Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1256/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında bахаrаq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 27.360,00 (iyirmi yeddi min üç yüz altmış) manat məbləğində pul və ödənilmiş 172,08 (yüz yetmiş iki manat səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qəradadı ilə iddiaçı İddiaçı iddia ərizəsi geri qaytarılmışdır. Iddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək, Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qəradadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması ilə bağlı hüquqi nəticəyə gələrkən prosessual hüquq normasının tələblərinə düzgün əməl etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya qeyd edir ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin iddia ərizəsini elektron və ya kağız daşıyıcıda imzalamamışdır. Elektron sistemdən görünür ki, iddiaçı iddia ərizəsi başlığı ilə vəsatəti elektron qaydada imzalamış, tərtib etdiyi iddia ərizəsini isə imzalamadan “word fayl” şəklində yerləşdirmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda istinad olunan normaların tələblərinin pozuntusuna yol verilmişdir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olmaqla Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2, 263, 264, 372, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-1256/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1256/2026
17.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver