Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-713/2026 22.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhər * saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin mübahisələndirilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Talıbova-X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə göndərilmiş ##.##.2025-ci il tarixli ərizədən görünür ki, kredit üzrə hesablanmış gecikmə faizlərinin və cərimə məbləğlərinin dayandırılması ilə bağlı imkanların dəyərləndirilməsi, borcla bağlı məsələnin məhkəmə müstəvisinə keçirilməsinin sürətləndirilməsi, bu yolla hüquqi qaydada öhdəliyinin dəqiqləşdirilməsi və ödənişlərin qanuni əsaslarla həyata keçirilməsi üçün şəraitin yaranmasını xahiş etmişdir.
2. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, “xxxx” ASC tərəfindən cari şərtlərə uyğun olaraq müvafiq kredit öhdəlikləri üzrə qeyd etdiyi formada güzəştlərin edilməsi məqsədəuyğun hesab edilmir.
3. İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq olunmuşdur.
4. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin ##.##.2025-ci il tarixli bildirişindən görünür ki, ##.##.2025-ci il tarixli qərarla icraata başladığı Cavabdeh 8İ-**** nömrəli, ##.##.2025ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, bu müddətdə tələbi üzrsüz səbəbdən icra etməsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulacağı barədə xəbərdarlıq edilmişdir.
5. ##.##.2025-ci il tarixli, 8İ-**** reyestr nömrəli icra qeydindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin xeyrinə İddiaçı BPM************ nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 17061,58 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17086,58 manat pul tutulmalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8İ-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” ASC arasında ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən 15000 manat məbləğində Tam kart ödəniş kartı (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı) rəsmiləşdirilmişdir. Həmin tarixdən etibarən müqavilə üzrə ona təqdim edilən məbləğdən istifadə etməyə başlamışdır. Lakin ## ###### 2025-ci il tarixindən bəri işsiz qaldığı və maliyyə stabilliyini itirdiyi üçün qeyd edilən müqavilə üzrə yaranmış öhdəliklərini yerinə yetirə bilməmişdir. Bu səbəbdən ## #### 2025-ci il tarixində “xxxx” ASC-yə məktub ünvanlayaraq yuxarıdakı səbəblərə və digər öhdəliklərinin olmasına görə kredit üzrə hesablanmış gecikmə faizlərinin və cərimə məbləğlərinin dayandırılması ilə bağlı imkanların dəyərləndirilməsi və borcla bağlı məsələnin məhkəmə müstəvisinə keçirilməsinin sürətləndirilməsi, bu yolla hüquqi qaydada öhdəliyinin dəqiqləşdirilməsi və ödənişlərin qanuni əsaslarla həyata keçirilməsi üçün şəraitin yaranması üçün müraciət etmişdir. Bununla belə “xxxx” ASC tərəfindən ona verilmiş ## #### 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə bank tərəfindən problemli kreditləri tənzimləyən prosedurlara uyğun olaraq tədbirlər görüləcəkdir. “xxxx” ASC tərəfindən cari şərtlərə uyğun olaraq müvafiq kredit öhdəlikləri üzrə qeyd etdiyi formada güzəştlərin edilməsi məqsədəuyğun hesab edilmir”. Göründüyü kimi “xxxx” ASC tərəfindən müraciətinə məhdud çərçivədə heç bir köməklik göstərilməmişdir. Bununla belə yaxın tarixlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən ona ##.##.2025-ci il tarixli icra bildirişi təqdim edilmiş, Cavabdeh 8İ-**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surətinin göndərildiyi qeyd edilmişdir. Halbuki məktubda qeyd edilən notariat kontoruna icra qeydi və digər hər hansısa sənəd ona təqdim edilməmiş, heç bir xəbərdarlıq edilmədən, dərhal barəsində icra qərarı verilmiş və bütün bunlar ona yalnız ##.##.2025ci il tarixində təqdim olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
8. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş edən iddiaçı öz tələbinin əsası kimi bank tərəfindən ona kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı müraciətinə güzəşt edilməyəcəyi, eyni zamanda icra qeydinin veriləcəyindən xəbərdar olmadığını qeyd etmişdir. İcra qeydinin aparılması üçün notariat orqanına müddəti keçirilmiş borcun məbləği göstərilməklə, alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə maliyyə arayışı və tərəflər arasında bağlanmış kredit müqaviləsi təqdim olunmuşdur. ****** nömrəli ## ####### 2025-ci il tarixli qaimənin surətindən görünür ki, tələbkar tərəfindən borcluya bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizədə bildiriş barədə məlumatlar öz əksini tapmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq icra qeydinin verilməsi prosedurunu davam etdirmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında da icra qeydinin aparılacağı barədə bildirişi aldığını bildirmişdir. İddiaçı eyni zamanda iddia tələbinin əsası kimi işsiz olduğu üçün kredit üzrə hesablanmış faiz və cərimə məbləğlərinin dayandırılması ilə bağlı banka müraciət etdiyini, lakin bank tərəfindən qeyd olunan hal nəzərə alınmayaraq 6-7 ay müddət keçdikdən sonra notariat ofisinə icra qeydinin aparılması üçün müraciət edildiyinə istinad etmişdir. Məhkəmə qeyd edib ki, bank tərəfindən iddiaçının işsiz olduğuna görə ödənişlərin dayandırılması ilə bağlı güzəştin tətbiq edilməməsi notariat orqanı tərəfindən aparılmış icra qeydinin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 448.1, 448.2, 739.1, 739.2-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin əsas tələbinə görə tərəflər mülki hüquq münasibətlərində vicdanlı hərəkət etməlidirlər. İddiaçı işsiz qaldığı üçün ödəniş qabiliyyətini itirdiyini gizlətməmiş, əksinə bu barədə dərhal banka rəsmi məlumat vermiş və borcun məhkəmə müstəvisində dəqiqləşdirilməsini təklif etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC isə məhkəmə nəzarətindən, xüsusən də cərimə faizlərinin məhkəmə tərəfindən azaldılması ehtimalından yayınmaq məqsədilə qəsdən və birtərəfli qaydada icra qeydi institutundan sui-istifadə etmişdir. Birinci instansiya məhkəməsi tələbkarın bu qeyrivicdanlı davranışını maddi hüquq normaları prizmasından qiymətləndirməmişdir. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin imperativ tələbinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparıla bilər. İddiaçı tərəfindən hələ ## #### 2025-ci il tarixində banka göndərilmiş ərizədə borc məbləğinə, faizlərə və cərimələrə etiraz edilmiş məsələnin məhkəmədə araşdırılması tələb olunmuşdur. Borclunun hüquqi etirazı borcun mübahisəsizlik xarakterini tamamilə aradan qaldırır. Lakin cavabdeh notarius və birinci instansiya məhkəməsi borcun artıq mübahisələndirildiyi faktına hüquqi qiymət verməyərək bu maddi hüquq normasını kobud şəkildə pozmuşdur. Təlimatın 162-ci hissəsinə əsasən icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. İddiaçı hələ ## #### 2025-ci il tarixində banka ərizə ilə müraciət edərək hesablanmış cərimə və faizlərlə razılaşmadığını, məsələnin yalnız məhkəmə qaydasında həll edilməsini tələb etmişdir. Notarius icra qeydi apararkən borcun mübahisəsizliyini yoxlamaq vəzifəsini icra etməmiş, birinci instansiya məhkəməsi isə birbaşa maddi hüquq pozuntusuna hüquqi qiymət verməyərək notariusun qanunsuz hərəkətinə bəraət qazandırmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, hərtərəfli və tam baxmalı idi. Lakin məhkəmə yalnız üçüncü şəxsin (bankın) təqdim etdiyi sənədlərə üstünlük vermiş, iddiaçının ## #### 2025-ci il tarixli etiraz ərizəsini və borcun miqdarı ilə razılaşmadığını sübut edən sənədləri sübut kimi lazımi qaydada qiymətləndirməmiş və bununla da tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini pozmuşdur. Məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirməyə borcludur. İş materiallarında həm tələbkar bank tərəfindən birtərəfli tərtib olunmuş ## ###### 2025-ci il tarixli maliyyə arayışı, həm də iddiaçının həmin borc tələbi ilə razılaşmadığını və mübahisələndirdiyini təsdiq edən ## #### 2025-ci il tarixli rəsmi müraciəti mövcud olmuşdur. Məhkəmə heç bir prosessual əsaslandırma aparmadan bankın təqdim etdiyi birtərəfli sənədləri mütləq həqiqət kimi qəbul etmiş, iddiaçının mövqeyini və sübutlarını isə diqqətdən kənarda saxlayaraq prosessual bərabərlik hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən iddiaçının yalnız "güzəşt edilməməsi" barədə narazılığını qeyd etmiş, lakin onun ## #### 2025-ci il tarixli məktubunda borcun strukturu və məbləği (cərimə və gecikmələr) barədə açıq hüquqi mübahisə başlatması faktını qəsdən sükutla qarşılamışdır. İş üçün ən mühüm əhəmiyyət kəsb edən və borcun mübahisəsizliyini inkar edən bu sübuta hüquqi qiymət verilməməsi qətnamənin əsaslılığı prinsipini kobud şəkildə pozur. Məhkəmə qətnaməsində notariusun hərəkətlərinin qanuniliyi araşdırılarkən tələbin mübahisəsiz olub-olmaması faktı tam aydınlaşdırılmamışdır. Qanunvericilik kredit təşkilatlarına sadələşdirilmiş qaydada borcun alınması hüququnu yalnız o halda verir ki, borc üzrə hər hansı mübahisə mövcud olmasın. İddiaçının aylar öncə bankın rəhbərliyinə rəsmi müraciət edərək borcun strukturuna (cərimə və gecikmə faizlərinə) mütləq etiraz etməsi və işin məhkəməyə verilməsini tələb etməsi faktı işin ən mühüm halı olsa da, məhkəmə bunu aydınlaşdırmadan və bu ziddiyyətə hüquqi qiymət vermədən səthi yanaşma sərgiləmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o bankdan kredit vəsaiti əldə etmişdir, lakin bir müddət sonra işdən çıxmış ona görə də müqavilə üzrə kredit ödənişlərini icra edə bilməmişdir. Banka bu barədə müraciət etmiş, müvəqqəti olaraq faiz ödənişlərinin dayandırılmasını xahiş etmişdir. Lakin bank tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan 6-7 ay sonra notarius tərəfindən ona bildiriş gəlmiş və icra qeydi veriləcəyi bildirilmişdir. Hesab edir ki, onun banka müraciətindən keçən müddət ərzində ondan faiz borclarının tələb edilməsi əsassızdır. Bu səbəbdən icra qeydinin ləğv edilməsini xahiş edir ki, yenidən borcun məhkəmə qaydasında məbləği müəyyən edilsin. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsMübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Talıbova-X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının özü də təstiq edir ki, bankdan kredit vəsaiti əldə etmişdir. Məlum olduğu kimi müqavilə üzrə ödənişlərdə gecikmələr olduğundan bank icra qeydinin verilməsi üçün notariusa müraciət etmiş və notarius tərəfindən müvafiq icra qeydi verilmişdir. İcra qeydi verilərkən hər hansı pozuntuya yol verilməmişdir. İddiaçının işdən azad edilməsi onun banka olan ödənişlərinin dayandırılması üçün əsas ola bilməz. İddiaçının müraciətindən sonra hesablanan borc isə yalnız faiz borcudur, ona cərimə borcu hesablanmayıb. Göstərilənlərə əsasən bankın nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
16. İş üzrə cavabdeh Sumqayıt şəhər * saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, notariat ofisi məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Madddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Madddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Madddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
18. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi sayılır.
19. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” Bənd 161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı . Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması... 2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin oluması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Tələb notariusun icra qeydinin ləğv edilməsi barədədir. İşin faktiki halları bu qərarın 1-5-ci paraqraflarında əksini tapmışdır.
27. İddia tələbinin düzgün həlli üçün işin halları “Notariat haqqında” Qanunun 76cı maddəsi, habelə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci bəndinin müddəaları əsasında təhlil olunmalıdır.
28. “Notariat haqqında” Qanunun 76-cı maddəsindən göründüyü kimi icra qeydinin verilməsi üçün iki şərt eyni zamanda mövcud olmalıdır: 1. Borcun mübahisəsiz olduğunun təsdiq edilməsi; 2. Qeydi aparılan tələb üçün qanunla müəyyən edilmiş müddətin keçməməsi.
29. Bu normanın təhlili onu deməyə əsas verir ki, borcun mübahisəsiz olmasının müəyyən olunmasında həlledici hal, tərəflər arasında bağlanmış müqavilənin mübahisələndirilməməsi və həmin müqavilənin tərəflərin iradə ifadəsinə uyğun rəsmiləşdirilməsidir.
30. Baxılan iş üzrə iddiaçı müqavilənin mübahisəsiz olmadığını bildirmişdir. İşin halları baxımından da iddiaçının bu dəlili aşıq-aşkar aydındır.
31. Belə ki, araşdırılan işin məhkəmə tərəfindən müəyyən edilən halına görə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 35 ay müddətinə 15000 manat kredit verilmişdir.
32. Müqavilə bağlanan zaman tərəflər hüquq və vəzifələri, notariat hərəkətlərinin aparılmasının hüquqi nəticələri barədə xəbərdar edilmiş, şəxsiyyətləri müəyyən edildikdən sonra heç bir təzyiq olmadan müqaviləni imzalamışlar. Borc mübahisəsiz olduğundan, borclunun tələbkar qarşısında məsuliyyəti təsdiq edildiyindən, həmçinin kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildikdən sonra Sumqayıt Şəhər * saylı Notariat Ofisinin notariusu tərəfindən ##.##.2025-ci il tarixli, 8İ-**** reyestr nömrəli icra qeydi aparılmışdır.
33. Notariusun icra qeydini mübahisələndirən iddiaçı iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətini onunla əsaslandırır ki, bağlanmış kredit müaviləsinə əsasən o əldə etdiyi kredit vəsaiti üzrə ödənişləri lazımı qaydada icra edə bilməmişdir. Buna baxmayaraq bank tərəfindən ondan süni şəkildə şişirdilmiş borc tələb edilir.
34. Göründüyü kimi iddiaçı onunla bank arasında müqavilə bağlandığını inkar etmir, sadəcə borc məbləğinin icra qeydində göstərilən həcmdən az olduğunu bildirir.
35. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq, iddiaçının icra qeydi verilən kredit müqaviləsi üzrə borcunun daha az olması barədə dəlilini əsassız hesab edərək bildirir ki, bu istiqamətdə iddiaçının dəlilləri formal mülahizələrdən irəli keçməmişdir.
36. Nəzərə alınmalıdır ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri borcun mübahisəsiz olmasıdır. O da qeyd edilməlidir ki, notarius tərəfindən borcun mübahisəsizliyi, tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Bu cür yoxlama üsullarından biri, icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsidir. Həmin bildiriş məhz təqdim olunmuş borc sənədi üzrə mübahisənin olub-olmamasının müəyyən olunmasına xidmət edir.
37. Hazırkı halda iddiaçı ona istinad edir ki, müqavilə üzrə ödənişləri icra edə bilməməsi barədə üzürlü səbəbini (işdən çıxarıldığını) banka bildirmiş, faiz borcunun dayandırılmasını xahiş etmişdir. Lakin bank tərəfindən onun müraciəti təmin edilməmişdir. Bu hal isə borcun mübahisəsiz olması əsasını aradan qaldırmışdır.
38. Kollegiya qeyd olunan dəlilə tənqidi yanaşaraq bildirir ki, mülki qanunvericiliyə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yəni borclunun işdən azad edilməsi onun kredit müqaviləsi üzrə öhdəliklərinin dayandırılması və ya bu öhdəliklərdən azad edilməsi üçün əsas ola bilməz.
39. Digər tərəfdən, iddiaçı borcun çox hesablandığını bildirsə də bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, sonuncunun kredit üzrə ödəmələrdə kifayət qədər gecikmələri vardır.
40. Beləlilkə apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşan kollegiya bildirir ki, borclu iddiaçı kreditor (cavabdeh) qarşısında pul öhdəliyinin olmasını bilir və bunu inkar etmir, hətta yaranmış müəyyən çətinliklərə görə pulu ödəyə bilmədiklərini, lakin yaxın vaxtlarda ödənişə başlayacaqlarını da bildirir.
41. Deməli, əsl həqiqətdə iddiaçının niyyəti ödənişləri bir qədər də uzatmaq məqsədi daşıyır ki, bu da kredit verənin mənafeyinə uyğun olmamaqla, ümumi prinsiplərinə ziddir. Çünki, bu kimi yayınmalar kredit institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən kredit institutlarına və Banklara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox Banklar (kredit təşkilatları) zərər çəkə bilər. Çünki, cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd iddiaçının hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
42. Apellyasiya şikayətinin digər hissədə dəlilləri isə natamam formada qeyd olunmuş, işə baxan məhkəmənin qətnaməsinin əsassızlığı ilə bağlı dəlillər konkret göstərilməmişdir.
43. Belə ki, iddiaçı apellyasiya şikayətinin məzmununda notarius tərəfindən bildirişin göndərilməsi ilə bağlı qanunvericiliyin tələbinə istinad etmişdir ki, hətta bu hala da şikayətin dəlili kimi yanaşılsa belə həmin hal da öz təsdiqini tapmamışdır.
44. Beləliklə məhkəmə kollegiyasının mövqeyinə görə, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmir və birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.