Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-780/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında olan ** saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “xxxx" MMC tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan ** saylı mənzilin əvəzinə “xxxx" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 82 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “xxxx" MMC tərəfindən cavabdeh Cavabdeh verilməsi, cavabdeh Cavabdeh ünvan 1 ünvanında olan ** saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “xxxx" MMC tərəfindən cavabdeh Cavabdeh hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq düzəldilməsi qərara alınmışdır. ## ### 2026-cı il tarixdə cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi müddətinin cavabdeh Cavabdeh münasibətdə bərpa edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə ************ nömrəli qəbz vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödəmiş olduğu 50 (əlli) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından cavabdeh Cavabdeh qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadının ləğv edilərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən tərəfindən vaxtında verilmiş apelyasiya şikayətinin müddətinin "Elektron Məhkəmə sistemində" yaranmış kütləvi problemlər səbəbindən keçməsini üzürlü hüsab edərək apellyasiya şikayətinin icraata qəbul edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə müdafiəsi hüququ yalnız formal müraciət imkanını deyil, apellyasiya instansiyasında baxılma hüququnun real və effektiv təmin edilməsini də ehtiva edir. Məhkəmə təqdim edilmiş sübutları araşdırmadan apellyasiya hüququnun həyata keçirilməsini faktiki olaraq mümkünsüz etmişdir. Məhkəmə Elektron Məhkəmə sistemində qeydə alınmış müraciətin mövcudluğunu araşdırmadan nəticəyə gəlmiş, bununla da hüquqi müəyyənlik prinsipini pozmuşdur. Müddətin bərpası məsələsinə baxılarkən prosessual müddətin ötürülməsinə səbəb olan halların obyektiv araşdırılması təmin edilməmişdir. Məhkəmə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. ##.##.2026-cı il tarixli elektron müraciət və *********** nömrəli dövlət rüsumu qəbzi araşdırılmamışdır. Birinci instansiya məhkəməsi qərardadda apellyasiya şikayətinin yalnız ##.##.2026-cı il tarixdə təqdim edildiyi və prosessual müddətin üzrlü səbəblər olmadan buraxıldığı nəticəsinə gəlmişdir. Lakin həmin nəticə iş materiallarında mövcud olan sübutların tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində deyil, yalnız seçilmiş məlumatlara əsaslanmaqla formalaşdırılmışdır. Belə ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş izahatlarda və əlavə olunmuş sənədlərdə apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə informasiya sistemi vasitəsilə göndərildiyi, həmin tarixdə 50,50 manat məbləğində dövlət rüsumunun ödənildiyi və bu barədə *********** nömrəli rəsmi ödəniş qəbzinin formalaşdığı göstərilmişdir. Həmin halların təsdiqi məqsədilə Elektron Məhkəmə sistemindən əldə edilmiş məlumatlar və ödəniş sənədləri məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən həmin sübutların mövcudluğu, aidiyyəti, mümkünlüyü və mötəbərliyi ümumiyyətlə araşdırılmamış, qərardadda həmin sənədlərin niyə qəbul edilmədiyi, hansı səbəbdən etibarsız və ya qeyri-mötəbər hesab olunduğu göstərilməmişdir. Məhkəmə yalnız ##.##.2026-cı il tarixli müraciətə istinad etməklə nəticəyə gəlmiş, lakin işin həlli üçün həlledici əhəmiyyət daşıyan ##.##.2026-cı il tarixli elektron müraciət və dövlət rüsumunun ödənilməsi faktına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə hər bir sübutu ayrı-ayrılıqda və bütün sübutları onların qarşılıqlı əlaqəsi baxımından qiymətləndirməli, sübutların qəbul edilməsinin və ya rədd edilməsinin motivlərini məhkəmə aktında göstərməlidir. Həmin normanın imperativ tələbinə baxmayaraq, mübahisə üçün həlledici əhəmiyyət kəsb edən sübutların niyə nəzərə alınmadığı qərardadda ümumiyyətlə əsaslandırılmamışdır. Eyni zamanda MPM-nin 217.1-ci maddəsinə görə məhkəmənin qətnamə və qərardadları yalnız məhkəmə iclasında araşdırılmış sübutlara əsaslana bilər. Hazırkı halda isə məhkəmə təqdim edilmiş sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı hər hansı hüquqi mülahizə yürütmədən həmin sübutları faktiki olaraq nəzərə almamışdır. Nəticədə məhkəmənin müəyyən etdiyi “apellyasiya şikayətinin ilk dəfə ##.##.2026-cı il tarixdə təqdim edilməsi” və “prosessual müddətin üzrsüz səbəbdən buraxılması” barədə nəticələri mötəbər, tam və kifayət qədər araşdırılmış sübutlar məcmusu ilə təsdiq olunmur. Bu səbəbdən qərardadda müəyyən edilmiş hallar sübut edilməmiş hesab edilməli, həmin hallara əsaslanan hüquqi nəticələr isə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə prosessual müddətin ötürülməsinin üzrlü səbəblərlə bağlı olmadığı nəticəsinə gəlsə də, həmin nəticə iş üzrə müəyyən edilmiş faktiki hallardan irəli gəlmir. Belə ki, onun tərəfindən apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə sistemi vasitəsilə təqdim edilməsi, dövlət rüsumunun ödənilməsi və bununla bağlı müvafiq sübutların mövcudluğu barədə arqumentlər irəli sürülsə də, məhkəmə bu halların həqiqiliyini araşdırmadan və onlara hüquqi qiymət vermədən birbaşa mənfi nəticəyə gəlmişdir. Halbuki əvvəlcə Elektron Məhkəmə sistemində qeydə alınmış müraciətin mövcudluğu, həmin müraciətin sonrakı prosessual hərəkətinin hansı səbəbdən təmin edilmədiyi və yaranmış vəziyyətin onun iradəsindən asılı olub-olmaması müəyyən edilməli idi. Bu hallar araşdırılmadan müddətin ötürülməsinə görə bütün məsuliyyətin onun üzərinə qoyulması işin faktiki hallarından irəli gələn obyektiv qiymətləndirmə deyil, sübutların natamam araşdırılması nəticəsində formalaşmış nəticə təsiri bağışlayır. Bundan başqa, məhkəmə tərəfindən Elektron Məhkəmə sistemində qeydə alınmış müraciətin sonrakı mərhələdə hansı səbəbdən prosessual hərəkətə çevrilmədiyi, aidiyyəti üzrə niyə yönləndirilmədiyi və ya hansı səbəbdən iş materiallarında əks olunmadığı araşdırılmamışdır. Halbuki bu hallar müəyyən edilmədən baş vermiş vəziyyətin ərizəçinin davranışından, yoxsa texniki və ya təşkilati səbəblərdən qaynaqlandığı barədə hər hansı hüquqi nəticəyə gəlmək mümkün deyildir. Nəhayət, məhkəmə yaranmış prosessual vəziyyətin onun iradəsindən asılı olub-olmamasını araşdırmadan, bununla bağlı hər hansı sübut toplama tədbiri həyata keçirmədən və vətəndaş tərəfindən təqdim edilmiş izahatların doğruluğunu yoxlamadan müddətin üzrsüz səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. İş üçün həlledici əhəmiyyət daşıyan bu halların araşdırılmaması nəticəsində vətəndaşın məhkəmə müdafiəsi və apellyasiya hüququnun həyata keçirilməsinə bilavasitə təsir göstərən məsələlər qeyri-müəyyən qalmış, iş üzrə nəticəyə gəlmək üçün zəruri olan faktiki əsaslar tam müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallardan düzgün hüquqi nəticə çıxarmamışdır. Belə ki, məhkəmə onun tərəfindən apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə sistemi vasitəsilə təqdim edilməsi və həmin tarixdə dövlət rüsumunun ödənilməsi barədə izahat verildiyini qərardadda qeyd etsə də, bu halların araşdırılmasını təmin etmədən və onların həqiqiliyini yoxlamadan prosessual müddətin üzrsüz səbəbdən buraxıldığı nəticəsinə gəlmişdir. Halbuki qeyd olunan halların mövcudluğu müəyyən edildiyi təqdirdə, müddətin ötürülməsinin onun iradəsindən asılı olmayan səbəblərlə bağlı olması istisna edilə bilməzdi. Buna görə də məhkəmənin gəldiyi nəticə iş üzrə mövcud faktiki hallardan irəli gəlmir və iş materialları ilə təsdiq olunmur. Şikayətə əlavə olaraq, ##.##.2026-cı il tarixdə 50,50 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən *********** nömrəli ödəniş qəbzinin surəti, habelə həmin tarixdə apellyasiya şikayətinin Elektron Məhkəmə informasiya sistemi vasitəsilə təqdim edilməsini və sistem tərəfindən qəbul edilməsini təsdiq edən elektron sistemdən əldə olunmuş fotoşəkillər əlavə olunur. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ilə şikayətə şifahi icraat qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərməhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli və prosessual müddətin bərpa edilməsinə dair yeni qərardad qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün ##.##.2026-cı il tarixdə 50 manat dövlət rüsumu ödəmişdir (*********** nömrəli qəbz). Digər tərəfdən, kollegiya hesab edir ki, Elektron Məhkəmə Sisteminin yenilənməsi ilə yaranmış texniki nasazlıqlara görə apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə təqdim edilməsinin mümkünsüz edən halların mövcudluğu istisna olunmur. Lakin birinci istansiya məhkəməsi işin qeyd olunan halları nəzərə almayaraq apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasından əsassız olaraq imtina etmişdir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşmayaraq, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, cavabdeh Cavabdeh prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməli, verilmiş apellyasiya şikayətinin baxılması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim olunmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, prosessual müddətin bərpa edilməsinə dair iş üzrə yeni qərardad qəbul cavabdeh Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizəsi təmin edilməli və mülki iş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Cavabdeh Cavabdeh müddətin bərpası barədə ərizəsi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh şikayətinin verilməsi müddəti bərpa edilsin və mülki iş Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-780/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-780/2026
15.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver