cavabdehin iddia etdiyi kimi «başqa məhkəmədən qaçmaq» üçün yox, öz hüquqlarını müdafiə etmək üçün edilmiş qanuni müraciətdir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ibrahimovun şikayəti üzrə##.##.2004-cü il tarixli Qərarı: əqdin etibarsız sayılması restitusiya öhdəliyini aradan qaldırmır, tərəflər aldıqlarını bir-birinə qaytarmalıdır. Ali Məhkəmə Plenumunun «Əsassız varlanma öhdəliklərinin tətbiqi haqqında» qərarı: əsassız varlanma tələbi müqavilənin etibarsız sayıldığı hallarda da müstəqil şəkildə tətbiq edilə bilər. Ali Məhkəmə Plenumunun «Mülki məhkəmə qətnamələri haqqında»##.##.2009-cu il tarixli qərarının 13-cü bəndi: məhkəmə işdə mövcud hər bir sübuta münasibət bildirib, onu ya qəbul etməli, ya da rədd etdiyini əsaslandırmalıdır. Ali Məhkəmə Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» ##.##.2015-ci il tarixli qərarı: etibardan sui-istifadə etmə, zərərçəkmiş şəxslə yaxın şəxsi münasibətin, o cümlədən iş münasibətinin mövcudluğu ilə əlaqədar ola bilər. Kartdan 12.367 manat çıxarılmış (bank çıxarışı), 4800 manat əsas borc ödənilmişdir. Fərq — ən azı 12.367 manat — hüquqi əsassız əldə edilmişdir. Cavabdeh özü ən azı 1.457 manata görə cavabdeh olduğunu etiraf edir. Mülki Məcəllənin 1091.1 və 1092.1ci maddələrinə görə əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə qaytarmalıdır. Məhkəmə bu müstəqil hüquqi əsası nəzərə almadan iddiadan tamamilə imtina etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Cavabdehin nümayəndəsi vəkil1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
13. Etiraz onunla əsaslandırılmışdır ki, işin mübahisıəsiz halı ondan ibarətdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh həqiqətən də borc pul münasibətləri olmuşdur. Təqdim edilmiş qəbzlərdən də göründüyü kimi iddiaçı ilk dəfə cavabdehdən ##.##.2021-ci il tarixində öz imzası ilə qəbzə imza ataraq 1 ay müddətinə qaytarmaq şərti ilə 2000 manat, daha sonra isə ##.##.2021-ci il tarixində isə yenə də qəbzə imza etməklə 1 ay müddətinə qaytarmaq şərti ilə 7800 manat borca pul almışdır. Iddiaçı borca götürdüyü 9800 manatı 1 ay müddətində qaytaracağına dair öhdəlik götürsə də, öhdəliklərinə vaxtlı-vaxtında əməl etməmiş, söz verdiyi müddətə borcu tam qaytara bilməmiş, 2022-ci ilin fevral ayında iddiaçı öz təşəbbüsü ilə adına olan əmək haqqı kartını cavabdehə vermiş və hər ay hissə-hissə də olsa 300-400 manat olmaqla pulu çıxarmağını bildirmişdir. Qeyd olunan ərəfədə kart fiziki olaraq cavabdehdə olsa da, kart məlumatları (applicationu və proqam məlumatları) iddiaçının telefonunda olmuş, iddiaçı oradan istənilən vaxt rahatlıqla pul köçürmələri və s. əməliyyatlar edə bilmişdir. 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayına kimi qeyd olunan müddətdə kart həqiqətən də hüquqlarını müdafiə etdiyi Cavabdeh olmuş və hər dəfə karta pul yükləndikdə cavabdeh iddiaçının razılığı ilə gedib pul çıxarmışdır. Kartdan əsas borcdan əlavə 1457 manat artıq pul çıxarılmışdır ki, həmin pul məbləği də tərəflərin şifahi razılaşması əsasında əsas borc gecikdirilməsi üçün nəzərdə tutulmuş əlavə ödəniş kimi nəzərdə tutulmuşdur. Beləliklə də iddiaçının cavabdehə olan borcu tam olaraq bağlanılmış və aralarında hər hansı pul söhbəti olmamışdır. Yekunda iddiaçı cavabdehə olan 9800 manat borcu bağlandığına görə və aralarında hər hansı narazıçılıq olmadığına görə də iddiaçı ##.##.2024-cü il tarixində yenidən cavabdehə müraciət edərək pula ehtiyacı olduğunu bildirmiş və 5800 manat borca pul istəmişdir. Cavabdeh də həmin tarixdə sonuncuya qəbzə imza etdirməklə 5800 manat pulu sonuncuya borca vermişdir. Cavabdeh həmin məbləği qaytara bilmədiyi üçün hüquqlarını müdafiə etdiyi şəxs hazırda iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin ərizə hakim Ş.Həxiyevanın icraatında olmaqla hazırkı işə baxılıb qutaranadək icraat dayandırılmışdır. Görünən odur ki, iddiaçı borclarını ödəməkdən yaxa qurtarmaq üçün və vaxt qazanmaq naminə hazırkı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci inbstansiya məhkəməsi isə qeyd olunan mülki işi tam, hərtərəfli və obyektiv araşdırmaqla iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsində göstərdiyi guya ## ###### 2022-ci ildə xxxxnın Sumqayıt filialınnda 7700 manat kredit götürməsi, elə həmin gündə cavabdehə 5000 manat pul qaytarması da həqiqətə uyğun olmayan iftiradır. Iddiaçı həmin məbləği bankdan götürsə də, özünün digər borclarına sərf etmiş, cavabdehə həmin məbləğdən pul qaytarmamışdır. Əgər həmin pul qaytarılıbsa bununla bağlı bir dənə sübut məhkəməyə təqdim etmiş olsun. Odur ki, yuxarıda qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Iddiaçının nümayəndəsi vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
15. Iş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
20. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh, borclu olduğu 9800 manat pulun müqabilində 32.039 manat aldığını iddia edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir /bax bənd 8/.
22. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq şikayətin dəlilini qismən əsaslı hesab edir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə əsaslandırma ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiq və təfsirində səhvə yol ğvermişdir.
25. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı cavabdehdən 9800 manat borc almışdır. Eləcə də iddiaçının özünə məxsus əmək haqqı kartını 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayınadək cavabdehin istifadəsinə verdiyi və mədaxil olunan pu vəsaitindən cavabdehin istifadə etməsi müəyyən edildi. Bu göstərilənlər işin mübahisəsiz hallarıdır.
26. Işin mübahisə doğuran halı 9800 manat borc pulun qaytarılması və həmin borcun müqabilində cavabdehin iddiaçının əmək haqqı kartından məxaric edilmiş pul vəsaitinin məbləği ilə bağlıdır.
27. Göründüyü kimi iddiaçı 9800 manat borc məbləğindən 5000 manatı bir dəfəyə nağd şəkildə cavabdehə ödədiyini, qalan 4800 manat borca görə isə öz əmək haqqı kartını cavabdehin istifadəsinə verdiyini, 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayınadək karta mədaxil olunan pul vəsaitinin cavabdeh tərəfindən götürüldüyünü, 4800 manat borcun qarşılığında cavabdeh tərəfindən iddiaçının əmək haqqı kartından 27039 manat artıq vəsait çıxarıldığını iddia edir.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri bilir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
30. Kollegiya qeyd edir ki, iddiaçı 9800 manat borc məbləğindən 5000 manat ödənildiyini göstərsə də ödənişlərlə bağlı heç bir sübut nə birinci instansiyadakı araşdırma zamanı, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, bu faktın təsdiq edilməsi araşdırılan iddia tələbi üzrə cavabdeh tərəfindən borcun qarşılığında qəbul edilmiş pul vəsaitinin miqdarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir.
31. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi pul alan şəxsin üzərinə düşür.
33. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı 5000 manat borcun ödənildiyini sübut etmə vəzifəsi daşıyır. Lakin qeyd olunduğu kimi həmin məbləğin ödənilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
34. Bundan başqa, iddiaçı tərəflər arasında qeydə alınmış səs yazısında cavabdehin 4800 manat borc qalmasına dair etirafının olduğuna istinad edərək, bununla da 5000 manat ödəniş etdiyinin təsdiq olunduğunu, həmin sübutun nəzərə alınmasını xahiş etmişdir.
35. Məhkəmə araşıdrması zamanı həmin audio yazı tətqiq edilmiş, lakin qeyd olunan xüsusat, yəni 4800 manat borcun qalmasına dair cavabdehin etirafı təsdiqini tapmamışdır.
36. Tərəflər arasında olan həmin səsyazısında 5800 manat borc məbləği göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, bu borc məbləğinin də 9800 manat borcla əlaqəsi olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən ## ###### 2024-cü il tarixdə cavabdehdən 5800 manat borc götürülmüşdür.
37. Eləcə də iddiaçının nümayəndəsi həmin danışıqların nə vaxt qeydə alınması barədə məlumat verə bilməmişdir.
38. Bundan əlavə, iddiaçı tərəf borcun ödənilməsini təsdiq edən sübut olaraq iş materiallarına əlavə edilmiş kağız hissələrində yazılmış- 25%, 237%, 276%, 304%, 4852m, «744m (maaş) – 304% = 440» qeydlərinə istinad etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qəbzlər və orada əks olunan yazılar sübut olaraq qiymətləndirilə bilməz. Belə ki, həmin qeydlər borc barədə heç bir məlumat vermir, heç bir şəxs tərəfindən hər hansı bir formada təsdiq edilməmişdir. Həmin qəbzlər sübut meyarlarına cavab vermir.
40. Iş üzrə cavabdeh isə 5000 manat borcun ödənilməsinə etirazını bildirmiş, iddiaçının ona 9800 manat borcu qaldığını və 9800 manat borcun ödənişi ilə bağlı əmək haqqı kartının onun istifadəsinə verildiyini, onun tərəfindən ATM vasitəsi ilə nağdlaşdırma aparılaraq pul vəsaitinin götürüldüyünü, mobil tətbiqin iddiaçının telefonunda olduğunu və sonuncu tərəfindən idarə edildiyini göstərmişdir. Kollegiya qeyd edir ki, bunun əksi iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
41. Məhkəmə kollegiyası vurğulayır ki, nə qədər ki, iddiaçı tərəfindən 5000 manat borcun qaytarılması sübuta yetirilməmişdir və cavabdehin ödənişin olmamasına dair bildirdiklərini təkzib edən heç bir fakt müəyyən edilmir, bu halda iddiaçının borclu olduğu 9800 manat müqabilində cavabdeh tərəfindən əmək haqqı kartından məxaric olunan vəsaitin miqdarının müəyyən edilməsini, artıq vəsait məxaric edilməklə əsassız varlanma halının olubolmamasına aydınlıq gətirilməsini məhkəmə kollegiyası işin faktiki və həqiqi hallarına uyğun hesab edir.
42. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Beynəxalq Bank ASC tərəfindən təqdim edilmiş İddiaçı məxsus kart üzrə 2022-ci ilin feral - 2023-cü ilin noyabr aralığında aparılmış əməliyyatlardan görünür ki, ATM vasitəsi ilə 11214 manat pul nağdlaşdırılmışdır.
43. Cavabdeh həmin müddətdə kartın fiziki olaraq onda olduğunu və ATM vasitəsi ilə nağd pul qəbul etdiyini etiraf etmişdir.
44. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək haqqı kartından ATM vasitəsi ilə 11214 manat nağd pul məxaric edildiyi öz təsdiqini tapır.
45. Lakin işin mübahisəsiz hallarından göründüyü kimi iddiaçının cavabdehə 9800 manat borcu olmuşdur. Həmin borc məbləğ nəzərə alındığı halda (11214–9800= 1414) cavabdeh 1414 manat artıq pul vəsaiti əldə edərək əsassız varlanmışdır.
46. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh 1457 manat artıq vəsait götürdüyünü etiaf etmişdir.
47. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin etirafı nəzərə alınaraq 1457 manat artıq istifadə edilmiş vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
49. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılıb və qərar qəbul edilmiş olsun. Mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
50. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 1457 (bir min dörd yüz əlli yeddi) manat alınaraq iddiaçı İddiaçı ödənilsin. Iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.