Məhkəmə qərarları › İş №e-2(3-8)-803/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-803/2026

09.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-803/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (“xxxx” KB ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdeh Sumqayıt şəhər * saylı Notariat Ofisinin xüsusi notariusu X9 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Hüseynova Nərmin Namiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi nümayəndə3 İsmayıl oğlu iştirakı ilə, İddiaçı İddiaçı (“xxxx” KB ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdeh Sumqayıt şəhər * saylı Notariat Ofisinin xüsusi notariusu X9 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.“xxxx” X5 Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****mlcSUM/**-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 300.000 manat məbləğində kredit limiti ayrılmışdır. 3.“xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, ***micSUM/** saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 18% olmaqla, 70.000 manat məbləğində kredit verilmişdir. 4.“xxxx” KB ASC ilə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ## ###### 2024-cü il tarixli, ***micSUM/** saylı zaminlik müqaviləsinə əsasən zamin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. 5.Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş, “xxxx” X5 Səhmdar Cəmiyyəti ilə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanılmış ## ######## 2023-cü il tarixli, 1511micİSUM/23 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 paylı mülkiyyətində olan ünvan 2 öhdəliklərin təminatı kimi “xxxx” KB ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 70.000 manat məbləğində qiymətləndirilmişdir. 6.“xxxx” KB ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu İddiaçı banka 54918,03 manat əsas borc, 3395,11 manat faiz borcu, 396,77 manat cərimə borcu, cəmi 58709,91 manat borcu vardır. 7.“xxxx” KB ASC tərəfindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ünvanladığı ##.##.2025-ci il tarixli “hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi” barədə ##.##.2025ci il tarixli bildirişdən görünür ki, borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan İddiaçı (4/5 hissə) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (1/5 hissə) paylı mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikr, ev 18, mənzil 26-ya notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır. 8.299453, 299454 və ****** nömrəli qaimələrin surətindən görünür ki, “xxxx” KB ASC tərəfindən göndərilmiş bildirişlər ##.##.2025-ci il tarixdə “Səfərli” adlı soyadlı şəxs tərəfindən qəbul edilmişdir. 9.İş materiallarında olan “xxxx” KB ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin * saylı Ərazi İdarəsinə ünvanladığı ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. 10.Sumqayıt şəhər * saylı Notariat ofisinin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” ##.##.2025-ci il tarixli, 8İ-***** saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə “xxxx” Kommersiya Bankı ASC-nin tələbi ilə ipoteka qoyan-ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, ünvan 1 ünvanında qeydiyyatda olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ipoteka predmeti olan İddiaçı (4/5 hissə) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (1/5 hissə) paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. (Öhdəliyi müəyyən edən ***micSUM/** saylı əlavə kredit müqaviləsi müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 54918,03 manat əsas borc, 3395,11 manat faiz borcu, 396,77 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 58709,91 AZN təşkil edir) Bundan əlavə, borclular İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 58734 manat 91 qəpik pul tutulmalıdır. 11.##.##.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Cavabdeh 8İ-***** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. 12.Tələbin könüllü icrası haqqında ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən Cavabdeh 8İ-***** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclular İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tələbi könüllü icra etmək üçün vaxt verilmiş və bildiriş ##.##.2025-ci il tarixdə bildiriş imzalanaraq təhvil alınmışdır. 13.Birinci instansiya məhkəməsində icraat 14.İddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhər * saylı Notariat Ofisinin xüsusi notariusu X9 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 15.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx" KB arasında Sumqayıt şəhərində bağlanmış ##.##.2023-cü il tarixli, ****mlcSUM/**-EM saylı kredit və bank hesabı müqaviləsinə görə borc verən borc alana illik 18% ödəmək şərti ilə 70000 (yetmiş min) manat kredit verilmiş, borc alan isə borcu 24 ay müddətində borc verənə qaytarmağı öhdəsinə götürüb. Həmin borc müqaviləsinin əlavə şərtlərinə əsasən müqavilə öhdəliklərinin icrasına təminat olaraq İddiaçı (4/5 hissə) və X4 (1/5 hissə) paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı ipoteka ilə yüklü edilmişdir. İddiaçı ##.##.2025-ci ildə Sumqayıt şəhər üzrə İcra İdarəsinə dəvət olunub və ona təqdim olunan sənədlər (icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş) əsasında məlum olub ki, cavabdeh Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən ipoteka predmeti olan mənzilə tutma yönəldilməsinə dair ##.##.2025-ci il tarixli 8i-***** reyestr nömrəli icra qeydi verilib. Qanunvericiliyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi bu barədə bildirişin ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməsi ilə başlayır. Məhz ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş və onun ipoteka qoyana göndərilməsini təsdiq edən sifarişli poçt sənədi barəsində icra qeydi aparılacaq borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərdən biridir. Beləliklə, ipoteka saxlayan “xxxx” KB tərəfindən ipotekaya tutmanın yönəldilməsi haqqında bildirişi qanunla müəyyən edilmiş qaydada ipoteka qoyan İddiaçı təqdim etməyib və İddiaçı həmin bildirişi məhkəmə qaydasında mübahisələndirmək imkanından məhrum olunub. Lakin buna baxmayaraq, notarius qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozaraq icra qeydi aparıb. Göstərilənlərə əsasən, cavabdeh Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən aparılmış ipoteka predmeti olan mənzilə tutma yönəldilməsinə dair ##.##.2025-ci il tarixli, 8İ-***** reyestr №-li icra qeydinin ləğv olunması məhkəmədən xahiş edilmişdir. 16.Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə “xxxx" KB arasında Sumqayıt şəhərində bağlanmış ##.##.2023cü il tarixli, ****mlcSUM/**-EM saylı kredit və bank hesabı müqaviləsinə görə borc verən borc alana illik 18% ödəmək şərti ilə 70000 (yetmiş min) manat kredit verilmiş, borc alan isə borcu 24 ay müddətində borc verənə qaytarmağı öhdəsinə götürüb. Həmin borc müqaviləsinin əlavə şərtlərinə əsasən müqavilə öhdəliklərinin icrasına təminat olaraq İddiaçı (4/5 hissə) və X4 (1/5 hissə) paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı ipoteka ilə yüklü edilmişdir. İddiaçı ##.##.2025-ci ildə Sumqayıt şəhər üzrə İcra İdarəsinə dəvət olunub və ona təqdim olunan sənədlər (icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş) əsasında məlum olub ki, cavabdeh Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən ipoteka predmeti olan mənzilə tutma yönəldilməsinə dair ##.##.2025ci il tarixli 8i-***** reyestr nömrəli icra qeydi verilib. Qanunvericiliyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi bu barədə bildirişin ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməsi ilə başlayır. Məhz ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş və onun ipoteka qoyana göndərilməsini təsdiq edən sifarişli poçt sənədi barəsində icra qeydi aparılacaq borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərdən biridir. Beləliklə, ipoteka saxlayan “xxxx” KB tərəfindən ipotekaya tutmanın yönəldilməsi haqqında bildirişi qanunla müəyyən edilmiş qaydada ipoteka qoyan İddiaçı təqdim etməyib və İddiaçı həmin bildirişi məhkəmə qaydasında mübahisələndirmək imkanından məhrum olunub. Lakin buna baxmayaraq, notarius qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozaraq icra qeydi aparıb. Sumqayıt şəhər * saylı notariat ofisinin təqdim etdiyi notariat işinin materiallarına nəzər yetirildikdə məlum olur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş sifarişli poçt göndərişi ilə deyil, sürətli poçt vasitəsi ilə göndərilmişdir. Çünki göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə verilmiş qəbz notariat işində mövcud deyildir, notariat işinin 24,25,26 və 28-ci səhifələrində İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus imzalarla (müqavilələrdəki və şəxsiyyət vəsiqələrindəki) notariat işinin 20, 21 və 22-ci səhifələrində olan poçt qaimələrindəki imzaların əhəmiyyətli dərəcədə bir-birindən fərqlənməsi və İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus olmadığı açıq-aydın görünür, ipoteka saxlayan tərəfindən ##.##.2025-ci il tarixdə göndərilən “bildirişin” forma və tələb olunan məzmun baxımından qaydalara uyğun olmamışdır. Belə ki, AR NK-nin ##.##.2000-ci il tarixli, *** №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı’nın 1-1-ci bəndinə və “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinə əsasən ipoteka saxlayan tərəfindən “ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş” göndərməli olduğu halda “hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə”bildiriş göndərmişdir. İpoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər və məhz yalnız məhkəməyə şikayət edilmədikdə notarius ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə icra qeydi verə bilər. Notarius, barəsində icra qeydi apardığı borcun mübahisəsizliyini müəyyən etmək üçün Siyahının 1-1-ci bəndində göstərilən bütün sənədləri, o cümlədən ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi tələbkardan tələb etməli və notariat işinə əlavə etməli idi. Məhkəmənin sorğusu əsasında Sumqayıt şəhər * saylı notariat ofisinin təqdim etdiyi notariat işinin materiallarının 11-ci vərəqində xxxx tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair” DƏDRX-nin * saylı ərazi İdarəsinə ünvanlanmış ərizəsi vardır. Lakin Notariat işinə əlavə edilmiş ərizənin elektron qaydada göndərilmədiyi, ərizəyə əlavə edilmiş sənədlərdə onun nüsxəsinin əlavə edilmədiyi və təqdim edilmiş ərizənin qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqlənmədiyi görünür. Bu vəziyyətdə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun davam etdirilməsi qanunla qadağan olunduğu halda notarius ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi aparıb. Göstərilənlərə əsasən cavabdeh Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən aparılmış ipoteka predmeti olan mənzilə tutma yönəldilməsinə dair ##.##.2025-ci il tarixli, 8İ-***** reyestr №-li icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 17.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva) 18.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 36.1, 36.2, 36.3, 36.3-1, 36.4, 36.5, 37.1, 37.3, 38.1 və 38.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372 və 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 50, 76.1, 76.2, 119.1, 151.3, 217.3, 217.4 və 282-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. 19.Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 20.Apellyasiya şikayətinin dəlilləri 21.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, cavabdeh Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən aparılmış ipoteka predmeti olan mənzilə tutma yönəldilməsinə dair ##.##.2025-ci il tarixli 8İ-***** reyestr nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qanunun 36.4.1-ci maddəsi ipoteka saxlayanın üzərinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyana təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etmək öhdəliyi qoyur və qanunun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Lakin Notariat işinə əlavə edilmiş ərizənin elektron qaydada göndərilmədiyi, ərizəyə əlavə edilmiş sənədlərdə onun nüsxəsinin əlavə edilmədiyi və təqdim edilmiş ərizənin qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqlənmədiyi görünür. Qanunvericiliyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi bu barədə bildirişin ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməsi ilə başlayır (“İpoteka haqqında” Qanunun 36.1-ci maddəsi). Məhz ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş və onun ipoteka qoyana göndərilməsini təsdiq edən sifarişli poçt sənədi barəsində icra qeydi aparılacaq borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərdən biridir. Lakin iş materiallarına əsaəsn belə bildiriş göndərilmədiyi və iş materiallarında olan bildirşin saxta olduğu məlum olur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə onun tərəfindən təqdim edilmiş sübutlar araşdırılmamış və sübutlara qiymət verilməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə prosesi zamanı Məhkəmənin sorğusu əsasında Sumqayıt şəhər * saylı notariat ofisinin təqdim etdiyi notariat işinin materiallarına nəzər yetirildikdə məlum olmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi borclulara göndərilməmiş və sənədlərdə saxtalaşdırılmağa yol verilmişdir. Belə ki, Notariat işinin 24,25,26 və 28-ci səhifələrində İddiaçı Səfər oğluna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus imzalarla (müqavilələrdəki və şəxsiyyət vəsiqələrindəki) notariat işinin 20, 21 və 22-ci səhifələrində olan poçt qaimələrindəki imzaların əhəmiyyətli dərəcədə bir-birindən fərqlənməsi və İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus olmadığı açıq-aydın görünür. Məhz buna görə Məhkəmənin təşəbbüsü ilə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Məhkəmə iclasına dəvət olunması üçün məhkəmə prosessi təxirə salınmışdır. Növbəti məhkəmə prosesinə iştirak edən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qeydiyyat ünvanlarında yaşadıqlarını, heç bir bildirişin təqdim olunmadığını və qaimələrdəki imzaların onlara məxsus olmadığını bildirmişdirlər. Beləliklə də İpoteka saxlayan “xxxx” KB tərəfindən ipotekaya tutmanın yönəldilməsi haqqında bildirişi qanunla müəyyən edilmiş qaydada ipoteka qoyan İddiaçı təqdim etməyib və İddiaçı həmin bildirişi məhkəmə qaydasında mübahisələndirmək imkanından məhrum olunub. Lakin buna baxmayaraq notarius qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozaraq icra qeydi aparıb. Məhkəmənin sorğusu əsasında Sumqayıt şəhər * saylı notariat ofisinin təqdim etdiyi notariat işinin materiallarının 11-ci vərəqində xxxx tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair” DƏDRXnin * saylı ərazi İdarəsinə ünvanlanmış ərizəsi vardır. “İpoteka haqqında” qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə, 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 23.Məhkəmə tərəfindən Notariat işində olan bildirişlərin saxta olması, bildirişlərin göndərilməsi və çatması barədə təsdiqedici sənədlərin olmaması, o cümlədən bildirişlərdəki imzaların İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus olmadığı məlum olsa da qanunsuz qətnamə qəbul etmiş və imzaların həqiqətən də onalara məxsus olub-olmaması aydınlaşdırmamışdır. Bundan əlavə Məhkəmə özü də qətnaməsində saxtakarlığa yol verərək qətnamənin 3-cü səhifəsində olan Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir və Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir kimi qeyd etmişdir. Halbuki, onlar məhkəməyə dəvət olunmalarının məqsədi bildirişləri alıb-almamaları və bildirişlərdəki imzaların onlara məxsus olub-olmamasının müəyyən etmək olmuşdur. Məhkəmə prosesində iştirak edən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 heç bir biliriş onlara göndərilmədiyini, onlara təqdim edilmədiyini və imzaların isə onlara məxsus olmadıqlarını bildirmişdirlər. Məhkəmə onlara imzaları təqdim etmiş onlar isə müqavilələrdəki imzaların onlara məxsus olmasını və bildirişdəki imzaların öz imzalarından tam fərqli olduğunu onalar məxsus olmadığını bildirmişdirlər. Məhkəmə isə qətnaməsində bu halları ümumiyyətlə qeyd etməyərək sübutları saxtalaşdırmaqla saxta sənədlərə istinad etməklə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə bildirişin həqiqətən təqdim olunub-olunmadığını, imzaların kimə məxsus olduğunu, borclunun hüququnun pozulub-pozulmadığını araşdırmadan nəticəyə gəlmişdir. Belə ki, notariat işində olan poçt qaimələrindəki imzaların iddiaçı və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus olmadığı, həmin imzaların müqavilələrdə və şəxsiyyət vəsiqələrində olan imzalardan açıq şəkildə fərqləndiyi məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin məhkəmə həmin etirazları araşdırmamış, imzaların aidiyyətinin müəyyən edilməsi üçün ekspertiza təyin etməmiş, sənədlərin həqiqiliyini yoxlamamış və yalnız sənədlərin notariat işində mövcud olmasına əsaslanaraq onların etibarlı olduğu qənaətinə gəlmişdir. Halbuki MPM-in 77, 88 və 217-ci maddələrinin tələblərinə görə məhkəmə sübutları formal mövcudluğuna görə deyil, onların həqiqiliyini, mötəbərliyini və qarşılıqlı əlaqəsini qiymətləndirməklə nəticəyə gəlməlidir. 24.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 25.Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. 26.Apellyasiya icraatı iştirakçılarının izahatları 27.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı vəkili və nümyəndəsi nümayəndə3 İsmayıl oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. 28.Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. 29.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. 30.Tətbiq edilən hüquq 31.Azərbaycan Respublikası Mülki Məcəlləsi 32.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 34.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 35.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 36.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 37.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 38.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 39.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 40.“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu 41.Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 42.6.1.4. notariusun icra qeydləri. 43.“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 44.Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. 45.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. 46.“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 47.Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 48.Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 49.36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 50.36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 51.36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 52.36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 53.36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 54.Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 55.36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 56.36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 57.Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. 58.Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 59.Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 60.Maddə 38.2. Notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. Açıq bazarda satış qiyməti tərəflərin notariat qaydasında təsdiq olunan razılaşması ilə müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 61.“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat 62.Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. 63.“Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X4 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. 64.Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. 65.Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. 66.İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. 67.İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. 68.Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 69.əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 70.tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 71.Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 72.Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. 73.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 74.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 75.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 78.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 79.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 80.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 81.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 82.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 83.Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 84.Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 85.Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 86.Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 87.Apellyasiya baxışının hədləri 88.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 89.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 90.Apellyasiya şikayətindən görünür ki, iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsini tam mübahisələndirdiyindən qətnaməni tam həcmdə yoxlanılmasını vacib hesab edir. 91.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 92.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 93.Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ-***** saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Məhkəmə “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi” ilə əlaqədar qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiqi üçün əsas yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Göründüyü kimi üçüncü şəxs mübahisə tərəfi sayılmır. 94.Beləliklə apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bildiriş faktiki olaraq çatdırılmayıb. Qaimələrdəki imzaların həmin şəxslərin müqavilələrdə və şəxsiyyət vəsiqələrində olan imzalarından əhəmiyyətli dərəcədə fərqləndiyi, onların da məhkəmədə bu imzaların özlərinə məxsus olmadığını bildirdikləri qeyd olunur. 95.Məhkəmə kollegiyası ##.##.2026-cı il tarixdə “Garant Post” X2 Xidmətinə yuxarda göstərilən hallarla bağlı sorğu vermiş, həmin sorğuya cavab olaraq bildirilmişdir ki, “##.##.2025ci il tarixdə 299454, 299453 və ****** saylı (Sumqayıt şəhəri, 2 mkr, ev 18, mənzil 26) İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına ünvanlanmış məktublar, “xxxx” KB ASC-dən ünvanlara çatdırılması üçün qəbul edilmişdir. Yuxarıda göstərilmiş məktublar ##.##.2025-ci il tarixdə ünvançıya təhvil verilmişdir. Çatdırılan yol qaimələrinin əslini xxxx KB ASC-yə təhvil verilib.” 96.Göründüyü kimi, apellyator şikayətin dəlillərini sübut edə bilməmiş, qaimələrdə olan imzaların Səfərli ailəsinin üzvləri tərəfindən imzalanmaması faktı öz təsdiqini tapmamışdır. 97.İcra qeydi yalnız borcun mübahisəsiz olduğu hallarda aparıla bilər. Bu baxımdan kollegiya qeyd edir ki, kredit müqaviləsi şəxsən iddiaçı tərəfindən bağlanmış, kredit vəsaiti onun adına verilmiş, şəxsən iddiaçının özünə verilmiş, öhdəliyin olması iş materiallarında olan sənədlərlə təsdiq olunmuşdur. İddiaçı tərəfindən borcun mövcud olmadığını və ya məbləğinin düzgün hesablanmadığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, təqdim edilmiş sübutlarla notarius tərəfindən icra qeydi aparılarkən qanun pozuntusuna yol verilməsi də müəyyən olunmamışdır. 98.Beləliklə məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri məlum icra qeydinin ləğv edilməsi üçün əsas deyildir. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapmır. Apellyator apellyasiya şikayətində istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməlidir. 99."Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsi və Təlimatın 162-ci bəndi borcun mübahisəsiz qaydada alınmasına əsas olan sənədlər təqdim olunduğu halda icra qeydinin aparılmasını nəzərdə tutmuşdur. 100.Yuxarıda qeyd olunanlardan göründüyü kimi icra qeydlərinin aparılmasının vacib şərtlərindən biri də təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq etməsidir. 101.Göründüyü kimi qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. 102.İşin tədqiq olunan hallarından görünür ki, hazırkı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən mübahisələndirilməyən borcun ödənilməsi ilə bağlı yuxarıda sadalanan normaların tələbləri baxımından hazırkı vəziyyətdə icra qeydinin verilməsi düzgün olmuşdur. 103.Əlavə olaraq qeyd olunmalıdır ki mübahisələndirilən icra qeydi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatında qeyd olan şərtlərə uyğun keçirilmişdir. 104.Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 105.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 106.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar