Məhkəmə qərarları › İş №e-2(3-8)-572/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-572/2026

21.05.2026 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № e-2(3-8)-572/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sәdrlik edәn vә mәruzәçi hakim Mәmmәdov Fuad Əli oğlu, hakimlәr Qafari Sәyyad Ağaәli oğlu vә X4 ibarәt tәrkibdә, X1 qızının katibliyi ilә, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrardadı qәbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia әrizәsi ilә Abşeron Rayon Mәhkәmәsinә müraciәt edәrәk, mülkiyyәt hüququ ilә iddiaçıya mәxsus olan ünvan 1 ünvanda yerlәşәn torpaq sahәsinin vә evin cavabdehә bağışlanmasına dair iddiaçı ilә cavabdeh arasında bağlanaraq * saylı Bakı “ASAN xidmәt” mәrkәzindә Notariat ofisinin xüsusi notariusu X3 tәrәfindәn tәsdiq edilmiş ## #### 2023-cü il tarixli daşınmaz әmlakın bağışlanması müqavilәsinin vә hәmin müqavilә әsasında cavabdehin adına aparılmış qeydiyyatın lәğv edilәrәk müqavilәdәn әvvәlki vәziyyәtin bәrpa edilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsi ilә (hakim Mirnәsir Mirhәsәnli) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı bağışlama müqavilәsinin vә müqavilә әsasında verilmiş çıxarışın lәğv edilmәsi tәlәbinә dair iddia әrizәsinin tәmin edilmәmәsi, ödәnilmiş 100 manat dövlәt rüsumunun iddiaçının özünә aid edilmәsi qәt olunmuşdur.

3. ##.##.2025-ci il tarixdә iddiaçı İddiaçı elektron kabinet vasitәsilә apellyasiya şikayәti ilә müraciәt edәrәk, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsinin lәğv edilmәsini vә iddianın tәmin edilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

4. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadı (hakim Mirnәsir Mirhәsәnli) ilә iddiaçı İddiaçı tәrәfindәn Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsindәn ##.##.2025-ci il tarixdә verilmiş apellyasiya şikayәtinin iddiaçıya geri qaytarılması, apellyasiya şikayәtinin verilmәsi üçün ********** saylı qәbz әsasında ##.##.2025-ci il tarixdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә ödәnilmiş 50 manat mәblәğindә dövlәt rüsumunun iddiaçı İddiaçı dövlәt büdcәsinin vәsaiti hesabından geri qaytarılması qәrara alınmışdır.

5. ##.##.2026-cı il tarixdә iddiaçı İddiaçı apellyasiya şikayәti vә apellyasiya şikayәti verilmәsi üçün qanunla müәyyәn edilmiş prosessual müddәtin bәrpası barәsindә әrizә müraciәt edәrәk, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsindәn apellyasiya şikayәti vermәk üçün buraxılmış prosessual müddәtin bәrpa edilmәsi, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsinin lәğv edilmәsini vә iddianın tәmin edilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

6. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadı ilә (hakim Mirnәsir Mirhәsәnli) iddiaçı İddiaçı Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e*(***)-****/**** nömrәli qәtnamәsindәn apellyasiya şikayәti vermәsi üçün qanunla müәyyәn edilmiş prosessual müddәtin bәrpa edilmәsinә dair әrizәnin rәdd edilmәsi, iddiaçı İddiaçı tәrәfindәn Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** nömrәli qәtnamәsindәn ##.##.2026-cı il tarixdә verilmiş apellyasiya şikayәtinin geri qaytarılması, iddiaçı İddiaçı tәrәfindәn Sumqayıt Apellyasiya Mәhkәmәsinin hesabına ##.##.2026-cı il tarixdә ********** saylı qәbz әsasında ödәnilmiş 2 manat vә ##.##.2026-cı il tarixdә ********** saylı qәbz әsasında ödәnilmiş 48 manat mәblәğindә dövlәt rüsumunun iddiaçıya geri qaytarılması qәrara alınmışdır.

7. ##.##.2026-cı il tarixdә iddiaçı İddiaçı elektron kabinet vasitәsilә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadından şikayәt verәrәk, sözügedәn qәrardadın lәğv edilmәsi, apellyasiya şikayәti vermә müddәtinin bәrpa edilmәsi, onun apellyasiya şikayәtinin icraata qәbul edilmәsi vә baxılması üçün yuxarı instansiya mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir.

8. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadı ilә (hakim Mirnәsir Mirhәsәnli) şikayәt tәmin edilmәmiş, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn ##.##.2026-cı il tarixdә verilmiş şikayәt baxılması üçün işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

9. Şikayәt onunla әsaslandırılmışdır ki, o, İddiaçı Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә apellyasiya şikayәti vermә müddәtinin bәrpa olunmasından imtina edilmәsi ilә razı deyil vә hәmin qәrardaddan bu xüsusi şikayәti verir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәtnamәsi ilә iddiaçının cavabdehә qarşı bağışlama müqavilәsinin vә çıxarışın lәğvi tәlәbi tәmin edilmәmişdir. Hәmin qәtnamәdәn apellyasiya şikayәti vermәk istәsә dә, qanunla müәyyәn edilmiş müddәti üzrlü sәbәbdәn buraxmışdır. Prosessual müddәtin buraxılması onun iradәsindәn asılı olmayan obyektiv vә üzrlü sәbәblәrlә bağlı olmuşdur. Belә ki, iddiaçı ağır onkoloji xәstәlikdәn әziyyәt çәkir, mübahisәli dövrdә müalicә almış, müalicә müddәtindә fiziki vә psixoloji vәziyyәti hüquqi sәnәdlәrin hazırlanmasına vә vaxtında mәhkәmәyә müraciәt etmәyә imkan vermәmişdir. Birinci instansiya mәhkәmәsi müddәtin bәrpasından imtina edәrkәn tәqdim edilmiş tibbi sәnәdlәrin prosessual müddәti әhatә etmәdiyini әsas götürmüşdür. Lakin xәstәliyin davamlı xarakter daşıması vә uzunmüddәtli müalicә tәlәb etmәsi nәzәrә alınmamışdır. Mәhkәmә bir insanın xәstәliyinin ciddi vә ağır olmasını hәmin xәstәnin vәziyyәtini yaşamadan xәstәliyin real tәsirini vә iddiaçının faktiki vәziyyәtini tam hiss edә bilmәzdi. Iddiaçının xәstәliyi vә müalicә prosesi belә üzrlü sәbәb hesab olunmalıdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddә 10-1. Mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatı bu Mәcәllә ilә müәyyәn edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron mәhkәmә” informasiya sistemi vasitәsilә aparılır. 10-1.2. Mәhkәmә vә proses iştirakçıları tәrәfindәn әrizә, şikayәt vә digәr sәnәdlәrin elektron formada tәrtib edilmәsi, göndәrilmәsi, qәbulu, sәnәdlәrin elektron qeydiyyatı vә elektron dövriyyәsi Mәhkәmә-Hüquq Şurasının Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi ilә birlikdә müәyyәn etdiyi “Elektron mәhkәmә” informasiya sistemindәn istifadә qaydalarına uyğun olaraq hәyata keçirilir. 10-1.3. Kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatı, habelә “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә mәhkәmә icraatı, o cümlәdәn әrizә, şikayәt vә digәr sәnәdlәrin göndәrilmәsi, qәbulu, habelә mәhkәmә sәnәdlәrinin mәhkәmәyә vә proses iştirakçılarına çatdırılması “Elektron mәhkәmә” informasiya sistemindә yaradılan elektron kabinet vasitәsilә hәyata keçirilir. 10-1.5. Bu Mәcәllәnin 10-1.3-cü maddәsindә nәzәrdә tutulmuş qaydada tәqdim edilmiş sәnәdlәrin digәr qaydada verilmәsi tәlәb oluna bilmәz. (...)

12. Maddә 130. Prosessual müddәtlәrin buraxılmasının nәticәlәri 130.1. Qanunla müәyyәn edilmiş vә ya mәhkәmә tәrәfindәn tәyin edilmiş müddәt keçdikdә, prosessual hәrәkәtlәri etmәk hüququ keçmiş olur. 130.2. Prosessual müddәtlәrin keçmәsi prosessual vәzifәlәri yerinә yetirmәkdәn azad etmir. 130.3. Prosessual müddәtin bәrpa olunması barәdә vәsatәt verilmәmişsә, prosessual müddәtlәr keçdikdәn sonra verilәn şikayәtlәrә vә sәnәdlәrә baxılmır vә onları verәn şәxsә qaytarılır.

13. Maddә 133. Prosessual müddәtlәrin bәrpası 133.1. Mәhkәmә qanunla müәyyәn edilmiş müddәtin buraxılmasının sәbәbini üzürlü hesab edәrsә, işdә iştirak edәn şәxsin әrizәsinә әsasәn buraxılmış müddәti bәrpa edir. 133.2. Buraxılmış müddәtin bәrpası haqqındakı әrizә prosessual hәrәkәtlәrin edilmәli olduğu mәhkәmәyә verilir vә mәhkәmә iclasında baxılır. Işdә iştirak edәn şәxslәrә mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilir. Onların gәlmәmәsi mәhkәmә qarşısında qoyulmuş mәsәlәnin hәllinә maneçilik törәtmir. 133.3. Müddәtin bәrpası haqqında әrizә verilmәklә eyni zamanda müddәti buraxılmış zәruri prosessual hәrәkәt edilmәlidir (әrizә, şikayәt verilmәli, sәnәdlәr tәqdim edilmәli vә s.). 133.4. Buraxılmış prosessual müddәtin bәrpası mәhkәmәnin qәtnamәsindә, qәrardadında vә qәrarında göstәrilmәlidir. 133.5. Müddәtin bәrpasından imtina barәdә qәrardad çıxarılır. 133.6. Prosessual müddәtlәrә dair mәsәlә üzrә qәrardaddan işdә iştirak edәn şәxslәr şikayәt verә bilәr.

14. Maddә 135. Mәhkәmә sәnәdlәrinin çatdırılması vә rәsmi qaydada verilmәsi 135.1. Bu Mәcәllәnin 135.6-cı vә 135.8-ci maddәlәrindә müәyyәn edilmiş hallar istisna olmaqla, bu Mәcәllәnin 134-cü maddәsindә sadalanan mәhkәmә sәnәdlәri “Poçt haqqında” Azәrbaycan Respublikasının Qanununda nәzәrdә tutulmuş sifarişli poçt göndәrişi (mәktubu) ilә çatdırılır. Zәruri hallarda mәhkәmә sәnәdinin çatdırılması hakim tәrәfindәn mәhkәmә işçisinә tapşırıla vә ya işdә iştirak edәn şәxsin razılığı ilә hәmin şәxsә hәvalә edilә bilәr. 135.2. Mәhkәmә sәnәdlәri mәhkәmәyә qaytarılmalı olan, forması müvafiq qaydada tәsdiq edilmiş qәbzә vә ya sәnәdin kötüyünә imza etdirilmәklә, ünvan sahibinә rabitә orqanları, yaxud mәhkәmә sәnәdlәrinin çatdırılması tapşırılmış şәxslәr tәrәfindәn şәxsәn verilir. Hüquqi şәxsә ünvanlanmış mәhkәmә sәnәdlәri müvafiq vәzifәli şәxsә qәbzә vә ya sәnәdin kötüyünә imza etdirilmәklә verilir. Mәhkәmә sәnәdlәrinin rәsmi qaydada verilmәsi mәhkәmәdә dә hәyata keçirilә bilәr. 135.3. Mәhkәmә sәnәdlәrinin çatdırılması vәzifәsi üzәrinә düşәn şәxs ünvan sahibini onun yaşadığı, yaxud işlәdiyi yer üzrә tapmadıqda, hәmin sәnәdlәr ünvan sahibi ilә birlikdә yaşayan yetkinlik yaşına çatmış ailә üzvlәrindәn birinә (onların razılığı ilә), onlar olmadıqda müvafiq icra hakimiyyәti orqanına, ünvan sahibinin yaşadığı yer üzrә yerli özünüidarә orqanına, yaxud onun işlәdiyi yer üzrә müdiriyyәtә verilir. Ünvan sahibinin әvәzinә mәhkәmә sәnәdlәrini qәbul etmiş şәxs qәbzdә vә ya sәnәdin kötüyündә öz soyadını, adını, atasının adını, ünvan sahibinә münasibәtini vә ya tutduğu vәzifәni göstәrmәli vә imkan olan kimi mәhkәmә sәnәdlәrini ünvan sahibinә vermәlidir. (...) 135.6. “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә işdә iştirak edәn şәxslәr “Elektron mәhkәmә” informasiya sistemindә qeydiyyatdan keçmişlәrsә, mәhkәmә sәnәdlәri bu şәxslәrin hәmin sistemdә yaradılmış “elektron kabinet”lәrindә yerlәşdirilir vә onlara bu barәdә mәlumat hәmin sistem vasitәsilә elektron qaydada (elektron poçt, SMS vә s. vasitәsilә) çatdırılır. (...)

15. Maddә 357. Apellyasiya şikayәti vermәk hüququ 357.1. Azәrbaycan Respublikasının birinci instansiya mәhkәmәlәri tәrәfindәn qәbul olunmuş qanuni qüvvәyә minmәmiş qәtnamә vә qәrardadlardan, hәmin Mәcәllәdә nәzәrdә tutulmuş hallar istisna olmaqla, tәrәflәr, üçüncü şәxslәr, xüsusi icraat işlәrindә әrizәçilәr vә maraqlı şәxslәr apellyasiya şikayәti verә bilәr. (...)

16. Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri Maddә 372.7. maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.

17. Maddә 396. Şikayәtin verilmә müddәti 396.1. Şikayәt birinci instansiya mәhkәmәsinin qәrardadı rәsmi qaydada verildikdәn sonra 10 gün müddәtindә birinci instansiya mәhkәmәsinә verilә bilәr.

18. Maddә 397. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn şikayәtә baxılması müddәti vә qaydası 397.2. Apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Mәhkәmә işdә iştirak edәn şәxsin bu barәdә verdiyi vәsatәti әsaslı hesab etdikdә vә ya öz tәşәbbüsü ilә şikayәt üzrә işә mәhkәmә iclasında baxa bilәr. Bu barәdә mәhkәmә tәrәfindәn müvafiq qәrardad qәbul edilmәklә işdә iştirak edәn şәxslәrә mәlumat verilir.

19. Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәti 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: (...) 398.0.1. mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk; (...)

20. Maddә 399. Apellyasiya instansiyası mәhkәmәsinin göstәrişlәrinin mәcburiliyi Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir.

21. Maddә 402. Kassasiya şikayәti vermә hüququ (...) 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiya mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

23. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәrardadı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Mәhkәmә kollegiyası mәruzәçi-hakimi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә birgә araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır.

25. Belә ki, iş materiallarında olan O+9+***** saylı epikrizdәn görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdә “uşaqlığın mioması” diaqnozu ilә xәstәxanaya daxil olmuş, ##.##.2024-cü il tarixdә kafi vәziyyәtdә sahә cәrrahının nәzarәti altında evә buraxılmış, xәstәyә müvafiq tövsiyәlәr verilmişdir.

26. Iş materiallarından görünür ki, elektron sistemdә iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdәn etibarәn elektron kabineti mövcud olmuş, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsi iddiaçıya mәxsus elektron kabinetә ##.##.2025-ci il tarixdә yerlәşdirilmiş, apellyasiya şikayәti vermәk üçün müddәtin әvvәli ##.##.2025-ci il tarixdәn başlamış, hәmin müddәt ##.##.2025-ci il tarixdә bitmiş, qeyd olunan qәtnamәdәn ##.##.2026-cı il tarixdә apellyasiya şikayәti verilmәklә 1 aylıq şikayәt müddәti ötürülmüşdür.

27. Mülki Prosessual Mәcәllәnin 133.1-ci maddәsinә әsasәn, mәhkәmә qanunla müәyyәn edilmiş müddәtin buraxılmasının sәbәbini üzürlü hesab edәrsә, işdә iştirak edәn şәxsin әrizәsinә әsasәn buraxılmış müddәti bәrpa edir.

28. Birinci instansiya mәhkәmәsi mövqeyini onunla әsaslandırmışdır ki, iddiaçı intensiv tibbi müalicә aldığını, müalicә müddәtindә sәhhәtinin ağır olduğunu, fiziki vә psixoloji vәziyyәtinin hüquqi sәnәdlәrin hazırlanması vә vaxtında mәhkәmәyә müraciәt etmәyinә imkan vermәdiyini irәli sürәrәk Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrәli qәtnamәsindәn apellyasiya şikayәti verilmәsi üçün qanunla müәyyәn edilmiş prosessual müddәti üzrlü sәbәbdәn ötürdüyünü qeyd etsә dә, vәsatәtinә sözügedәn halı, yәni mәhz prosessual müddәt әrzindә sәhhәtinin buna imkan vermәdiyini sübut edәn sәnәdlәri mәhkәmәyә tәqdim etmәmişdir. Belә ki, iş materiallarına әlavә edilmiş epikrizin tarixi 2024-cü ilә aid olmaqla prosessual müddәti әhatә etmir, hәmçinin digәr sәnәdlәrin tarixinin dә prosessual müddәtә aid olduğu müәyyәn edilmәmişdir. Bu kimi hallar mәhkәmәyә o qәnaәtә gәlmәyә әsas verir ki, iddiaçı tәrәfindәn müddәtin bәrpa edilmәsi barәdә verilmiş әrizәdә göstәrilәn hallar ağlabatan deyildir vә müddәtin bәrpa edilmәsini üzrlü hesab edilmәsinә әsas vermir.

29. Mәhkәmә kollegiyası şikayәtin dәlillәri üzrә qiymәtlәndirmә apararaq birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә vә әsaslandırma ilә razılaşır, şikayәtin dәlillәrini әsassız hesab edir, kollegiyanın qәnaәtincә birinci intansiya mәhkәmәsi tәrәfindәn qәbul edilmiş qәrardad prosessual hüquq normalarının tәlәblәrinә uyğundur, qәrardadın lәğv edilmәsi üçün әsas yoxdur.

30. Göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәrardadının lәğvi üçün Mülki Prosessual Mәcәllәnin 385.1-ci maddәsindә nәzәrdә tutulan әsaslar mövcud olmadığından, şikayәt tәmin olunmamalı, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası

qərara aldı:

Şikayәt tәmin edilmәsin. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar