Məhkəmə qərarları › İş №e-2(3-9)-1066/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1066/2026

04.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad İş № e-2(3-9)-1066/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qərardadından (hakim Ellara Abbasova) cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin icarə əsasında istifadə etdiyi sexdə baş verən yanğın nəticəsində avtomobilinin yararsız hala düşməsinə görə dəymiş 46000 məbləğində maddi zərərin və 228 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, vurulmuş maddi zərərin əvəzi olaraq 43000 (qırx üç min) manat, ödənilmiş dövlət rüsumunun 219 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissələrdə təmin olnmaması qət edilmişdir. Qətnamə cavabdeh Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş və iş materiallarına əlavə edilmiş xəbərnaməyə əsasən # ###### 2025-ci ildə cavabdehə təqdim edilmişdir. # ###### 2026-cı il tarixdə qətnamə icraya yönəldilmişdir. # #### 2026-cı il tarixdə cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti MPM-in 360, 363.1.1-1 və 363.1.3-cü maddələrinə istinadla prosessual qanunvericiliklə müyəyyən olunan müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarılmışdır. Qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə müdafiəsindən istifadə etmək hüququ məhdudlaşdırılmışdır. Qəbul edilmiş qanunsuz və ədalətsiz qətnamədən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qanunsuzdur. Iştirak etdiyi bütün məhkəmə iclaslarında iddia tələbinin qanunsuz olduğunu, həm təqsirli olmamağı, həm də iddia məbləğinin tamamilə reallığı əks etdirməməsi barədə bildirdiklərindən sonra, həmin iddianın təmin edilməsinə dair qətnamədən şikayət verməməyi ağlabatan deyildir. Neçə müddət qətnamənin rəsmi qaydada verilməsini gözləmişdir ki, həmin qətnaməni mübahisələndirsin. Hazırda məhkəmənin heç bir inandırıcı və reallığı əks etdirməyən əsas olmadan şikayətini geri qaytarması konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Prosessual qanunvericiliklə məhkəmə qətnaməsinin tərəflərə rəsmi qaydada verilməli olması, elektron məhkəmə informasiya sistemi olan şəxslərə isə elektron qaydada verilməsi qeyd edilmişdir. Lakin hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı ona lazımi qaydada çatdırılmamışdır. Qətnamədən şikayət vermək üçün gözlədiyi halda, icra şöbəsindən barəsində məcburi icra tədbirlərinin başlanıldığı bildirilmişdir. Həmin vaxtlar Bakı şəhərində yaşadığından qətnamə ona təqdim edilməmişdir. Dərhal Masallı Rayon Məhkəməsinə qəbul edilmiş qətnamənin təqdim edilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin bu günə qədər qətnamənin surəti təqdim edilməmişdir. Nəhayət əlacsız qalıb hüquqşünasa yaxınlaşmış və o, asan imza vasitəsilə elektron məhkəmə informasiya sistemində ##.##.2026-cı il tarixdə elektron kabinet açmış (qeydiyyatdan keçmiş), bundan sonra qəbul edilmiş hazırda mübahisələndirdiyi qətnamənin surətini əldə edə bilmişdir. Bu səbəbdən hesab edir ki, qətnamədən şikayət vermə müddəti tərəfindən ötürülməmişdir və şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Lakin məhkəmə qəbul etdiyi 3 cümləlik qərardadda sadəcə qətnamənin rəsmi qaydada verildiyini, poçt qəbzinə imza etməklə qətnaməni qəbul etdiyini qeyd etmişdir. Lakin məhkəmə nə qətnamənin hansı ünvana göndərilməsini, hansı tarixdə və kim tərəfindən poçt qəbzinə imza etməklə götürülməsini araşdırmamışdır. Qətnamənin surətini heç vaxt imza etməklə götürməmişdir. Əgər qətnamə qeydiyyatda olduğu kəndə göndərilmişdirsə, onu götürmə ehtimalı olmamışdır. Belə ki, həmin tarixlərdə Bakı şəhərində yaşayırdı və məhz bu səbəbdən icra edilməsi üçün iş Nizami rayon Icra şöbəsinə göndərilmişdir. Məlumat alan kimi qətnamədən şikayət vermişdir. Məhkəmə əgər əlində poçt qəbzi olduğuna istinad edirsə, onda ən azından məhkəmədə olan imzalarıyla qeyd edilən poçt qəbzindəki imzanı eyniləşdirə bilərdi və bu zaman əmin olardı ki, qətnamə ona təqdim edilməyib. Poçt işçisinin qətnaməni tanımadığı kiməsə verməsi, həmin qətnaməni alması anlamına gəlmir. Bu səbəbdən hesab edir ki, tərəfindən şikayət vermə müddəti ötürülməmişdir və iş apellyasiya məhkəməsinə göndərilməlidir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. 135.1.-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.3.-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5.-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6.-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Iş materiallarından cavabdehin işin birinci instansiya məhkəməsindəki icraatı dövründə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyi görünür. Belə olan halda yekun məhkəmə aktının çatdırılması MPM-in 135.1-135.5-ci maddələrində müəyyən olunan qaydada təmin edilməli idi. Məhkəmə tərəfindən yekun məhkəmə aktı da cavabdehin ünvanına sifarişli poçt göndərişi ilə göndərilmişdir. Işdə olan xəbərnamədən görünür ki, içərisində yekun məhkəmə aktı olan sifarişli poçt göndərişi # ###### 2025-ci il tarixdə cavabdeh Cavabdeh təqdim edilmişdir. Lakin cavabdehin şikayətinin dəlilləri araşdırılarkən “xxxx” MMC-yə verilən sorğu nəticəsində müəyyən edilmişdir ki, poçt göndərişinin çatdırılması ilə bağlı rəsmi sənədlər üzrə hər hansı bir qeyd müəyyən edilməmişdir. Məsələyə aydınlıq gətirmək məqsədilə AZ**** saylı poçt şöbəsinin poçtalyonunun izahatı alınmış, izahatında məktubu şəxsən təqdim etmədiyini, alıcı ilə razılaşdırılmış formada yaşadığı mənzilin qapısına qoyduğunu bildirmişdir. Kollegiya hesab edir ki, qətnamənin cavabdeh Cavabdeh və ya onunla birlikdə qeydiyyatda olduğu ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə verilməsi iş materialları təsdiqini tapmadığından, qətnamənin cavabdehə təqdim olunması tarixi kimi sonuncunun apellyasiya şikayətində qeyd etdiyi ##.##.2026-cı il tarixi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri aparılan araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, qərardad ləğv olunaraq # #### 2026-cı il tarixində cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qanunla müəyyən olunan prosessual müddət ərzində verilmiş hesab edilməlidir. Şərh olunanlar nəzəə alaraq, Mülki Prosessual Məcəllənin 263, 264, 360, 398.0.3, 400, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qərardadı ləğv edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qanunla müəyyən olunan prosessual müddət ərzində verilmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Ilham Əsədov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar