Məhkəmə qərarları › İş №e-2(3-9)-449/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-449/2026

04.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-449/2026 04.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakı ilə, İddiaçı İddiaçı İsmayıl qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir rayon İcra və probasiya şöbəsi cəlb olunmaqla cavabdeh Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı İddiaçı İsmayıl qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir rayon İcra və probasiya şöbəsi cəlb olunmaqla Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 ## ### 2025-ci il tarixdə, 8İ-**** reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Ağsu rayon notariat ofisinin xüsusi notariusu Acalov Emil İsmixan oğlu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təsdiq etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə Ağsu rayon notariat ofisində Abdullayeva (Məmmədova) Zümrüd İsmayıl qızı arasında bağlanmış ##.##.2022-ci il tarixli, 3M-** №li kredit müqaviləsinə əsasən 30000 (otuz min) manat məbləğində pul İddiaçı İsmayıl qızı tərəfindən borc almışdır. Həmin təklifdə İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında Ağsu rayon notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli 3M-** reyestr nömrəli borc müqaviləsi əsasında Kürdəmir regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2025ci il tarixli 8İ-**** reyestr nömrəli icra qeydi üzrə Kürdəmir rayonu, Dəyirmanlı kəndində qeydiyyatda olan Abdullayev Zümrüd İsmayıl qızından (AA 3224740, ##.##.2021-ASAN- Kürdəmir; FİN:*******; d/t; ##.##.1990) Reyestrdə *M-** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 30000 manat (otuz min) tutulsun. Həmin icra qeydi ##.##.2025-ci il tarixdə aparılmışdır. Hesab edir ki, Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 ## ### 2025-ci il tarixdə, 8İ-**** reyestrdə qeyd edilmiş icra qeydi ləğv edilməlidir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı İsmayıl qızı nümayəndəsi ilə eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ona 30000 manat pul vermişdir. O, borcu hissə-hissə ödəməklə qaytarmışdır. Pul ona faiz müqabilində verilmişdir. Əsas borcdan əlavə ay üzrə 3000 manat pul ödəmişdir. 1 il boyunca mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 faiz qarışıq 90000 manat pul ödəmişdir. Borcun 15000 manatını öz şəxsi qızıl-zinət əşyalarını “xxxx” ASC-yə qoyaraq onun əsasında ödəmişdir. İcra məmuruna heç bir izahat verməmiş, icra şöbəsində verilmiş izahatında olan imza və icra sənədi üzrə tələbkar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ona göndərilən məktubun xəbərnaməsində olan imza ona məxsus deyildir. O, heç bir sənədi imzalamamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahat verərək iddia tələbləri ilə razılaşmadığını bildirmişdir. Qeyd etmişdir ki, nəvəsi ilə Zümrüdün uşağı bir sinifdə oxuyur. Aralarına yaxın münasibətləri olub. O, iddiaçıya 2022-ci ildə 30 000 manat borc pul vermişdir. Pulu 10 ay müddətində ödəmək şərti ilə iddiaçıya borc vermişdir. Notarusla təsdiq edilmiş müqavilə üzrə İddiaçı 30000 manat pul vermiş, o da vaxtı gecikdirərək ödəməmişdir. İddiaçı ona 30 000 manatdan əlavə başqa borcu da olmuş, həmin borc Zümrüd tərəfindən ödinilsə də 30 000 manat pul borcu ödənilməmişdir. İddia tamamilə yalandır. İddianın təmin olunmamasını xahiş edir. Pulu İddiaçı tərəfindən ödənilmədiyindən o, xəstə uşağını müalicə etdirə bilmir. Cavabdeh Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid İlqar oğlu izahat verərək bildirmişdir ki, o, Kürdəmir rayonunun Yenikənd kənd poçt şöbəsində poçt müdiri işləyir. 1 ildən çoxdur ki İddiaçı Yenikənd kəndində qeydiyyatdadır. Onun ünvanına gələn bütün poçtları ya əri X4 ya da özü qəbul edir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 göndərdiyi məktub xüsusi bildirişli zərf olmuşdur. Aprel ayı ərzində İddiaçı demək olar ki, hər gün zərf gəlmişdir. Göndərilən zərfləri İddiaçı ofisinə aparıb özünə təhvil vermişdir. Çünki İddiaçı evdə olmur, günün çox vaxtını ofisində olur. Zərfi qəbul edən İddiaçı özü olmuşdur. Çünki başqa biri zərfi təhvil alsaydı, adın kənarında bu barədə məlumatlar (atası, yoldaşı, qızı) qeyd olunardı. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi (Hakim: Rahid Mehdiyev) ilə, iddiaçı İddiaçı İsmayıl qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir rayon İcra və probasiya şöbəsi cəlb olunmaqla cavabdeh Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh iddiaçının apelyasiya şikayətinə etiraz göndərməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı İddiaçı İsmayıl qızına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası zamanı iddiaçının istifadəsində olan mobil nömrə vasitəsi ilə əlaqə yaradılmış, məhkəmə iclasından xəbərdar olduğunu, məhkəmədə vəkili Vəkil iştirak edəcəyini bildirmişdir. Vəkil Vəkil elektron kabinet vasitəsi ilə ərizə göndərərək, Kürdəmir Rayon Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində başqa məhkəmə iclaslarının olması səbəbindən hazırkı iclasda iştirak edə bilməyəcəyini, ona görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı vəkil Vəkil ilə istifadəsində olan mobil nömrə vasitəsi ilə əlaqə yaradılmış, ona məhkəmə iclasında iddiaçının hüquqlarının müdafiə və təmsil edilməsi üçün vəkil kimi səlahiyyətlərini təsdiq edən və apellyasiya icraatında iştirakı nəzərdə tutan orderin iş materiallarında olmadığı bildirişmiş, vəkil Vəkil isə iclas təxirə salınacağı halda növbəti məhkəmə iclasında təqdim edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Vəkillər X12 2018-ci il ## ######## tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə əsasən, müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründüyü kimi vəkilin məhkəmə instansiyasında təmsil olunması üçün yeganə hüquqi sənəd orderdir. İş apellyasiya icraatında olduğu müddətdə vəkilin kifayət qədər texniki imkanı olmuşdur ki, apellyasiya icraatında iştirakı nəzərdə tutan orderi elektron kabinet vasitəsi ilə təqdim etsin. Odur ki, kollegiya hesab edir ki, iddiaçı üzürlü səbəblərdən məhkəmə iclasında iştirak etməməsi barədə sübutlar təqdim etməmiş, vəkil Vəkil isə apellyasiya icraatında iştirakına hüquq verən orderi olmamışdır. Odur ki, kollegiya məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmə icraatının tezliyinin təmin edilməsi baxımından məqsədə müvafiq hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir rayon İcra və probasiya şöbəsi və cavabdeh Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmalarına baxmayaraq iclasda iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən iş üzrə üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 3**.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (hüquq münasibəti yaranan zaman qüvvədə olan) 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (hüquq münasibəti yaranan zaman qüvvədə olan) 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (hüquq münasibəti yaranan zaman qüvvədə olan) “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci maddəsinə görə pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPMnin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, ##.##.2025-ci il tarixli *** nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağsu Rayon Notariat Ofisi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ünvanlanmış məktubdan görünür ki, ##.##.2022-ci il tarixdə Ağsu rayon notariat ofisində rəsmiləşdirilmiş 3M-** reyestr nömrəli Kredit (borc) müqaviləsi üzrə "Borc alan" Kürdəmir rayonu, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 53 ünvanında qeydiyyatda olan Məmmədova Zümrüd İsmayıl qızı tərəfindən "Borc verən" ünvan 2 ünvanında qeydiyyatda olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 notariusun depozit hesabı vasitəsilə hər hansı ödəniş olunmamışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən İddiaçı İsmayıl qızına ünvanlanmış xəbərdarlıq məktubunda göstərilmişdir ki, ## ###### 2022-ci il tarixdə Ağsu rayon notariat ofisində sizinlə, yəni Məmmədova Zümrüd İsmayıl qızı ilə mənim aramda Kredit Müqaviləsi bağlanmış və bağlanmış Kredit Müqaviləsinə əsasən, siz məndən 30000 (otuz min) manat borc almısınız və həmin borcun ##.##.2023-cü il tarixdə mənə qaytarılmasını öhdənizə götürmüsünüz. Sözügedən Kredit Müqaviləsi ## ###### 2022-ci il tarixdə Ağsu rayon notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Müqavilənin 1 (bir) nüsxəsi notariusda saxlanılmış. 1 (bir) nüsxəsi sizə və 1 (bir) nüsxəsi mənə təqdim edilmişdir. Müqaviləyə əsasən borcun qaytarılması vaxtı ##.##.2023-cü il tarixdə başa çatmasına baxmayaraq, həmin vaxtdan 505 gün keçmiş və bu müddətdə borc aldığınız 30000 (otuz min) manat pulun mənə qaytarılması barədə dəfələrlə sizə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyiniz tərəfinizdən icra edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, bir daha sizə rəsmi surətdə xəbərdarlıq edərək, borcun 20 gün müddətində qaytarılmasını sizdən tələb edirəm. Həmçinin diqqətinizə çatdırıram ki, əgər bu müddətdə borcu qaytarmasanız, sizə qarşı Məhkəmə qaydasında iddia qaldıraraq, gecikdirilmiş günlərə görə, hər gün üçün 30 manat, 505 günə isə 15150 (on beş min yüz əlli) manat əldən çıxmış gəlir üzrə kompensasiya da tələb olunacaqdır. İş materiallarında olan xəbərnamədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən İddiaçı İsmayıl qızına ünvanlanmış xəbərdarlıq məktubu ##.##.2025-ci il tarixdə İddiaçı İsmayıl qızı tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan Ağsu rayon notariat ofisinin notariusu Acalov Emil İsmixan oğlu tərəfindən ##.##.2022-ci il tarixdə ** nömrə ilə qeydə alınmış borc verən (kreditor) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə borc alan Məmmədova Zümrüd İsmayıl qızı arasında imzalanan borc müqaviləsinə əsasən, “borc verən” “borc alana” 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) manat məbləğində borc verir, “borc alan” borcu ##.##.2023-cü il tarixinədək “borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər. İş materiallarında olan Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş icra qeydinə əsasən, borclu İddiaçı İsmayıl qızından tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qepik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 30025 manat 00 qəpik (otuz min iyirmi beş manat sıfır qəpik) pul mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xeyrinə tutulmalıdır. Həmin icra qeydi reyestrdə ##.##.2025 tarixdə, 8İ-**** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Kürdəmir rayon İcra və probasiya şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli, e*****/****-**-** nömrəli İddiaçı İsmayıl qızına tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, ##.##.2025-ci il tarixli qərarla icraata başladığı Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunur. Bu müddətdə tələbi üzrsüz səbəbdən icra etməsə, icra məcburi qaydada təmin ediləcək həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə ona xəbərdarlıq edilmişdir. Eyni məzmunlu xəbərdarlıqlar İddiaçı İsmayıl qızının istifadəsində olan 051-566-49-30, 051- 626-40-28, 010-413-15-45, ***-***-**-** nömrəli mobil nömrələrə ##.##.2025-ci il tarixdə elektron bildirişlərlə də göndərilmişdir. ##.##.2025-ci il tarixində İddiaçı İsmayıl qızının Kürdəmir rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, R cənab Məhərrəm Şirnalıyevə verdiyi izahatda göstərmişdir ki, icra sənədindən xəbərdardır. Ödəmək imkanı yoxdur, icra qeydindən şikayət vermək üçün müvafiq sənədləri toplayır. İcra sənədi üzrə heç bir ödəniş etməyib. İcra qeydindən şikayətinə məhkəmə qaydasında baxılıb, yekun nəticədən asılı olaraq borcunu hissə-hissə ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı İsmayıl qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il *(***)- ***/**** nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən verilmiş şikayət təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv olunmuş, İddiaçı İsmayıl qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli, *** nömrəli İddiaçı İsmayıl qızının vəkili Vəkil ünvanlanmış məktubunda göstərilmişdir ki, tərəfinizdən ##.##.2025-ci il tarixdə Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinə təklif ünvanlanmışdır. Həmin təklifdə İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında Ağsu rayon notariat ofisində bağlanmış ##.##.2022- ci il tarixli 3M-** reyestr nömrəli borc müqaviləsi əsasında tərəfimizdən təsdiq edilmiş ##.##.2025-ci il tarixli 81-**** reyestr nömrəli icra qeydinin geri qaytarılmasını qeyd etmisiniz. Həmin Borc müqaviləsi üzrə İddiaçı tərəfindən borcun ödənilməsinə dair sənədlər təqdim edilməmiş və icra qeydi aparılmışdır. İcra sənədi üzrə borc ödənildiyi halda icra şöbəsinə təqdim etməyiniz nəticədə icra hərəkətləri barədə qərar qəbul etməklə əlaqədar Kürdəmir rayon İcra və Probasiya şöbəsinə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, ***** nömrəli məktubdan görünür ki, Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin **-**** saylı, ##.##.2025- ci il tarixli icra qeydinə əsasən Kürdəmir, enikənd k, ünvanında qeydiyyatda olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2(AZE********, ##.##.2017 00:00 Səyyar-Asan3; Fin: *******; d/t: ##.##.1967) xeyrinə Kürdəmir Rayonu, Yenikənd ə/d. Dəyirmanlı Kəndi ünvarunda qeydiyyatda olan İddiaçı İsmayıl qızından AA5929337, ##.##.2024-AsanKürdəmir; Fin: *******; d/t: ##.##.1990) müddət üçün vaxtında ödənilməmiş 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) tutulmalı, bundan əlavə borcludan İddiaçı İsmayıl qızından tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 30025 manat 00 qəpik (otuz min iyirmi beş manat sıfır qəpik) pul tutulmalıdır. İcra sənədi ##.##.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədinin icrası məqsədilə borclunun əmlak və maliyyə vəziyyəti yoxlarılmış və borcluda tələbin yönəldilə biləcəyi heç bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. X5 İsmayıl qızı borcu ödəməkdən yayındığına görə barəsində ##.##.2025-ci il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Kürdəmir rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən borclu barəsində tərtib edilmiş inzibati protokolun icraatına xitam verilmişdir. Tələbkar həmin qərardan apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilərək Abdullayev Zümrüd İsmayıl qızı AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh tətbiqi olaraq 500 manat cərimə edilmişdir. Hal-hazırda tərəfimizdən icra sənədinin icrası məqsədilə zəruri icra hərəkətləri davam etdirilir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və probasiya şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli, *****/* nömrəli məktubdan görünür ki, Kürdəmir regional "ASAN xidmət mərkəzinin notariat ofisinin 8İ-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydinə əsasən Abdullayeva Zümrud İsmayıl qızından 30025 manat tutularaq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 verilməlidir. İcra sənədi ##.## 2025-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədinin icrası məqsədi ilə borcluya könüllü müddət verilmiş, lakin həmin müddət ərzində borclu tələbi təmin etməmişdir. Borclunun əmlak və maliyyə vəziyyətinin yoxlanılması məqsədi ilə sorğular edilmiş, alınan cavablarda borcluda tələbin yönəldilə biləcəyi heç bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. Borclu icra sənədini icra etməkdən yayındığına görə barəsində ##.##.2025-ci il tarixdə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Kürdəmir rayon Məhkəməsinin həmin tarixli qərarı ilə borclu AR İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə cəzasına məhkum edilmişdir. Hal-hazırda icra sənədi üzrə tələbin təmin edilməsi məqsədi ilə tərəfimizdən zəruri icra hərəkətləri davam etdirilir. İş materiallarına əlavə edilmiş karta köçürmələrdən görünür ki, iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2024-cü il tarixdə saat 11:07-də 150 manat, ##.##.2024-cü il tarixdə saat 18:44-də 400 manat, ##.##.2024-cü il tarixdə saat 19:41-də 250 manat, ##.##.2024- cü il tarixdə saat 19:41-də 250 manat, ##.##.2024-cü il tarixdə saat 20:22də 100 manat, ##.##.2024-cü il tarixdə saat 11:07-də 150 manat, ##.##.2024-cü il tarixdə saat 13:35-də 50 manat, ##.##.2024-cü il tarixdə saat 11:10-da 700 manat, ##.##.2024-cü il tarixdə saat 11:14-də 700 manat, ##.##.2024-cü il tarixdə saat 11:17-də 100 manat, ##.##.2024-cü il tarixdə saat 13:28-də 250 manat, ##.##.2025-ci il tarixdə saat 11:14-də 500 manat pul göndərmişdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (hüquq münasibəti yaranan zaman qüvvədə olan) 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.4 maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖENi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci maddəsinə görə pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. İş materiallarına əlavə edilmiş sübutlar ilə müəyyən olunmuşdur ki ##.##.2022-ci il tarixdə Ağsu rayon notariat ofisinin xüsusi notariusu tərəfindən iddiaçı İddiaçı İsmayıl qızı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı İsmayıl qızı 30 000 (otuz min) manat məbləğində borc almış və borcu ##.##.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə notariat qaydasında təsdiq edilmiş və tərəflər arasında borcun faizsiz verilməsi razılaşdırılmışdır. Borcun müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarılmaması ilə əlaqədar olaraq, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya əvvəlcədən yazılı bildiriş göndərilmiş, bildirişin iddiaçı tərəfindən qəbul edildiyi iş materialları ilə təsdiq edilmişdir. Borc öhdəliyi icra edilmədiyindən Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən ##.##.2025-ci il tarixdə 8İ-**** reyestr nömrəli icra qeydi aparılmış, həmin icra qeydinə əsasən iddiaçıdan 30025 (otuz min iyirmi beş) manat məbləğində pulun tutulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında“ Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın 161-ci maddəsinə görə tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş bank köçürmələri icra qeydinə əsasən müəyyən edilmiş borcun ödənilməsindən sonra həyata keçirilmişdir. Bu səbəbdən həmin köçürmələr icra qeydinin ləğvi üçün əsas təşkil edə bilməz. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bildirib ki, iddiaçı tərəfindən edilən bəzi ödənişlər tərəflər arasında mövcud olmuş digər borc öhdəliklərinə aiddir və icra qeydinə əsas olan borcun tam ödənilməsi ilə bağlı deyil. Bu halları nəzərə alaraq, iddiaçı tərəfindən icra qeydinə dair borcun mübahisəli olduğunu təsdiqləyən mötəbər sübutlar təqdim edilməmişdir və borcun icrasının ziddiyyətli izahatlar əsasında qiymətləndirilməsi nəticəsində icra qeydinin ləğvi üçün əsas olmadığı qənaətinə gəlmək mümkündür. İddiaçı eyni zamanda icra şöbəsində verdiyi yazılı izahatındakı imzanın da ona aid olmadığını bildirmişdir. İddiaçının ümumiyyətlə müxtəlif dövlət orqanlarında təqdim etdiyi rəsmi izahatlardakı bütün imzaları ümumi şəkildə inkar etməsi onun mövqeyinin ardıcıl və inandırıcı olmasına şübhə yaradır və bu hal təkbaşına imza etirazının əsaslılığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Şahid qismində izahatı alınmış Şahid İlqar oğlu da poçt göndərişlərinin iddiaçıya ünvanlandığını, məktubların ya birbaşa iddiaçıya, ya da onun həyat yoldaşına təqdim edildiyini bildirmişdir. İş materiallarından, o cümlədən Kürdəmir rayon İcra və probasiya şöbəsinin məktublarından və iddiaçının icra məmuruna verdiyi izahatlardan görünür ki, iddiaçı icra sənədi üzrə icraatın mövcudluğundan xəbərdar olmuş, icra şöbəsinə dəvət edilmiş və borcun ödənilməməsini ödəmə imkanının olmaması ilə əsaslandırmışdır. Həmin izahatlarda iddiaçı icra sənədinin mövcudluğunu inkar etməmiş, yalnız öhdəliyin icrasından yayındığını bildirmişdir. Bundan başqa iddiaçı barəsində icra sənədinin icrasından yayınma ilə əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati icraat aparılmış və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati tənbehə məruz qalmışdır. Qeyd olunan hal iddiaçının icra sənədi üzrə öhdəlikdən xəbərdar olduğunu və onun icrasından yayınma faktının məhkəmə aktı ilə təsdiq edildiyini göstərir. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli qərardaında formalaşdırdığı hüquqi mövqeyində qeyd olunur ki, qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin. Göründüyü kimi iddiaçı icra qeydindən məlumatsız olduğunu bildirsə də, icra qeydinin icrası ilə bağlı icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraatla bağlı Kürdəmir Rayon Məhkəməsində ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş, icra qeydindən məlumatlı olmuşdur. Beləliklə, İddiaçı hətta həmin tarixdən hesablansa belə, ##.##.2025-ci il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Halbuki, iddiaçı icra qeydini ondan məlumatlı olduğun gündən 10 gün müddətində mübahisələndirməli idi, yalnız bu halda icra qeydi ləğv olunaraq, tərəflərə məhkəmə müdafiəsi hüququndan istifadə etməklə, pul tələbi barədə iddia verilməsi yolu ilə mübahisəni həll etmək hüquqları izah edilə bilərdi. Göründüyü kimi iddiaçı bu hüququndan vaxtında istifadə etməməklə prosessual qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddəti buraxmış və icra qeydini mübahisələndirmək hüququnu itirməklə, icra qeydinin ləğv edilməsi üçün əsaslar da aradan qalxmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli və əsassız hesab edilməklə gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar