Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-569/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3 İsfəndiyar oğluna, cavabdeh4 və İsmayılova Arzu Nuru qızına əqdin etibarsızlığı tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində İlyasov Şahin Kamil oğlunu cəlb etməklə cavabdehlər cavabdeh3 İsfəndiyar oğluna, cavabdeh4 və İsmayılova Arzu Nuru qızına qarşı “əqdin etibarsızlığı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlavə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini cəlb etməklə, Abşeron rayonu, Masazır kəndində ərazisində yerləşən torpaq sahəsinə dair cavabdeh3 verilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsindən verilmiş çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh3 İsfəndiyar oğlunun adına 1623000559 qeydiyyat nömrəsi, 308013052527 reyestr nömrəsi ilə ##.##.2023-cü il tarixində qeydiyyata alınmış çıxarış və çıxarışın verilməsinə əsas olan alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 tərəfindən məhkəməyə ərizə təqdim edilərək məhkəmə iclasının onun olmadan keçirilməsi, eyni zamanda vəsatət təqdim edilərək, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət təmin edilməməsi qərara alınmışdır. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 qərardaddan şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 tərəfindən ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edilərək, mülki işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadında olan yanlışlığın aradan qaldırılması, qərardadın “qərara aldı” hissəsində “qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər” əvəzinə “qərardaddan şikayət verilə bilməz” düzəlişinin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının “qərara aldı” hissəsində yanlış olaraq “qərardaddan şikayət verilə bilməz” cümləsi əvəzinə, “qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər” kimi qeyd edilmişdir. Göründüyü kimi qərardadda olan yalnışlıq texniki səhvin nəticəsi olmuş və qərardad tərəflərə göndərildikdən sonra aşkar edilmişdir. Məhkəmə aidiyyəti (inzibati və ya ümumi məhkəmə) haqqında vəsatətin təmin edilməməsi barədə qərardaddan apellyasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət verməyinə baxmayaraq vəsatəti təmin edilməmişdir. Belə ki, cavabdehlərdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqi ünvanı Azərbaycan, Bakı şəhəri, AZ 1073, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135 ünvanıdır. Hazırda isə hesab edir ki, iş üzrə məhkəmə aidiyyatı üzrə cavabdeh orqan dövlət orqanı olduğu üçün işin məhkəmə aidiyyatı inzibati məhkəmə olmalıdır. Mülki Prosesual Məcəllənin 32.2-ci maddəsində qeyd olunur ki, işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. İş məhkəmə hazırlıq iclası mərhələsində olan zaman vəsatətinı əsaslandıraraq məhkəməyə təqdim etmişdir. Çünki bu işin məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə vəsatəti təmin edilməmişdir. Bu səbəbdən qərardaddan şikayət vermək məcburiyyətində qalmışdır. Hazırda hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan e-2(060)- ****/**** saylı işin baxılması üçün məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli qərarında göstərmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd edilənlərdən belə aydın olur ki, mülki məhkəmə icraatı qaydasında işə baxılarkən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi qanunvericilikdə nəzərdə tutulmadığından həmin məsələ ilə bağlı verilmiş vəsatətin təmin edilməməsindən şikayətin veriməsi də qeyri-mümkün hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir birinci instansiya məhkəməsi haqlı olaraq qərardadda düzəliş edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-569/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-569/2026
19.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver