Məhkəmə qərarları › İş №e-2(3-9)-1073/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1073/2026

20.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1073/2026 20.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı regional“ ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, 8i-**** reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 tərəfindən ##.##.2026-cı il tarixdə icra qeydi tərtib edilərək ondan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin xeyrinə ödənilməmiş 4903.26 manat pulun tutulması qərara alınmışdır. Ona və onun kimi digər vətəndaşlara qarşı dələduzluq cinayəti törədilmişdir. Belə ki, hazırda həmin iş üzrə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsində cinayət işi başlanmış və o, həmin işdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Eyni gün ərzində bir necə bankdan pul götürülüb və onlara qarşı dələduzluq edən adama verilibdir. Bu işdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin müvafiq əməkdaşına yönəldilməklə həmin bankdan ona pul verilibdir. Bu da öz növbəsində bank əməkdaşlarının həmin cinayətkar dəstə ilə əlbir olmağını göstərir və borc mübahisə yaradır. Qanunun tələbinə görə borc mübahisəsiz olduqda icra qeydi verilə bilər. Borc məbləği barədə mübahisə olması icra qeydinin ləğv edilməsi üçün əsasdır. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim: Zeynal Zeynalov) iddiaçı İddiaçı cavabdeh X1 qarşı (üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC) icra qeydinin ləğv edilməsi tələbi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib müəyyən etmişdir apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar 50 manat dövlət rüsumu ödənilmiş olsa da, ödəniş sənədində dövlət rüsumunun təyinatı “qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə” kimi göstərilmişdir. Halbuki, hazırkı mübahisə qiymətləndirilməyən iddia tələbinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.11-ci maddəsinə əsasən tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədə iddialarda iddianın qiyməti barəsində mübahisə edilən məbləğlə müəyyən edilir. Hazırkı işdə icra qeydi üzrə mübahisələndirilən məbləğ 4.903,26 manat olduğundan iddia qiymətləndirilən əmlak xarakterli tələbə aiddir. Lakin iddiaçı dövlət rüsumunu hazırkı mübahisənin hüquqi xarakterinə uyğun olan qiymətləndirilən iddia üzrə deyil, qanunun 8.2-ci maddəsində nəzərdə tutulan qiymətləndirilməyən iddia tələbi üzrə təyinat seçməklə ödəmişdir. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının ## #### 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin * nömrəli Əlavəsində müəyyən edilmiş orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar mövcuddur və apellyasiya şikayəti verilərkən həmin formanın tələblərinə ciddi riayət olunması zəruridir. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, apellyasiya şikayətində 2-3-cü qrafalar çıxarılmış, 1-ci qrafada iddiaçının ünvanı, (yaşayış yeri və ya olduğu yer) göstərilməmiş, apellyasiya şikayətinin 8, 9 və 10-cu qrafaları əsaslandırılarkən iddiaçı ümumi xarakterli mülahizələrlə kifayətlənmiş, həmin hissədə pozuntuların nədən ibarət olduğunu göstərən konkret və əsaslandırılmış dəlillərə istinad etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi, QƏRARA ALDI:

Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar