Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-626/2026 31.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “İdeal Motors” MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: əldən çıxmış fayda) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı “İdeal Motors” MMC-nin nümayəndəsi nümayəndə2, cavabdeh Cavabdeh və onun nümayəndəsivə vəkili Vəkil/Nümayəndə iştirakı ilə, İddiaçı “İdeal Motors” MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. 1.İşin halları 2.“İdeal Motors” MMC və Cavabdeh arasında bağlanmış K-***-APCC-** nömrəli, ##.##.2024-cü il tarixli avtomobilin müddətli satışı üzrə müqavilədən görünür ki, JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “İdeal Motors” MMC tərəfindən Cavabdeh Vaqif qızına satılmışdır. 3.“İdeal Motors” MMC və Cavabdeh arasında bağlanmış K-***-APCC-** nömrəli, ##.##.2024-cü il tarixli avtomobilin müddətli satışı üzrə müqaviləyə əlavədən görünür ki, ilkin ödəniş 0 manat, aylıq ödəniş 1118 manat (sonuncu ay 1102 manat) olmuşdur. “İdeal Motors” MMC və Cavabdeh arasında bağlanmış ##.##.2024cü il tarixli təhviltəslim4.aktından görünür ki, 0 km yürüşlü, JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlınəqliyyatvasitəsi saz vəziyyətdə Cavabdehtəhvil verilmişdir. 5.Sms-radar.az saytından çıxarışdan görünür ki, Cavabdeh EQ seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli protokol əsasında 20 manat, EQ seriyalı, ******** nömrəli, ##.##.2025ci il tarixli protokol əsasında 20 manat, EQ seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli protokol əsasında 200 manat və EQ seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli protokol əsasında 80 manat inzibati cərimə edilmişdir. 6.Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ərizədən görünür ki, JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ödənişlərini ödəyə bilmədiyi üçün K-***-A-PCC-** nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə xitam verilməsini və avtomobilin 2-ci əl satış şöbəsinə verilməsinə razılıq verilməsini xahiş etmişdir. 7.##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, 17589 km yürüşlü, JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən təhvil verilmişdir. 8.“İdeal Motors” MMC və X3 arasında bağlanmış K-***-APCC-** nömrəli, ##.##.2025-ci il tarixli nəqliyyat vasitəsinin müddətli satışı üzrə müqavilədən görünür ki, JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “İdeal Motors” MMC tərəfindən Ağaverdiyev Sirac Mirverdi oğluna satılmışdır. 9.“İdeal Motors” MMC və X3 arasında bağlanmış K-***-APCC-** nömrəli, ##.##.2025-ci il tarixli nəqliyyat vasitəsinin müddətli satışı üzrə müqaviləyə əlavədən görünür ki, aylıq ödəniş 954 manat (sonuncu ay 938.16 manat) olmuşdur. 10.AsanPay ödəniş sistemi üzrə çıxarışdan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş EQ seriyalı, ******** nömrəli protokol əsasında cərimə ilə birlikdə 32 manat, EQ seriyalı, ******** nömrəli protokol əsasında cərimə ilə birlikdə 21.6 manat, EQ seriyalı, ******** nömrəli protokol əsasında cərimə ilə birlikdə 216 manat və EQ seriyalı,******** nömrəli protokol əsasında 86.4 manat məbləğində inzibati cərimələr ##.##.2025-ci il tarixdə “İdeal Motors” MMC tərəfindən ödənilmişdir. 11.“xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, QCM/S ******/** saylı hesabatından görünür ki, JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 31400 manatdır. 12.##.##.2025-ci il tarixli maliyyəarayışındangörünür ki, ##.##.2024-cü il tarixli müqaviləsi üzrə JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nağd satış qiyməti 40100 manat olmuşdur. JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4 il müddətinə nisyə satış qiyməti 53648 manat olmuşdur. 13.##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixli müqavilə üzrə JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nağd satış qiyməti 30000 manat olmuşdur. JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 3 il müddətinə nisyə satış qiyməti 34328.16 manat olmuşdur. 14.“xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, MEB-***-**** saylı hesabatından görünür ki; 1-ci sual üzrə: 2022-ci il buraxılışlı, 0 km yürüşlü, JAC JS8 S5541 minik markalı nəqliyyat vasitəsinin ##.##.2024-cü il tarixə (satış gününə) real bazar dəyəri 41940 manatdır. 2-ci sual üzrə: 2022-ci il buraxılışlı, 17589 km yürüşlü, JAC JS8 S5541 minik markalı nəqliyyat vasitəsi ##.##.2024-##.##.2025-ci illər ərzində normal yürüşlə və qəza keçirmədən istismarı (amortizasiya) nəticəsində ##.##.2025-ci il tarixə (qaytarıldığı günə) bazar dəyəri 29358 manatdır. 3-cü sual üzrə: 2022-ci il buraxılışlı, 17589 km yürüşlü, JAC JS8 S5541 minik markalı nəqliyyat vasitəsi ##.##.2025-##.##.2025-ci illərərzində (faktiki istifadə edilmədiyi dövrdə) itirdiyi dəyər (faizlə və məbləğlə ifadə olunmaqla) 5% = 1468 manatdır. 4-cü sual üzrə: Mübahisəli nəqliyyat vasitəsinin yuxarıda göstərilən qaydada amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyəri ilə ##.##.2025-ci il tarixə – yəni, qaytarıldığı günə və ##.##.2025-ci il tarixə – yəni, ikinci əl satış gününə həmin vaxt olan real bazar dəyəri arasında uyğunluq müəyyən edilməmişdir, çünki satış müqaviləsində göstərilən məbləğ avtomobilin nağd real bazar dəyəri deyil, nisyə (kredit) satış məbləğidir. 15.İş üzrə qəbul edilmiş məhkəmə aktı 16.Birinci instansiya məhkəməsində icraat 17.İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10511 (on min beş yüz on bir) manat məbləğində əldən çıxmış faydanın, 356 (üç yüz əlli altı) manat məbləğində inzibati cərimə və həmin cərimələrin vaxtında ödənilmədiyinə görə hesablanmış faizin və 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq “İdeal Motors” MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 18.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış K-***- APCC-** nömrəli, ##.##.2024-cü il tarixli nəqliyyat vasitələrinin müddətli satışı üzrə müqaviləsinə əsasən JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlınəqliyyatvasitəsicavabdehə satılmışdır. Müqaviləyə əsasən satılan nəqliyyat vasitəsinin dəyəri 53648 (əlli üç min altı yüz qırx səkkiz) manat məbləğində razılaşdırılmışdır. Tərəflər arasında əldə edilmiş razılığa əsasən satılan nəqliyyat vasitəsinin dəyəri 48 (qırx səkkiz) ay müddətinə hər ay 1118 (bir min yüz on səkkiz) manat olmaqla bərabər hissələrdə ödənilməli idi. Müqavilənin 2.2-ci maddəsinə əsasən, cavabdeh nəqliyyat vasitəsinin dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № *-də göstərilmiş cədvəl üzrə ödəməli idi. Lakin cavabdeh cəmi 6 (altı) ay ödəniş etdikdən sonra ##.##.2025-ci il tarixində ərizə yazaraq “İdeal Motors” MMC-dən aldığı JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərini ödəyə bilmədiyi üçün onunla bağlanan müqaviləyə xitam verilməsini və nəqliyyat vasitəsinin ikinci əl satış şöbəsinə verilməsini xahiş etmişdir. Cavabdehin xahişi nəzərə alınaraq onunla aralarında bağlanmış K***-A-PCC-** nömrəli, ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin müddətli satışı üzrə müqaviləyə xitam verilmişdir. Cavabdeh 6 (ay) ərzində şirkətə ümumilikdə 6708 (altı min yeddi yüz səkkiz) manat məbləğində pul ödəmişdir. Bundan sonra nəqliyyat vasitəsi yenidən satışa verilmişdir. Nəqliyyat vasitəsinin müəyyən müddət ərzində cavabdeh tərəfindən istismar edilməsi, cavabdehdən alındıqdan sonra bir müddət satıla bilinməməsi və bu müddət ərizində bazarda olan tələb-təklif dəyişiklikləri nəticəsində nəqliyyat vasitəsinin bazar dəyəri xeyli ucuzlaşmışdır. Şirkət qeyd edilən səbəblərdən nəqliyyat vasitəsini bazar dəyərindən xeyli aşağı qiymətə satmağa məcbur olmuşdur. Nəticədə həmin nəqliyyat vasitəsi ##.##.2025-ci il tarixində başqa bir şəxsə 36429 (otuz altı min dörd yüz iyirmi doqquz) manata satılmışdır. Bunun nəticəsində “İdeal Motors” MMC adi mülki dövriyyə şəraitində əldə edəcəyi 10511 (on min beş yüz on bir) manat məbləğdə gəlirdən məhrum olmuşdur. Bundan başqa DİN-nin mərkəzi məlumat xidmətindən əldə etdikləri məlumatlara əsasən onlara məlum olmuşdur ki, cavabdeh həmin nəqliyyat vasitəsini idarə edərkən dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Buna görə də dövlət yol polisi tərəfindən cavabdeh barəsində çoxlu sayda inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Belə ki, inzibati cərimə və həmin cərimələrin vaxtında ödənilmədiyinə görə hesablanmış faizlərlə birlikdə cavabdehin həmin nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmasına görə ümumilikdə 387.8 (üç yüz səksən yeddi manat səksən qəpik) manat məbləğindəcəriməvə faiz borcu yaranmışdır.Cavabdehəcərimələrinvəfaizlərinin ödənilməsi ilə bağlı dəfələrlə şifahi olaraq müraciət olunmuşdur. Lakin cavabdeh qeyd edilən cərimələri və faizlərini ödəməkdən imtina etmişdir. Həmin cərimələr və faizləri “İdeal Motors” MMC-yə JAC JS8 minik markalı, **-YG- ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində sərəncam verməklə bağlı maneələr yaratmışdır. Belə ki, nəqliyyat vasitəsinin üzərində cərimələrin qalması onun digər şəxslərə satılmasını mümkünsüz etdiyi üçün həmin cərimələr və faizləri “İdeal Motors” MMC tərəfindən ödənilmişdir. “İdeal Motors” MMC ##.##.2025-ci il tarixdə şirkətə dəymiş zərərin ödənilməsi ilə bağlı xəbərdarlıq ilə cavabdehə müraciət etmişdir. Lakin xəbərdarlığı aldıqdan sonra da cavabdeh nə xəbərdarlığa münasibət bildirmiş, nə də şirkətə dəymiş zərəri ödəmişdir. Bununla da cavabdeh onların hüquqlarını kobud surətdə pozduğundan onların hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar 19.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 10511 manat əldən çıxmış fayda, 356 manat inzibati cərimə və həmin cərimələrin vaxtında ödənilmədiyinə görə hesablanmış dəbbə, həmçinin 123 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10990 manat məbləğində pulun Cavabdeh tutularaq “İdeal Motors” MMC-yə ödənilməsi qət edilmişdir (hakim Pərvin İmamverdiyeva). 20.Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 421.2, 421.3, 424.5, 443, 443.1, 443.2, 567, 600.1, 600.2, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Qərarına istinad etmişdir. 21.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri 22.Apellyasiya şikayətinin dəlilləri 23.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı “İdeal Motors” MMC-nin iddiasının təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddianı qəbul etmir. Belə ki, “İdeal Motors” MMC ilə bağlanmış K***A-PCC-** nömrəli, ##.##.2024-cü il tarixli nəqliyyat vasitələrinin müddətli satışı üzrə müqaviləyə əsasən ona satılan 0 km yürüşlü JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin buraxılış ilinin 2022-ci il olduğunu nəzərə alanda həmin alış dövrünə görə onun aldadılaraq məbləğin şişirdildiyi aydın görünür. Həmin nəqliyyat vasitəsinin dəyəri 2024-cü il tarixdə 53648 manat olmamışdır. Belə ki, həmin vaxt kampaniya olmuş, mübahisəli avtomobilin dəyəri 39100 manat müəyyən edilmişdir. O, 4 illik nisyə alqı-satqı müqaviləsi bağlamış, sonradan ödəniş etməyə imkanı olmadığından avtomobili təhvil vermişdi. Bu zaman ona əldən çıxmış fayda ilə bağlı məlumat verilməmişdir. Həmçinin, müqavilənin də heç bir bəndində bu göstərilməmişdir. Əksinə, o ziyan etmişdir, 6 ay 1118 manat, həmçinin, 3200 manatdan çox kasko sığorta ödəmişdir. Cərimələrə gəldikdə həmin protokollarla bağlı sms-məlumat ona avtomobili təhvil verdikdən sonra gəlmişdir. O, avtomobili idarə edərkən həmin protokolların qərarları olmamışdır. Sumqayıt şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(060)-6476\**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir. 10511 manat əldən çıxmış fayda, 356 manat inzibati cərimə və həmin cərimələrin vaxtında ödənilmədiyinə görə hesablanmış dəbbə, həmçinin 123 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 10990 manat pul Cavabdeh tutularaq İdeal Motors MMC-yə ödənilməsi qət olunmuşdur. O, bununla razı deyil çünki avtomobilin ümumi qiyməti 53648 manatdır. Bunun 40100 manatı avtomobilin əsas qiyməti, 13548 manatı isə faiz borcudur. 6708 azn ödənişi o cavabdehə ödəmişdir. Avtomobilin 2-ci əl satışından isə 36429 manat gəlir əldə olunub. Cavabdeh 2-ci əl satışda 36429 manatdan əsas qiymət ilə yanaşı faiz gəliri də əldə edir. Eyni zamandan 1 predmet üzrə iki vətəndaşdan faiz borcu tutulur. Bu isə artıq əldən çıxmış fayda yox, əsassız varlanmadır. 40100(əsas borc)- 6708(ğdəniş etdiyi borc)-3200( kasko)-36428 (2-ci əl satış qiyməti). Bu hesablama qaydasında “İdeal Motors” MMC-nin ona borcu qalır. Məhkəmə zamanı təqdim etdiyi izahatlara, sübutlara və dediyi hüquqi əsaslara tam baxılmadan qərar verildiyini düşünür. Bu da məhkəmənin işi obyektiv və ədalətli araşdırmadığı yaradır. 25.Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. 27.Məhkəmə icraatı iştirakçılarının izahatları 28.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. 29.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İdeal Motors” MMC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. 30.Tətbiq edilən hüquq 31.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 32.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 34.Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 35.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 36.Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 37.Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 38.Maddə 443. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 39.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 40.Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 41.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 42.Maddə 567. Alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 43.Maddə 600.1. Alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. 44.Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 45.Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi: 46.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 48.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 49.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 50.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 51.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 52.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 53.Apellyasiya baxışının hədləri 54.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 55.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 56.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. iddiaçı isə qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirməmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlanılmasını vacib hesab edir. 57.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 58.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, 5874 manat əldən çıxmış fayda, 356 manat inzibati cərimə və həmin cərimələrin vaxtında ödənilmədiyinə görə hesablanmış dəbbə, həmçinin 123 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6353 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “İdeal Motors” MMC-yə ödənilməlidir. 59.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə qismən razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə üzrə alıcıya (hazırkı halda cavabdeh) 0 km yürüşlü, 2022-ci il buraxılışlı, JAC JS8 minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satıcı (hazırkı halda iddiaçı) tərəfindən saz vəziyyətdə təhvil verilmişdir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dəyərinin əlavədə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsi kimi nəzərdə tutulmuşdur. Lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmiş, ödəniş qabiliyyəti olmaması əsası ilə avtomobili 17589 km yürüşlə, ##.##.2025-ci il tarixdə iddiaçıya qaytarmışdır. İddiaçı avtomobili ikinci əl satışa çıxarmış, avtomobil yalnız ##.##.2025-ci il tarixdə 36429 manata satılmışdır. Avtomobil qaytarılarkənüzərində cavabdeh tərəfindəntörədilmiş, lakin ödənilməmiş inzibati xəta üzrə cərimələr olduğundan həmin cərimələr də ikinci əl satış zamanı iddiaçı tərəfindən ödənilmişdir. 60.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əldən çıxmış faydanı cavabdehdən tutulması nəticəsinə düzgün gəlsə də, tutulan pul vəsaitinin məbləğini düzgün müəyyən etməmişdir. 61.Belə ki, birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, MEB-***-**** saylı hesabatına əsasən 2022-ci il buraxılışlı, 0 km yürüşlü, JAC JS8 S5541 minik markalı nəqliyyat vasitəsinin ##.##.2024-cü il tarixə (satış gününə) real bazar dəyəri 41940 manat, 2022-ci il buraxılışlı, 17589 km yürüşlü, JAC JS8 S5541 minik markalı nəqliyyat vasitəsi ##.##.2024##.##.2025-ci illər ərzində normal yürüşlə və qəza keçirmədən istismarı (amortizasiya) nəticəsində ##.##.2025-ci il tarixə (qaytarıldığı günə) bazar dəyəri 29358 manat və 2022-ci il buraxılışlı, 17589 km yürüşlü, JAC JS8 S5541 minik markalı nəqliyyat vasitəsi ##.##.2025 ##.##.2025-ci illər ərzində (faktiki istifadə edilmədiyi dövrdə) itirdiyi dəyər (faizlə və məbləğlə ifadə olunmaqla) 5% = 1468 manat, yəni 27890 manat təşkil etmişdir. 62.Qeyd olunan hesabata əsasən kollegiya hesab edir ki, ##.##.2024-cü il tarixə (satış gününə) real bazar dəyəri 41940 manat məbləğindən ##.##.2025-ci il tarixə (qaytarıldığı günə) bazar dəyəri 29358 manat və müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 6708 manat məbləğində pul vəsaiti çıxılmaqla, əldən çıxmış faydanın məbləği cəmi 5874 manat müəyyən olunmalıdır. 63.Bununla da, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin qalan iddianın təmin edilən hissəsi ilə razılaşaraq, belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, 5874 manat əldən çıxmış fayda, 356 manat inzibati cərimə və həmin cərimələrin vaxtında ödənilmədiyinə görə hesablanmış dəbbə, həmçinin 123 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6353 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “İdeal Motors” MMC-yə ödənilməlidir. 64.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 Noyabr 2005-ci il tarixli Qərarının 6.10-cu bəndinə əsasən, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. 65.Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməlidir. 66.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından iddiaçı kassasiya şikayəti verə bilməz. 67.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. 5874 manat əldən çıxmış fayda, 356 manat inzibati cərimə və həmin cərimələrin vaxtında ödənilmədiyinə görə hesablanmış dəbbə, həmçinin 123 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6353 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “İdeal Motors” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən cavabdeh iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən iddiaçı kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-626/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-626/2026
31.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver