Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-712/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: naturada bölgu, hərracda satılma və s.) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X6 və X7 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçı İddiaçı, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı "mənzilin naturada bölünməsi və s. tələbi"nə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5 və cavabdeh4 qarşı "mənzilin naturada bölünməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ** saylı mənzil iddiaçı İddiaçı qayınatasına məxsus olub. Daha sonra, AR Apellyasiya Məhkəməsinin 1 mk-****/**** saylı, ## ####### 2001-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən ** saylı ümumi sahəsi 37,4 kv.metr olan 3 otaqlı mənzil bölünərək, sahəsi 12,2 kv.metr olan 1 otağı istifadəsinə verilmiş və onunla həmin otağa ayrıca kirayə müqaviləsinin bağlanılması Sumqayıt Icra Hakimiyyətinə tapşırılmışdır. Iddiaçının həmin mənzilə dair mülkiyyət hüququ 12,2 kv metr olan hissədə müəyyən olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi **************** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli Çıxarışa əsasən, geridə qalan 26.0 kv.metr olan yaşayış otağı sahəsi açıq qalmışdır. AR Daxili Işlər Nazirliyi tərəfindən verilən ******* saylı Forma 2 arayışına əsasən, ##.##.2003-cü il tarixdən etibarən ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. AR Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər * saylı Notariat Ofisinin ## ##### 2024-cü il tarixli, *** saylı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 Saylı Sumqayıt Ərazi Idarəsinə ünvanladığı cavab məktubuna əsasən, mərhum X1 məxsus olan ünvan 2 ünvanında yerləşən ** saylı mənzilə dair çıxarış (arayış)ın təqdim edilməli olduğu bildirilmişdir. Iddiaçıya məxsus olan 12,2 kv metr olan hissəni satmaq üçün AR Mülki Qanunvericiliyinin tələblərinə əsasən, ilkin olaraq digər payçılara yazılı ərizə ilə müraciət edərək öz payının satışını ilkin olaraq onlara təklif etmiş və eyni zamanda da qanunvericilikdə qeyd edilmiş müddəti gözlədikdən sora onlardan hər hansı cavab ala bilmədikdən sonra məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən ** saylı mənzildən İddiaçı payının naturada bölünməsi və açıq hərrac yolu ilə satılmasına barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan iddiaçı İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh1, cavabdeh2 və cavabdeh3 əlavə cavabdehlər qismində işə cəlb edilməsini xahiş etmişdir.
4. Iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
Iş üzrə sübutlar:
5. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II № ****** saylı, ##.##.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 ##.##.1990-cı il tarixdə xərçəng zəhərlənməsi nəticəsində ölmüşdür.
6. “Qanun üzrə vərəsəlik hüququ haqqında” ##.##.1992-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, ##.##.1990-cı il tarixdə ölmüş X1 məxsus əmlakın vərəsələrin ünvan 1-də yaşayan oğlu X5, cavabdeh2, cavabdeh4, cavabdeh3 həmin ünvandan bərabər hissələrdə irs almalıdırlar. Miras əmlak- Sumqayıt şəhər DIŞ-nin nəzdində RIQB-nin verdiyi ## ##### 1989-cu il tarixli texniki pasportuna əsasən VAZ-21053 markalı, 1987-ci il buraxılışlı, ******* №-li mühərrikli, ******* №-li ban, safari rəngli, B 06-56 AQ dövlət nömrə nişanlı minik avtomobilindən ibarətdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin *mk-****/**** saylı, ## ####### 2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2001-ci il tarixli qətnaməsi ləğv edilərək, X8 mənzilin bölgüsünə dair iddiası təmin edilərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev **/** saylı ümumi sahəsi 37,4 kv.metr olan üç otaqlı mənzilin bölünərək, onun sahəsi 12.2 kv.metr olan bir otağının X8 istifadəsinə verilməsi və onunla həmin otağa ayrıca kirayə müqaviləsinin bağlanılmasının Sumqayıt şəhər Icra Hakimiyyətinə tapşırılması qət edilmişdir.
8. Sumqayıt şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinin ** saylı Mənzil-Kommunal Sahəsinin ##.##.2021-ci il tarixli * nömrəli forma arayışının surətindən görünür ki, İddiaçı oğlu X2 ilə ünvan 1 ünvanında ##.##.1992-ci il tarixdən daimi qeydiyyatdadır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1-ə dair 12.2 kv.m olan bir yaşayış otağı İddiaçı, 26.0 kv.m olan iki yaşayış otağı açıq pay kimi xüsusi mülkiyyət hüququ əsasında ##.##.2021-ci il tarixdə 1421012942 nömrə ilə qeydə alınmışdır.
10. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı ##.##.2003-cü ildən etibarən cavabdeh5, cavabdeh4 və X3 ilə birlikdə Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 29, mənzil 48-də qeydiyyatdadırlar.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin planda yerləşməsini, yəni 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşməsini, yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin naturada ayrılmasının “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olundu. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
12. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli AS **-***/** saylı mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 29 ünvanında yerləşən ** saylı mənzilin bazar dəyəri ## ######## 2025-ci il tarixinə 104140 (bir yüz dörd min yüz qırx) manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
13. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı "mənzilin naturada bölünməsi və s. tələbi"nə dair iddia ərizəsinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manatın İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501 X16, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 178.1, 219.1, 219.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 223.2, 223.4, 1151, 1165.1, 1262, 1273-1, 1317.1, 1317.2 və 1318-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4, 217.3, 119.1, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayəti və onun dəlilləri
15. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,4 kv.m olan üç otaqlı yaşayış mənzili əvvəllər mərhum qayınatası X1 məxsus olmuşdur. Mərhum ##.##.1990-cı il tarixdə vəfat etmişdir ki, bu barədə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II № ****** saylı “Ölüm haqqında şəhadətnamə” iş materiallarında saxlanılır. Mərhumun ölümündən sonra qanun üzrə vərəsəlik hüququ ##.##.1992-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə onun uşaqlarına – cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 bərabər paylarla keçmişdir. Həmin şəhadətnamə iş materiallarında mövcuddur və cavabdehlər tərəfindən heç vaxt mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin ##.##.2001-ci il tarixli, 1 mk-****/**** saylı qətnaməsi ilə həmin mənzil naturada bölünərək, sahəsi 12,2 kv.m olan bir otaq onun istifadəsinə verilmiş və həmin otağa ayrıca kirayə müqaviləsinin bağlanılması Sumqayıt şəhər Icra Hakimiyyətinə tapşırılmışdır. Bu qətnamə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ##.##.2021-ci il tarixli, **************** qeydiyyat nömrəli Çıxarışına əsasən ona 12,2 kv.m sahədə mülkiyyət hüququ rəsmiləşdirilmiş, geridə qalan 26,0 kv.m sahə isə açıq pay kimi qalmışdır. Beləliklə, mənzil paylı mülkiyyət obyektinə çevrilmişdir. O, ##.##.1992-ci il tarixdən etibarən həmin mənzildə daimi qeydiyyatdadır (Sumqayıt şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinin ##.##.2021-ci il tarixli * nömrəli forma arayışı). Cavabdehlərdən cavabdeh5 və cavabdeh4 da 2003-cü ildən etibarən onunla birlikdə həmin ünvanda qeydiyyatdadırlar (AR Daxili Işlər Nazirliyinin ******* saylı arayışı). Bu faktlar cavabdehlərin mirası faktiki qəbul etdiyini, uzun illər ərzində mənzildən istifadə etdiyini və ümumi paylı mülkiyyətin subyektləri olduqlarını açıq-aydın sübut edir. AR Mülki Məcəlləsinin 1151, 1262- 1263, 1317-1318-ci maddələrinə əsasən miras açıldığı andan (##.##.1990-cı il) cavabdehlər paylı mülkiyyətin iştirakçıları hesab olunurlar. Mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı (Mülki Məcəllənin 178.1-ci maddəsi) yalnız sərəncam hüququnu doğurur, lakin paylı mülkiyyətin subyektiv tərkibini və onun kimi digər payçının bölünmə tələb etmək hüququnu heç cür inkar etmir. O, 12,2 kv.m sahədəki payını satmaq məqsədilə AR Mülki Məcəlləsinin tələblərinə tam uyğun olaraq digər payçılara (cavabdehlərə) yazılı ərizə ilə müraciət etmiş, satış təklifini onlara ilkin olaraq vermiş və qanunda nəzərdə tutulmuş 30 günlük müddəti gözləmişdir. Cavabdehlərdən heç bir cavab alınmadığından məcburən məhkəməyə müraciət etmişdir. Iddia ərizəsində mənzilin naturada bölünməsini, əgər bu mümkün deyilsə, açıq hərrac yolu ilə satılmasını və satışdan əldə olunan məbləğin paylara mütənasib bölüşdürülməsini tələb etmişdir. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyi ilə mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı (yalnız bir giriş-çıxış qapısı, bir mətbəx, bir hamam və bir tualet olması səbəbindən “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərinə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə zidd olması) qəti şəkildə müəyyən edilmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli AS **-***/** saylı mütəxəssis rəyi ilə isə mənzilin bazar dəyəri 104140 (yüz dörd min yüz qırx) manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən bütün faktiki hallarını – onun 12,2 kv.m sahədə mülkiyyət hüququ, mərhumun vəfatı, vərəsələrin dairəsi, cavabdehlərin faktiki mirası qəbul etməsi, ekspert rəyləri və mənzilin naturada bölünməsinin mümkün olmaması – düzgün müəyyən etmişdir. Lakin məhkəmə bu hallardan düzgün hüquqi nəticə çıxarmamış, əksinə, cavabdehlərin mənzilin 26,0 kv.m hissəsinə mülkiyyət hüquqlarının olmadığını və yalnız notariat orqanına müraciət edərək miras paylarının təsdiqini almalı olduqlarını göstərərək səhv nəticəyə gəlmişdir. Bu arqument qanuna ziddir, çünki cavabdehlər qanun üzrə vərəsədirlər, mirası faktiki qəbul etmişlər (bəziləri mənzildə qeydiyyatdadır, uzun illər istifadə edirlər), AR Mülki Məcəlləsinin 1151, 1165, 1262-1263, 1317-1318-ci maddələrinə əsasən miras açıldığı andan onlar ümumi paylı mülkiyyətin iştirakçılarıdır. Mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı (Mülki Məcəllənin 178.1-ci maddəsi) yalnız sərəncam hüququnu doğurur, lakin paylı mülkiyyətin subyektiv tərkibini və onun kimi digər payçının bölünmə tələb etmək hüququnu heç cür inkar etmir. Məhkəmə eyni zamanda iddiaçı ilə cavabdehlər arasında paylı mülkiyyət münasibətlərinin mövcud olduğunu və AR Mülki Məcəlləsinin 220.2-220.6-cı maddələrinə əsasən payın naturada ayrılmasının mümkün olmadığı halda mənzilin açıq hərrac yolu ilə satılmasının zəruriliyini nəzərə almamışdır. Məhkəmə tərəfindən araşdırılmayan, lakin mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan digər faktiki hallar isə aşağıdakılardır: onun ##.##.1992-ci il tarixdən etibarən mənzildə daimi qeydiyyatda olması, cavabdehlərin uzun illər ərzində mənzildən istifadə etmələri və mirası qəbul etmələri, habelə payının satışına dair ilkin yazılı təklifə heç bir cavab verməmələri və yalnız məhkəmə iclaslarında vaxt istəməklə məhdudlaşmaları. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını natamam və qərəzli qiymətləndirmiş, AR Mülki Məcəlləsinin paylı mülkiyyətin bölünməsinə dair normalarını (220-ci maddə) və vərəsəlik hüququna dair müddəaları səhv tətbiq etmişdir. Bu səbəbdən qətnamə ləğv edilməli və iddia tam təmin edilməlidir. Mülki Məcəllənin 1151-ci, 1262-ci, 1263-cü, 1273-1-ci və 1317– 1318-ci maddələri (vərəsəlik hüququna dair müddəalar). Bu normalar mirasın faktiki qəbulunu, mirasdan imtina edilməməsini və mirasın qorunmasını tənzimləyir. Məhkəmə bu normaları pozmuşdur: ölüm haqqında şəhadətnamə, vərəsəlik şəhadətnaməsi, cavabdehlərin qeydiyyatı və 36 illik istifadə faktı mirasın faktiki qəbulunu sübut edir. Məhkəmə isə “rəsmiləşdirilməyib” deyərək notariat müraciətini tələb etmişdir. Bu, normaların mahiyyətini – faktiki mirasın qəbulu olması – inkar etməkdir və cavabdehləri süni şəkildə “mülkiyyətçi deyil” statusuna salır. Yuxarıda göstərilən hər bir maddi hüquq normasıməhkəmə tərəfindən ya pozulmuş, ya da səhv tətbiq edilmişdir. Bu pozuntular qətnamənin əsaslandırıcı hissəsində (37–39-cu bəndlər) birbaşa əks olunmuşdur və iddianın rədd edilməsinə səbəb olmuşdur. Əgər bu normalar düzgün tətbiq edilsəydi, məhkəmə paylı mülkiyyətin mövcudluğunu, onun payının ayrılması hüququnu və naturada bölünmə mümkün olmadığı halda açıq hərrac zərurətini qəbul etməli idi. Bu səbəbdən qətnamə ləğv edilməli və iddia tam təmin edilməlidir. O, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin 37–39-cu bəndlərində Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddi hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Bu pozuntular qətnamənin əsas nəticəsini – iddianın rədd edilməsini – birbaşa doğurmuşdur. Məhkəmə ##.##.2021-ci il tarixli Çıxarışa əsaslanaraq “açıq pay”ın reyestrdə qeydə alınmamasını cavabdehlərin mülkiyyət hüququnun olmaması kimi qiymətləndirmişdir. Halbuki miras qanun üzrə vərəsələrə (1992-ci il vərəsəlik şəhadətnaməsi) keçmişdir və cavabdehlər onu faktiki qəbul etmişlər. Məhkəmə reyestr qeydiyyatının yalnız sərəncam hüququnu doğurduğunu, lakin miras yolu ilə mülkiyyət keçidini inkar etmədiyini nəzərə almamışdır. Bu, normanın birbaşa pozulmasıdır. Bu normalar məhkəmənin yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı olduğunu, lakin onları hərtərəfli və obyektiv qiymətləndirməli olduğunu tələb edir. Məhkəmə normanı pozmuşdur: qətnamənin 40–41-ci bəndlərində bu qaydalara istinad etsə də, iş materiallarında olan bütün sübutları (ekspert rəyləri, qeydiyyat arayışları, vərəsəlik sənədləri) natamam və qərəzli şəkildə qiymətləndirmiş, onların onun payının ayrılması hüququna yaratdığı nəticələri nəzərə almamışdır. Yuxarıda göstərilən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiqi məhkəmənin qətnaməsini qanunazidd etmiş, işin həqiqi hallarının və tərəflərin qarşılıqlı münasibətlərinin düzgün qiymətləndirilməsini mümkünsüz etmişdir. Bu pozuntular olmadan məhkəmə paylı mülkiyyətin mövcudluğunu, naturada bölünmənin mümkün olmadığını və açıq hərracın zəruriliyini qəbul etməli idi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
20. Iş üzrə cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər; Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir; Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır.
25. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh5 və cavabdeh4 qarşı "mənzilin naturada bölünməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı daşınmaz əmlak üzrə mülkiyyət hüquqları əldə etməyən şəxslərə qarşı iddia tələbi irəli sürməklə qanunvericiliyin münasibətlərin tənzimlənməsinə yönəlik əsas amilini – cavabdehlərin mülkiyyət hüquqlarının olmadığını və paylı mülkiyyətin subyektiv tərkibi olaraq bu hüquqlara malik olmadıqlarını, habelə vərəsəlik münasibətləri üzrə qanunvericiliyin müəyyən etdiyi hüquq və vəzifələrin tam həyata keçirilmədiyini nəzərdən qaçırmışdır.
28. Məhkəmə qeyd etmişdir ki, açıq qalmış hissəyə münasibətdə vərəsəlik hüquqlarından irəli gələn bütün hüquq və vəzifələri həyata keçirilmədiyindən, tərəflərə açıq qalan 26.0 kv.m olan iki yaşayış otağı hissəsinə miras payı üzrə hüquqlarının təsdiqi üçün müvafiq olaraq notariat orqanına müraciət etmək hüquqları izah edilməlidir. Cavabdehlərin faktiki mirası qəbul etməkləri bunun rəsmiləşdirilməsi üçün əsas olan dəlildir və hazırkı tələb çərçivəsində müzakirə predmeti ola bilməz. Iddianın faktiki halları üzrə sübutlar və hüquqi əsaslar təsdiq edilmədiyindən, açıq qalan miras payın mülkiyyət payı kimi də nəzərdən keçirilməsi istisna edilir.
29. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.
31. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair gəldiyi nəticəni iş üzrə cavabdehlərin paylı mülkiyyətin mülkiyyətçiləri olmaması, miras əmlakla bağlı hüquq və vəzifələrin tam daşıyıcıları olmamaları ilə əsaslandırmışdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qiymətləndirməsini qanuni və əsaslı hesab etmir.
33. Belə ki, ilk növbədə kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisə predmeti olan mənzil üç otaqlı olmaqla, 12,2 kv.m olan bir yaşayış otağına iddiaçının mülkiyyət hüququ tanınmış, 26,0 kv. m olan iki yaşayış otağı açıq pay olaraq qeyd edilmişdir.
34. Həmçinin iş materiallarından görünür ki, həmin mənzil Sumqayıt şəhər Xalq deputatları soveti tərəfindən verilmiş ## #### 1987-ci il tarixli order əsasında X4 ayrılmışdır. X4 ##.##.1990-ci ildə vəfat etmişdir. Sonuncunun ölümündən sonra mənzilin 12,2 kv.m olan bir yaşayış otağına iddiaçının mülkiyyət hüququ tanınsa da, 26,0 kv. m olan iki yaşayış otağı üzrə mülkiyyət hüquqları qeydə alınmaqla açıq pay olaraq saxlanılmışdır.
35. Birinci instansiya məhkəməsi 26,0 kv. m olan iki yaşayış otağının açıq payın miras kütləsi kimi cavabdehlər tərəfindən qəbul edilməməsini, həmin sahənin mülkiyyətçiləri olmadığını göstərmişdir.
36. Halbuki iş materiallarından görünür ki, iş üzrə cavabdehlər məruhm X4 birinci növbə vərəsələri olmaqla, miras qalan VAZ-21053 markalı avtomaşına dair vərəsəlik şəhadətnaməsi almışlar.
37. “Qanun üzrə vərəsəlik hüququ haqqında” ##.##.1992-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, ##.##.1990-cı il tarixdə ölmüş X1 məxsus əmlakın vərəsələrin ünvan 1-də yaşayan oğlu X5, cavabdeh2, cavabdeh4, cavabdeh3 həmin ünvandan bərabər hissələrdə irs almalıdırlar. Miras əmlak- Sumqayıt şəhər DIŞ-nin nəzdində RIQB-nin verdiyi ## ##### 1989-cu il tarixli texniki pasportuna əsasən VAZ-21053 markalı, 1987-ci il buraxılışlı, ******* №-li mühərrikli, ******* №-li ban, safari rəngli, B 06-56 AQ dövlət nömrə nişanlı minik avtomobilindən ibarətdir.
38. Göründüyü kimi X5, cavabdeh2, cavabdeh4, cavabdeh3 miras əmlakı qəbul etmişlər.
39. Qanunvericiliyin tələbinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.).
40. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında qeyd edilmiş mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.
41. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.
42. Bu şərh olunanlara əsasın məhkəmə kollegyiası hesab edir ki, mirasın cavabdehdər tərəfindən bir hissədə qəbul edilməsi, həmçinin faktiki sahiblik edilməsi, həmin pay hazırki halda açıq saxlanılsa da, həmin vərəsələri tərəfindən mirasın qəbul edilməsi kimi qiymətləndirməyə və hazırki mübahisə üzrə cavab verməli olan şəxs kimi qəbul edilmələrinə əsas verir.
43. Kollegiya həmçinin vurğulamağı zəruri hesab edir ki, mübahisə predmeti olan mənzildəki payın bir hissəsinin açıq saxlanılmaqla, vərəsələr tərəfindən 20 ildən artıq bir müddətdə rəsmiləşdirilməməsi iddiaçının həmin əmlak üzərində mülkiyyət hüquqlarını tam həcmdə həyata keçirməsinə maneə olmaqla, uzun müddətdə iddiaçının hüquqlarını həyata keçirməsinə məhrumiyyətlər yaratmışdır.
44. Məhkəmə kollegiyası işin faktiki hallarına istinadən hesab edir ki, hazırki halda iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab vermir, tərəflər arasında mütənasiblik prinsipi pozulur.
45. Kollegiya vurğulayır ki, hazırkı iddia tələbi ilə paylı mülkiyyətdə olan əmlakdakı payın bölünməsi tələb edildiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü və əşyanın məhkəmə qərarı ilə hərracdan satılması həyata keçirilə bilər.
46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı haqlı olaraq, mənzilin açıq hərracda satılmasını və əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsini tələb etmişdir.
47. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il # ##### tarixli qərarında qeyd olunmuşdur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi.
48. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər.
49. Göründüyü kimi birincin instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı istiqamətində araşdırma aparılmış, mübahisəli əmlakın naturada bölgünün aşkar surətdə mümkünsüzlüyü müəyyən edilmişdir.
50. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il # ##### tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.
51. Qeyd olunduğu kimi payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür.
52. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf payın ayrılması mümkün olmadığı təqdirdə əvəzində paya mütənasib pul kompensasiyasının ödənilməsinə etiraz etmədiyini bildirmişdir.
53. Birinci instansiya məhkəməsindəki araşdırma zamanı məhkəmə iclasında işirak etmiş cavabdeh tərəfindən kompensasiya ödəmək istəyi ilə bağlı heç bir fikir bildirilməmiş, əmlakın hərrasra satılmasına etitaz etmişdir.
54. Qeyd olunan Plenum qərarında göstərilmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir.
55. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli AS **-***/** saylı mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 29 ünvanında yerləşən ** saylı mənzilin bazar dəyəri ## ######## 2025-ci il tarixinə 104140 (bir yüz dörd min yüz qırx) manat təşkil edir.
56. Məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2024-cü il tarixli Qərardadında irəli sürülmüş mövqeyə istinadən hesab edir ki, ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin ilkin satış qiyməti (real bazar dəyəri) 104.140 (bir yüz dörd min bir yüz qırx) manat müəyyən edilməklə, qapalı hərracda satılmalı, mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılmalıdır.
57. Beləliklə, məhkəmə kollegiyası sadalananları ümumiləşdirərək bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır.
58. MPM-nin 119-cu maddəsinə əsasən ekspertiza tədqiqatının əvəzi olaraq 100 manat iddiaçıdan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501 X16, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 hesabına köçürülməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv olunsun. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin olunsun. ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin ilkin satış qiyməti (real bazar dəyəri) 104.140 (bir yüz dörd min bir yüz qırx) manat müəyyən edilməklə, qapalı hərracda satılsın. Mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılsın. Satışdan əldə edilən pul vəsaiti mülkiyyətçilər arasında paylarına uyğun bölünsün. Ekspertiza tədqiqatının əvəzi olaraq 100 (bir yüz) manat iddiaçı İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501 X16, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.