Məhkəmə qərarları › İş №e-2(3-8)-707/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-707/2026

23.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-707/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İbrahimova Zülfünaz Nayıb qızı və İbrahimov Əlizamin Əliş oğlunun cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi, həmçinin yazılı üzr istənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçılar İbrahimova Zülfünaz Nayıb qızı və İbrahimov Əlizamin Əliş oğlunun cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi, həmçinin yazılı üzr istənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə cavabdeh Cavabdeh iddiaçılar İbrahimova Zülfünaz Nayıb qızı və İbrahimov Əlizamin Əliş oğluna qarşı istismar edilən fermanın fəaliyyətinin dayandırılması, ətraf mühitə və sakinlərin sağlamlığına mənfi təsir yaradan pozuntular tam aradan qaldırılanadək fermanın fəaliyyətinə qadağa qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün “xxxx” ASC ADM Baş Ofis vasitəsilə ##.##.2026-cı il tarixli, ***** nömrəli, 1988291285 GPP nömrəli mədaxil qəbzindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən Cavabdeh qaytarılması, qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından ##.##.2026-cı il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçılar İbrahimova Zülfünaz Nayıb qızı və İbrahimov Əlizamin Əliş oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh vurulmuş 40000 manat maddi zərərin onların xeyrinə tutulması, cavabdeh tərəfindən onların ailəsinə, şərəf və ləyaqətinə, sağlamlığına vurulmuş 10000 manat məbləğində mənəvi zərərin cavabdeh Cavabdeh tutularaq onlara ödənilməsi, cavabdeh tərəfindən onlar haqqında yayılmış həqiqətə uyğun olmayan və şərəfi ləkələyən çoxsaylı əsassız şikayətlərlə əlaqədar onlardan yazılı şəkildə üzr istənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək, qarşılıqlı iddia üzrə cavabdehlər İbrahimova Zülfünaz Nayıb qızı və İbrahimov Əlizamin Əliş oğlunun ilkin iddiasının rədd edilməsi, cavabdehlər tərəfindən istismar edilən fermanın fəaliyyətinin dayandırılması, ətraf mühitə və sakinlərin sağlamlığına mənfi təsir yaradan pozuntular tam aradan qaldırılanadək onun fəaliyyətinə qadağa qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilərək, qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İbrahimova Zülfünaz Nayıb qızı və İbrahimov Əlizamin Əliş oğlu ona, yəni cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia qaldırmış, o, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı kimi qarşılıqlı iddia üzrə cavabdehlərə qarşı iddia qaldıraraq qonşuluqlarında olan cavabdehlərə məxsus fermanın fəaliyyətinin dayandırılması, ətraf mühitin və sakinlərin sağlamlığına mənfi təsir edən pozuntuların tam aradan qaldırılanadək fəaliyyətinə qadağa qoyulmasını xahiş etmişdir. Məhkəmə müvafiq qərardadla onun qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Hesab edir ki, məhkəmənin qeyd olunan qərardadı qanunsuz və əsassızdır. Qanunun tələbindən göründüyü kimi qonşuluqda yaşayana hər iki qonşu qarşılıqlı hörmətlə yaşamalı və mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Ona görə qanunun tələbinə uyğun olaraq qonşu sahədə olan fermanın onların səhhətinə və mülkiyyət hüquqlarına mənfi təsir etdiyindən o, qeyd olunan fəaliyyətin qadağan edilməsi barədə iddia qaldırmışdır. Hazırda onun iddia ərizəsi məhz qarşılıqlı iddia üzrə cavabdehlərin qeyd olunan qonşu sahədə guya onların ferma fəaliyyətlərinə mane olmasına görə maddi və mənəvi ziyan dəyməsi ilə bağlıdır. Belə ki, hazırda qaldırdığı iddia ərizəsi məhz qarşılıqlı iddia üzrə cavabdehlərin qeyd olunan qonşu sahədə guya onların ferma fəaliyyətlərinə mane olmasına görə maddi və mənəvi ziyan dəyməsi ilə bağlı olduğundan qeyd olunan mülki işlərin bir icraatda baxılması işin daha tez və düzgün baxılması ilə nəticələnəcəyindən məhkəmənin iddianın geri qaytarılması barədə mövqeyi əsassız olmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsini cavabdeh Cavabdeh iddiaçılar İbrahimova Zülfünaz Nayıb qızı və İbrahimov Əlizamin Əliş oğluna qarşı istismar edilən fermanın fəaliyyətinin dayandırılması, ətraf mühitə və sakinlərin sağlamlığına mənfi təsir yaradan pozuntular tam aradan qaldırılanadək fermanın fəaliyyətinə qadağa qoyulması tələbinə dair qarşılıqlı iddiası hazırkı iddia tələbi ilə qarşılıqlı əlaqəli olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası MPM-nin 156.1-ci maddəsinin tələbləri baxımından aşağı instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab edir ki, cavabdeh Cavabdeh iddiaçılar İbrahimova Zülfünaz Nayıb qızı və İbrahimov Əlizamin Əliş oğluna qarşı istismar edilən fermanın fəaliyyətinin dayandırılması, ətraf mühitə və sakinlərin sağlamlığına mənfi təsir yaradan pozuntular tam aradan qaldırılanadək fermanın fəaliyyətinə qadağa qoyulması tələbinə dair qarşılıqlı iddiası hazırkı iddia tələbi ilə qarşılıqlı bağlılığı mövcud deyil. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəməsi haqlı olaraq cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsinin ona geri qaytarılması qəanətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1, 263, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli və onunla bağlı ## ### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar