Məhkəmə qərarları › İş №e-2(3-8)-836/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-836/2026

28.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-836/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ona dəymiş maddi ziyana görə 12200 manat, mənəvi ziyana görə 6000 manat olmaqla, cəmi 18200 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1-ci Vətən müharibəsinin iştirakçısı və II qrup müharibə əlili olmuşdur. Uzun müddət Abşeron rayon veteranlar cəmiyyətinin sədri vəzifəsində işləmişdir. Cavabdeh Ayaz adlı şəxsi əvvəllər tanımışdır. Ayaz adlı tanıdığı şəxs onun orada işlədiyindən xəbərdar olmuşdur. Söhbət əsnasında Ayaz ona pensiyası kəsilmiş əlillərin pensiyasını bərpa etdirə biləcəyini bildirmişdir. Sədri olduğu cəmiyyətin üzvlərindən olan müxtəlif şəxslər əlilliklərini bərpa etdirmək istədiklərini bildirdikdə o bu barədə Ayaza bildirmiş və sonuncu onunla razılaşmışdır. İlkin olaraq Rəhman Baxışov adlı cəmiyyətin üzvündən əlilliyini bərpa etməsi üçün 2020-ci ilin avqust ayında 5000 manat, 2020-ci ilin sentyabr ayında Rasim Süleymanovdan 5000 manat, 2020-ci ilin sentyabr ayında Sabir Sultanovun yoldaşı Gülbahar Soltanova 5000 manat, 2020-ci ilin sentyabr ayında Hacı olan, soyadını xatırlamadığı şəxsdən 4000 manat almış və Ayazın istifadəsində olan 099-319-40-00 mobil telefon nömrəsi ilə əlaqə saxladıqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına olan parkda Ayaza vermişdir. İşin uzandığını gördükdə Ayaza bu barədə bildirmiş və sonuncu işi həll edə bilməyəcəyini bildirmişdir. Bu məqsədlə Rəhmandan almış olduğu 5000 manat puldan 3000 manatını, Hacıdan almış olduğu 4000 manat puldan isə 3800 manatını isə Ayaz ona Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bizim” marketin qarşısında geri qaytarmışdır. Bundan sonra geridə qalan 12.200 manat məbləğində pulu almış olduğu şəxslərin yanında pis vəziyyətdə qaldığı üçün özü qaytarmaq məcburiyyətində qalmışdır. Cavabdeh Cavabdeh ilə uzun müddət dostluq etmiş və bir neçə dəfə aralarında borc pul olmuş və vaxtında qaytarmışdır. Cavabdeh ilə bir-birlərinə olan etibardan və şahidlərin iştirakı ilə verdiyi pul vəsaitinə görə istər notarial qaydada, istərsə də yazılı müqavilə bağlanmasına ehtiyac görməmişdir. Cavabdeh ona ümumilikdə 12.200 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh Cavabdeh 2021-ci ildən həmin pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etməyə başlamışdır. Buna görə də o, şikayət ərizəsi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, R X2 tərəfindən araşdırma aparılmış, müraciəti əsasında toplanmış HK-*/**** nömrəli material üzrə ## ###### 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən araşdırma aparılmış, onun və cavabdehin izahatı alınmış, cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh polis idarəsində verdiyi izahatında da etdiyi əməli etiraf etmişdir. Cavabdeh onu aldadaraq borc məbləğini qaytarmamışdır. Hətta cavabdeh öz hərəkətləri ilə ona mənəvi olaraq zərər vuruşdur. O, təxminən bir ildir ki, psixoloji olaraq müalicə alır. Nəticədə artıq onun qanunsuz hərəkətlərindən təngə gəlmiş, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh Cavabdeh iddia tələbinə qarşı etiraz verərək bildirilmişdir ki, iddiaçını uzun illərdir yəni uşaqlıqdan tanıyır, həmişə xoş münasibətləri olmuşdur. Onun rayonda yaşayan Tural adlı qohumu ilə iddiaçının şəxsi tanışlığı olmuşdur. Tural tanışı olan Təhminə adlı qadının köməkliyi ilə iddiaçıya və ona pensiyası kəsilmiş əlillərin pensiyasının bərpasına köməklik edəcəyini bildirmişdir. İddiaçı özünün dediyi kimi əlillər cəmiyyətində işlədiyi üçün həmin cəmiyyətdə pensiyası kəsilən cəmiyyət üzvlərinə bu barədə məlumat vermişdir. İddia ərizəsində adlarında qeyd etdiyi Baxışov Rəhman, Süleymanov Rasim və Sabir Sultanovun yoldaşı Gülbahar Sultanova olmaqla hər birindən ayrı-ayrı vaxtlarda 5000 manat məbləğində pul almış, həmin pulların üzərindən 300 manat, ümumilikdə 900 manat götürərək, ona cəmi 14100 manat pul vermişdir. Həmin 14100 manatın üzərindən polisdə izahatında qeyd etdiyi kimi 900 manat götürərək 13200 manat məbləğində pulu ortaq tanışları olan Turalın kart hesabına yollamışdır. Tural da həmin pulları tanışı olan bir dələduz Tərminə adlı qadına vermiş, həmin qadında pulları mənimsəmişdir. Bundan sonra həmin Tərminə adlı qadının barəsində başqa şikayətçilər də olduğu üçün dələduzluq maddəsi ilə X3 cinayət işi açılmışdır. Bundan sonra o Turaldan ona göndərdiyi pulları tələb etdi, ayrı-ayrı vaxtlarda Tural ona ümumilikdə 6800 manat pul qaytarmış, həmin pullar da iddiaçının özünün qeyd etdiyi kimi onun tərəfindən Aydına qaytarılmışdır. Bir müddət keçdikdən sonra işi düzəldən qadın barəsində cinayət işinin açılmasını Aydın bildiyi üçün, pul sahibləri də Aydından pullarını tələb etdiyklərinə görə o da ondan pul tələb etmiş, pulun kimə verildiyini o bildirsə də o bununla razılaşmamış və ondan Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir. 2024-cü ilin fevral ayında Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi R Rövşən Cavadov tərəfindən araşdırma aparılmış və cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İzahatında 3 dəfə ayrı-ayrı vaxtlarda Aydının ona 4700 manat pul verdiyi barədə qeyd etmişdir. Polisin qərarında və iddia ərizəsində adını qeyd etdini Hacı adlı şəxsi ümumiyyətlə tanımır. Hacının işinə görə ona hər hansı bir məbləğdə pul verilməmişdir. Polisin qərarında guya ki, onun Aydına 11100 manat borcu olduğunu etiraf etmişdir. Bildirir ki, izahatında verdiyi pullarla bağlı məbləği hesabladıqda 3 dəfə ayrı-ayrı vaxtlarda Aydın tərəfindən ona 4700 manat pul verilmiş, buda cəmi 14100 manat pul məbləği edir. Onun təsdiq etdiyi və iddiaçının öz etirafına görə Aydına 6800 manat pul qaytarılmışdır. Belə olan təqdirdə hesablamaya görə onun Aydına 7300 manat borcu qalmalı idi. O, Aydının ona verdiyi pulların üzərindən götürdüyü 900 manat borcu olduğunu izahatında da qeyd etmişdir. Polis isə onun verdiyi izahatını qərarda qeyd etməmiş, özünün ağlına gələn məbləği onun etiraf etməyi kimi qərarda qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, özü İ qrup gözdən əlildir. O, Aydın polisə şikayət edərkən iki gün polis idarəsində saxlanılmış, müstəntiq tərəfindən ona hədə qorxu və təziqlər olmuşdur. Gözdən əlil olduğu üçün verdiyi izahatı polis kompüterdə yazmış və imza atdırmışdır. O, polisə gözdən əlil olduğunu, oxuya bilmədiyini bildirsə də izahatı ona oxumamış, ona narahatçılığa əsas olmadığını bildirmişdir. Polisin qərarında 11100 manat borcu olduğunu etiraf etməyindən Aydın ondan məhkəməyə iddia verərkən xəbəri olmuşdur. Odur ki, onun iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda ona verdiyi 14100 manat pulun üstündən götürdüyü 900 manat borcu vardır. Yuxarıda qeyd etdiyi kimi Tural tərəfindən iddiaçıya 6800 manat pul qaytarılmış, hal-hazırda Turalın İddiaçı 6400 manat borcu vardır. Həmin pullar Turala verdiliyi üçün sözügedən 6400 manat məbləği Turaldan tələb etməlidir. Hesab edir ki, yuxarıda qeyd etdiyi əsaslı səbəblər nəzərə alınmalı, iddia tələb rədd edilməli və məhkəmə iş üzrə ədalətli qətnamə qəbul etməlidir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən, iddiaçı İddiaçı ona qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edəsiniz.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Cavabdeh ümumilikdə 11100 (on bir min yüz) manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı II qrup əlildir. Belə ki, iddiaçı, əlilliyini bərpa etdirəcəyi vədi verilərək cavabdeh tərəfindən aldadılmış və pulu mənimsənilmişdir. Belə ki, cavabdeh Cavabdeh iddiaçıya 11100 manat məbləğində pulu qaytarmalı olduğu müəyyən edilmiş və bu fakt Abşeron RPİ-nin İŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh verdiyi izahat ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə həmin sübutu nəzərə alaraq və cavabdehin izahatında, həmçinin etirazında qeyd etdiklərini sübuta yetirə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli və cavabdeh Cavabdeh ümumilikdə 11100 manat tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində 6000 manat məbləğində isə mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmiş, lakin qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia həmin hissələrdə təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 1091, 1092.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * №-li Qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsinə dai yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkməyə verdiyi ərizədə və izahatında göstərmişdir ki, ilkin olaraq Rəhman Baxışov adlı Azərbaycan cəmiyyətin üzvündən əlilliyini bərpa etməsi üçün 2020-ci ilin avqust ayında 5000 manat, 2020-ci ilin Respublikası sentyabr ayında Rasim Süleymanovdan 5000 manat, 2020-ci ilin sentyabr ayında Sabir Sultanovun yoldaşı Gülbahar Soltanova 5000 manat, 2020-ci ilin sentyabr ayında Hacı olan, soyadını xatırlamadığı şəxsdən ci maddəsi 4000 manat almış və Ayazın istifadəsində olan 099-319-40-00 mobil telefon nömrəsi ilə əlaqə saxladıqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına olan parkda Ayaza vermişdir. İşin uzandığını gördükdə Ayaza bu barədə bildirmiş və sonuncu işi həll edə bilməyəcəyini bildirmişdir. Bu məqsədlə Rəhmandan almış olduğu 5000 manat puldan 3000 manatını, Hacıdan almış olduğu 4000 manat puldan isə 3800 manatını isə Ayaz ona Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bizim” marketin qarşısında geri qaytarmışdır. Bundan sonra geridə qalan 12.200 manat məbləğində pulu almış olduğu şəxslərin yanında pis vəziyyətdə qaldığı üçün özü qaytarmaq məcburiyyətində qalmışdır. Cavabdeh Cavabdeh ilə uzun müddət dostluq etmiş və bir neçə dəfə aralarında borc pul olmuşdur və vaxtında qaytarmışdır. Göründüyü kimi,iddiaçı ən geci avqust 2022-ci ildək bu pulun geriyə verilməsi üçün məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı məhkəməyə pulun verildiyi avqust 2020-ci ildən 6 il sonra yanvar 2026-cı il tarixdə bu verilməyən pulun tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi vermişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, aramızdakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya dair normalarının tətbiq edilməli olduğunu və bu səbəbdən 2 illik iddia müddətinin keçdiyini əsas gətirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti tamamilə əsassızdır, maddi və prosessual hüquq normalarının yanlış şərh edilməsinə əsaslanır. Şikayət aşağıdakı əsaslara görə rədd edilməlidir: Birincisi, aralarındakı münasibətlər əsassız varlanma deyil, öhdəlik münasibətlərindən irəli gəlir. Cavabdeh iddia edir ki, bu mübahisəyə Azərbaycan Respublikası MM-nin 1091-ci maddəsi (Əsassız varlanma) və bu fəsildən irəli gələn 2 illik iddia müddəti tətbiq edilməlidir. Lakin əsassız varlanma normaları o zaman tətbiq edilir ki, şəxslər arasında hər hansı bir hüquqi əsas (müqavilə, razılaşma və ya qanundan irəli gələn öhdəlik) olmadan əmlak və ya pul keçidi baş versin. Bizim hadisədə isə tərəflər arasında konkret bir işin görülməsinə (əlliliyin bərpa olunması xidmətinin təşkilinə) dair şifahi razılaşma (öhdəlik münasibəti) mövcud olmuşdur. Mən pul vəsaitini cavabdehə əsassız olaraq deyil, bu şifahi müqavilədən irəli gələn icranı təmin etmək məqsədilə vermişdir. Cavabdeh isə öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə öhdəliyi pozaraq ona maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilələrdən irəli gələn tələblər üçün iddia müddəti 3 ildir. Bu səbəbdən cavabdehin 2 illik kəsici müddət barədə arqumenti tamamilə qanunsuzdur. İkincisi, cavabdehin borcu polis araşdırmasında etiraf etməsi iddia müddətini kəsmişdir. Fərz etsə ki, cavabdehin iddia etdiyi 2 illik müddətin tətbiq olunsa belə (bununla razılaşmır), iddia müddəti ötürülməmişdir. Belə ki, şikayəti əsasında Abşeron RPİ-də aparılan araşdırma zamanı cavabdeh rəsmi izahatında ona borclu olduğunu, pulu aldığını etiraf etmişdir. Şikayətin rədd edilməsi haqqında qərarda da bu fakt öz əksini tapmışdır. MM-nin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdehin polisdə borcu rəsmən etiraf etdiyi tarixdən məhkəməyə müraciət etdiyi tarixə qədər qanunvericiliklə nəzərdə tutulmuş heç bir iddia müddəti keçməmişdir. Cavabdeh apellyasiya şikayətində bu mühüm hüquqi faktı qəsdən gizlədir. Üçüncüsü, faktiki hallar və real ziyanın ona dəyməsi qətnamədə düzgün qiymətləndirilmişdir. Zərərçəkmiş şəxslər Gülbahar Soltanova və Hacı adında şəxs ondan 2023-cü ilin aprel ayında polisə şikayət etmişdir. 2023-cü ilin may ayında onlara tələb etdikləri pulu qaytardığından şikayətlərini geri götürmüşlər. Digər zərərçəkmiş şəxslər isə şikayət etməsinlər deyə özü pulların qaytarmışdır. Sonra dəfələrlə cavabdehdən zərərçəkmiş şəxlərə qaytardığı pulların ona geri verməsini tələb etsə də pulunu qaytarmamışdır. Bundan sonra 2023-cü ilin sonunda Cavabdeh polisə şikayət etmişdir. O, polis idarəsində verilən pulları etiraf etmişdir. Bununla da real maddi zərərə uğrayan tərəf birbaşa o, olmuşdur. Cavabdeh isə digər şəxslərdən onun vasitəsi ilə aldığı pul vəsaitini mənimsəyərək heç bir xidmət göstərməmiş və qanunsuz olaraq özündə saxlamışdır. Birinci instansiya məhkəməsi işin bu faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq ədalətli qətnamə çıxarmışdır. Odur ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş əsassız apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 11100 manat borcu olmasını etiraf etməmişdir. İzahatı müstətiq yazmışdır. Gözdən əlil olduğu üçün oxuya bilməmiş və izahata imza etmişdir. Tural adlı tanışı olmuş, iddiaçı onunla da tanış olmuşdur. Əlillərə pensiya düzəltmək üçün Aydın pulu ona vermişdir ki, pulu Turala vesin. Ümumilikdə Aydın ona 14100 manat pul vermiş, 6800 manatı isə Tural tərəfindən qaytarılmışdır. İddiaçı ona 3 dəfə olmaqla, 300 manat üzərindən götürməklə 4700 manat, ümumilikdə 11100 manat pul vermiş, o da həmin pulu Turala vermişdir. 4000 manatı qəbul etmir. Həmin 4000 manatdan məlumatı olmayıb, həmin məbləğdən iddiaçı 1000 manatını götürmüş, Turala 3000 manat göndərmişdir. Həmin vaxt xəstə olduğu üçün iddiaçı ona 100 manat pul vermişdir. Vicdanlı adamdır ki, notarial qaydada verilməmiş pulu qəbul edir. Turalla, onun pulu verdiyi qadına barəsində polisdə araşdırma aparılmışdır. Həmin araşdırma zamanı qadın tutulmuşdur. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olmamışdır. Bildiyinə görə Tural həmin qadına 50000 manata qədər pul vermişdir.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehə 5000, 5000, 5000 və 4000 manat olmaqla, ümumilikdə 19000 manat ümumi pul vermişdir. 3800 manat və 3000 manat pul qaytarılmış, 12200 manat pul qalmışdır. Həqiqətən də verilən pulların hər birindən 300 manat özü götürşdür. 4000 manatı da Tural zəng etmiş və onun bank kartına atmışdır. Tural həmin pula görə 150 manat Ayaza verməsini bildirmiş, o da həmin puldan 150 manat Ayaza vermiş, qalan pulu da kartına köçürmüşdür. Turalla qohumluq əlaqəsi olmadığından pulu Ayaza görə ona göndərib. Həmin vaxt Ayaz xəstə olmuşdur. Buna görə də həmin məbləği də Ayazdan tələb edir.

İşdə olan sübutlar

12. ##.##.2015-ci il tarixli ****** nömrəli vəsiqədən görünür ki, İddiaçı II qrup əlildir.

13. AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sənəddən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixindən müddətsiz olaraq əlil olduğu müəyyən edilmişdir.

14. Abşeron RPİ-nin İŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh verdiyi izahatdan görünür ki, o, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını qeyd etmişdir. İddiaçı əvvəllər tanıdığını qeyd etmişdir. Həmin şəxs ilə aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Aydın 1-ci Vətən Müharibəsinin iştirakçısı və II-ci qrup müharibə əlili olmuşdur. Uzun müddət Abşeron rayon veteranlar cəmiyyətinin sədri vəzifəsində işləmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, Aydınla onun Tural adında ortaq tanışları olmuşdur. Tural həmdə onun qohumu olmuşdur. Həmin şəxs Ağstafa rayonunda yaşamışdır. Turalın əlilliyin bərpa etdirilməsi məsələlərinə baxdığından xəbərdar olmuşdur. Tural bu işləri Ağstafa rayonunda yaşayan Tərminə adlı qadınla birlikdə etmişidir. 2020-ci ilin avqust ayında Tural onunla telefonla əlaqə saxlayaraq İddiaçı sədri olduğu cəmiyyətin üzvü olan Rəhman Baxşıyeva əlillik dərəcəsinin bərpa etdirəcəyini bildirmişdir. Bu məqsədlə Aydınla görüşməyini və həmin şəxsin ona verəcəyi puldan 300 manatını özünə götürərək qalanını Turalın istifadəsində olan bank kartına göndərməyini bildirmişdir. O, Tural ilə razılaşmış və 2020-ci ilin avqust ayında 4700 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına olan parkda Aydından almışdır. Daha sonra həmin məbləğin üstündən 300 manat pulu götürərək qalan 4400 manatı Turalın istifadəsində bank kartına göndərmişdir. X5 əlilliyini bərpa etdirmək üçün 2020-ci ilin sentyabr ayında Aydın həmin şəxsdən 5000 manat məbləğində pul almış, özünə 300 manat götürdükdən sonra qalan 4700 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına olan parkda Turala göndərmək üçün ona vermiş, o da, özü üçün 300 manat götürdükdən sonra qalan 4400 manatı Turalın istifadəsində olan bank kartına göndərmişdir. Daha sonra Sabir Sultanovdan əlilliyini bərpa etdirmək üçün 2020ci ilin sentyabr ayında Sabirin yoldaşı Gülbahar Soltanovadan, Aydın 5000 manat məbləğində pul almış, özünə 300 manat götürdükdən sonra qalan 4700 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına olan parkda Turala göndərməyi üçün ona vermiş, o da, özü üçün 300 manat götürdükdən sonra qalan 4400 manatı Turalın istifadəsində olan bank kartına göndərmişdir. İş müəyyən səbəblərə görə alınmamış və işlərinin həll olunması üçün onlara pul vermiş şəxslər şikayət etməyə başlamışdırlar. Bu məqsədlə Rəhmandan alınmış 4700 manat puldan 3000 manatını geri qaytarmışdır. Gülbahardan alınmış 4700 manat və Rasimdən alınmış 4700 manat pulu isə qaytara bilməmişdir. Aydına verməli olduğu pulun məbləği 11100 manat olduğunu qeyd etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095.Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

16. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

17. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehdən tutulan pul məbləği hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməlidir.

19. Belə ki, iş materiallarından olan Abşeron RPİ-nin İŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabeh izahatında iddiaçı tərəfindən ona tanışları Turala göndərilməsi üçün cavabdehə 3 dəfə 4700 manat olmaqla, 14100 manat pul verilmiş, həmin puldan 3000 manat qaytarılmışdır. Bu səbəbdən cavabdeh iddiaçıya verilməli olan pulun məbləğinin 11000 manat olmasına dair izahat vermişdir. Tərəflərin izahatından isə müəyyən edilir ki, iddiaçıdan alınmış 14100 manat pul məbləğindən ilk öncə 3000 manat, daha sonra isə 3800 manat pul iddiaçıya qaytarılmışdır. Bu hal iddiaçının izahatı ilə də təsdiqini tapmışdır. İddiaçı tərəfindən cavabdehə verilmiş 14100 manat puldan 6800 manatın qaytarıldığı nəzərə alındıqda isə cavabdehin iddiaçı qarşısında 7300 manat pul öhdəliyinin olması müəyyən olunur.

20. Məhkəmə kollegiyası qeyd edilən məbləğlərdən əlavə olaraq, 4000 manatın da cavabdehdən tələb edilməsinə münasibətdə isə qeyd edir ki, cavabdeh polis orqanında və məhkəmədə verdiyi izahatlarında həmin məbləğlə əlaqəsinin olmadığını iddia etmiş, həmin pulun ona verilməsinə dair məhkəməyə də hər hansı bir sübut təqdim edilməmişdir. Ən əsası isə iddiaçı məhkəmə kollegiyasının verdiyi izahatında qeyd edilən 4000 manat məbləği cavabdeh xəstə olduğu üçün özü tərəfindən Turala məxsus bank kartına köçürdüyünü bildirmişdir ki, bu da həmin pulun cavabdehdən tələb edilməsini istisna etmişdir.

21. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh tərəfindən isə birinci instansiya məhkəməsində iş baxılarkən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir.

22. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 7300 (yeddi min üç yüz) manat tutulmalıdır.

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.3, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh 7300 (yeddi min üç yüz) manat alınaraq, iddiaçı İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, cavabdeh tərəfindən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar