Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-405/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsəsdov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli **(***)-***/**** saylı qərardadından İddiaçı İntiqam qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı İntiqam qızı İsmayiıov İntiqamm Bəhlul oğluna və İsmayılov Böyükağa İntiqam oğluna qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi 910013031805, 910013021730, 910013031817 və ************ reyestr nömrəli çıxarışlara əsasən Hacıqabul rayonu İkinci Meyniman kəndində yerləşən 0,7798 ha, 0,2233 ha, 0,4342 ha və 3.0953 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən İddiaçı İntiqam qızının payına düşən 1.13315 ha naturada bölünməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi işə cəlb edilərək yerində müayinə aparılması və nəticəsindən asılı olaraq mütəxəssis rəyinin alınması, mütəxəssisin rəyinin alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan ərazi idarəsinə həvalə edilməsi, rəy alınanadək mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan İddiaçı İntiqam qızı şikayət verərək onun ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün baxış iclasına təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını, yəni mübahisə predmeti olan torpaq sahəsinin tərəflərin ümumi birgə xüsusi mülkiyyətlərində olmasını, iddiaçının yalnız həmin torpaq sahəsində payının müəyyən edilməsini, işdə olan ekspertiza və mütəxəsis rəyinin olmasını nəzərə almamışdır. Bu tələb üzrə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Həmin ekspertiza rəyinin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan ərazi idarəsi tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş, həmin xərc iddiaçı tərəfindən qarşılanmışdır. Daha sonra həmin mütəxəsis rəyinə əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq ekspertizası tərəfindən ##.##.2025-ci il tarixdə **/**** nömrəli rəy verilmişdir. Bu iş üzrə təkrar həmin mütəxəssisin yerində müayinə aparmasının hansı zərurətdən irəli gəlməsi hakim tərəfindən qərardadda araşdırılmamışdır. Bundan başqa bu iş məhkəmənin icaatında ##.##.2025-ci il tarixdən bu günə kimi araşdırılmışdır. İşdə müvafiq ekspertiza və mütəxəsis rəyi mövcuddur. Təkrar həmin mütəxəsisin yerində baxış keçirməsi işin uzadılmasından başqa bir şey deyil. Hesab edir ki, iş üçün yerində baxış keçirilməsi üçün heç bir zərurət qalmadığı bir halda, işin icaatının dayandırılaraq uzadılması iddiaçının hüquqlarının kobud pozulmasına şərait yaradır. Hacıqabul Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan ərazi idarəsinin mütəxəssisinin işə cəlb edilərək onun iştirakı ilə yerində müayinə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə mübahisənin xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli torpaq sahəsinin faktiki olaraq naturada bölünməsinin mümkünlüyünü müəyyən etmək xüsusi bilik tələb etdiyinə görə, iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan ərazi idarəsinin mütəxəssisinin iştirakı ilə yerində müayinə keçirilməsi və rəy alınması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. Habelə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.38-ci bəndinə görə məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi kimi müəyyən edilmişdir. Həmçinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Beləcə, yuxarıda göstərilən normativ aktların məzmunundan görünür ki, DƏDKR tərəfindən torpaq sahələrinə dair rəy verilməsi həmin qurumun birbaşa xidməti vəzifələrindən biridir. Torpaq sahələrinin kateqoriyası, sərhədləri, koordinatları və digər kadastr göstəriciləri barədə məlumatlar yalnız bu qurumun ixtiyarında və idarəçiliyində olan elektron kadastr uçotu informasiya sistemində toplanır və saxlanılır. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Qeyd edilməlidir ki, MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. MPM-in 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. MPM-in 64.2-ci maddəsinə əsasən mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur MPM-in 76.1. və 76.2-ci maddəsinin tələbinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 175.2-ci maddəsinə əsasən zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, əvvəllər qəbul edilmiş qərardadla mütəxəssis qarşısında qoyulmuş suallar əsasən ümumi paylı mülkiyyətdə olan payların real (naturada) bölgüsünün ümumilikdə texniki cəhətdən mümkün olubolmamasının, əlavə tikililərin aparılmasının və sair digər mümkün olan bütün hallar nəzərə alınmaqla hansı halda, əmlaka tənasübsüz zərər vurmadan hansı qaydada bölgüsünün aparılmasının mümkünlüyünün müəyyən edilməsinə yönəlmişdir. Hazırkı mübahisəli (## ###### 2026-cı il tarixli) qərardadda isə mütəxəssis qarşısında qoyulan suallar əvvəlki qərardaddan fərqli olaraq daha konkret halların – hər bir sahənin ayrı-ayrılıqda naturada bölgüsünün mümkünlüyünün aydınlaşdırılmasına xidmət edir. Belə ki, hazırkı suallar hər bir çıxarış üzrə ayrıca torpaq sahəsinə münasibətdə payın naturada bölünməsinin texniki imkanları, torpaq sahəsindən paylıların maneəsiz istifadə imkanları və digər mühüm hallar nəzərə alınmaqla bölgünün hansı qaydada həyata keçirilə biləcəyinin müəyyən edilməsinə yönəlmişdir. Göründüyü kimi, hazırkı qərardadda qoyulmuş suallar daha mühüm məsələlərin dəqiq şəkildə araşdırılmasına xidmət edir. Bu baxımdan, yeni qərardadın qəbul edilməsi təkrar ekspertiza təyin edilməsi kimi deyil, iş üzrə mühüm əhəmiyyət kəsb edən əlavə halların müəyyən olunmasına yönəlmiş prosessual hərəkət kimi qiymətləndirilməlidir. Bu səbəbdən də, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin müvafiq mövqeyini əsaslı hesab edir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından İddiaçı İntiqam qızı tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli **(***)-***/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-405/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-405/2026
22.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver