Məhkəmə qərarları › İş №e-2(3-8)-745/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-745/2026

08.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-745/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Qusar rayon notariat ofisinin xüsusi notariusu X3 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Qusar rayon notariat ofisinin xüsusi notariusu X3 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.Qusar rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş *i-*** saylı ##.##.2026-cı il tarixli icra qeydinin surətindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin xeyrinə İddiaçı ********-*********L nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5923 manat 50 qəpik (beş min doqquz yüz iyirmi üç manat, əlli qəpik) və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat, sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 5948 manat 50 qəpik (beş min doqquz yüz qırx səkkiz manat, əlli qəpik) pul tutulmalıdır. 3.İddiaçı İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında ##.##.2025-ci il tarixli ********-*********L nömrəli kredit limitinin açılmasına dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən, iddiaçıya 120 ay müddətinə, maksimum 50 000 manat məbləğində, illik faiz dərəcəsi 29%-dən çox olmamaq şərti ilə kredit limiti açılmışdır. Razılaşmada kredit limitinin bərpa olunan xarakter daşıdığı və limit daxilində kreditlərin müştərinin müraciəti əsasında verildiyi göstərilmişdir. Eyni zamanda razılaşmada limit daxilində veriləcək ilk kreditin yaşayış sahəsinin təmiri, digər kreditlərin isə istehlak məqsədləri üçün nəzərdə tutulduğu qeyd edilmişdir. 4.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli bildiriş (pretenziya) təqdim edilmişdir. Həmin bildirişə əsasən, ##.##.2025-ci il tarixli ********-*********L saylı kredit limitinin açılmasına dair razılaşma üzrə iddiaçının 5923.50 manat məbləğində borcunun olduğu göstərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, iddiaçıya 36 ay müddətinə illik 19% dərəcəsi ilə 5935 manat kredit verilmiş, lakin ##.##.2025-ci il tarixdən etibarən öhdəliklər lazımi qaydada icra edilməmişdir. Eyni zamanda bildirişdə göstərilmişdir ki, ##.##.2025-ci il tarixli pretenziyaya əsasən müqavilə birtərəfli qaydada ləğv edilmiş və ##.##.2025-ci il tarixinə 5564.21 manat əsas borc, 359.29 manat faiz borcu olmaqla, ümumilikdə 5923.50 manat borcun ödənilməsi tələb edilmişdir. Bildirişdə həmçinin qeyd olunmuşdur ki, borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydi aparılacaqdır. 5.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən ##.##.2025-ci il tarixli arayış tərtib edilmişdir. Həmin arayışa əsasən, iddiaçıya ##.##.2025-ci il tarixdə 5935 manat məbləğində kredit verilmiş, kredit üzrə illik faiz dərəcəsi 19% müəyyən edilmiş və kreditin son ödəniş tarixi ##.##.2028-ci il kimi göstərilmişdir. Arayışda qeyd edilmişdir ki, iddiaçının 5564.21 manat əsas borcu, 359.29 manat faiz borcu olmaqla, ümumilikdə 5923.50 manat borcu mövcuddur. 6.##.##.2025-ci il tarixli ********* №-li cinayət işinin materiallarından görünür ki, X2 İddiaçı əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə yalan vədlər verib onu aldadaraq külli miqdarda 53000 (əlli üç min) manat pul vəsaitini ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də İddiaçı zərərçəkmiş şəxs qismində tanınmalıdır. 7.Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Qusar rayon notariat ofisinin xüsusi notariusu X3 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli 8i-*** reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən ##.##.2026-cı il tarixdə icra qeydi tərtib edilərək iddiaçıdan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin xeyrinə ödənilməmiş 5948.50 (beş min doqquz yüz qırx səkkiz manat, əlli qəpik) manat pulun tutulması qərara alınmışdır. İddiaçı bildirir ki, ona və onun kimi digər vətəndaşlara qarşı dələduzluq cinayəti törədilmişdir. Belə ki, hazırda həmin iş üzrə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində cinayət işi başlanmış və iddiaçı həmin işdə zərərçəkmiş şəxs qismində tanınmış. Bildirir ki, eyni gün ərzində bir nəçə bankdan pul götürülüb və onlara qarşı dələduzluq edən adama verilibdir. Bu işdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin müvafiq əməkdaşına yönəldilməklə həmin bankdan iddiaçıya pul verilibdir. Bu da öz növbəsində bank əməkdaşlarının həmin cinayətkar dəstə ilə əlbir olmağını göstərir və borc mübahisə yaradır. Qanunun tələbinə görə borc mübahisəsiz olduqda icra qeydi verilə bilər. Borc məbləği barədə mübahisə olması icra qeydinin ləğv edilməsi üçün əsasdır. 10.Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Günel Səfərli) 11.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 427.3, 442, 445-ci maddələrinə, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3 və 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 12.Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 13.Apellyasiya şikayətinin dəlilləri 14.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin olunması, Qusar rayon məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunması, Qusar rayon notariat ofisinin icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, Qusar rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən ##.##.2026cı il tarixdə

15. icra qeydi tərtib edilərək ondan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin xeyrinə ödənilməmiş 5948.50 (beş min doqquz yüz qırx səkkiz manat, əlli qəpik) manat pulun tutulması qərara alınmışdır. Ona və onun kimi kimi digər vətəndaşlara qarşı dələduzluq cinayəti törədilmişdir. Belə ki, hazırda həmin iş üzrə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində cinayət işi başlanmış və onu həmin işdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Eyni gün ərzində bir nəçə bankdan pul götürülüb və onlara qarşı dələduzluq edən adama verilibdir. Bu işdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin müvafiq əməkdaşına yönəldilməklə həmin bankdan iddiaçıya pul verilibdir. Bu da öz növbəsində bank əməkdaşlarının həmin cinayətkar dəstə ilə əlbir olmağını göstərir və borc mübahisə yaradır. Qanunun tələbinə görə borc mübahisəsiz olduqda icra qeydi verilə bilər. Borc məbləği barədə mübahisə olması icra qeydinin ləğv edilməsi üçün əsasdır. 16.“Notariat haqqında” Azərbaycan Respulikasl Qanunun 76-cı maddəsində göstərilir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Qanunun tələbinə görə borc mübahisəsiz olduqda icra qeydi verilə bilər. Lakin ona qarşı dələduzluq edilmiş və borc mübahəsəli olmuşdur. Bu da icra qeydinin ləğv edilməsi üçün əsasdır. Qətnamə qəbul edilərkən MPM-nin 9,13,14,76,77,81,88ci maddələrinin tələbləri pozulmuşdur.

17.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 18.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi İbrahim Məmmədov apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında ##.##.2025-ci il tarixli kredit limitinin açılmasına dair razılaşma bağlanmış və həmin razılaşma əsasında iddiaçıya kredit vəsaiti verilmişdir. Bununla iddiaçı ilə bank arasında öhdəlik münasibətləri yaranmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş maliyyə arayışı və digər sənədlərdən görünür ki, iddiaçı kredit üzrə öhdəliklərini tam və vaxtında icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Borcun mövcudluğu və məbləği bank tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur. İş materiallarından həmçinin müəyyən edilir ki, bank tərəfindən iddiaçıya borcun ödənilməsi və əks halda icra qeydi aparılacağı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq əvvəlcədən bildiriş göndərilmişdir. Lakin iddiaçı həmin bildirişə baxmayaraq nə bildirişlə bağlı etiraz təqdim etmiş nə də bu günədək mövcud borcu ödəmişdir. Bu səbəbdən bank tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq notariusa müraciət edilmiş və təqdim olunan sənədlər əsasında icra qeydi aparılmışdır. Yuxarıda qeyd olunanları əsas götürərək məhkəmə belə nəticəyə gəlmişdir ki, məhkəməyə təqdim edilmiş sübutlar əsassızdır və təmin edilməməlidir. İddiaçı tərəfindən icra qeydinin qanunsuzluğu ilə bağlı irəli sürülən dəlillər iş materialları ilə təkzib olunur və borcun mübahisəsiz olması, qeydin qanunun tələblərinə uyğun şəkildə verilməsi müəyyən edilir. Bu səbəbdən iddia təmin edilməməli, icra qeydinin ləğv edilməsi tələbi rədd olunmalıdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona qarşı dələduzluq edilmiş və borc mübahisəli olmuşdur. Bu da icra qeydinin ləğv edilməsi üçün əsasdır. Bundan başqa məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Qətnamədə cavabdehlərin sübut kimi hansı hallara istinad edildiyindən danışılmır. Qeyd olunan borc məbləği ilə bağlı mübahisə mövcuddur. Ona və digər vətəndaşlara qarşı dələduzluq cinayəti törədilmiş, bu faktla bağlı hazırda Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində cinayət işi başlanmış və o da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bağlanmış müqavilədə saxtakarlıqlar edilmişdir, hazırda bu faktlar yoxlanılır, nəticəsindən asılı olaraq tədbir görüləcəkdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, bu barədə araşdırma aparıldığı və bu dələduzluq işində bankın əməkdaşlarının da əlbir olması aydın olduğu halda əsassız olaraq icra qeydi verilmişdir. Aşağıdakılara əsasən qeyd olunan apellyasiya şikayətinə etiraz edir: İddiaçının “borcun ondan dələduzluq yolu ilə əldə edildiyinə və bununla bağlı zərərçəkmiş şəxs olması” ilə bağlı göstərdiklərinə münasibətdə qeyd edir ki, iddiaçıya verilmiş kredit məbləğinin sonradan kimə və yaxud kimlərə verilməsi üçüncü şəxsin (bankın) məsuliyyət dairəsinə daxil deyildir. Bu hal özlüyündə kredit öhdəliyinin mövcudluğunu və icra qeydinin qanuniliyini aradan qaldırmır. Qusar Rayon Məhkəməsi öz qətnaməsində də belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi şəxsən iddiaçı tərəfindən bağlanmış, kredit vəsaiti onun adına verilmiş, şəxsən iddiaçının özünə verilmiş, bu barədə bank sənədləri, iddiaçının kredit götürülməsi ilə bağlı bankdakı fotoşəkili də işə əlavə edilmişdir, həmin öhdəliyin olması qeyd etdiyi və digər borc sənədləri ilə təsdiq olunmuşdur. İddiaçı tərəfindən borcun mövcud olmadığını və ya məbləğinin düzgün hesablanmadığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, təqdim edilmiş sübutlarla notarius tərəfindən icra qeydi aparılarkən qanun pozuntusuna yol verilməsi də müəyyən olunmamışdır. Bundan əlavə, iddiaçı İddiaçı apellyasiya şikayətində, Qusar Rayon Məhkəməsinin sözügedən qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikasının MPM-nin tələblərinin pozulduğuna, o cümlədən məhkəmə iclasında onun iştirakının təmin edilmədiyinə dair dəlillərinə münasibətdə qeyd etmək istəyir ki, bu hal iş materialları ilə təsdiqini tapmadığından həqiqəti özündə əks etdirməməklə yanaşı tam əsassızdır. Belə ki, Qusar Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qətnaməsindən də müəyyən olunduğu kimi iddiaçı İddiaçı məhkəmə iclasında şəxsən iştirak etmiş, iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçının birinci instansiya məhkəməsinin iclasında şəxsən iştirak etdiyi halda iş üzrə həmin məhkəmənin qəbul etdiyi yekun məhkəmə aktından verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iclasında onun iştirakının təmin edilmədiyini qeyd etməsi onu deməyə əsas verir ki, iddiaçı formal mülahizələrə əsaslanmışdır. Bundan başqa, borcun mübahisəli olması ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, Qusar Rayon Məhkəməsinin qətnaməsində də iddiaçının qeyd edilən dəlilləri araşdırılmış və bu hal öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən borcun mövcud olmadığını və ya məbləğinin düzgün hesablanmadığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddiaçının həmin dəlilini də həqiqətə uyğun hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.İddiaçının yuxarıda qeyd edilən dəlilləri iş materiallarına əlavə edilmiş sübutlarla təkzib olunsa da, buna baxmayaraq iddiaçı hər hansı bir mötəbər sübutu olmadan sadəcə olaraq formal xarakterli mülahizələr irəli sürmüşdür. Göründüyü kimi apellyasiya şikayətində qeyd etdiyi məqamlar borc məbləğinin mübahisəli olması və bankın icra qeydi əsasında gecikdirilmiş kredit borcunun iddiaçıdan tələb etmək hüququnun olmaması anlamına gəlmir. Əlavə olaraq qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi ##.##.2025-ci il tarixli ********-*********L saylı kredit limitinin açılmasına dair razılaşmanı iddiaçı şəxsən özü imzalamışdır. Həmin razılaşmada İddiaçı bankda razılaşma imzalanarkən çəkilmiş şəkli də əks olunmuşdur. Kredit limitinin açılmasına dair razılaşma üzrə ##.##.2025-ci il tarixli SMS razılaşmasına əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 19% dərəcəsi ilə 5935 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit öhdəliklərini tam və vaxtında icra etməmişdir. İddiaçının ünvanına borcun qaytarılmasına dair qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi, icra qeydinin aparılması üçün notariusa müraciət ediləcəyi barədə ##.##.2025-ci il tarixdə pretenziya və icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərilməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Yuxarıda göstərilən müddəalardan aydın olur ki, borcluya göndərilən bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra təqdim edilmiş sayılır. Beləliklə, İddiaçı onun barəsində notariusun icra qeydinin aparılacağı barədə ##.##.2025-ci il tarixdə göndərilmiş bildiriş ##.##.2025-ci il tarixdən etibarən təqdim olunmuş hesab edilmişdir. Qanunvericilikdə müəyyən edilmiş müddətlər gözlənildikdən sonra Bank icra qeydinin aparılması üçün Qanuna müvafiq olaraq onun olduğu yer üzrə notariat ofisinə müraciət etmişdir. Bu zaman ərizəyə müvafiq bütün sənədlər, o cümlədən borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər ərizəyə əlavə edilmişdir. Qusar Rayon Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 5923.5 manat borcun və 25 manat dövlət rüsumunun İddiaçı tutulması haqqında 8İ-*** nömrəsi ilə reyestrdə qeydə alınmış ##.##.2026cı il tarixli icra qeydi alınmışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi hallar iddianın təmin olunması üçün əsaslı deyildir. Birinci instansiya məhkəməsi işə baxarkən hər hansı bir maddi və prosessual normanı pozmamış və haqlı olaraq iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən İddiaçı Qusar Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə etiraz edir, apellyasiya şikayəti tamamilə qanunsuz və əsassız olduğundan təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qəbul edilməsini xahiş edir.

20.Apellyasiya icraatı iştirakçılarının izahatları 21.Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. 22.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

23.Tətbiq edilən hüquq 24.Azərbaycan Respublikası Mülki Məcəlləsi 25.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 27.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 28.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 29.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 30.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 31.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 32.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

33.“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu 34.Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 35.6.1.4. notariusun icra qeydləri. 36.“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 37.Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. 38.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.

39.“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat 40.Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. 41.“Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X4 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. 42.Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. 43.Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. 44.İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. 45.İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. 46.Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 47.Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

48.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 49.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 52.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 53.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 54.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 55.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 56.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

57.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 58.Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 59.Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 60.Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 61.Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

62.Apellyasiya baxışının hədləri 63.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 64.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 65.Apellyasiya şikayətindən görünür ki, iddiaçı İddiaçı Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 66.Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

67.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 68.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 69.Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında ********-*********L saylı kredit limitinin açılmasına dair razılaşma bağlanmış və iddiaçıya 50 000 manatadək kredit limiti ayrılmışdır. Həmin razılaşma əsasında iddiaçıya 5935 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləğlərini iddiaçı şəxs almışdır, borc mübahisəsiz borc məbləğidir. İddiaçı kredit üzrə öhdəliklərini qismən icra etmiş, lakin sonradan ödənişləri dayandırmışdır. Borcun ödənilməsi ilə bağlı ona bildiriş göndərilmiş, lakin borc ödənilməmiş, həmin yazılı bildirişə də heç bir etiraz təqdim edilməmişdir. ##.##.2025-ci il tarixli bank arayışına əsasən iddiaçının 5564.21 manat əsas borcu, 359.29 manat faiz borcu olmaqla, ümumilikdə 5923.50 manat borcu olmuşdur. Borcun ödənilməməsi səbəbindən bank tərəfindən notariusa müraciət edilmiş və Qusar rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən ##.##.2026-cı il tarixdə *i-*** saylı icra qeydi verilmişdir. Borcun mövcudluğu və məbləği bank tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur. 70.İcra qeydi yalnız borcun mübahisəsiz olduğu hallarda aparıla bilər. Bu baxımdan iddiaçının borcun mübahisəli olması ilə bağlı dəlilləri araşdırılmışdır. İddiaçı borcun dələduzluq yolu ilə əldə edildiyini və bununla bağlı zərərçəkmiş şəxs olduğunu bildirsə də, məhkəmə hesab edir ki, bu hal özlüyündə kredit öhdəliyinin mövcudluğunu və icra qeydinin qanuniliyini aradan qaldırmır. Belə ki, kredit müqaviləsi şəxsən iddiaçı tərəfindən bağlanmış, kredit vəsaiti onun adına verilmiş, şəxsən iddiaçının özünə verilmiş, bu barədə bank sənədləri, iddiaçının kredit götürülməsi ilə bağlı bankdakı fotoşəkili də işə əlavə edilmişdir, həmin öhdəliyin olması qeyd etdiyim və digər borc sənədləri ilə təsdiq olunmuşdur. İddiaçı tərəfindən borcun mövcud olmadığını və ya məbləğinin düzgün hesablanmadığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, təqdim edilmiş sübutlarla notarius tərəfindən icra qeydi aparılarkən qanun pozuntusuna yol verilməsi də müəyyən olunmamışdır. 71.Beləliklə məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri məlum icra qeydinin ləğv edilməsi üçün əsas deyildir. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapmır. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 72."Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsi və Təlimatın 162-ci bəndi borcun mübahisəsiz qaydada alınmasına əsas olan sənədlər təqdim olunduğu halda icra qeydinin aparılmasını nəzərdə tutmuşdur. 73.Yuxarıda qeyd olunanlardan göründüyü kimi icra qeydlərinin aparılmasının vacib şərtlərindən biri də təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq etməsidir. 74.Göründüyü kimi qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. 75.İşin tədqiq olunan hallarından görünür ki, hazırkı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən mübahisələndirilməyən borcun ödənilməsi ilə bağlı yuxarıda sadalanan normaların tələbləri baxımından hazırkı vəziyyətdə icra qeydinin verilməsi düzgün olmuşdur. 76.Əlavə olaraq qeyd olunmalıdır ki mübahisələndirilən icra qeydi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndində qeyd olan şərtlərə uyğun keçirilmişdir. 77.Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 78.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 79.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar